Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə124/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   120   121   122   123   124   125   126   127   ...   197

www.vivo-book.com 

 

620 



“Görəsən,  hansı  dildən  pərgar  mənimlə  hazırcavablıq 

eləməyə  çalıĢardı?  –  Matilda  düĢündü.  –  Mən  o  adama 

deyərdim  ki,  baron,  vikont  titullarını,  hamısını  pulla  almaq 

olar. Ordenləri  də  adama  nəyə  görə gəldi,  verirlər –  mənim 

qardaĢım  da  orden  alıb,  amma  nə  olsun?  Rütbəni  almaq 

asandı  –  on  il  süvari  qoĢununda  xidmət  eləyirsən,  ya  da 

hərbi  nazirin  qohumu  olursan,  budu,  sən  artıq  Norber  kimi 

eskadron  komandirisən.  Bəlkə  böyük  sərvət?  Düzdü,  bu 

hamısından çətin və deyəsən, hörmətə layiq olanıdı. Amma 

kitablarda yazılanlara zidd olan bu məsələ də elə gülməlidi 

ki.  Axı  sərvətə  sahib  olmaq  üçün  insan  sadəcə  RotĢildin 

qızını  ala  bilər.  Yox,  doğrudan  da  ağlıma  gələn  fikir  çox 

dərin  məsələdi.  Ölüm  hökmü  –  insanların  can  atmağı 

ağıllarına gətirmədikləri yeganə Ģeydir”. 

–  Siz  cənab  qraf  Altamirayla  tanıĢsınızmı?  –  qız 

Kruazenuadan soruĢdu. 

Bayaqdan  fikirli  olması  və  ancaq  indi  özünə  gəldiyi 

qızın  üzündə  yazılmıĢdı.  Onun  sualı  düz  beĢ  dəqiqədir  ki, 

kirimək bilmədən üyüdüb-tökən markizin söhbətinə elə zidd 

idi ki, yazıq  markiz çaĢdı. Amma onun nəzakətliliyi ikisini 




www.vivo-book.com 

 

621 



də  vəziyyətdən  çıxartdı.  Axı  bu  cavan  oğlan  öz  iti  ağlıyla 

tanınan hazırcavab adamlardan biriydi.  

“Matilda  qəribə  qızdır,  –  o  düĢündü.  –  Düzdü,  bu  o 

qədər  də  yaxĢı  bir  Ģey  deyil,  amma  onun  əri  cəmiyyət 

arasında  yanında  belə  arvadı  olduğuna  görə  necə  də 

qürrələnəcək!  Bilmirəm,  buna  necə  nail  olur,  amma  bu 

markiz  de  La-Moll  bütün  partiyaların  ən  ləyaqətli  və  vacib 

adamlarıyla tanıĢdı. Bu adam həmiĢə üzdə olacaq. Ola bilər 

ki,  bu  qəribə  xüsusiyyətləri  Matildanı  cəmiyyətə  bənzərsiz 

qadın  kimi  tanıtdı.  Adam  varlı  və  məĢhur  olanda  onun 

qəribəlikləri yanlıĢlıq olmaqdan çıxır. Onu dahi qadın hesab 

edəcəklər!  Əgər  istəsə,  öz  ağlı,  xarakteri,  bənzərsiz 

hazırcavablığı onu əvəzsiz qadın eləməyə yetər.  

Ġki  iĢi  birdən  eləmək  çətin  olsa  da,  markiz  Matildaya 

baxa-baxa beynində hazır olan dərsi danıĢırmıĢ kimi dedi: 

–  Yazıq  Altamiranı  kim  tanımır  ki?  –  bunu  deyib, 

qrafın  alınmayan,  naqolay  tarixçəsini  ona  danıĢmağa 

baĢladı. 

–  DəhĢətdir!  –  Matilda  sanki öz-özülə  danıĢırmıĢ  kimi 

dedi.  –  Amma  o  yəqin  ki,  nəsə  eləyib.  Mən  əsl  insanı 




www.vivo-book.com 

 

622 



görmək  istəyirəm.  Onu  yanıma  gətirin.  –  sonuncu  sözlər 

markizin bərk xətrinə dəydi.   

Qraf  Altamir  təkəbbürlü  madmazel  de  La-Mollun  ən 

açıq-aĢkar pərəstiĢkarlarından idi. O bu qızı Parisin ən gözəl 

qadınlarından biri hesab edirdi.  

–  O,  taxta  otursaydı,  necə  də  gözəl  görünərdi!  –  qraf 

Altamir  onu  qızın  yanına  aparmağa  gələn  markiz 

deKruazenuaya deyib, həvəslə onun arxasınca yeridi. 

Kübar  cəmiyyətdə  çox  adam  on  səkkizinci  əsr 

razılaĢmasını  ədəbsiz  bir  Ģey  kimi  qəbul  eləyirdi  –  bu 

məsələdə  nəsə  yakobinçi  əli  vardı.  Uğursuz  yakobinçidən 

iyrənc də ki, nə ola bilərdi? 

Hərdən  markiz  de  Kruazenuayla  baxıĢan  Matilda, 

Altamiranın liberallığına gülsə də, ona maraqla qulaq asırdı.  

–  Ziyafətə  gələn  yakobinçi,  –  əla  ziddiyyətdi,  –  qız 

düĢünürdü.  

Qara  bığlı  Altamira  ona  dincələn  Ģiri  xatırladırdı. 

Amma tezliklə fərqinə vardı ki, ona ancaq mənfəət lazımdı, 

bu adam istənilən mənfəətin qarĢısında təzim eləməyə hazır 

idi. 



www.vivo-book.com 

 

623 



Cavan  qraf  üçün  dünyada  onun  ölkəsində  ikipalatalı 

sistemi həyat keçirə biləcək Ģeylərdən baĢqa maraqlı heç nə 

yox  idi.  Ziyafət  salonuna  perulu  bir  generalın  girdiyini 

görəndə,  o,  ziyafətin  ən  gözəl  qızı  olan  Matildanı 

məmnuniyyətlə  tək  buraxıb  getdi.  Metternix  burda  öz 

qaydalarını  tətbiq  edəndən  sonra,  o,  Avropaya  olan  bütün 

ümidini  itirmiĢdi  və  indi  yazıq  Altamira  gələcəkdə  Cənubi 

Amerika  ölkələrinin  güclü,  əzəmətli  olacağı  və  Mirabonun 

onlara bəxĢ etdiyi azadlığı Avropaya da gətirəcəkləri barədə 

ümidlərlə özünə təsəlli verirdi.  

Bığlı  gənclər  Matildanı  dövrəyə  aldılar.  Qız  baĢa 

düĢürdü  ki,  Altamiranı  elə  də  heyran  edə  bilməyib  və  o 

getdiyi  üçün  indi  özünü  təhqir  olunmuĢ  hiss  eləyirdi.  O, 

qrafın perulu generalla danıĢanda gözlərinin necə parladığını 

gördü.  Madmazel  de  La-Moll  cavan  fransız oğlanlarına  elə 

ciddi-ciddi  baxırdı  ki,  onun  gözəlliyilə  rəqabət  aparan  heç 

bir qız bunu eləməzdi.  

–  Onlardan hansı  özünü  ölüm  hökmünə  aparacaq  nəsə 

eləyə bilər? – deyə qız düĢünürdü.  



www.vivo-book.com 

 

624 



Axmaq  kiĢilər  onun  baxıĢlarından  xoĢhal  olsalar  da, 

bəziləri  bu  baxıĢları  öz  üzərində  duyanda,  özünü  birtəhər 

hiss eləyirdi. Onlar qorxurdular ki, qız indicə elə sərt bir söz 

deyər ki, həmin sözə veriləsi bir cavab tapa bilməzlər. 

Qızsa Jülyenə baxa-baxa düĢünürdü: 

“Adlı-sanlı nəsildən olmaq adama elə keyfiyyətlər verir 

ki, onların yoxluğu məni təhqir etmiĢ olardı. Amma məhz bu 

keyfiyyətlər  də  adamı  dar  ağacına  aparacaq  hərəkətlər 

eləməkdən saxlayır”.  

Bu an onun arxasında kimsə dedi: 

–  Bu  da  qraf  Altamiradı,  Ģahzadə  San-Nazaro-

Pimentelin  ikinci  oğlu.  Onun  babası  Pimentel  1268-ci  ildə 

boynu  vurulmuĢ  Konradini  xilas  etməyə  cəhd  edibmiĢ. 

Ailələri Neapoldakı ən adlı-sanlı ailələrdən biridi.  

“Bu da mənim nəzəriyyəmin isbatı, – Matilda düĢündü. 

–  Mənsə  elə  bilirdim  ki,  nüfuzlu  soyad  adamı  ölüm 

hökmünə  aparacaq  keyfiyyətlərdən  xali  eləyir.  Yox, 

deyəsən,  mən  bu  gün  ancaq  axmaq-axmaq  xəyallara 

düĢməyə  məhkumam.  Neynək,  bir  halda  ki,  mən  vur-tut 

qadınam, deməli, rəqs eləməli olacağam!”  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə