Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə109/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   105   106   107   108   109   110   111   112   ...   197

www.vivo-book.com 

 

544 



həmkarları  onun  evinə  istənilən  vaxt  gəlmək  üçün  o  qədər 

də  Ģöhrətli,  onlara  elə-belə  dözə  bilmək  üçünsə  yetərincə 

əyləncəli adamlar deyildilər. 

Amma Jülyen bu balaca sirlərə kifayət qədər gec vaqif 

oldu.  Burjua  evlərində  hər  gün  müzakirə  mövzusu  olan 

yüksək  siyasət  markiz  kimi  adamların  evlərində  ancaq 

kədərli anlarda müzakirə olunur.  

Bizim  bu  darıxdırıcı  əsrdə  əylənmək  istəyi  o  qədər 

güclüdü  ki,  hətta  xüsusi  dəvətli  Ģam  yeməklərində  belə 

markiz qonaq otağını tərk edən kimi hamı qaçıb dağılıĢırdı. 

Söhbətlərdə tanrı, ruhanilər, yüksək mövqe tutmuĢ adamlar, 

sarayın  himayəsində  artistlər  –  bir  sözlə  öz  yerini 

bərkitmiĢlər  barədə  heç  bir  zarafatyana  ifadələrə  yol 

verilmirdi.  Beranje,  müxalifət  qəzetləri,  Volter,  Russo,  bir 

sözlə, az-çox azad fikirli olan kimsə, nəsə barədə heç bir xoĢ 

söz  iĢlətmək  olmazdı.  Ən  əsası,  siyasət  barədə  danıĢmaq 

qətiyyən  olmazdı  –  qalan  hər  Ģey  barədə  sərbəst  danıĢmaq 

mümkün idi. 




www.vivo-book.com 

 

545 



Bu salon xartiyasının  iradəsinə zidd  getmək hüququnu 

heç nə, nə yüz minlik gəlir, nə də mavi lent verə bilməzdi. 

Cüzi bir fikir kobudluq kimi görünə bilərdi. 

Gözəl ahəngə, əvəzsiz nəzakətə, xoĢagəlmək cəhdlərinə 

baxmayaraq,  bütün  üzlərdə  adamların  necə  darıxdıqları 

yazılmıĢdı.  Məcburən  bura  gəlmiĢ  cavan  adamlar  onların 

nəsə  qadağan  olunmuĢ  bir  əsərlə  tanıĢlığını  büruzə  verə 

biləcək,  ya  da  nəsə  xoĢa  gəlməyən  fikirlər  sahibi 

olduqlarından  Ģübhələndirəcək  bir  söz  deyə  biləcəklərindən 

çəkinərək,  Rossinidən  bir-iki  gözəl  ifadə  iĢlətmək  və 

bugünkü hava barədə danıĢmaqla kifayətlənirdilər. 

Jülyen fikir vermiĢdi ki, söhbətdə adətən markiz de La-

Mollun  mühacirətdə  tanıĢ  olduğu  iki  vikont  və  beĢ  baron 

fəal  iĢtirak  edir.  Bu  cənablar  altı-səkkiz  min  livr  dəyərində 

icarə  gəlirinə  sahib  idilər,  onlardan  dördü  “Kotidyen”ə, 

üçüsə  “Qazet  de  Frans”a  abunəydi.  Birinin  ehtiyatında 

həmiĢə  mütləq  nəsə  bir  saray  lətifəsi  olurdu.  Jülyen  fikir 

vermiĢdi  ki,  bu  cənablardan  birinin  beĢ  ordeni  vardı, 

qalanlarısa üç orden taxırdı. Amma əvəzində qonaq otağında 

on xidmətçi fırlanır, bütün axĢamı hər on beĢ dəqiqədən bir 




www.vivo-book.com 

 

546 



çay və dondurma təklif edir, gecəyarısısa Ģampan Ģərabı və 

xudmani bir Ģam yeməyi olurdu. 

Buna  görə  də  Jülyen  az  hallarda  axıra  qədər  otururdu, 

ümumiyyətlə,  o  baĢa  düĢmürdü  ki,  belə  qızıla  tutulmuĢ 

qonaq  otaqlarında  gedən  söhbətlərə  necə  ciddi-ciddi  qulaq 

asmaq  olar?  O  hərdən  həmsöhbətlərinin  üzünə  baxaraq 

düĢünürdü  ki,  bəlkə  onlar  özləri  danıĢdıqları  Ģeyləri  lağa 

qoyurlar?  

“Mənim hər halını bildiyim ağam, cənab de Mestr, – o 

düĢünürdü, – bunlardan yüz dəfə yaxĢı danıĢdığı halda belə 

çox darıxdırıcı görünürdü”. 

Bu  əzablı,  adamı  havasızlıq  dərəcəsinə  çatdıran 

darıxdırıcılığı  fərq  edən  təkcə  Jülyen  deyildi.  Bəziləri 

yorulmadan dondurma yeməklə baĢlarını qatır, bəzilərisə hər 

Ģeyi buna hesablayırdılar ki, bir azdan desinlər: 

“Mən indicə de La-Molların evindən gəlirəm. Təsəvvür 

edin, orada danıĢırdılar ki, Rusiya...” 

Jülyen  bu  adamlardan  birindən  öyrənmiĢdi  ki,  cəmi 

yarım il əvvəl xanım de La-Moll onlara göstərdiyi iyirmiillik 

sədaqətinə  görə  kasıb  baron  Le-Burqinyonu  prefektliyə 




www.vivo-book.com 

 

547 



keçirmiĢdi, Bərpa dövrünün əvvəlindən həmin vaxta qədərsə 

bu cənab prefekt köməkçisiymiĢ. 

Bu böyük hadisə cənabların bu evə həvəsini artırmıĢdı. 

Onlar  əvvəllər  də  elə  tez  inciyən  adamlar  olmamıĢdılar, 

indisə heç nədən qırılmırdılar. 

Bir  sözlə,  bu  adamlara  qarĢı  hörmətsizlik  çox  az 

hallarda  büruzə  verilirdi,  amma  Jülyen  bir  neçə  dəfə  masa 

arxasında  markizlə  arvadının  arasında  yanlarında  oturan 

adamlar barədə qısa, amma sərt dialoqların Ģahidi olmuĢdu. 

Bu  adlı-sanlı  cənablar  babalarının  kral  karetalarında 

gəzdikləriylə öyünməyən adamlara qarĢı olan ikrahlarını heç 

cürə gizlətmirdilər. Jülyen bir də bunu müĢahidə eləmiĢdi ki, 

təkcə  xaç  yürüĢləri  barədəki  söhbət  bu  cənabların  üzündə 

ciddilik  və  hörmət  ifadəsi  yarada  bilir.  Qalan  bütün 

vaxtlarda bu hörmət hissində nəsə bir minnət olurdu. 

Bütün bu cah-calalın və darıxdırıcılığın arasında Jülyen 

təkcə  cənab de  La-Molla dərin  maraq  hissiylə  yanaĢırdı. O, 

dəfələrlə  və  dərin  məmnunluq  hissiylə  eĢitmiĢdi  ki,  cənab 

markiz kiməsə fağır Le-Burqinyonun vəzifəsini artırmaqdan 

ötrü heç nə etmədiyini təkrar edir. Bu, markizaya nəzakətli 




www.vivo-book.com 

 

548 



davranıĢından irəli gəlirdi – Jülyensə həqiqəti abbat Pirardan 

öyrənmiĢdi. 

Bir  dəfə  səhər  abbat  Jülyenlə  markizin  kitabxanasında 

iĢləyir,  onun  Frilerlə  bitmək  bilməyən  davasının 

xırdalıqlarını ayırd eləyirdi. 

– Cənab, – Jülyen qəfildən dedi, – hər gün markizanın 

süfrəsinə  oturmaq  mənim  öhdəliklərimdən  biridir,  yoxsa 

bunu özümə qarĢı bir lütfkarlıq kimi qəbul eləməliyəm? 

–  Bu  çox  böyük  Ģərəfdir!  –  abbat  hirslə  dedi  –  Cənab 

N.,  akademik,  bu  evdə  düz  on  beĢ  illik  zəhməti  olan  adam 

bu  qədər  səy  göstərməyinə  baxmayaraq,  bacısı  oğlu  cənab 

Tambonun belə bir lütfə nail olmasını təmin edə bilmədi. 

–  Cənab,  mənim  üçün  öhdəliklərimdən  ən  ağır  olanı 

budur. Mən heç seminariyada belə darıxmırdım. Mən hərdən 

madmazel 

de 


La-Mollun 

da  darıxdığını  görürəm, 

baxmayaraq  ki,  o  artıq  bu  evin  dostlarının  hal-xasiyyətinə 

öyrəĢməliydi.  HəmiĢə  qorxuram  ki,  indicə  məni  yuxu 

tutacaq. Mənə lütf eləyin, qırx su qarĢılığında hansısa kasıb 

bir kafedə nahar edə bilim. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə