Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə121/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   117   118   119   120   121   122   123   124   ...   197

www.vivo-book.com 

 

604 



məktubunu  markizə  oxuyanda,  markiz  gülməkdən  uğunub 

getmiĢdi.  

Cənab ġolen bu yerə təyin olunan kimi, Jülyen bildi ki, 

departamentin  deputasiyası  artıq  həmin  yeri  məĢhur 

riyaziyyatçı  cənab  Qro  üçün  istəyib.  Bu  alicənab  adamın 

ildə  min  dörd  yüz  frank  gəliri  vardı,  bunun  da  altı  yüz 

frankını  kontorun  mərhum  rəhbərinin  ailəsinə  verirdi  ki, 

onlar birtəhər dolana bilsin.  

Jülyen  nə  elədiyini  baĢa  düĢəndə  sarsıldı.  Bəs  bu  ailə 

indi neyləyəcək? Bunu fikirləĢəndə onun ürəyi sıxıldı.  

Sonra öz-özünə dedi: 

–  BoĢ  Ģeydi  hamısı!  Əgər  uğur  qazanmaq  istəyirəmsə, 

hələ  çox  ədalətsizlik  eləməli  olacağam.  Amma  gərək  belə 

Ģeyləri  kövrək  sözlərlə  ört-basdır  eləyə  bilim.  Yazıq  cənab 

Qro!  Ordenə  layiq  olan  adam  odur.  Amma  bu  ordeni  mən 

almıĢam,  odur  ki,  onu  mənə  verən  hakimiyyətin  ruhuna 

yaxın addımlar atmalıyam.  

 

 



 


www.vivo-book.com 

 

605 



VIII 

 

 ĠNSANI FƏRQLƏNDĠRƏN CƏHƏT HANSIDIR? 



 

Dili-ağzı qurumuş cin dedi:  

 

– Sənin suyun mənim ürəyimin yanğısını söndürmədi. 

 

Quyu dedi: 

 

– Axı mən Diyarbəkirin ən soyuqsulu quyusuyam. 

 

Pelliko 

 

Bir  dəfə  Jülyen  Sena  çayı  sahilindəki  gözəl  Vilkye 



mülkündən qayıdırdı. Cənab De La-Moll bura xüsusi diqqət 

ayırırdı,  çünki  həmin  ərazi  onun  torpaqları  arasında  bir 

zamanlar  məĢhur  Bonifas  de  La-Molla  aid  olan  yeganə  yer 



www.vivo-book.com 

 

606 



idi. Oğlan evə çatanda Giyer adalarından gələn markizanı və 

onun qızını gördü.  

Jülyen  indi  əsl  dendiydi,  o  artıq  Parisdə  yaĢamaq 

bacarığının bütün sirlərinə vaqif olmuĢdu. Oğlan madmazel 

de  La-Molla  cazibədar  bir  soyuqluqla  davranırdı.  Qızın  bir 

vaxtlar  onun  atdan  necə  yıxıldığı  barədə  elədiyi  sorğu-sual 

sanki birdəfəlik yadından çıxmıĢdı.  

Madmazel  de  La-Molla  elə  gəldi  ki,  Jülyenin  boyu 

uzanıb  və  rəngi  ağarıb.  Onun  geyimində,  özünü 

aparmağında  indi  heç  bir  əyalət  izi  yox  idi,  amma  danıĢıq 

tərzində  nəsə  yad  bir  Ģey  vardı:  oğlanın  nitqində  hələ  də 

ciddilik və xoĢrəftarlığın qədəri artıq idi. Bir sözlə, bu ağıllı 

cəhətlərinə baxmayaraq, ona xas olan qüruruna görə, Jülyen 

əmrə  tabe  olan  insan  təsiri  bağıĢlamırdı.  Sadəcə,  hiss 

olunurdu  ki,  oğlan  hər  Ģeyə  həddən  artıq  ciddi  yanaĢır. 

Amma  bu  da  vardı  ki,  o,  ağzını  açan  kimi,  dediyindən 

dönməyəcək adam olduğunu baĢa düĢmək olurdu.  

– O, yüngüllük sarıdan bir az əziyyət çəkir, amma ağlı 

yerindədi  –  atasının oğlana orden verməyini lağa qoyarkən, 



www.vivo-book.com 

 

607 



madmazel  ona  dedi.  –  QardaĢım  düz  il  yarımdı  bu  ordenin 

həsrətindədi. Özü də de La-Moll ola-ola!  

–  Hə,  amma  Jülyen  qəfil  ağıl  nümayiĢ  etdirməyi 

bacarır. Sizin bəhs etdiyiniz de La-Molldasa bu yoxdur.  

 

Markizə hersoq Retsin gəliĢini xəbər verdilər. 



 

Qəfildən  Matildanın  ürəyi  sıxıldı.  O  özünü  yenə  qızıla 

tutulmuĢ  qədim  ev  avadanlığının,  atasının  darıxdırıcı 

qonaqlarının  arasında  gördü.  Parisdə  yaĢayacağı  darıxdırıcı 

axĢamlar  yenə  gözünün  qarĢısına  gəldi.  Amma  Giyer 

adalarında olarkən Paris üçün necə darıxmıĢdı!  

“Axı  mənim  hələ  cəmi  on  doqquz  yaĢım  var!  –  qız 

düĢündü. On doqquz yaĢ da, bu qızılı cildli cəfəngiyatda – o 

özünün  Provansa  səfəri  ərzində  qonaq  otağına  yığılmıĢ 

doqquzcildlik Ģeir kitabına baxdı – deyilən kimi, həyatın ən 

xoĢbəxt çağı olmalıdı”. 

Bədbəxtlikdən  o,  bütün  bu  cənab  de  Kruazenualardan, 

de  Kelyuslardan,  de  Lyuzlardan  və  baĢqalarından  qat-qat 

ağıllıydı. Qız bu adamların ona gözəl Provans səmalarından, 




www.vivo-book.com 

 

608 



poeziyadan,  gözəl  Cənubdan  və  min  cür  Ģeylərdən  necə 

üyüdüb-tökəcəklər təsəvvür eləyirdi.  

Onun  gözəl  gözlərində  dəhĢətli  bir  darıxmaq  hissi, 

bundan  daha  pisi,  nəsə  xoĢ  bir  Ģey  tapmaq  ümidsizliyi 

parladı və nəzərlərini Jülyenin üstündə saxladı. Bu oğlan heç 

olmasa baĢqaları kimi deyildi.  

– Cənab Sorel, – o, kübar təbəqəyə mənsub olan cavan 

qadınların  tələsik  və  özündə  heç  bir  qadınlıq  daĢımayan 

ahəngində  dedi,  –  siz  bu  axĢam  cənab  Retsin  ziyafətində 

olacaqsınızmı? 

– Madmazel, mən hələ hersoqa təqdim edilmək Ģərəfinə 

nail olmamıĢam (adama elə gəlirdi ki, bu sözlər və titulu dilə 

gətirmək əyalətdən gələn gəncə əzab verirdi). 

–  O  qardaĢımdan  xahiĢ  eləyib  ki,  sizi  də  ziyafətə 

gətirsin. Əgər ziyafətdə olsanız, mənə Vilekyedəki mülkdən 

danıĢarsınız.  Biz  yazda  ora  getməyi  düĢünürük.  Bilmək 

istəyirəm ki, ordakı qəsr yaĢamaq üçün yarayırmı və oraların 

mənzərəsi  doğrudanmı  eĢitdiyimiz  qədər  gözəldi?  Axı  çox 

vaxt təriflərlə gerçək üst-üstə düĢmür.  

Jülyen cavab vermədi. 




www.vivo-book.com 

 

609 



–  QardaĢımla  ziyafətə  gələrsiniz,  –  qız  soyuq  səslə 

əlavə elədi.  

Jülyen hörmətlə təzim elədi. Sonra düĢündü: 

“Deməli,  mən  hətta  ziyafətdə  də  bu  ailənin  üzvlərinə 

hesabat  verməliyəm.  Axı  mənə  maaĢı  da  buna  görə verirlər 

ki,  onların  iĢlərini  idarə  eləyim.  Allah  bilir,  o  mülkdən 

danıĢanda ya atanın, ya da ana ilə oğulun maraqlarına zidd 

olan  nə  deyəcəm?  Axı  bura  əsl  mütləq  hökmdar  qəsridi. 

Burada gərək  həm  axırıncı  adam  olmağı bacarasan, həm  də 

heç kimin sənə rəhmi gəlməsinə səbəb verməyəsən”. 

 

“Bu zəhlətökən qız heç xoĢuma gəlmir. – Rəfiqələrinə 



təqdim etmək üçün anasının çağırdığı madmazelin arxasınca 

baxan  Jülyen  düĢünürdü.  –  Bu  qız  dəbin  fövqündə 

dayanmaq  istəyir,  donuna  bax,  az  qalır  çiynindən  sürüĢüb 

düĢsün.  Özü  də  üzünün  qanı  səfərdən  əvvəlki  vaxtlarda 

olduğundan  da  çox  qaçıb.  Saçları  da  tamam  rəngsizdi,  az 

qala  ağappaqdı.  Burdan  baxanda,  saçlarının  dibi  görünür. 

Amma  ədasına  bax.  SalamlaĢanda  gözlərində  elə  bir  ifadə 

olur ki, elə bil çar qızıdı!”  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə