Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə100/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   96   97   98   99   100   101   102   103   ...   197

www.vivo-book.com 

 

499 



liberalların tərəfinə keçirəm, elə bu vaxt da o lənətə gəlmiĢ 

seçkilər baĢlayır: məndən tələb eləyirlər ki, səs verim. 

– Tanımadığınız namizədin xeyrinə? 

–  Yoox,  onu  çox  yaxĢı  tanıyıram!  Mən  dəhĢətli  bir 

səhvə  yol  verərək  imtina  elədim!  Bu  vaxt  bütün  liberallar 

mənə  hücum  elədi  və  buradakı  vəziyyətim  dözülməz  hala 

çatdı.  FikirləĢirəm  ki,  əgər  bizim  kilsə  rahibi  məni  öz 

qulluqçumu  doğramaqda  ittiham  etsəydi,  həndəvərdə  bu 

hadisəni öz gözləriylə görən iyirmi nəfər tapılardı. 

–  Bəs  sən  nə  istəyirdin  –  əyalətdə  yaĢayasan  və 

qonĢularının  xırım-xırda  çəkiĢmələrindən  kənarda  qalasan? 

Bu nə sadəlövhlükdü! 

– Neynək, indi gözüm açılıb. Monfleri qəsrini satıram; 

qoy  lap  arada  əlli  min  frank  itirim,  eybi  yoxdu,  mən  o 

riyakarlıq 

və 


murdarlıq 

cəhənnəmindən 

canımı 

qurtarmağıma görə çox xoĢbəxtəm. 



Ġndi mən tənhalığı və kənd dincliyini Fransada bunları 

tapmağın  mümkün  olduğu  yeganə  yerdə  axtaracam  – 

pəncərələri  Yelisey  Çöllərinə  baxan  o  beĢinci  mərtəbədə. 

Bilirsən,  mən  hətta  fikirləĢirəm  ki,  Rul  məhəlləsindəki 




www.vivo-book.com 

 

500 



kilsəyə  ianə  verməklə  burada  öz  siyasi  mərtəbəmi 

möhkəmləndirim. 

–  Həə,  Bonapartın  vaxtında  sənin  baĢına  belə  Ģeylər 

gəlməzdi! – Falkozun gözləri qəzəb və təəssüflə parladı. 

–  Salam-əleyküm!!!  Sənin  o  Bonapartın  niyə  burnunu 

hər  yerə  soxurdu  ki?  Mənim  indi  bütün  çəkdiklərim 

Bonaparta görədir. 

Bayaqdan  diqqətlə  söhbətə  qulaq  kəsilən  Jülyen  bir  az 

da  ehtiyatlandı.  Oğlan  o  dəqiqə  baĢa  düĢmüĢdü  ki, 

bonapartçı Falkoz cənab Renalla yolları 1916-cı ildə ayrılan 

uĢaqlıq  dostudu,  filosof  Sen-Jirosa  yəqin  ki,  prefekturadakı 

dəftərxana  iĢləri  müdirinin  həmin  qardaĢıydı...  ictimai 

binaları  hərrac  vaxtı  ucuz  qiymətə  ələ  keçirməyi  bacaran 

adam. 


Sen-Jiro sözünə davam elədi: 

– Bunlar hamısı sənin Bonapartının iĢləkləridi. Cibində 

beĢ yüz min frank olan qırx yaĢlı adam nə qədər ziyansızın 

bir olsa da, əyalətdə yerləĢib orada dinc həyat sürə bilməz – 

əyalət  rahibləri  və  yerli  əyanlar  onu  həmin  yerdən  qaçaq 

salarlar. 




www.vivo-book.com 

 

501 



–  Eh,  onun  haqqında  belə  danıĢma!  –  Falkoz  dedi.  – 

Onun hakimiyyətdə olduğu həmin on üç il ərzində Fransanın 

xalqlar  arasında  necə  böyük  hörməti  vardı.  Onun  gördüyü 

hər iĢ, hər iĢ böyük bir hadisəydi. 

– Sənin o lənətə gəlmiĢ imperatorun, – qırx dörd yaĢlı 

cənab etiraz elədi, – ancaq döyüĢ meydanlarında, bir də min 

səkkiz  yüz  ikinci  ildə  maliyyə  islahatları  aparanda  əzəmətli 

olub.  Bunlardan  sonrakı  davranıĢı  nə  olub  ki?  O 

kamergerlər,  Tyulridəki  qəbullar  –  hamısı  monarxiya  zir-

zibilinin  təkrarından  baĢqa  bir  Ģey  deyildi.  Sadəcə,  həmin 

zir-zibili  təzələmiĢ,  əl  gəzdirmiĢdilər  və  bu  düzəliĢlər  bəlkə 

hələ  bir-iki  əsr  davam  gətirə  bilərdi.  Əyanlar  və  rahiblər 

köhnə  vaxtlara  qayıtmaq  istəyirlər,  amma  xalqın  iradəsini 

qıracaq dəmir əlləri yoxdu. 

– Həə, bu əsl köhnə qəzetçi nitqidi! 

–  Məni  doğma  torpaqlarımdan  kim  qovub?  – 

qəzəblənmiĢ  qəzetçi  söhbətinə  davam  elədi.  –  Həmin  o 

rahiblər.  Napoleon  onlara  baĢqa  iĢ  sahibləri  –  həkimlər, 

vəkillər,  münəccimlər  kimi  sıradan  vətəndaĢ  yerini 

göstərmək  yerinə  mənsəblərini  özlərinə  qaytardı.  Sənin 




www.vivo-book.com 

 

502 



Bonapartın  bunlardan  baronlar  və  knyazlar  düzəltməsəydi, 

indiki  qudurğan  əyanlar  necə  yaĢayardı?  Yox,  onlar  öz 

əsrlərini  baĢa  vurmuĢdular.  Rahiblərdən  sonra  məhz  elə  bu 

əyalət  kübarcıqları  mənim  həyatımı  zəhərləyərək  liberal 

olmağa məcbur elədi. 

Bu  söhbətin  axırı  gəlmirdi;  onsuz  də  Fransa  xalqı  bu 

söhbətləri  hələ  yarım  əsr  də  eləyəcəkdi.  Sen-Jiro  iddia 

eləyirdi  ki,  əyalətdə  yaĢamaq  mümkünsüzdü;  bu  yerdə 

Jülyen ehtiyatla cənab Renalı ona nümunə göstərdi. – Siz də 

adam  tapdınız  misal  çəkməyə!  Ah,  cavan  oğlan!  –  Falkoz 

dilləndi.  –  Renal  özü  körüyə  yatmamaq  üçün  çəkic  olmağa 

tələsdi,  özü  də  necə  çəkic  oldu!  Amma  mən  görürəm  ki, 

Valnonun  onu  taxtdan  salmağına  az  qalıb!  O  fırıldaqçını 

tanıyırsınız da? Həə, bu ayrı hərifdi! Gözəl günlərin birində 

düĢdüyü kürsüyə cənab Valnonun oturduğunu görəndə sizin 

cənab Renalınız neyləyəcək? 

     –  Onda  öz  cinayətləriylə  baĢ-baĢa  qalacaq,  –  Sen-Jiro 

dedi.  –  Siz  Veryeri  yaxĢı  tanıyırsınız, cavan  oğlan?  Deməli 

belə. Bonapart – Allah bu monarxiya hoqqalarına görə onun 

o  dünyada  bəlasını  versin  –  Renal  və  ġelan  kimilərə 




www.vivo-book.com 

 

503 



hakimiyyət  verdi,  bunlar  da  Valno  və  Malon  kimilərinə 

hakimiyyət verdilər. 

Siyasət barədə uzanıb gedən bu söhbət Jülyenə maraqlı 

gəlir və Ģirin xatirələrdən uzaqlaĢdırırdı. 

Üfüqdə  Paris  görünəndə  oğlan  həyəcanlanıb  eləmədi. 

QarĢısında  peyda  olan  Ģəhərin  əzəmətli  qəsrləri  Veryerdə 

keçirdiyi  axırıncı  iyirmi  dörd  saatın  xatirəsinin  yanında 

ölgün görünürdü. O and içirdi ki, sevgilisinin uĢaqlarını heç 

vaxt 

atmayacaq, 



rahiblərin 

murdar  inadları  ölkəni 

respublikaya  çevirsə  və  zadəganların  təqibi  baĢlasa,  onları 

qorumaq üçün hər Ģeydən imtina edəcək. 

Ġlahi,  həmin  gecə  o,  Veryerə  gedəndə,  xanım  Renalın 

pəncərəsinə  nərdivan  söykəyəndə  otaqdakı  adam  cənab 

Renal olsaydı, nə baĢ verəcəkdi? 

Sevgilisinin  onu  qovmağa,  onunsa  qaranlıqda  qadını 

dilə  tutmağa  çalıĢdığı  həmin  iki  saatı  xatırlamaq  necə  də 

gözəl  idi!  Jülyen  kimi  adamların  ürəyində  belə  xatirələr 

əbədi qalır. GörüĢün sonusa hələ bir il əvvəl, sevgilərinin ilk 

günlərində yaĢadıqları ehtirasla keçmiĢdi. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə