Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə117/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   113   114   115   116   117   118   119   120   ...   197

www.vivo-book.com 

 

584 



çatdırmağı  təklif  elədi.  Jülyen  de  La-Molların  qəsrini 

deyəndə  gənc  diplomat  və  onun  dostu  bir-birinə  baxdı. 

Kareta dayanıb Jülyeni gözləyirdi, amma bu cənablarla olan 

söhbət  oğlana  96-cı  alayın  leytenantının  söhbətindən  daha 

maraqlı gəlirdi.  

“Aman  tanrı!  Duel  dedikləri  elə  budur?  Vəssalam?  – 

Jülyen  düĢündü.  –  Faytonçunu  tapmağım  nə  yaxĢı  oldu! 

Kafedəki təhqiri udmağım mənə necə əzab verərdi!”  

Onlar  yolboyu  xoĢ  söhbət  elədilər.  Jülyen  baĢa  düĢdü 

ki, diplomatsayağı riyakarlıq bəzən adama xeyir gətirə bilər.  

–  Deməli,  bu  vacib  adamların  söhbətlərinə  təkcə 

darıxdırıcı  mövzular  hakim  kəsilmir.  Bunlara  bax,  bu 

adamlar  dini  bayramla  bağlı  zarafat  eləyir,  əməlli-baĢlı 

biabırçı  hekayətlərini  açıq-saçıq,  özü  də  olduqca  həvəslə 

nağıl  eləyirlər.  Bu  adamların  bircə  əskikliyi  var  ki,  siyasi 

məsələlərdən  baĢları  çıxmır.  Amma  bunu  da  gözəl  nitq  və 

dəqiq ifadəylə ört-basdır edə bilirlər.  

Jülyenin bu cavan adamlara qanı bərk qaynayırdı.  

“Əgər mən bu adamlarla tez-tez görüĢəsi olsam, özümü 

dünyanın bəxtəvəri bilərdim”. 




www.vivo-book.com 

 

585 



 

Onlar  ayrılan  kimi  Ģevalye  de  Bovuazi  Jülyenin  kim 

olduğunu  araĢdırmağa  baĢladı  və  əldə  elədiyi  məlumatlar 

onu  bərk  məyus  elədi.  O,  sadəcə,  kiminlə  savaĢdığını,  o 

adama  baĢ  çəkməyin  doğru  olub-olmadığını  öyrənmək 

istəyirdi. Amma öyrəndiklərindən sarsılmalı oldu. 

–  DəhĢət!  –  o öz sekundantına dedi.  –  Ġnana  bilmirəm 

ki, mən cənab de la-Mollun mirzəsiylə duelə çıxmıĢam! Özü 

də  nə  var-nə  var,  faytonçum  mənim  vizit  kartlarımı 

oğurlayıb, buna görə!  

– Heç Ģübhən olmasın, bu həm də gülməlidir!   

 

Və elə həmin axĢam Ģevalye de Bovuaziylə onun dostu 



hamıya  cənab  Sorelin  –  yeri  gəlmiĢkən  o  olduqca  yaxĢı 

oğlandır  –  markiz  de  La-Mollun  yaxın  bir  dostunun 

nikahdan  kənar  oğlu  olduğunu  danıĢmağa  baĢladılar.  Bu 

söhbətə  hamı  inandı.  Hamını  inandırandan  sonra  gənc 

diplomat və onun dostu bir-iki həftəni öz otağında keçirməli 

olan Jülyenə bir neçə dəfə baĢ çəkdilər. Jülyen onlara etiraf 

elədi ki, ömründə bircə dəfə Operada olub.  



www.vivo-book.com 

 

586 



–  Amma  bu  axmaqlıqdır!  –  gənclər  ona  dedilər  –  Axı 

Ģəhərdə gediləsi bir yer varsa, o da elə operadır! Siz mütləq 

“Qraf Ori”yə baxmalısınız!  

Operada  kavaler  de  Bovuazi  oğlanı  məĢhur  müğənni 

Ceronimoya təqdim elədi. 

Jülyen demək olar ki, Ģevalyeyə vurulmuĢdu: onun nəsə 

sirli vacibliyilə qarıĢmıĢ ədabazlığı Jülyeni heyran eləmiĢdi. 

Məsələn, kavaler kəkələyən bir əyanla danıĢanda onun kimi 

kəkələməyə  baĢlayırdı.  Jülyen  hələ  heç  vaxt  özündə  bu 

qədər  qəribə  cəhətlərlə  yanaĢı  bədbəxt kənd uĢağının  ancaq 

yamsılaya  biləcəyi  ədəb  qaydalarını  birləĢdirən  adam 

görməmiĢdi. 

Oğlan  Operada  Ģevalye  de  Bovuaziylə  görünəndən 

sonra, Ģəhərdə bəziləri onun barəsində danıĢmağa baĢladılar.  

– Deməli, – cənab de La-Moll bir dəfə Jülyenə dedi, – 

siz  mənim  FranĢ-Kontedə  yaĢayan  yaxın  dostumun  oğlu 

imiĢsiniz.  

Jülyen  bu  məsələyə  aidiyyəti  olmadığını  deyərək, 

özünü  təmizə  çıxarmağa  çalıĢırdı  ki,  markiz  onun  sözünü 

kəsdi.  



www.vivo-book.com 

 

587 



–  Cənab  de  Bovuazi  istəmir  ki,  yanındakı  adamın 

dülgər  oğlu  olduğunu  bilsinlər.  Bilirəm,  bilirəm.  Bundan 

sonrası  mənim  boynuma  düĢür.  Mən  bu  məsələnin  həqiqət 

olduğunu  isbatlamalıyam.  Bu  söhbət  elə  mənə  də  yarayır. 

Sizdən  bir  xahiĢ  eləyəcəm  –  bu  iĢ  sizin  yarımca  saatınızı 

alacaq.  TamaĢa  axĢamları  saat  on  ikinin  yarısında,  kübar 

cəmiyyət  dağılıĢanda  vestibüldə  olun.  Mən  hərdən  sizin 

davranıĢınızda  tərgitməli  olduğunuz  bəzi  əyalət  vərdiĢləri 

görürəm.  Bir  də  siz  bəzi  yüksək  dini  rütbəli  adamları 

sifətdən  tanımalısınız  –  sizi  onların  yanına  iĢ  dalınca 

göndərə  bilərəm.  Teatr  kassasına  gedin,  sizi  tanısınlar. 

Orada sizin üçün daimi giriĢ icazəsi sifariĢ olunub.  

 

 

VII 



 

  PODAQRA TUTMASI 

 



www.vivo-book.com 

 

588 



Mənim vəzifəmi işimin öhdəsindən yaxşı gəldiyimə görə 

deyil, ağamın podaqra tutması başladığına görə böyütdülər.  

 

Bertolotti 

 

 

Bəlkə  də  bu  sərbəst,  hətta  demək  olar  ki,  dostyana 



davranıĢ  oxucuya  qəribə  gələ  bilər.  Yadımdan  çıxdı  deyim 

ki,  markizin  podaqra  tutması  baĢladığına  görə  o  düz  ay 

yarım idi ki, evdən çıxmırdı.  

Madmazel  de  La-Moll  və  anası  Gierə,  markizin 

anasının  yanına  getmiĢdilər.  Qraf  Norber  atasına  az-az  – 

gündə  bir-iki  dəqiqəlik  baĢ  çəkirdi.  Ata-balanın  əla 

münasibətləri  vardı,  amma  çox  vaxt  danıĢmağa  sözləri 

olmurdu.  Yanında  təkcə  Jülyenin  olmağıyla  kifayətlənən 

cənab  de  La-Moll,  oğlanın  bəzi  fikirlərinə  bələd  olandan 

sonra  təəccüblənmiĢdi.  O,  Jülyeni  ucadan  qəzet  oxumağa 

məcbur  eləyirdi.  Tezliklə  cavan  katib  qəzetdəki  maraqlı 

yerləri  özü  tapırdı.  Bir  təzə  qəzet  var  idi  ki,  markiz  həmin 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə