Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə123/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   119   120   121   122   123   124   125   126   ...   197

www.vivo-book.com 

 

615 



–  Cənab,  siz  bütün  qıĢı  burada  olmusunuz,  –  qız  ona 

dedi.  –  Doğrudanmı,  qıĢ  uzunu  bundan  gözəl  ziyafət 

olmayıb?  

O heç nə demədi.  

–  Kulonun  bu  rəqsi  çox  gözəldir,  xanımlar  bunu  çox 

həvəslə rəqs eləyirlər.  

Cavanlar  qızın  elə  hey  sual  verib,  cavab  almağa 

çalıĢdığı xoĢbəxt gəncin kim olduğunu bilmək üçün qanrılıb 

baxdılar. Amma oğlanın cavabı heç də müraciətdən məmnun 

qalmıĢ adamın cavabına oxĢamırdı.  

– Madmazel, belə Ģeylərə dəqiq qiymət verə biləcəyimi 

düĢünmürəm.  Mən  həyatımı  yazı  masası  arxasında 

keçirirəm. Ġlk dəfədir ki, belə dəbdəbəli bir ziyafətdə iĢtirak 

eləyirəm. 

Bığlı  oğlan  baĢda  olmaqla,  cavanlar  əməlli-baĢlı 

qıcıqlanmıĢdılar. 

Qızsa həvəslə davam elədi: 

–  Siz  çox  müdrik  adamsınız,  cənab  Sorel.  Siz  bu 

ziyafətlərə, bu bayramlara filosof gözüylə, lap Jan Jak Russo 



www.vivo-book.com 

 

616 



kimi  baxırsınız.  Bütün  bu  çılğınlıqlar  sizi  heyrətə  salır, 

amma sehrləyə bilmir. 

Bu  nitqdəki  bir  söz  bir  anın  içində  Jülyenin 

təxəyyülünü  sakitləĢdirdi,  oğlanın  ürəyindəki  bütün  qürur 

hissini  qovdu.  Onun  dodaqlarında  zəhərli,  özü  də  deyəsən 

tez duyulan bir təbəssüm dolaĢdı.  

–  Jan  Jak  Russo,  –  oğlan  dedi,  –  axmağın  biridi, 

xüsusilə  də  kübar  cəmiyyət  barədəki  düĢüncələrində.  O, 

kübar  cəmiyyəti  baĢa  düĢmürdü  və  özündənrazı  xidmətçi 

həvəsiylə ona tərəf can atırdı.  

–  O  “Ġctimai  razılaĢma”nı  yazan  adamdı...  –  Matilda 

məmnunluqla dedi.  

–  Respublikanı  tərifləyib,  monarxların  taxt-taclarını 

rədd edən o ədabaz hansısa hersoqun onun dostlarının birini 

yola  salmaq  üçün  yeməkdən  sonrakı  gəzinti  vərdiĢinə 

xəyanət  eləməsi  xəbərini  eĢidəndə  sevindiyindən  özünə  yer 

tapmırdı.  

–  Hə  də!  Lüksemburq  hersoqu  Monmoransidə  Parisə 

qayıdan hansısa cənab Kuendeni yola salırmıĢ... – madmazel 



www.vivo-book.com 

 

617 



de La-Moll bilikli olmağın xoĢbəxtliyini təzəcə dərk edərək, 

həvəslə razılaĢdı.  

O  öz bilgilərinə elə sevinirdi ki,  elə bil kral  Feretrinin 

varlığını  kəĢf  eləyən  akademik  idi.  Jülyenin  baxıĢı  bayaqkı 

kimi  soyuq  və  nüfuzediciydi.  Matilda  doğrudan  da  çox 

həvəsə  gəlmiĢdi  və  həmsöhbətinin  soyuqluğu  onu  məyus 

elədi.  O  həm  də  ona  görə  heyrətlənmiĢdi  ki,  indiyə  qədər 

insanları heyran eləməyə öyrəĢmiĢdi.  

Həmin  vaxt  markiz  de  Kruazenua  qonaqları  yara-yara, 

tələsə-tələsə madmazel de La-Molla tərəfə can atırdı. O artıq 

qızın  üç  addımlığındaydı,  amma  bundan  artıq  yaxınlaĢa 

bilmirdi. Markiz  belə  çətin  vəziyyətə  düĢdüyünə  görə  gülə-

gülə qıza tərəf baxdı. Onun yanında Matildanın xalası qızı, 

gənc  markiza  de  Ruvre  dayanmıĢdı.  Gənc  qadın  iki  həftə 

əvvəl ərə getdiyi oğlanın qoluna girmiĢdi. Hələ demək olar 

ki,  yeniyetmə  olan  markiz  de  Ruvre,  yaman  vurulmuĢdu,  – 

adətən, notariusların məsləhət gördükləri sərfəli nikaha girən 

adam arvadının həm də gözəl qadın olduğunu görəndə belə 

aĢiq  olur.  Cənab  de  Ruvre  olduqca  qoca  əmisinin 

ölümündən sonra hersoq titulu almalıydı.  




www.vivo-book.com 

 

618 



Markiz  de  Kruazenua,  qonaqları  yarıb  keçə 

bilmədiyindən,  ancaq  uzaqdan  Matildaya  gülümsəməklə 

kifayətlənirdi. Bu vaxt qız özünün səma kimi mavi gözlərini 

qaldırıb, ona və yanında dayananlara baxdı. 

“Necə  də  iyrəncdi!  Bu  Kruazenua  mənimlə  evlənmək 

istəyir,  özü  yumĢaq,  nəzakətli  adamdır,  davranıĢı  da  bu 

cənab  de  Ruvre  kimi  olduqca  ağayanadır.  Əgər  onlardan 

gələn dəhĢətli darıxdırıcılıq havası olmasaydı, bu cənabların 

ikisi  də  kifayət  qədər  sevimli  adamlardı.  Deməli,  bu  adam 

da mənimlə belə ziyafətlərə gedəcək, görünüĢü də belə ciddi 

və  özündənrazı  olacaq.  Toyumdan  bir  il  sonra  mənim 

faytonum, atlarım, paltarlarım, Parisdən iyirmi lye aralıdakı 

qəsrim  –  hamısı  elə  mükəmməl  olacaq  ki,  qrafinya  Ruavil 

kimi özündənrazı qadınlar paxıllıqdan partlayacaqlar. YaxĢı, 

bəs sonra...?” 

Matilda  indidən  darıxdı.  Markiz  de  Kruazenua  axır  ki, 

qonaqları  yarıb,  ona  yaxınlaĢa  bildi.  Markiz  qızla  söhbət 

eləməyə  baĢladı,  amma  qızın  fikri  hələ  də  öz  gələcək 

taleyinin  yanındaydı.  Markizin  sözləri  ziyafətin  səs-küyünə 

qarıĢıb,  onun  qulaqlarına  güclə  çatırdı.  Qız  özündən  asılı 




www.vivo-book.com 

 

619 



olmayaraq,  ona  hörmətlə  təzim  edərək,  qürurlu,  amma 

narazı  sifətlə  aralanan  Jülyenin  arxasınca  baxdı.  Ziyafət 

salonunun  o  biri  küncündə  hərəkətli  qonaqlardan  kənarda 

dayanan  qraf  Altamiranı  gördü  –  öz  vətənində  edam 

cəzasına  məhkum  olunmuĢ  bu  adamı  oxucu  artıq  tanıyır. 

XIV  Lüdovikin  krallığı  vaxtında  onun  bir  qadın  qohumu 

Konti Ģahzadəsinin arvadı olmuĢdu, bu fakt onu yezuitlərin 

gizli polisindən qoruyurdu.  

“Görünür,  insanı  baĢqalarından  fərqləndirən  təkcə  ona 

kəsilən  edam  hökmüdür  –  Matilda  düĢündü.  –  Bu  elə  bir 

Ģeydir  ki,  onu  pulla  almaq  olmaz.  Amma  ağlıma  əcəb 

maraqlı  fikir  gəldi  ha!  Heyif,  bu  fikir  ağlıma  onu  ucadan 

deyib, hazırcavablıq eləyəcəyim bir vaxtda gəlmədi”.  

Matilda  zövqlü  qız  idi,  –  ağlına  gələn  parlaq  fikirləri 

demək üçün Ģərait yarada bilərdi. Amma o özündən razı qala 

biləcək  qədər  də  xudpəsənd  idi.  Qızın  üzü  sevincdən 

iĢıqlandı  və  bayaqdan  sifətində  iliĢib  qalmıĢ  darıxmaq 

ifadəsini  yuyub  apardı.  Bayaqdan  kirimək  bilməyən  markiz 

de Kruazenua, uğurundan vəcdə gəlib, daha çox danıĢmağa 

baĢladı.  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə