Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə11/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   7   8   9   10   11   12   13   14   ...   197

www.vivo-book.com 

 

52 



bir  otaqda  yatmağına  öyrəĢmiĢdi.  Səhər  oğlanların  balaca 

çarpayılarını  onun  gözləri  qarĢısında  mürəbbinin  otağına 

daĢıdıqlarını  görəndə  o,  çox  gözyaĢı  tökdü.  Var  gücüylə 

ərinə  yalvardı  ki,  heç  olmasa  ən  balaca  oğlu  Stanislav  – 

Ksavyenin çarpayısını onun otağına qoysunlar. 

Qadınlara  xas  olan  çılğınlıq  xanım  Renalda  son 

həddə  çatmıĢdı.  O  artıq  mürəbbi  barədə  təsəvvürlərə  malik 

idi  –  bu,  iyrənc,  kobud,  pırpızbaĢ,  sadəcə  latın  dilini 

bildiyinə görə  onun uĢaqlarının  üstünə  qıĢqırmaq  hüququna 

malik bir məxluq idi. 

Hələ  bu  quldur  dilinə  görə  o  mürəbbi  onun 

oğlanlarını cəzalandıra da bilərdi. 

 

 

VI 



 

  XOġAGƏLMƏZLĠK 

 

   Non so piu cosa son Cosa faccio. 



www.vivo-book.com 

 

53 



   Mozart (Figaro)

12

 



 

  Xanım  Renal  adətən  heç  kimin  ona  baxmadığına 

əmin  olan  zamanlardakı  diri  və  Ģux  halıyla  qonaq  otağının 

ĢüĢə  qapısından  bağa  çıxanda  baxıĢları  alaqapıda  dayanan 

cavan kəndli oğlana sataĢdı – gəncin rəngi ağappaq idi, özü 

də  deyəsən,  ağlamıĢdı.  Əynində  təmiz  ağ  köynək, 

qoltuğundasa səliqəylə qatlanmıĢ mahud gödəkcə vardı. 

Gəncin  rəngi  elə  avazımıĢdı,  gözlərisə  elə  itiydi  ki, 

xanım  Renal  əvvəl-əvvəl  qarĢısındakının  oğlan  paltarı 

geyinmiĢ  qız  olduğunu  düĢündü  –  yəqin  bu  qız  cənab 

merdən  nəsə  xahiĢ  eləməyə  gəlib.  Xanım  Renalın  qapı 

ağzında dayanıb, zəngi basmağa ürək eləməyən qıza yazığı 

gəldi.  O,  bir  anlığa  mürəbbi  dərdini  unudub,  qıza  tərəf 

yeridi.  Jülyenin  üzü  çıxıĢ  qapısına  tərəf  olduğundan  o, 

qadının yaxınlaĢdığını görmədi. Buna görə də düz qulağının 

dibində qəfil səslənən mehriban səsdən diksindi: 

                                                 

12

Bilmirəm mənimlə nə baş verir (ital.) Mosart, “Fiqaronun evlənməsi” 



 


www.vivo-book.com 

 

54 



– Sizə nə lazımdı, mənim balam? 

Jülyen  tezcə  geri  qanrıldı  və  canıyananlıqla  ona 

baxan  gözləri  görüb  heyrətə  gəldi.  Oğlan  bir  anlıq  öz 

utancaqlığını  kənara  buraxıb,  qadına  baxdı  –  qadının 

gözəlliyi  onu  ovsunlamıĢdı.  O  hər  Ģeyi,  hətta  niyə  burada 

olmalı  olduğunu  da  unutmuĢdu.  Xanım  Renal  sualını 

təkrarladı. 

– Mən bura ona görə gəlmiĢəm ki, xanım, – nəhayət 

ki, o, göz yaĢlarından xəcalət çəkərək, gizlicə onları silməyə 

cəhd edə-edə dilləndi, – mən bu evin uĢaqlarına tərbiyəçilik 

eləməliyəm. 

Xanım Renal təəccübdən donub qaldı və heyrətindən 

dili bircə kəlmə də söz tutmadı. Onlar lap yaxın dayanıb bir-

birinə  baxırdılar.  Jülyen  həyatında  hələ  heç  vaxt  belə 

yaraĢıqlı  məxluq  görməmiĢdi  –  ən  təəccüblüsüsə  bu  idi  ki, 

bu qar kimi ağappaq dərisi olan qadın onunla belə mehriban 

danıĢırdı. 

Xanım Renal bu kəndli oğlanın əvvəlcə elə ağappaq 

olan,  sonra  qəfildən  qızaran  yanaqları  boyu  süzülən  göz 

yaĢlarına  baxırdı.  Qəfildən  o  Ģaqqanaq  çəkib  güldü  –  onun 




www.vivo-book.com 

 

55 



balaca  qız  gülüĢünə  oxĢayan  bu  Ģux  gülüĢünü  saxlamaq 

mümkün  deyildi.  O  özünə  gülürdü  və  elə  xoĢbəxt  idi  ki, 

özünə  gələ  bilmirdi.  Necə?!  Deməli,  mürəbbi  budur?! 

Onunsa  ağlına  pinti,  tökülüb  itən,  uĢaqlarının  üstünə 

qıĢqırıb, onları Ģallaqla döyən rahib gəlmiĢdi. 

– Necə, cənab? – axır ki, o dilləndi – siz latın dilini 

bilirsiniz? 

 

35 



Bu “cənab” müraciəti Jülyeni çox təəccübləndirdi və 

o bir anlığa çaĢdı. 

– Hə, xanım... – utancaq-utancaq dedi. 

Xanım Renal elə təsirlənmiĢdi ki, Jülyendən cəsarətlə 

soruĢdu: 

– 

Cənab, 



siz 

mənim 


uĢaqlarımı 

çox 


incitməyəcəksiniz ki? – Mən? Ġncitmək? – Jülyen təəccüblə 

soruĢdu. – Niyə incidim ki? 

–  Yox,  cənab,  mən  ciddi  soruĢuram,  –  qadın  bir 

anlığa  susandan  sonra  dilləndi,  indi  onun  səsində  daha  çox 




www.vivo-book.com 

 

56 



nigarançılıq  vardı  –  siz  onlarla  mehriban  davranacağınızı 

mənə söz verirsiniz? 

Belə  qəĢəng  xanımın  ona  ciddi-ciddi  “cənab”  deyə 

müraciət  eləməyi  Jülyenin  gözləntilərini  alt-üst  eləmiĢdi. 

UĢaqlıqda  özü  üçün  nə  qədər  xəyal  sarayları  qursa  da,  o 

əmin idi ki, əynində Ģıq hərbiçi mundiri olmayınca heç vaxt 

heç  bir  əsil-nəcabətli  xanım  onunla  söhbət  eləmək 

lütfkarlığını göstərməyəcək. 

Xanım  Renalsa  öz  növbəsində,  Jülyenin  iri,  qara 

gözlərini,  üzünün  incə  rəngini,  indi  həmiĢəkindən  daha 

qıvrım  görünən  –  bura  gələndə  o  sərinləmək  üçün  baĢını 

Ģəhər  fəvvarəsinin  suyuna  salıb-çıxartmıĢdı  –  qıvrım 

saçlarını  görüb  heyrətə  gəlmiĢdi.  Və  bu  qız  kimi  utancaq 

oğlanın  onun  kobud  və  iyrənc  kiĢi  kimi  təsəvvür  elədiyi 

mürəbbinin  özü  olmasından  təsvirə  gəlməz  dərəcədə 

sevinirdi. 

Xanım  Renal  kimi  sakit  ruhu  olan  biri  üçün  o  cür 

qorxduğu bir Ģeyin belə qəfil dəyiĢilməyi əsl hadisəydi. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə