Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə110/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   106   107   108   109   110   111   112   113   ...   197

www.vivo-book.com 

 

549 



DoğuluĢdan  sadə  bir  burjua  olan  abbat,  belə  əyanların 

süfrəsində  nahar  etmək  Ģərəfini  olduqca  yüksək 

qiymətləndirirdi.  O  bu  hissi  Jülyenə  də  təlqin  etməyə 

çalıĢdığı  ərəfədə  astadan  eĢidilən  bir  səs  onların  ikisini  də 

çaĢdırdı.  Jülyen  qapı  arxasında  dayanıb,  onlara  qulaq  asan 

madmazel  de  La-Mollu  gördü.  O,  qıpqımızı  qızardı.  Qız 

bura kitab götürmək üçün gəlmiĢdi, bütün söhbəti eĢidəndən 

sonra  içində  Jülyenə  qarĢı  nəsə  bir  hörmət  hissi  baĢ 

qaldırmıĢdı. 

“Bu  adam  dizi  üstə  sürünmək  üçün  yaranmayıb,  –  qız 

düĢündü.  –  O,  bu  kaftar  abbat  kimi  deyil!  Ġlahi,  o  necə 

axmaqdır!” 

Nahar  vaxtı  Jülyen  baĢını  qaldırıb  madmazel  de  La-

Mollun üzünə də baxa bilmədi. Amma qız özü ona müraciət 

elədi.  Həmin  gün  onlar  nəsə  çoxlu  qonaq  gözləyirdilər  və 

qız ona qalmağı təklif elədi. 

Cavan  paris  qızları  yaĢlı  adamları  elə  də  sevmirlər, 

xüsusilə onlar öz əyin-baĢlarına fikir vermirlərsə. 

Madmazel  de  La-Mollun  cənab  Le-Burqinyonun 

həmkarlarına  qarĢı  amansız  və  sərt  davrandığını  görmək 




www.vivo-book.com 

 

550 



üçün  Jülyendən  çox  da  böyük  uzaqgörənlik  tələb 

olunmurdu.  Bu  dəfə  də  qız  qəsdənmi,  ya  da  nədənsə,  bu 

darıxdırıcı cənablara qarĢı xüsusilə amansız idi. 

Madmazel de  La-Moll  hər  axĢam  markizanın oturduğu 

yumĢaq kürsünün  ətrafında sıx birləĢən dar çevrənin diqqət 

mərkəzində  olurdu.  Bu  adamların  arasında  markiz  de 

Kruazenua, qraf de Kelyus, vikont de Lyuz və qraf Norberlə 

bacısının dostları olan baĢqa iki-üç cavan zabit vardı. Bütün 

bu  dəstə  böyük  mavi  divanın  üstündə  özünə  yer  eləyirdi. 

Divanın yanında, par-par yanan Matildanın düz qarĢısındakı 

həsir  oturacaqlı  yastı  kətilin  üstündə  Jülyen  oturmuĢdu.  Bu 

sadə yer Matildanın bütün pərəstiĢkarlarının həsədinə səbəb 

olmuĢdu.  Norber  atasının  katibini  hörmətlə  bu  yerdə 

oturtmuĢ və axĢam uzunu onunla bir neçə kəlmə kəsib, onu 

oturanların yadına salmıĢdı.  

Həmin  axĢam  madmazel  de  La-Moll  oğlana  müraciət 

elədi: 

–  Bezanson  qalasının  yerləĢdiyi  dağın  hündürlüyü  nə 



qədərdir?  


www.vivo-book.com 

 

551 



Jülyen  nə  qədər  çalıĢsa  da,  bu  dağın  Monmartrdan, 

alçaq  yoxsa  hündür  olduğunu  deyə  bilmədi.  O,  bu  dar 

çevrədəki  zarafatlara  ürəkdən  gülə  bilsə  də,  özü  bu 

söhbətlərə  uyğun  nəsə  fikirləĢib  danıĢa  bilmirdi.  Bu  onun 

üçün  baĢa  düĢdüyü,  amma  danıĢa  bilmədiyi  xarici  dil  kimi 

bir Ģey idi.  

Bu  axĢam  Matildanın  dostları  geniĢ  qonaq  otağının 

qapılarında  peyda  olan  hər  kəsi  ayaq  üstə  qarĢılayırdılar. 

Hamıdan  çox  evin  dostları  zərər  çəkdi  –  onları  daha  yaxĢı 

tanıyırdılar.  

Jülyenin  bütün  bunları  necə  maraqla  dinlədiyini 

təsəvvür etmək çətin deyildi: onun üçün hər Ģey maraqlıydı. 

Bu  zarafatların  gizli  mənası  da,  acılamaq  tərzi  də  ona 

maraqlı gəlirdi. 

– A-a! Bu da cənab Dekuli!  – Matilda dedi.  – O artıq 

parik  də  gəzdirmir,  yəqin  ki,  özünün  ələdüĢməz  ağlı 

sayəsində  prefekt  olmaq  istəyir,  buna  görə  də  özü  demiĢ, 

“dahi fikirlərini” gəzdirdiyi daz baĢını hamıya göstərir.  

– Bu adam bütün bəĢəriyyəti ovcunun içi kimi tanıyır, – 

markiz  de  Kruazenua  dedi  –  o  mənim  kardinal  əmimin  də 




www.vivo-book.com 

 

552 



yanına  gəlir.  Bu  adam  dostları  barədə  ağzına  gələni 

uydurmağa  və  uydurduqlarını  illərlə  danıĢmağa  qadirdi  – 

dost-tanıĢının  da  ki,  sayı  iki-üç  yüzü  keçib.  O,  dostlarını 

ovcunun içində saxlamağı bacarır – bu da bir növ istedaddır. 

QıĢda da indi olduğu kimi, saatlarla dostlarının birinin evini 

yağır  eləyir.  Arabir  də  biriylə  sözü  çəp  gəlir,  həmin  adamı 

özündən  daha  da  uzaqlaĢdırmaq  üçün  oturub,  yeddi-səkkiz 

məktub  yazır.  Sonra  o  adamla  barıĢır  və  barıĢığı 

möhkəmləndirmək  üçün  daha  yeddi-səkkiz  məktub  yazıb, 

əbədi  dostluğu  tərənnüm  eləyir.  Amma  onun  əsas  istedadı, 

əsl ulduz kimi parladığı əsas məsələ – özünü ürəyini hamıya 

açan  vicdanlı  adam  kimi  göstərəndə  elədiyi  çılğın 

etiraflardır.  Bu  istedadından  kimdənsə  bir  xahiĢ  eləyəndə 

istifadə  edir.  Əmimin  vikarilərindən  biri  cənab  Dekulinin 

Quruculuq  dövründəki  həyatından  çox  Ģeylər  danıĢır.  Sizi 

bir dəfə onunla tanıĢ edərəm.  

 

–  Mən  belə  söhbətlərə  o  qədər  də  inanmıram.  Məncə 



bu, balaca adamların nifrətindən savayı bir Ģey deyil – qraf 

de Kelyus dedi. 




www.vivo-book.com 

 

553 



– Cənub Dekuli tarixə düĢəcək, – markiz etiraz elədi. – 

O, Quruculuq dövründə abbat Pradt, cənab Taleyran, Potso 

di Borqoyla iĢləyib. 

–  Bir  vaxtlar  bu  adamın  əlində  milyonlar  oynayıb  – 

Norber  dedi,  –  və  mən  baĢa  düĢə  bilmirəm  ki,  o  niyə  bura 

gəlib  atamın  hərdən  dözülməz  dərəcədə  zəhərli  olan  acı 

sözlərini  udur?  Bir  dəfə  atam  ona  masanın  o  biri  baĢından 

qıĢqırdı: – Əziz Dekuli, siz öz dostlarınıza neçə dəfə xəyanət 

etmisiniz?  

–  O,  doğrudan  da  dostlarına  xəyanət  eləyib?  – 

madmazel  de  La-Moll  soruĢdu.  –  Amma  bir  tərəfdən  də 

baxanda kim öz dostlarına xəyanət eləməyib ki? 

– Bu nədi?! – qraf de Kelyus Norberdən soruĢdu. – Bu 

məĢhur liberal cənab Senkler də sizə gəlir? Onun burada nə 

iti azıb? Gərək ona yaxınlaĢıb, bir az danıĢdıraq, deyirlər o, 

nadir hallarda ələ düĢən ağıllı adamlardandı. 

– Amma necə olur ki, ananız onu evində qəbul edir? – 

cənab de Kruazenua soruĢdu. 

– Axı onun qeyri-adi, cəsarətli, müstəqil fikirləri olur... 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə