Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə122/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   118   119   120   121   122   123   124   125   ...   197

www.vivo-book.com 

 

610 



Madmazel de La-Moll qonaq otağından çıxmaq istəyən 

qardaĢını səslədi.  

Qraf Norber Jülyenə yaxınlaĢdı.  

–  Əzizim,  cənab  Sorel,  –  dedi,  –  mən  gecəyarısı  sizi 

hardan  tapım?  Biz  cənab  Retsin  ziyafətinə  getməliyik.  O 

mənə tapĢırıb ki, sizi ona təqdim eləyim.  

–  Mən  bu  Ģərəfə  görə  kimə  minnətdarlıq  eləməli 

olduğumu  yaxĢı bilirəm, – az qala yerə qədər təzim eləyən 

Jülyen dedi.  

Norberin nəzakətli, az qala dostyana ahəngində Jülyeni 

əsəbiləĢdirəcək heç nə yox idi, amma o bu nəzakətli dəvətə 

verdiyi  cavabından  xoĢhal  olmadı  iliĢdi.  Bu  hərəkəti  özünə 

nəsə alçaldıcı bir Ģey kimi göründü.  

Onlar  axĢam  ziyafətə  gələndə,  oğlan  Retslərin 

mülklərinin  qeyri-adi  əzəmətinə  heyrətləndi.  Ekipajların 

dayandığı  həyət  elə  bil  nəhəng  bir  çadır  idi:  üstünə  al-

qırmızı  rəngli  parçadan  olan,  qızılı  ulduz  naxıĢlı  nəhəng 

örtük çəkilmiĢdi. Görüntü çox gözəl idi. Çadırın atında qalan 

həyətsə naringi ağacları, təzəcə çiçəkləmiĢ oleandrlarla dolu 

əsl  meĢəyə  çevrilmiĢdi.  Bu  ağacların  dibçəkləri  elə  dərinə 




www.vivo-book.com 

 

611 



basdırılmıĢdı  ki,  adama  elə  gəlirdi,  sanki  onlar  elə  torpağa 

əkilib. Ekipajların hərəkət elədiyi yola qum səpilmiĢdi.  

Bunların  hamısı  bizim  əyalətdən  gələn  qəhrəmanımıza 

çox möhtəĢəm göründü. Onun belə bir təmtəraq barədə heç 

bir  təsəvvürü  yox  idi.  Oğlanın  sarsılmıĢ  təxəyyülü  bayaqkı 

bədbin  fikirlərdən  minlərlə  lye  uzaqlaĢdı.  Onları  ziyafətə 

aparan  karetdə  Norber  Ģad-Ģalayın  söhbət  eləyirdi,  Jülyenin 

gözünəsə  hər  Ģey  qara  rənglərdə  görünürdü.  Amma  onlar 

həyətə girən kimi, elə bil yerlərini dəyiĢdilər.  

Norberin  diqqəti  o  dəqiqə  bu  dəbdəbənin  arasında 

gözdən  qaçmıĢ  hansısa  xırdalıqlara  iliĢdi.  Jülyen  buradakı 

hər dəbdəbənin qiymətini hesablayırdı və hiss elədi ki, hesab 

qabardıqca həmsöhbəti nəsə paxıllıq və qıcıqlanmaya bənzər 

bir Ģey hiss eləyir.  

Jülyen  birinci  qonaq  otağına  keçdi  –  burada  artıq 

rəqslər  baĢlamıĢdı.  Oğlan  heyrətə  gəlmiĢdi  və  həddindən 

artıq  təsirləndiyi  üçün  sanki  bir  az  da  çəkingən  olmuĢdu. 

Hamı  ikinci  qonaq  otağına  can  atırdı,  həmin  otağın 

qapısındasa  elə  bir  izdiham  yaranmıĢdı  ki,  yarıb  keçmək 



www.vivo-book.com 

 

612 



mümkün  deyildi.  Bu  ikinci  ziyafət  otağı  Qranadadakı 

alqambra üslubunda bəzədilmiĢdi.  

Çiyni möhkəmcə Jülyenin sinəsinə dirənmiĢ bığlı cavan 

oğlan dedi: 

– 

Ziyafətin 



kraliçası! 

ġübhəsizdi, 

bununla 

razılaĢmamaq mümkün deyil!  

– Bu qıĢ məclislərin baĢ gözəli olan madmazel Furmon 

ikinci  yerlə  razılaĢmalı  olacaq.  Gör,  onun  necə  qəribə 

görünüĢü  var?!  –  Bığlı  oğlanın  yanında  dayanmıĢ  cənab 

əlavə elədi.  

– Hə, xoĢa gəlmək üçün əlindən gələni eləyir. Gör, necə 

bənzərsiz gülüĢü var, Ģərəfimə and olsun ki, dünyada baĢqa 

bir qadının belə gülümsəyə biləcəyini düĢünmürəm.  

– Madmazel de La-Moll qələbənin öz əlində olduğunu 

bilsə  də,  heç  üzə  vurmur.  Adama  elə  gəlir  ki,  o 

qarĢısındakıların xoĢuna gəlməyə çalıĢmır.  

– MöhtəĢəmdi! Onda insanları sehrləmək istedadı var! 

Jülyen  qarĢısında  dayanan,  boyca  ondan  hündür  olan 

yeddi-səkkiz  nəfər  kiĢinin  çiyinləri  arasından  Matildaya 

baxmağa çalıĢdı.  




www.vivo-book.com 

 

613 



Bığlı oğlan yenə dedi: 

–  Axı  bu  alicənab  təmkinin  altında  əməlli-baĢlı  naz-

qəmzə də var.  

– Hələ onun iri, mavi gözlərinə baxın! Nəsə gizlətmək 

istəyəndə  baxıĢlarını  necə  də  yayındırır!  –  Bığlı  oğlanın 

yanındakı dedi. – Yox, düz sözümdü, bunu ondan baĢqa heç 

kim bacarmaz!  

–  Bax,  gözəl  xanım  Furmon  onun  yanında  necə  boz, 

maraqsız bir qadına çevrildi! – bunu bir baĢqası dedi.  

–  Bu  təmkinli  baxıĢlar  hamıya  deyir  ki,  mən  özümə 

layiq  olan  adama  dünyanın  ən  böyük  sevinclərini  bəxĢ 

edərdim!  

–  Amma  bu  ilahi  gözəlliyə  sahib  Matildaya  kim  layiq 

ola  bilər  ki?  –  bığlı  oğlan  dedi.  –  Ancaq  damarlarında  kral 

qanı  axan,  boy-buxunlu,  yaraĢıqlı,  ağıllı,  müharibələrdə 

Ģücaət göstərmiĢ və bütün bunlarla yanaĢı yaĢı iyirmini təzə 

keçən bir qəhrəman Ģahzadə!  

– Rus imperatorunun nikahdan kənar oğlu da ola bilər. 

Oğlanı  belə  Ģərəfli  nikaha  layiq  eləmək  üçün  ona  knyazlıq 



www.vivo-book.com 

 

614 



bağıĢlaya bilərlər. Ya da sadəcə bəzənib-düzənmiĢ kəndçiyə 

oxĢayan qraf Taler?  

Qapının ağzı boĢaldı və Jülyen içəri keçə bildi.  

“Qız  bu  mənasız  oyuncaq  oğlanların  belə  xoĢuna 

gəlirsə,  ona  bir  az  yaxĢı-yaxĢı  baxmaq  lazımdır,  –  o 

düĢündü.  –  Ən  azından,  bunların  gözəllik  və  mükəmməllik 

anlayıĢından baĢ çıxarmağa çalıĢaram”. 

Oğlan  gözləriylə  qızı  axtarmağa  çalıĢırdı  ki,  həmin 

dəqiqə Matilda ona tərəf baxdı.  

“Öhdəliklərim məni çağırır”, – oğlan öz-özünə dedi. 

Amma həmin an onun içində heç bir narazılıq yox idi.  

Maraq hissi Jülyeni bürümüĢdü, indi o, qızın çağırıĢına 

həvəslə  getdi,  Matildanın  açıq  çiyinləri  onu  hətta 

qürurlandırdı da.  

“Onun gözəlliyi, gəncliyindədir” – oğlan düĢündü.  

BeĢ-altı  gənc  –  onların  arasında  bayaq  qız  barədə 

danıĢan  oğlanlar  da  vardı  –  Jülyenlə  qızın  arasında 

dayanmıĢdılar.  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə