Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə105/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   101   102   103   104   105   106   107   108   ...   197

www.vivo-book.com 

 

524 



ustalarından  birinin  dahiyanə  əl  iĢiydi.  Əslində,  Jülyeni  

heyrətə salmaq üçün heç bu dəbdəbəyə də ehtiyac yox idi. 

Bir  saatdan  sonra  markiz  gəldi,  Jülyenin  yazdığı 

vərəqlərə  baxaraq  onun  orfoqrafik  səhv  buraxdığını  görüb, 

təəccübləndi: 

“Yəni  doğrudanmı  abbat  onun  çox  bacarıqlı  olduğunu 

yalandan deyib?” – deyə o düĢündü. 

Bərk  məyus  olmuĢ  markiz  iradını  yumĢaqca  oğlana 

bildirdi. 

–  Deyəsən,  düzgün  yazılıĢ  məsələsində  elə  də  usta 

deyilsiniz? 

– Düzdü, – bu etirafla özünə nə qədər zərər vurduğunu 

bilməyən Jülyen cavab verdi. 

Oğlan  markizin  mehribanlığından  təsirlənmiĢdi:  qeyri-

ixtiyari  olaraq  cənab  Renalın  kobud  təkəbbürü  yadına 

düĢürdü. 

“Bu  FranĢ-Konteyn  abbatı  məsələsi  boĢ  yerə  vaxt 

itirməkdi,  –  markiz  düĢündü  –  Amma  mənə  mütləq  bir 

etibarlı adam lazımdır!” 



www.vivo-book.com 

 

525 



–  Hər  dəfə  nəsə  yazandan  sonra,  –  o,  Jülyenə  dedi,  – 

düzgün  yazılıĢına  əmin  olmadığınız  sözləri  orfoqrafiya 

lüğətiylə tutuĢdurun. 

Saat  altıda  markiz  Jülyeni  yenə  yanına  çağırdı  və 

məyusluqla onun çəkmələrinə baxdı. 

– Bu mənim səhvimdi: unutdum sizə deyim ki, hər gün 

saat altının yarısında siz geyinməlisiniz. 

Jülyen heç nə anlamayaraq ona baxdı. 

–  Mən  uzunboğaz  corab  geyinməyi  nəzərdə  tuturam: 

Arsen  hər  gün  bunu  yadınıza  salar.  Bu  günsə  mən  sizin 

yerinizə üzr istəyərəm. 

Markiz  bu  sözləri  deyib,  içərisində  hər  Ģeyin  qızıla 

çaldığı  qonaq  otağının  qapılarını  açdı  və  Jülyeni  qabağa 

buraxdı.  Belə  hallarda  cənab  Renal  həmiĢə  addımlarını 

yeyinlədirdi ki, içəri mütləq özü birinci girsin. Bu xırda çaĢ-

baĢlıq  ona  gətirib  çıxartdı  ki,  Jülyen  markizin  ayağını 

tapdalayaraq  ona  cəhənnəm  əzabı  vermiĢ  oldu  –  markizin 

podaqrası vardı. 

“Hə,  bu  hələ  üstəlik  natarazın  da  biridi”,  –  deyə 

düĢünən  markiz  oğlanı  hündür  və  mötəbər  görünüĢlü  bir 




www.vivo-book.com 

 

526 



xanıma təqdim elədi. Bu – markizaydı. Qadının təkəbbürünü 

görən  Jülyen  onu  xanım  Mojirona,  Veryer  prefektinin 

köməkçisinin  arvadına  oxĢatdı.  Qonaq  otağının  dəm-

dəsgahından  çaĢan  oğlan  cənab  de  La-Mollun  nə  dediyini 

eĢitmədi. Markiza oğlana minnətlə bircə dəfə baxdı. Qonaq 

otağında  bir  neçə  kiĢi  vardı,  Jülyenin  böyük  sevincinə 

rəğmən  bir  neçə  ay  əvvəl  Bre-le-odakı  təntənəli  tədbirdə 

onunla  nəzakətlə  danıĢan  cavan  Aqda  yepiskopu  da 

buradaydı. Yəqin ki, cavan oğlanın məhəbbət və ümid dolu 

baxıĢlarından  təəccüblənən  cavan  prelat  kəndli  oğlanı 

tanımadı... 

Jülyenə elə gəldi ki, buraya toplaĢan insanlarda nəsə bir 

fağırlıq və gərginlik var; Parisdə hamı astadan danıĢır və boĢ 

Ģeylərə görə həyəcanlanmır. 

Artıq yeddinin yarısıydı: qonaq otağına rəngi avazımıĢ, 

Ģümal,  yaraĢıqlı,  bığlı  cavan  oğlan  girdi;  onun  baĢı  adamı 

təəccübləndirəcək dərəcədə balacaydı. 

Oğlan markizanın əlini öpəndə, qadın ona: 

– Bizi gözləməyə məcbur edirsiniz, – dedi. 



www.vivo-book.com 

 

527 



Jülyen  oğlanın  qraf  de  La-Moll  olduğunu  baĢa  düĢdü. 

Bu adam elə ilk baxıĢdan onun xoĢuna gəlmiĢdi. 

“Necə ola bilər ki, – Jülyen düĢündü, – bu oğlan kobud 

zarafatlarıyla  məni  bu  evdən  çıxıb  gedəcək  qədər 

bezdirsin?” 

Qraf  Norberə  tamaĢa  eləyən  Jülyen  onun  da  mahmızlı 

çəkmə geyindiyini gördü... 

–  Hə,  deməli,  mən  adi  adam  olduğuma  görə  sadə 

ayaqqabı geyinməliyəm? – oğlan düĢündü. 

Hamı  masa  arxasına  oturdu;  Jülyen  markizanın  uca 

səslə  kiməsə  irad  tutduğunu  eĢitdi.  Və  bu  an  oğlan  üzü 

nurlu, sarıĢın, inanılmaz dərəcədə nərmənazik bir qız gördü. 

Qız masaya yaxınlaĢıb onun qarĢısında oturdu. Qız onun heç 

xoĢuna gəlmədi; amma bir az yaxĢı baxandan sonra düĢündü 

ki,  ömründə  belə  gözəl  gözlər  görməyib;  bircə  bu  gözlərin 

olduqca soyuq ürəkdən xəbər verməyi olmayaydı. 

Sonra Jülyen bu gözlərdə darıxmaq ifadəsini sezdi – bu 

ifadə  hər  Ģeylə  maraqlanan,  amma  öz  əzəmətini  hər  dəqiqə 

xatırlamalı olan adamlara məxsus idi. 



www.vivo-book.com 

 

528 



– Xanım Renalın çox gözəl gözləri vardı, – o düĢündü, 

–  bunu  ona  hamı  deyirdi,  amma  onun  gözləri  bu  qızın 

gözlərinə heç oxĢamırdı. 

Jülyen  hələ  çox  təcrübəsiz  idi,  o  hərdən  madmazel 

Matildanın,  –  oğlan  qızın  adını  eĢitmiĢdi,  –  gözlərində 

parlayan  ifadənin  iti  ağıldan  xəbər  verdiyini  anlaya 

bilməzdi.  Xanım  Renalın  gözləri  parıldayandasa,  bu  ya 

ehtiras  odu,  ya  da  hansısa  ədəbsiz  bir  hərəkət  barədə  nəsə 

eĢidəndə gözlərində alıĢan nəcabət alovu olurdu. 

Naharın  sonunda  Jülyen  madmazel  de  La-Mollun 

gözlərinin gözəlliyini ifadə edəcək əsl sözü tapdı: 

“Onun gözləri qığılcımlıdır, – deyə düĢündü”. 

Bir  sözlə,  qız  dəhĢətli  dərəcədə  anasına  oxĢayırdı, 

Jülyeninsə  getdikcə  bu  qadından  daha  çox  zəhləsi  gedirdi, 

odur ki, oğlan daha qıza tərəf baxmadı. 

Qraf  Norbersə  əksinə,  bütün  xasiyyətləriylə  onun  çox 

xoĢuna  gəlirdi.  Jülyenin  ondan  elə  xoĢu  gəlmiĢdi  ki, 

özündən  varlı  və  əsil-nəcabətli  olduğuna  görə  qrafa  nifrət 

eləmək heç ağlına da gəlmirdi. 

Jülyenə elə gəldi ki, markiz darıxır. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə