Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə114/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   110   111   112   113   114   115   116   117   ...   197

www.vivo-book.com 

 

569 



oralara səfərə gedirdi. Abbat de Frilerlə aparılan həmin ağır 

məhkəmə 


çəkiĢməsinin  bütün  qayğıları  da  onun 

boynundaydı. Abbat Pirar onu bu iĢlə tanıĢ eləmiĢdi.  

Markizin  özünə  ünvanlanan  məktubların  kənarlarında 

elədiyi qısa qeydlərə əsaslanan Jülyen cavablar quraĢdırır və 

markiz  demək  olar  ki,  bütün  məktublara  qol  çəkirdi. 

Seminariyada  müəllimlər  onun  dikbaĢlığından  narazılıq 

eləsələr  də,  ən  yaxĢı  tələbələrdən  biri  hesab  eləyirdilər. 

ġöhrətpərəstlik hissi təhqir olunmuĢ adam yanğısıyla məĢğul 

olduğu  bu  çoxsaylı  məĢğuliyyətlər  onun  əyalətdən  özüylə 

gətirdiyi  bütün  gözəl  keyfiyyətlərini  tədricən  soldurdu. 

Rəngi  avazıdığından,  seminariya  yoldaĢları  onun  vərəm 

olduğunu düĢünürdülər.  

Markiz  Jülyenə  at  bağıĢlamıĢdı,  amma  seminariya 

yoldaĢlarının onu at belində görəcəyindən ehtiyatlanan oğlan 

atla  gəzintini  ona  həkimin  məsləhət  gördüyünü  demiĢdi. 

Abbat Pirar onu müxtəlif yansençi dairələrlə tanıĢ eləmiĢdi. 

Jülyen  heyrət  içindəydi:  onun  din  haqqında  təsəvvürləri 

mütləq  saxtakarlıq  və  tamahkarlıqla  bağlıydı.  Qəlbində 

Allah xofu gəzdirən, gəlir güdməyən bu qaraqabaq adamlar 



www.vivo-book.com 

 

570 



onu  heyran  eləmiĢdi.  Onlardan  çoxu  oğlanla  dostlaĢmıĢ, 

bəziləri  ona  məsləhətlər  verirdilər.  Jülyenin  qarĢısında  yeni 

bir  dünya  açılırdı.  Yansençilərin  yanında  o,  qraf  Altamirlə 

tanıĢ olmuĢdu – bu, nəhəng boy-buxuna sahib, öz vətənində 

ölüm  cəzasına  məhkum  edilmiĢ,  bununla  belə  içində  tanrı 

qorxusu olan bir liberal idi. Oğlanı ən çox heyran edən Ģey, 

bu  adamın  olduqca  mömin  və  eyni  anda  azadlıq  düĢkünü 

olmasıydı.  

Jülyenlə  gənc  qraf  Norberin  münasibətləri  soyuq  idi. 

Norber  düĢünürdü  ki,  Jülyen  onun  dostlarının  zarafatlarına 

həddən artıq qudurğan cavablar verir. Jülyen yaxĢı davranıĢ 

qaydalarını bir neçə dəfə pozandan sonra özünə söz verdi ki, 

bir daha madmazel de La-Molla danıĢmasın. Evdə hamı ona 

qarĢı olduqca nəzakətli və mədəni davransa da, oğlan özünü 

onların  gözündən  necə  saldığını  hiss  eləyirdi.  Əyalət 

adamlarına  xas  sağlam  düĢünəbilmə  bacarığı  bunun  izahını 

bir  atalar  sözündə  tapırdı  –  təzə,  köhnədən  yaxĢıdır. 

Doğrudur,  o,  birinci  günlərə  nisbətən  daha  açıq  gözlüydü, 

amma  indi  ilk  günlər  onu  heyran  eləyən  parissayağı 

nəzakətlilik  daha  elə  də  cazibədar  görünmürdü.  Əlini  iĢdən 




www.vivo-book.com 

 

571 



çəkən kimi, oğlanı ölümcül bir darıxqanlıq bürüyürdü  – bu 

xeyli  qüsursuz,  bu  qədər  ölçülüb-biçilmiĢ,  cəmiyyətdə 

tutduğu  mərtəbəyə  görə  belə  dəqiqliklə  hesablanmıĢ 

nəzakətliliyin  öldürücü  təsiriydi.  Az-çox  həssas  ürəyi  olan 

adam  bunun  nə  qədər  süni  olduğunu  bütün  qəlbiylə  hiss 

eləyir.  

Əlbəttə  kobudluğuna,  ya  da  kifayət  qədər  nəzakətli 

olmağına görə əyalət adamlarını qınamaq olar, amma orada 

insanlar səninlə həvəslə danıĢırlar. De La-Molların qəsrində 

heç  kim  heç  vaxt  Jülyenin  xətrinə  dəyməsə  də,  günün 

axırına yaxın oğlan ağlamaq istəyirdi.  

Əyalətdə bir kafeyə girsəniz, orada baĢınıza nəsə gəlsə, 

ofisiant  o  dəqiqə  sizə  diqqət  yetirər,  əgər  həmin  hadisədə 

qürurunuzu  yaralayacaq  bir  söz  iĢlədilibsə,  ofisiant 

canıyananlığından  həmin  sözü  on  dəfə  təkrar  eləyəcək. 

Amma Parisdə güləndə belə kimisə incitməmək üçün gizlicə 

gülürlər, buna baxmayaraq, onlar üçün siz həmiĢə ögeysiniz. 

Biz Jülyeni gülməli vəziyyətdə qoya biləcək – axı onun 

tutduğu mərtəbə oğlanı məsxərəyə sala bilməyə əsas verirdi 

– çoxlu sayda xırda hadisələrin təfərrüatına varmayacağıq.  




www.vivo-book.com 

 

572 



Onun  həssaslığı  oğlanı  min  cür  yanlıĢlığa  yol  verməyə 

vadar  eləyirdi.  Jülyenin  bütün  əyləncələri  əslində  ehtiyat 

tədbirləriydi  –  o  hər  gün  tapançadan  atəĢ  açmağı  öyrənirdi. 

Qılıncoynatma  məktəbində  onu  ən  yaxĢı  Ģagird  hesab 

edirdilər.  BoĢ  vaxt  tapan  kimi  at  sürməyə  gedirdi,  ən  tərs 

atları  tələb  eləyirdi  –  neçə  dəfə  atdan  yıxılmağın  bir 

addımlığından qayıtmıĢdı.  

Markiz Jülyeni özünə ən uyğun adam hesab eləyirdi – 

oğlan  çalıĢqan,  azdanıĢan  və  anlayıĢlıydı.  YavaĢ-yavaĢ 

markiz zəhmət və üzərində baĢ sındırmaq tələb eləyən bütün 

iĢlərini ona tapĢırdı. Markiz uyduğu alimənsəb, Ģöhrətpərəst 

məqsədlərdən  boĢ  vaxt  tapanda  özü  öz  iĢlərini  ağılla  idarə 

edə  bilirdi  –  bütün  hiyləgərlikləri  bildiyi  üçün  birjada  əla 

oynaya  bilir və  evləri, torpaqları ucuz  qiymətə  satın  almağı 

bacarırdı.  Amma  o,  tez  hirslənən  adam  idi  və  çox  boĢ 

Ģeylərə  görə  özündən  çıxa  bilirdi.  Bəzən  yüzlərlə  luidoru 

havaya  sovurur,  bəzən  də  yüzcə  luidorun  haqq-hesabını 

çəkirdi. GeniĢ ürəyi olan varlı insan ticarətdə gəlirdən daha 

çox əyləncə axtarır. Markizə, doğrudan da, onun pul iĢlərini 

sahmana sala biləcək, bir növ pul iĢləri müdiri lazım idi.  




www.vivo-book.com 

 

573 



Özünün  təmkinli  xasiyyətinə  baxmayaraq,  xanım  de 

La-Moll  Jülyeni  məsxərəyə  qoyurdu.  Qeyri-ixtiyari, 

hisslərlə idarə olunan bütün hərəkətlər alimənsəb xanımlara 

ədəb-ərkan qaydalarına zidd bir ĢeymiĢ kimi görünür. Ġki-üç 

dəfə markiz Jülyenin tərəfini saxlamıĢdı: 

– O sizin qonaq otağınızda gülməli görünə bilər, amma 

mənim yazı masamın arxasında oturanda bu oğlan dahi olur.  

Jülyen


sə  öz  növbəsində  markizanın  kartlarını  açdığını 

düĢünürdü.  O  görmüĢdü  ki,  xidmətçi  baron  de  La  Jumatın 

adını  çəkən  kimi  xanım  de  La-Mollun  çiçəyi  çırtlayır  və 

qadın əsl mehribanlıq nümunəsi olur. Barona de  La-Jumata 

olduqca  soyuq,  quru  üzlü  bir  adam  idi.  O,  alçaqboy,  arıq, 

çirkin  idi,  amma  əla  geyinirdi.  Tez-tez  sarayda  olduğuna 

baxmayaraq, bu barədə danıĢmamaq istedadına sahib idi.  

Jülyen  düĢünürdü  ki,  xanım  de  La-Moll  Matildanı  bu 

barona  ərə  verə  bilsə,  özünü  dünyanın  ən  xoĢbəxt  qadını 

hesab edəcək.  

 

 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə