Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə118/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   114   115   116   117   118   119   120   121   ...   197

www.vivo-book.com 

 

589 



nəĢrə  nifrət  eləyirdi  –  o,  bu  qəzeti  oxumayacağına  and 

içmiĢdi və hər gün bu barədə danıĢırdı. Jülyen buna gülürdü. 

Zəmanənin  gərdiĢindən  narazı  olan  Jülyeni  məcbur 

eləyirdi ki, ona Tit 

Liviydən nəsə oxusun. BirbaĢa latıncadan edilən improvizəli 

tərcümə onun xoĢuna gəlirdi. 

Bir  dəfə  markiz  oğlana  onun  nifrət  elədiyi  ifrat 

nəzakətli tərzdə bir müraciət elədi: 

–  Əziz  Sorel,  icazə  verin,  sizə  bir  mavi  frak  hədiyyə 

edim.  Nə  vaxt  onu  geyinib,  yanıma  gəlsəniz,  mən  elə 

biləcəm  ki,  siz  qraf  Retsanın  balaca  qardaĢı,  yəni  mənim 

yaxın dostum olan hersoqun oğlusunuz. 

Jülyen məsələnin nə yerdə olduğunu tam baĢa düĢməsə 

də, həmin axĢam mavi frakı geyinib, markizin otağına gəldi. 

Markiz  onunla  elə  rəftar  elədi  ki,  sanki  Jülyenlə  eyni 

təbəqədən  idilər.  Jülyen  əsl  nəzakətin  necə  olduğunu 

anlayacaq  qədər  həssas  adam  idi,  amma  onun  çalarları 

barədə elə də geniĢ təsəvvürü yox idi.  




www.vivo-book.com 

 

590 



Markizin  bu  hoqqasına  qədər  oğlan  düĢünürdü  ki, 

ağasının  ona  indiyə  qədər  göstərdiyi  hörmətdən  artığını 

göstərmək mümkün deyil.  

“Bu nə istedadlı adamdı!” – Jülyen düĢündü. 

Oğlan  qalxıb  getməyə  hazırlaĢanda  markiz  ayağındakı 

podaqra  ağrıları  səbəbindən  onu  yola  salmadığına  görə  üzr 

istədi.  

Bu qəribə hərəkət Jülyeni düĢünməyə məcbur elədi. 

“Bəlkə o məni ələ salır?” – öz-özündən soruĢdu.  

O  məsləhətləĢmək  üçün  abbat  Pirarın  yanına  getdi. 

Pirarsa öz növbəsində onunla markiz qədər nəzakətli olmadı, 

cavab  olaraq  da  nəsə  burnunun  altında  donquldandı  və 

söhbəti dəyiĢdi.  

Səhəri  gün  Jülyen  səhər  tezdən  qara  kostyumunu 

geyinib,  imzalanacaq  məktublarla  dolu  qovluğu  qoltuğuna 

vuraraq,  markizin  yanına  getdi.  Markiz  onunla  baĢqa  cür 

davrandı.  Dünən,  mavi  frakda  gələndə  gördüyü  nəzakətsə 

tamam fərqliydi.  

– Əgər siz xeyirxahlıq göstərib, bu qocaya baĢ çəkəndə 

çox  darıxmırsınızsa,  mənə  öz  həyatınızdakı  əyləncələrdən 




www.vivo-book.com 

 

591 



danıĢın.  Amma  tam  səmimi  olun  və  hekayətinizi  aydın  və 

əyləncəli  eləməyə  çalıĢın.  Çünki  insan  əylənməyi 

bacarmalıdır  –  markiz  dedi.  –  Əslinə  qalsa,  həyatda  ən 

maraqlı  Ģey  də  elə  budur.  Ġnsan  hər  gün  müharibədə 

həyatımı  xilas  edə,  ya  da  hər  gün  mənə  bir  milyon  frank 

hədiyyə  edə  bilməz.  Amma  indi  Rivarol  burada,  mənim 

kürsümün  baĢında  otursaydı,  darıxmaqdan  canımı  qurtarar 

və  nə  qədər  əylənərdim.  Mən  Hamburqda,  mühacirətdə 

olanda, onunla elə tez-tez görüĢürdüm ki... 

Və markiz Jülyenə Rivarol və dördlükdə görüĢən baĢqa 

hamburqlularla bağlı bir neçə lətifəsayaq hadisə danıĢdı.  

Sıradan 


bir 

abbatcığazın 

həmsöhbətcilliyilə 

kifayətlənməyə  məcbur  olan  cənab  de  La-Moll,  onu  necəsə 

hərəkətə 

gətirmək 

istəyirdi. 

O,  Jülyenin  qürurunu 

zədələməyi bacardı.  

Jülyen  özündən  gerçək  tələb  olunduğunu  görüb,  iki 

dəhĢətli  gerçəkdən  –  markizin  nifrət  elədiyi  bir  tarixi 

Ģəxsiyyətə pərəstiĢ etdiyindən və dinə inanmadığından baĢqa 

hər Ģeyi açıq danıĢdı. Onun Ģevalye de Bovuaziylə dueli lap 

yerinə  düĢdü.  Oğlanı  Sent-Onore  tərəfdəki  kafedə  söyən 




www.vivo-book.com 

 

592 



faytonçu  məsələsini  eĢidəndə  markiz  gülməkdən  uğunub 

getdi.  


Bu  saatlar  ağayla  iĢçisi  arasındakı  tam  səmimiyyət 

vaxtlarıydı.  

Oğlanın  özünəməxsus  xasiyyəti  markizə  çox  maraqlı 

gəldi.  Əvvəlcə  danıĢdıqları  gülməli  Ģeylə  onu  əyləndirirdi, 

amma  sonra  markiz  fikrə  getdi  və  Jülyen  barədə  olduğu 

yanlıĢ qənaətləri bir-bir düzəltməyə baĢladı.  

“BaĢqa kəndçilər Parisə gələn kimi, buranın hər Ģeyinə 

heyran  qalırlar.  Amma  bu  hər  Ģeyə  barmaqarası  baxır.  O 

birilərinin  heyranlığı  aĢıb-daĢır,  amma  bunda  bir  damcı  da 

heyranlıq  yoxdu.  Ancaq  axmaq  adamlar  bu  cavan  oğlanın 

axmaq olduğunu düĢünə bilər”. 

Havanın  olduqca  Ģaxtalı  keçməsi  səbəbindən  markizin 

podaqrası bir neçə ay çəkdi.  

“Axı insanlar bəzən xırda, maraqlı Ģeylərə bağlanırlar? 

–  markiz  özü-özünə  təskinlik  verirdi.  –  Əgər  mən  də  bu 

abbata  bağlanmıĢamsa,  bundan  niyə  utanmalıyam  ki?  Bu 

oğlanın özünəməxsus xasiyyəti var. Mən onunla oğlum kimi 

rəftar  eləyirəm,  burada  nə  var  ki?  Burada  utanmalı  nə  var 




www.vivo-book.com 

 

593 



axı?  Əgər  bu  iĢ  uzansa,  vəsiyyətnaməmdə  bir  brilyant,  beĢ 

yüz luidor artıq qeyd olunacaq, vəssalam”.  

Oğlanın möhkəm xasiyyətinə yaxĢı bələd olandan sonra 

markiz ona gündə bir neçə iĢ tapĢırırdı.  

Jülyen  dəhĢətlə  fərqinə  varırdı  ki,  əyan  hər  gün  ona 

dünənkinə  zidd  tapĢırıq  verir.  Bu  məsələ,  Jülyeni  olduqca 

çətin vəziyyətə sala bilərdi. 

Ġndi  o,  markizin  yanına  iĢ  dalınca  gələndə,  özüylə  bir 

qeyd  kitabı  gətirir,  onun  qərarlarını  kitaba  qeyd  edir  və 

markizə qol çəkdirirdi. Daha sonra Jülyen bir adam tutdu və 

həmin adam bütün qərarları yazaraq, kitaba əlavə eləyirdi.  

Bu iĢ əvvəlcə markizə olduqca darıxdırıcı və mürəkkəb 

görünürdü. Amma cəmi iki ay keçəndən sonra o bu iĢin nə 

qədər  vacib  olduğunu  baĢa  düĢdü.  Daha  sonra  Jülyen  ona 

təklif elədi ki, bankdan özünə bir nəfər də hesabdar götürsün 

və  gəlirlər,  Jülyenin  nəzarəti  altında  olan  torpaqlara  görə 

baĢa gələn xərclər barədə ikili hesablama aparsın.  

Bu tədbirlər markizə öz iĢlərini elə aydınlaĢdırdı ki, indi 

öz pullarını özü sərmayə kimi istifadə edə bilirdi. Əvvəllər o 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə