Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə120/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   116   117   118   119   120   121   122   123   ...   197

www.vivo-book.com 

 

599 



Biz onun  fəlsəfə  sistemini sizə  açıqlamayacağıq, çünki 

bu, hər Ģeyə barmaqarası baxan adamın fəlsəfəsiydi. 

Jülyen Ġngiltərədən qayıdanda cənab de La-Moll ondan 

soruĢdu: 

– Deyə bilərsinizmi, Ġngiltərədən mənə hansı sevindirici 

təəssüratı hədiyyə gətirmisiniz?  

 Jülyen susdu. 

–  YaxĢı,  sevindirici,  ya  xoĢ  olmayan,  fərqi  yoxdur, 

amma  yəqin  ki,  nəsə  təəssüratlarınız  var?  –  markiz 

səbirsizliklə soruĢdu.  

– Birincisi, – Jülyen dedi, – ən ağıllı ingilis günortaya 

yaxın  dəli  olur:  ölkənin  tanrısı  olan  ölüm  mələyi  onun 

yanına  gəlir.  Ġkincisi,  Ġngiltərəyə  qədəm  basan  kimi  adam 

ağlının  və  dahiliyinin  iyirmi  beĢ  faizini  itirir.  Üçüncüsü, 

dünyada  Ġngiltərə  mənzərələri  qədər  gözəl,  təsiredici  və 

heyrətamiz heç nə yoxdur.  

– Ġndisə növbə mənimdi, – markiz dedi. – Birincisi, siz 

rus səfirinin verdiyi ziyafətdə Fransada müharibə arzusunda 

olan  üç  min  gəncin  olduğunu  nəyə  əsaslanaraq  deyirdiniz? 

DüĢünürdünüz ki, bu hakimiyyətin xoĢuna gələ bilər?  




www.vivo-book.com 

 

600 



– Bizim böyük diplomatlarla nəyi danıĢmağın mümkün, 

nəyi  danıĢmağın  lazımsız  olduğunu  heç  vaxt  baĢa  düĢmək 

olmur  –  Jülyen  dedi.  –  Onlarda  ciddi  siyasi  söhbətlər 

baĢlamaq  azarı  var.  Yerli  cəmiyyətə  və  qəzetlərə  istinad 

eləsən,  sənə  axmaq  kimi  baxırlar.  Özünə  nəsə  təzə  fikir 

söyləməyə icazə verib, həqiqəti deyəndə onlar heyrətə gəlir, 

nə  deyəcəklərini  bilmir,  səhər  saat  yeddidəsə  səfirliyin 

birinci  katibinə  xəbər  verirlər  ki,  dünən  axĢam  özünüzü 

ədəbsiz aparmısınız.  

 –  Maraqlıdır,  –  markiz  gülərək  dedi.  –  Bura  baxın, 

cənab  dərin  düĢüncəli  adam,  sizinlə  mərc  gəlirəm  ki, 

Ġngiltərəyə niyə getdiyinizi hələ də baĢa düĢməmisiniz. 

– BağıĢlayın, – Jülyen cavab verdi. – Mən ora ona görə 

getmiĢdim ki, həftədə bir dəfə zati-aliləri səfirin, dünyadakı 

ən nəzakətli adamın evində nahar eləyim.  

–  Siz  ora,  bax  bu  ordeni  almaq  üçün  getmiĢdiniz!  – 

markiz  dedi.  –  Mən  sizi  qara  paltarınızdan  ayrılmağa 

məcbur  eləmək  istəmirəm,  amma  mavi  fraklı  adamla  olan 

söhbətlər daha çox xoĢuma  gəlir.  Yeni tapĢırıq alana qədər 

istəyirəm bunu yadda saxlayasınız: bu orden sizin yaxanızda 




www.vivo-book.com 

 

601 



olanda,  siz  mənim  üçün  dostum  hersoq  Retsin,  özü 

bilmədiyi  halda,  yarım  ildi  ki,  diplomatik  xidmətdə  olan 

kiçik oğlu olacaqsınız. Özü də yadınızda saxlayın – markiz 

oğlanın  minnətdarlıq  cəhdlərinə  etiraz  edərək,  ciddi  səslə 

əlavə elədi. – Mən istəmirəm ki, siz öz iĢinizə, mənsəbinizə 

xəyanət edəsiniz. Bu – əbədi yanılma və həm hamilik edən, 

həm  də  hamiliyə  götürülən  üçün  bədbəxtlikdir.  Mənim 

iĢlərimin ağırlığı sizi bezdirəndə, ya da siz artıq mənə uyğun 

gəlməyəndə,  sizin  üçün  abbat  Pirar  üçün  tapdığım  kimi 

yaxĢı bir kilsə təĢkil edəcəyəm, vəssalam. – Sonuncu sözləri 

markiz çox quru tərzdə dedi. 

Bu orden axır ki, Jülyenin qürurunu sakitləĢdirdi: indi o 

daha  əvvəlki  kimi  qaraqabaq  olmur,  özünü  təhqir  olunmuĢ 

hesab etmir və qızğın söhbət zamanı hər kəsin ağzından çıxa 

bilən,  yaxĢı  fikir  verəndə  çox  da  nəzakətli  görünməyən 

sözləri ürəyinə yaxın buraxmırdı. 

Bu  ordenin  sayəsində  onun  olduqca  qəribə  bir  qonağı 

da  peyda  oldu:  yenicə  aldığı  titula  görə  nazirə  təĢəkkür 

etmək  və  onunla  bəzi  Ģeyləri  danıĢmaq  üçün  Parisə  gələn 



www.vivo-book.com 

 

602 



baron  Valno  Jülyenə  də  baĢ  çəkdi.  Valnonu  cənab  Renalın 

yerinə Veryer meri təyin etməyə hazırlaĢırdılar. 

Cənab  Valno  deyəndə  ki,  sən  demə  cənab  Renal 

yakobinçiymiĢ  və  bu  məsələ  təzəcə  hamıya  məlum  olub, 

Jülyen  az  qaldı  gülməkdən  ölsün.  ĠĢ  burasındaydı  ki, 

qarĢıdan  gələn  deputat  seçkilərində  yeni  baronun 

namizədliyini nazirlik irəli sürmüĢdü, departamentin əslində 

ultraroyalçılardan  ibarət  olan  böyük  seçki  kollegiyasındasa 

cənab Renalın namizədliyini liberallar irəli sürmüĢdülər.  

Jülyen  xanım  Renal  haqda  nəsə  öyrənməyə  çalıĢdı. 

Amma  baron  keçmiĢ  rəqabətlərini  yadına  salıb,  onun 

barəsində  bircə  kəlmə  də  demədi.  O  ayrılanda  Jülyendən 

xahiĢ  elədi  ki,  oğlanın  atası  da  ona  səs  versin.  Jülyen  söz 

verdi ki, atasına məktub yazacaq. 

Baron dedi: 

–  Cənab  Ģevalye,  məni  markiz  De  La-Molla  təqdim 

etməyiniz pis olmazdı. 

–  Niyə  də  olmasın?  –  Jülyen  düĢündü.  –  Amma  bu 

fırıldaqçını ona necə təqdim eləyim? 



www.vivo-book.com 

 

603 



–  Bilirsiniz,  –  oğlan  barona  dedi,  –  De  La-Molların 

qəsrində mən çox balaca adamam və markizə kimisə təqdim 

etmək imtiyazım yoxdur. 

AxĢam  Jülyen  hər  Ģeyi  markizə  danıĢdı.  Valnonun 

onunla görüĢmək istəyini danıĢanda, baronun 1814-cü ildən 

üzü bu yana törətdiyi bütün hoqqaları da nağıl elədi. 

–  Onu  nəinki  sabah  mənə  təqdim  eləyin  –  Markiz  de 

La-Moll  əminliklə  oğlana  dedi.  –  Həm  də  birigünə  nahara 

dəvət eləyin. O bizim yeni prefektlərdən biri olacaq. 

–  Onda,  –  Jülyen  soyuqqanlılıqla  dedi,  –  kimsəsizlər 

evinin direktorluğu yerini də atama verin.  

–  Əla,  –  markiz  birdən  həvəsləndi.  –  Açığı,  sizin  ifrat 

ədəbliliyiniz məni qorxudurdu. Görürəm ki, siz yavaĢ-yavaĢ 

düzəlirsiniz. 

Cənab  Valno  Jülyenə  dedi  ki,  Veryerdəki  lotereya 

kontorunun rəhbəri dünyasını dəyiĢib. Jülyen düĢündü ki, bu 

yeri qoca əclaf cənab ġolenə – oğlan bir dəfə markiz De La-

Mollun  otağının  döĢəməsindən  onun  xahiĢ  məktubunu 

tapmıĢdı,  –  vermək  əyləncəli  olardı.  O  həmin  xahiĢ 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə