Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə107/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   103   104   105   106   107   108   109   110   ...   197

www.vivo-book.com 

 

534 



bəndəsi  məni  tanımır,  hamı  mənə  yuxarıdan  aşağı  baxır. 

Mən düşünmək qabiliyyətimi itirirəm. 

 

Reina 

 

Səhəri  gün  Jülyen  erkəndən  kitabxanada  oturub, 



məktubları yazırdı ki, divarda kitab cildləriylə peĢəkarcasına 

gizlədilmiĢ  qapı  aralandı  və  madmazel  Matilda  içəri  girdi. 

Jülyen bu fəndgir qapıya heyrətlə baxdı, Matildasa deyəsən, 

oğlanı  burada  gördüyündən  bərk  məyus  olmuĢdu.  Onun 

əynində papilyot vardı və qız Jülyenə sərt, təkəbbürlü, hətta 

kiĢiyana göründü. 

Madmazel  La-Molla  atasının  kitabxanasından  oğrun-

oğrun  kitab  götürüb  oxuyurdu  və  evdə  heç  kimin  bundan 

xəbəri  yox  idi.  Ġndi,  Jülyen  burada  olduğuna  görə  qızın 

gəliĢi əbəs idi və bu hal onu bərk məyus eləmiĢdi – bu gün 

qız  Volterin  “Babilli  Ģahzadə  qız”  əsərinin  ikinci  cildini 

götürməliydi. 




www.vivo-book.com 

 

535 



Yazıq  qız  artıq  on  doqquz  yaĢında  olanda  nəsə 

əcaibmaraqlı  əsərlər  axtarırdı,  çünki  baĢqa  romanlar  ona 

maraqlı gəlmirdi. 

Saat  üçdə  kitabxanaya  qraf  Norber  gəldi,  o,  axĢam 

siyasətdən  söhbət  düĢə  biləcəyini  nəzərə  alıb,  qəzet 

götürmək  üçün  gəlmiĢdi.  Gənc  qraf  varlığını  yadından 

çıxardığı  Jülyeni  görəndə  onu  gördüyünə  xoĢhal  olduğunu 

bildirdi. 

O  son  dərəcə  nəzakətliydi  və  birlikdə  at  belində 

gəzintiyə çıxmağı təklif elədi. 

– Atam nahara qədər bizə vaxt verib. 

Jülyen  oğlanın  “biz”  deyəndə  əslində  kimi  nəzərdə 

tutduğunu anladı və qrafa rəğbətlə baxdı. 

– Ġlahi, cənab qraf, – Jülyen dedi, – əgər söhbət səksən 

futluq ağacı kəsib, qol-budağını arıtlamaq və onu rəndələyib 

taxtaya çevirməkdən getsəydi, mən özümü göstərə bilərdim, 

amma  iĢ  at  minməkdisə,  deyim  ki,  ömrümdə  cəmi  beĢ-altı 

dəfə ata minmiĢəm. 

– Əla, bu da yeddinci dəfə olar, – Norber dedi. 



www.vivo-book.com 

 

536 



Jülyen  Veryerdə  kralın  qarĢılama 

mərasimini 

xatırlayanda  əla  at  mindiyini  düĢünürdü.  Amma  Bulon 

meĢəsindən  qayıdanda,  Bak  küçəsinin  ən  sərt  yerində, 

qarĢısına  çıxan  kabrioletdən  yayınmaq  üçün  atın  baĢını 

döndərəndə yəhərdən sıçrayıb, palçığa düĢdü. XoĢbəxtlikdən 

ona iki dəst paltar tikmiĢdilər. 

Nahar  ərəfəsində  oğlanı  danıĢdırmağa  cəhd  eləyən 

markiz  onlardan  gəzintilərinin  yaxĢı  keçib-keçmədiyini 

soruĢdu. 

Norber tələm-tələsik cavab verib, söhbəti yayındırdı. 

–  Cənab  qraf  mənə  qarĢı  çox  mərhəmətlidir,  –  Jülyen 

etiraz elədi. – Bu yaxĢılığına görə ona çox minnətdaram. O 

əmr elədi ki, mənə ən dinc və yaxĢı atı versinlər, amma onu 

mənə  öyrəĢməyə  məcbur  edə  bilmədi.  Buna  görə  də,  geri 

qayıdanda uzun küçənin ortasında, düz körpünün qarĢısında 

atdan yıxıldım. 

Özünü  saxlamağa  çalıĢan  madmazel  Matilda,  axır  ki, 

dayana  bilməyib,  gülməkdən  uğundu,  sonrasa  sıxılıb-

eləmədən  məsələnin  təfərrüatlarını  öyrənməyə  baĢladı. 

Jülyen hər Ģeyi qeyri-adi dərəcədə sadəlövhcəsinə danıĢırdı 



www.vivo-book.com 

 

537 



və  bu  onda  çox  məsum  alınırdı  –  amma  özünün  bundan 

xəbəri yox idi. 

– Bu abbatdan adam olacaq, – markiz akademikə dedi. 

–  Belə  durumlarda  özünü  sərbəst  aparan  əyalət  adamı 

görünməmiĢ  bir  iĢdi,  belə  Ģeyi  hardasa  görüb-eĢitmək 

mümkün deyil! Bu azmıĢ kimi, o, baĢına gələnləri qadınların 

yanında danıĢmaqdan çəkinmir! 

Jülyen  baĢına  gələn  biabırçılığı  elə  məsumcasına 

danıĢmıĢ  və  adamları  elə  tərk-silah  eləmiĢdi  ki,  naharın 

sonunda,  söhbət  dəyiĢəndən  sonra  da  Matilda  hadisəyə 

marağını itirmədən qardaĢını sorğu-suala çəkirdi.  

Onun  suallarını  eĢidən  və bir-iki  dəfə  qızın  baxıĢlarını 

öz  üzərində  hiss  eləyən  Jülyen  cəsarətə  gəlib,  qızın  ona 

müraciət  eləmədiyinə  baxmayaraq,  özü  cavab  verməyə 

baĢladı və onlar üçlükdə qəhqəhə çəkib gülməyə baĢladılar – 

bu  gülüĢmə  əyalət  küncündəki  uzaq  bir  kənddə  yaĢayan 

əyalət gəncliyinin gülüĢməsindən seçilmirdi. 

Səhəri  gün  Jülyen  ilahiyyatla  bağlı  iki  mühazirədə 

iĢtirak  elədi  və  kitabxanaya  qayıdaraq  iyirmiyə  yaxın 

məktub yazdı. 




www.vivo-book.com 

 

538 



Kitabxanaya girəndə Jülyen masasının yanında oturmuĢ 

cavan,  yaxĢı  geyinsə  də  miskin  görünən  və  paxıl  sifətli  bir 

adam gördü. 

Markiz içəri girdi. 

–  Burada  neynirsiz,  cənab  Tambo?  –  o  sərt  səslə 

çağırılmamıĢ qonaqdan soruĢdu. 

– Mən elə bilirdim ki, – cavan oğlan saxta təbəssümlə 

sözə baĢlamaq istədi. 

–  Yox,  cənab,  siz  heç  nə  bilmirdiniz.  Sizin  cəhdinizi 

uğursuz hesab etmək olar. 

Gənc Tambo qəzəbli halda ayağa qalxıb yoxa çıxdı. Bu, 

markiza  de  La-Mollun  dostu  olan  akademikin  bacısı 

oğluydu,  hansısa  bir  ədəbiyyat  məktəbinə  girmək  istəyirdi. 

Akademik  markizdən  xahiĢ  eləmiĢdi  ki,  onu  özünə  katib 

götürsün.  

Tambo  xüsusi  otaqda  iĢləyirdi,  amma,  Jülyenin  hansı 

imtiyazlara  sahib  olduğunu  öyrənəndən  sonra  bu  səhər  öz 

yazı ləvazimatlarını kitabxanaya daĢımıĢdı. 

Saat  dörddə  Jülyen  uzun-uzadı  tərəddüd  eləyəndən 

sonra qraf  Norberin yanına getdi.  Qraf  at  belində gəzintiyə 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə