Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə101/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   97   98   99   100   101   102   103   104   ...   197

www.vivo-book.com 

 

504 



Amma  budur,  fayton  dayandı  və  Jülyen  Ģirin 

xatirələrdən ayrılmağa məcbur oldu. 

Onlar  JanJak  Russo  küçəsindəki  poçt  stansiyasının 

həyətinə girdilər. Oğlan ona yaxınlaĢan kabriolet sürücüsünə 

dedi: 

– Mən Malmezon tərəfə getməliyəm. 



– Bu saatda?! Niyə, cənab? 

– Sizə nə var? Siz sürün. 

Əsl  ehtiras  ancaq  özünü  düĢünür.  Buna  görə  də,  hər 

qonĢunun özünü maraq hədəfində gördüyü Parisdə ehtiraslar 

belə  təhlükəlidi.  Jülyenin  Malmezandakı  həyəcanlarını  sizə 

təsvir eləməyəcəyəm. 

O  ağlayırdı.  Necə?  Ağlayırdı?  Parkı  tikələrə  bölüb 

ucaltdıqları  bu  mənfur  ağ  divarlara  baxmayaraq?  Təsəvvür 

edin ki, cənab, hə, bütün əyalət uĢaqları kimi Jülyen üçün də 

Arkol  körpüsü,  Müqəddəs  Yelena  və  Malmezon  arasında 

heç bir fərq yox idi. 

AxĢam teatra gedənə qədər Jülyen xeyli tərəddüd elədi: 

tanrının xoĢuna gəlməyən bu yer barədə onun ağlında qəribə 

Ģeylər vardı. 




www.vivo-book.com 

 

505 



Qəlbində  kök  atan  dərin  Ģübhələr  onu  gözəl  Parisdən 

zövq  almağa  qoymurdu;  oğlanı  ancaq  öz  qəhrəmanının 

vaxtından qalan heykəllər həyəcanlandırırdı. 

–  Deməli,  indi  mən  min  cür  çəkiĢmə  və  riyakarlığın 

mərkəzində  olacağam!  Abbat  Frilerin  hamilələrinin  hamısı 

burada at oynadır. 

Üçüncü gün  onun  marağı  Ģəhəri gəzəndən  sonra  abbat 

Pirarın  yanına  getmək  məqsədinə  qalib  gəldi.  Abbat  sakit, 

soyuq  səslə  oğlana  onu  cənab  de  La-Mollun  evində  hansı 

həyatın gözlədiyini izah elədi. 

–  Əgər  bir  neçə  aydan  sonra  ümidləri  doğrultmasanız, 

seminariyaya  qayıdacaqsınız  –  amma  orada  yaxĢı  maaĢınız 

olacaq.  Siz  burada  markizin  evində  yaĢayacaqsınız  –  o? 

Fransadakı birinci növ əyanlardan biridi. Qara dəst paltarda 

gəzəcəksiniz  –  amma  din  adamlarının  geyindiyi  qara 

paltarlardan  deyil,  əyanların  matəm  vaxtı  geyindiklərindən. 

Tələb eləyirəm ki, həftədə üç dəfə sizə məsləhət görəcəyim 

seminariyada dini təhsilinizi davam etdirəsiniz. 

Siz  hər  gün  günorta  markizin  iĢ  otağına  getməlisiniz  – 

markiz  məhkəmə  iĢləri  və  baĢqa  məsələlərlə  bağlı 




www.vivo-book.com 

 

506 



yazıĢmaları sizə tapĢıracaq. Onun adına gələn, cavab veriləsi 

məktubların  kənarında  markiz  iki  kəlməylə  nə  yazacağınızı 

qeyd  edəcək.  DüĢünürəm  –  elə  markizə  də  belə  demiĢəm  – 

üç  ay  ərzində  siz  cavabları  elə  mükəmməl  yazmaq 

bacarığına  yiyələnəcəksiniz  ki,  markiz  onun  yanına  qol 

çəkməyə  apardığınız  on  iki  məktubun  səkkiz-doqquzunu 

imzalaya bilər. AxĢam saat səkkizdə hər Ģeyi yığıĢdırırsınız, 

onun yazı masasını qaydaya salırsınız – saat doqquzdasa isə 

sizin iĢiniz qurtarır. 

– Ola bilər ki, – abbat Pirar sözünə davam elədi, – nəsə 

yaĢlı  bir  xanım,  ya  da  Ģirindilli  bir  cənab  sizə  böyük 

məbləğdə  pul  barədə  eyham  vursun,  ya  da  markizə  gələn 

məktubları  onlara  göstərməyinizin  qarĢılığında  açıq  Ģəkildə 

sizə rüĢvət təklif eləsin... 

– Ġlahi, cənab! – Jülyen hirsindən qızardı. 

– Maraqlıdı, – abbat acı-acı gülümsədi, – kasıblığınıza 

və  bir  il  o  seminariyada  oxumağınıza  baxmayaraq,  pul  adı 

gələndə alicənab narazılığınızı ifadə edə bilirsiniz. Yəqin ki, 

sizin gözünüz hələ açılmayıb! 

Sonra abbat öz-özüylə danıĢırmıĢ kimi astadan dedi: 




www.vivo-book.com 

 

507 



–  Bəlkə  də  damarlarda  axan  zadəgan  qanı  öz  sözünü 

deyir? – sonra Jülyenə baxaraq davam elədi, – ən qəribəsi də 

budur ki, markiz sizi tanıyır... Hardan tanıya bilər? Ağlıma 

heç nə gəlmir. BaĢlanğıc üçün o sizə yüz luidor maaĢ təklif 

eləyib.  Bu  adam  ancaq  öz  istəkləriylə  hesablaĢır  –  onun 

yeganə  çatıĢmazlığı  da  budu.  Dəliqanlılıqda  da  sizdən  geri 

qalmaz. Əgər o sizdən razı qalsa, maaĢınız ildə səkkiz min 

frank  ola  bilər.  Amma  yəqin  baĢa  düĢürsünüz  ki,  –  abbat 

kinayəylə dedi, – bu pulu sizin qara qaĢ-gözünüzə vermirlər. 

ÇalıĢın  ona  xeyriniz  dəysin.  Yerinizdə  olsam,  az  danıĢar, 

bilmədiyim Ģeylər barədəsə heç susardım. Hə, – abbat əlavə 

elədi,  –  mən  sizə  bəzi  məlumatlar  da  tapmıĢam,  amma 

deyəsən, cənab de La-Mollun ailəsi barədə məlumat vermək 

yadımdan  çıxdı.  Onun  iki  övladı  var:  bir  oğlu  və  bir  qızı. 

Oğlunun  on  doqquz  yaĢı  var,  yaraĢıqlı,  Ģıq  oğlandı,  küyə 

gedənin  biridi,  səhər  duranda  günorta  saat  ikidə 

neyləyəcəyini  bilmir.  O  axmaq  deyil,  cəsur  oğlandı, 

Ġspaniyada döyüĢüb. Markiz bilmirəm nəyə görə ümid eləyir 

ki,  siz  gənc  qraf  Norberlə  dost  olacaqsınız.  Mən  ona  sizin 



www.vivo-book.com 

 

508 



latınca yaxĢı bildiyinizi demiĢəm. Bəlkə də düĢünür ki, onun 

oğluna Vergiliy və Siseron barədə nəsə öyrədə bilərsiniz. 

Yerinizdə  olsam  o  cavan  oğlana  imkan  vermərəm  ki, 

ləyaqətimə  toxunan  nəsə  desin,  eyni  zamanda  o  sizə  nəsə 

xoĢ  söz  deyəndə  də  yəqin  ki,  nəzakətli,  amma  bir  az  da 

kinayəli olacaq cavabınızı yüz ölçüb bir biçməyiniz lazımdı. 

Gizlətmirəm, ola bilər ki, gənc qraf de La-Moll ilk vaxtlarda 

sizə üstdən aĢağı baxsın: ən azı ona görə ki, siz burjuasınız, 

onun nəslisə saraydan gəlir, üstəlik, ulu babası min beĢ yüz 

yetmiĢ  dördüncü  ilin  iyirmi  altı  aprelində  hansısa  siyasi 

çəkiĢməyə  görə  Qrev  meydanında  baĢını  qurban  verməli 

olub. 


Sizsə vur-tut Veryerli bir xarratın oğlusunuz, özünüz də 

onun atasından maaĢ alırsınız. Bu fərqi və ailənin tarixçəsini 

nəzərə alın. Onların evində nahar eləyən bütün yaltaqlar hər 

imkan  düĢəndə  bu  ailənin  tarixçəsi  barədə  bəlağətli  sözlər 

demək fürsətini əldən vermirlər. Qraf Norber de La-Mollun, 

qusar  süvari  ordusunun  komandiri,  Fransanın  gələcək 

perinin zarafatlarına cavab verəndə bütün bunları nəzərə alın 

ki, sonra üstünə Ģikayətə gəlməyin. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə