Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə108/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   104   105   106   107   108   109   110   111   ...   197

www.vivo-book.com 

 

539 



çıxmağa hazırlaĢırdı və olduqca nəzakətli adam olan bu gənc 

çətin vəziyyətə düĢdü. 

– Məncə, – o, Jülyenə dedi, – tezliklə siz manejdə dərs 

alacaqsınız və bir neçə həftədən sonra məmnuniyyətlə sizi at 

belində gəzintiyə çıxaracağam. 

–  Mən  sizə  minnətdarlıq  eləmək  Ģərəfinə  nail  olmaq 

istəyirdim.  Ġnanın  mənə  cənab,  –  Jülyen  çox  təsirli  səslə 

dedi,  –  mən  dərindən  hiss  eləyirəm  ki,  sizə  nə  qədər 

borcluyam.  Əgər  dünən  mənim  naĢılığım  ucbatından  atınız 

zədələnməyibsə  və  həmin  at  bu  gün  boĢdusa,  bu  gün  ona 

minmək istərdim. 

–  Necə  istəyirsiniz,  əzizim  Sorel,  amma  özünüzdən 

küsün.  Boynunuz  qırılsa,  mən  cavabdeh  deyiləm.  Elə  bilin 

ki,  sizə  bütün  ağıllı  məsləhətləri  vermiĢəm.  Məsələ 

burasındadı ki, artıq saat dörddü və vaxt itirmək olmaz. 

–  Bəs  atdan  yıxılmamaq  üçün  nə  etmək  lazımdır?  – 

Ġkisi də ata minəndən sonra Jülyen cavan qrafdan soruĢdu. 

Norber var səsiylə qəhqəhə çəkdi: 

–  Bunun  bir  çox  yolu  var.  Məsələn,  gərək  korpusu 

arxaya çəkəsən. 




www.vivo-book.com 

 

540 



Jülyen  sərt  yoxuĢla  qalxdı.  Onlar  XVI  Lüdovik 

meydanına çıxdılar. 

–  Ay  sizi,  gənc  dəliqanlı!  –  Norber  dedi.  –  Baxın, 

burada  nə  qədər  fayton  var,  hamısını  da  nataraz  adamlar 

idarə  eləyir.  Atdan  yıxılsanız,  bunların  hamısı  sizi  tapdayıb 

keçər:  var  gücüylə  səyirdilən  atların  cilovunu  çəkib 

ağızlarını yara eləmək kimin nəyinə lazımdı!  

Norber  düz  iyirmi  dəfə  Jülyenin  az  qala  yəhərdən 

yıxılacağının  Ģahidi  oldu,  amma  atla  gəzinti  xətasız-bəlasız 

qurtardı. Onlar evə qayıdanda gənc qraf bacısına dedi: 

–  Ġcazə  verin,  canından  bezmiĢ  bu  cəsur  adamı  sizə 

təqdim edim!  

Norber  nahar  vaxtı  masanın  o  biri  baĢında  oturan 

atasıyla  danıĢarkən  dil  qəfəsə  qoymadan  Jülyenin  çılğın 

cəsurluğunu  öyürdü.  Amma  onun  at  minməyi  məsələsində 

tərifə  layiq  olanı  da  təkcə  bu  idi.  Cavan  qraf  səhər  atları 

qaĢovlayan  mehtərlərin  Jülyenin  atdan  yıxılmağını  necə 

ədəbsizcəsinə lağa qoyduğunu eĢitmiĢdi. 

Bütün  nəzakət  və  xeyirxahlığa  baxmayaraq,  Jülyen 

tezliklə  özünü  bu  ailədə  tənha  hiss  elədi.  Bu  evdəki  bütün 




www.vivo-book.com 

 

541 



ənənələr  ona  dəhĢətli  dərəcədə  qəribə  gəlir  və  gənc  bir 

ucdan  bu  ənənələri  pozmuĢ  olurdu.  Xidmətçilər  onun 

yanlıĢlıqlarından böyük həzz alırdılar. 

Abbat  Pirar  çıxıb  öz  kilsəsinə  getmiĢdi.  Onun  məntiqi 

buydu:  “Əgər  Jülyen  küləkdən  titrəyən  qamıĢ  çubuğudursa, 

qoy  bəri  baĢdan  məhv  olsun,  yox,  möhkəm  adamdısa,  qoy 

özünə yol açsın”. 

 

 



IV 

 

  DE LA-MOL ĠMARƏTĠ 



 

Onun  burada  nə  işi  vardı?  Bura  onun  xoşuna 

gəlirdimi?  Burada  kimlərinsə  xoşuna  gələcəyini  ümid 

eləməklə axmaqlıqmı edir?  

 

Ronsar 

 



www.vivo-book.com 

 

542 



Əgər  de  La-Molların  aristokratyana  qonaq  otaqlarında 

hər  Ģey  Jülyenə  qəribə  gəlirdisə,  rəngi  avazımıĢ  qara 

kostyumlu  bu  yazıq  oğlan  da  ona  diqqət  göstərənlərin 

hamısına  qəribə  görünürdü.  Xanım  de  La-Moll  ərinə  təklif 

elədi ki, evə vacib insanları qonaq çağıranda bu oğlanı nəsə 

bir iĢ dalınca göndərsin. 

–  Mən  təcrübəmi  axıra  qədər  aparmaq  istəyirəm,  – 

markiz dedi. – Abbat Pirar belə hesab eləyir ki, biz özümüzə 

yaxın  buraxdığımız  insanların  özlərinə  hörmət  hissini 

öldürməklə  düz  hərəkət  eləmirik.  O  deyir  ki,  ancaq 

müqavimət  göstərənlərə  inanmaq  olar.  Bu  oğlan  ona  görə 

burada yersiz görünür ki, onu burada heç kim tanımır  – bu 

yazıq da lal-kar deyil axı. 

“Burada baĢ çıxarmaq üçün, – Jülyen düĢünürdü, – mən 

gərək  bu  evə  qonaq  gələnlərin  adlarını  qeyd  eləyim  və 

xasiyyətlərini də iki kəlməylə ifadə eləməyə çalıĢım”. 

Ġlk  olaraq  o,  bu  evə  tez-tez  gələn  və  markizin  əhli-

keflikdən  bu  oğlana  hamilik  elədiyini  düĢünən  və  hər 

ehtimala  qarĢı  onunla  sayğılı  davranan  beĢ-altı  nəfər 

dostların adlarını qeyd elədi. Bunlar elə də varlı olmayan, az 




www.vivo-book.com 

 

543 



əhəmiyyət  kəsb  edən,  adamlara  uyğunlaĢmağa  çalıĢan 

insanlar idi. Amma bizim günlərimizdə kübar salonlarda rast 

gəldiyimiz belə adamların cinsində bu vardı ki, onlar hamıya 

eyni cür uyğunlaĢmırdılar. Belə ki, onlardan çoxu markizin 

istənilən  kobudluğunu  həzm  edə  bildikləri  halda,  xanım  de 

La-Mollun bircə sərt sözündən qəzəblənib üsyan eləyirdilər. 

Ev sahibləri ifrat qürurlu və əyləncə xətrinə baĢqalarını 

alçaltmağa  meyilli  olduqlarından  əsl  dostluq  münasibətləri 

barədə  danıĢmaq  olmazdı.  Bir  sözlə,  yağıĢlı  günləri  və 

dəhĢətli  dərəcədə  darıxdıqları  nadir  dəqiqələri  hesaba 

almasaq,  onlar  qonaqlarına  yüksək  səviyyədə  nəzakətli 

davranırdılar. 

Əgər Jülyenlə dostyana davranan o beĢ-altı nəfər de La-

Molların  imarətini  tərk  eləsəydilər,  xanım  de  La-Moll 

saatlarla tənha  qalmalı olardı; tənhalıqsa belə qəbildən olan 

qadın üçün çox dəhĢətli bir Ģeydi – lənət kimi.  

Markizin  arvadıyla  davranıĢı  mükəmməl  idi:  o, 

arvadının  qonaq  otağının  par-par  alıĢıb  yanmasının, 

qonaqlarla  dolu  olmasının  qayğısına  qalırdı.  Amma  bu 

qonaqlar  perlər  deyildi,  markizin  fikrinə  görə,  gənc 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə