Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə106/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   102   103   104   105   106   107   108   109   ...   197

www.vivo-book.com 

 

529 



Ġkinci yemək ortaya gələndə o, oğluna dedi: 

– Norber, bu oğlan Jülyen Soreldir – hörmət və sevgini 

ondan əsirgəmə. Onu təzəcə iĢə götürmüĢəm və əgər alınsa, 

ondan ləyaqətli bir adam düzəltmək istəyirəm. 

Sonra yanında oturan adama dedi: 

–  Bu  mənim  katibimdir,  o  “cela”  sözünü  iki  “L”  ilə 

yazır. 

Hamı Jülyenə tərəf baxdı, oğlan baĢda Norber olmaqla 



hamıya təzim elədi, onun baxıĢları hamının xoĢuna gəldi. 

Markiz,  deyəsən,  oğlanın  hansı  sahədə  təhsil  aldığını 

qonaqlara demiĢdi, çünki onlardan biri o dəqiqə Horatsidən 

söz  saldı.“Horatsini  yaxĢı  bildiyimə  görə  mən  Bezanson 

yepiskopunun  xoĢuna  gəlmiĢdim,  –  Jülyen  düĢündü.  – 

Görünür, bunlar baĢqa müəllif tanımırlar”.Həmin dəqiqədən 

etibarən Jülyen özünü ələ aldı. Bu öz-özünə, çox asanca baĢ 

verdi,  çünki  oğlan  elə  indicə  özlüyündə  qərar  verdi  ki, 

madmazel  de  La-Molla  heç  vaxt  qadın  kimi  baxa  bilməz. 

Seminariyadan  sonra  onun  kiĢilərə  olan  hörməti  büsbütün 

itmiĢdi, bu adamlar onu elə-belə qorxuda bilməzdilər. Əgər 

bu qonaq otağı belə par-par yanmasaydı, o özünü daha rahat 




www.vivo-book.com 

 

530 



hiss  edərdi.  Bütün  iĢ  hərəsi  səkkiz  fut  hündürlüyündə  olan 

iki iri güzgünün baĢındaydı – Jülyen həmsöhbətiylə Horatsi 

barədə  danıĢa-danıĢa  özündən  asılı  olmayaraq  tez-tez 

güzgülərə baxır və özünü birtəhər hiss eləyirdi. 

Oğlanın danıĢığı əyalət adamına görə elə də darıxdırıcı 

deyildi.  Onun  gözəl  gözləri  vardı,  aradabir  cavab 

verməyəndə utancaqlıqdan, bəzən də sevincdən gözləri daha 

çox  alıĢıb  yanırdı.  Bu  imtahan  nüfuzlu  ziyafətə  bir  az  rəng 

qatmıĢ oldu. 

Markiz  Jülyenlə  danıĢan  adama  hiss  olunmadan  iĢarə 

elədi ki, oğlanı daha da bərk sıxıĢdırsın. 

Görək,  bu  oğlan  doğrudanmı  nəsə  bilir?”  –  markiz 

düĢünürdü. 

Jülyen  cavab  verərkən  öz  təsəvvürlərindən  daha  çox 

danıĢır və danıĢdıqca oğlanın ağlı yox,  – Parisdə insanların 

hansı  dildə  danıĢdığını  bilməyən  adam  üçün  bu  mümkün 

deyildi – amma hansısa fikirləri ortaya çıxırdı, o, bu fikriləri 

bir  az  naqolay,  çox  vaxt  da  yersiz  ifadə  etsə  də,  latınca  əla 

danıĢa bildiyi göz qabağındaydı. 



www.vivo-book.com 

 

531 



Jülyenin həmsöhbəti Ġmzalar Akademiyasının üzvüydü 

və  təsadüfən  bu  adam  latınca  da  bilirdi. O  fərqinə  vardı  ki, 

Jülyen  klassikanı  əla  bilir  və  oğlanı  qızarmağa  məcbur 

edəcəyindən  çəkinmədən  qəsdən  dolaĢıq  suallarla  onu 

çaĢdırmağa baĢladı.  

Bu  təkbətək  döyüĢün  təsirinə  düĢən  Jülyen  necə 

dəbdəbəli  bir  ziyafət  salonunda  olduğunu  unudaraq, 

həmsöhbətinin heç vaxt oxumadığı latın müəlliflər barədə öz 

təsəvvürlərini danıĢmağa baĢladı. 

Həmsöhbəti vicdanlı adam kimi gənc katibin bilgilərini 

dəyərləndirdi. 

XoĢbəxtlikdən  söhbət  Horatsinin  varlı,  yoxsa  kasıb 

adam olduğundan düĢdü  – o heç bir qayğısı olmayan sevgi 

adamı  olaraq  Ģeirlərini  ancaq  Molyer  və  Lafontenin  dostu 

ġapelğ  kimi  zövq  üçünmü  yazıb,  yoxsa  bəxtsiz  saray  Ģairi 

olaraq,  Lord  Bayronun  ittihamçısı  Sauti  kimi  kralların 

Ģərəfinə Ģeirlər qoĢaraq ələ baxaraqmı yaĢayıb? 

Sonra  söhbət  Avqust  və  IV  Georq  zamanlarındakı 

cəmiyyətlərdən düĢdü – hər iki dövrdə aristokratlar hər Ģeyə 

qadir  olub,  amma  Romada  bu  ona  gətirib  çıxarıb  ki,  sadə 




www.vivo-book.com 

 

532 



hərbiçi  olan  Mesenat  hakimiyyəti  onların  əlindən  alıb, 

Ġngiltərədəsə aristokratların hakimiyyəti IV Georqu tədricən 

Venesiya doju vəziyyətinə qədər aparıb. 

Bu  söhbət  naharın  əvvəlində  bərk  darıxan  markizi  bir 

az  canlandırdı.  Jülyen  Sauti,  lord  Bayron,  IV  Georq  kimi 

müasirlərin  adını  eĢidəndə  heç  nə  baĢa  düĢmürdü  –  o  bu 

adları  ilk  dəfəydi  ki,  eĢidirdi.  Amma  söhbət  Romadan 

düĢəndə  bu  məsələləri  Horatsinin,  Marsialın,  Tatsitin 

əsərlərindən  bilən  Jülyen  hamıdan  məlumatlı  olurdu  və  bu 

heç kimin nəzərindən qaçmırdı. 

Jülyen  düĢünmədən  bezanson  yepiskopunun  həmin 

axĢam  ona  danıĢdıqlarını  öz  fikri  kimi  qələmə  verdi  ki,  bu 

da əməlli-baĢlı marağa səbəb oldu. 

ġairlər barədə söhbət yekunlaĢanda ərini maraqlandıran 

bütün Ģeylərdən təsirlənməyi özünə borc bilən markiza axır 

ki, Jülyenə tərəf baxdı. 

Markizanın  yanında  oturan  akademik  əyilib  qadının 

qulağına pıçıldadı: 

–  Bu  abbatın  yonulmamıĢ  hərəkətlərinə  baxmayın, 

deyəsən, çox oxumuĢ adamdır. 




www.vivo-book.com 

 

533 



Bu sözləri Jülyen də eĢitdi. 

Belə hazır fikirlər markizanın xoĢuna gəlirdi; o, Jülyenə 

münasibətdə bu  yanaĢmanı  tətbiq  elədi və  akademiki dəvət 

etdiyi  üçün  özünü  təriflədi.“Bu  adam  cənab  de  La-Mollun 

kefini açdı”, – qadın düĢündü. 

 

 



 

 

 



 

 

 



III 

 

    ĠLK ADDIMLAR 



 

Göz  işlədikcə  uzanan,  parlayan  alovlarla  örtülü  bu 

düzəngah, ucsuz-bucaqsız izdiham məni kor eləyir. Bir Allah 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə