Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə125/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   121   122   123   124   125   126   127   128   ...   197

www.vivo-book.com 

 

625 



Və  o  artıq  bir  saatdır  ki,  onu  rəqsə  dəvət  edən  markiz 

Kruazenuanın  təklifini  qəbul  elədi.  Özünün  uğursuz  filosof 

olmaq cəhdlərini unutmaq üçün Matilda gözəlliyilə hamının 

ağlını  baĢından  almağa  qərar  verdi.  Cənab  de  Kruazenua 

fəxrindən yerə-göyə sığıĢmırdı.  

Amma  nə  rəqslər,  nə  kral  sarayına  gediĢ-gəliĢi  olan 

cavan  zadəganları  heyran  qoymaq  cəhdi  Matildanın  fikrini 

dağıda  bilmədi.  O  görünməmiĢ  uğur  qazandı,  qız  ziyafətin 

kraliçasıydı, amma bu gerçək onun buz kimi soyuq ürəyini 

isitmədi. 

“Mən bu Kruazenua kimi adamla necə də boz bir həyat 

yaĢamalı olacağam, – markiz onun əlindən tutub, kürsüsünə 

ötürəndən bir saat sonra qız düĢünürdü. – Əgər mən altı ay 

səfərdə olandan sonra bütün Parisli qadınların arzuladığı bu 

möhtəĢəm  ziyafətdə  sevinə  bilmirəmsə,  bəs  sevinc  mənim 

üçün  nədir?  Özü  də  bu  bənzərsiz,  seçilmiĢ  təbəqənin 

arasında  ən  adlı-sanlı  qadınlardan  biri  ola-ola!  Axı  xırda 

burjua  nümayəndələrindən  burada  bir-iki  perdən  və  Jülyen 

kimi  adamlardan  baĢqa  heç  kim  yoxdur.  –  Qız  artıq 

büsbütün  kədərlə  düĢündü:  –  Tale  mənə  hər  Ģey  verib: 




www.vivo-book.com 

 

626 



Ģöhrət,  sərvət,  gənclik  –  hər  Ģey.  Bircə  xoĢbəxtlikdən 

baĢqa...  mənim  ən  yaxĢı  keyfiyyətlərimdən  məncə  ən 

lazımsızı, ağıldır – baxmayaraq ki, bütün gecəni mənə ağıllı 

olduğumu  deyirdilər,  onları  qorxudan  da  elə  ağlımdı.  Nəsə 

ciddi bir Ģeydən söz salmaq bəsdir ki, onlar darıxsınlar. Bir 

saatdan  sonra  da  söhbət  boyu  onlara  təkrarladığım  Ģeyləri 

mənə  böyük  bir  kəĢf  eləmiĢ  kimi  deyirlər.  Bu  ələdüĢməz 

gözəlliyə  görə  xanım  de  Stal  dünyada  hər  Ģeyi  qurban 

verərdi  –  amma  bu  da  məni  xoĢbəxt  edə  bilmir,  mən 

darıxdığımdan  ölürəm.  Görəsən,  mən  soyadımı  dəyiĢib, 

markiza  de  Kruazenua  olandan  sonra  bundan  daha  az 

darıxacağıma ümid edə bilərəmmi? 

Ġlahi  –  qız  az  qala  ağlayaraq  düĢündü.  –  Axı,  o  çox 

gözəl  insandı.  Bizim  zəmanəni  nəzərə  alsaq,  o  əsl  nəzakət 

mücəssəməsidi.  Onun  üzünə  baxmaq  kifayətdir  ki,  adamı 

tərif  eləyən  nəsə  ağıllı  bir  Ģey  desin.  Üstəlik,  o 

cəsurdu...Amma  bu  Sorel  çox  qəribə  oğlandı.  –  Qızın 

gözlərindəki  darıxqanlıq  qəzəblə  əvəz  olundu.  –  Axı  mən 

onunla  danıĢmaq  istədiyimi  demiĢdim,  o  isə  heç  mənim 

yanıma da gəlmir!”  




www.vivo-book.com 

 

627 



 

 

IX 



 

  ZĠYAFƏT 

 

 

Bahalı  paltarlar,  şamların  işığı,  incə  ətirlər!  Çoxlu 



gözəl, çılpaq qollar, möcüzəli çiyinlər! Gözəl gül dəstələri! 

Rossininin  könül  oxşayan  ariyaları,  Siserinin  rəsmləri! 

Adamın ağlı başından çıxır!  

 

 

“Uzerinin səyahəti”ndən 

 

– Siz nəyə görəsə narahatsınız? – Markiza de La-Moll 



qızından soruĢdu. – Sizə xəbərdarlıq edim ki, bunu belə açıq 

Ģəkildə göstərmək nəzakətsizlikdir. 

– Bir az baĢım ağrıyır,  – Matilda laqeydcəsinə dedi, – 

bura çox istidir. 




www.vivo-book.com 

 

628 



Elə  həmin  dəqiqə  halı  pisləĢən  yaĢlı  baron  Tolli  sanki 

qızın sözünü təsdiqləyirmiĢ kimi yerə yıxıldı. Onu qollarının 

üstünə  alıb,  həyətə  çıxarası  oldular.  Ətrafdakılar 

pıçıldaĢmağa baĢladılar ki, qocanın deyəsən ürəyi tutub, bu 

olduqca xoĢagəlməz hadisəydi.  

Matilda baĢ verənlərə zərrəcə maraq göstərmədi. Onun 

özünə qoyduğu bir qayda vardı – heç vaxt qocalara, xüsusilə 

də  kədərli  Ģeylər  danıĢmağa  meyilli  olan  qocalara  diqqət 

yetirmirdi. Ürəktutma barədə pıçıldaĢmaları eĢitməmək üçün 

rəqs  eləməyə  baĢladı  –  əslində  ürəktutma-zad  da  yox  idi, 

çünki günü sabah yaĢlı baron artıq kübar cəmiyyət arasında 

göründü.  

“Cənab Sorel mənə yaxınlaĢmaq barədə heç fikirləĢmir 

də”,  –  o  rəqsini  bitirib,  oturduğu  kürsüyə  tərəf  gedəndə 

düĢündü.  Qız  gözləriylə  onu  axtarmağa  baĢlayırdı  ki, 

oğlanın  o  biri  ziyafət  salonunda  olduğunu  gördü. 

Maraqlıydı, oğlan bayaqkı soyuq, özü də özünə çox yapıĢan 

soyuq görkəmini itirmiĢdi – indi daha ingilislərə oxĢamırdı.  

“O ölüm hökmü çıxarılmıĢ qraf Altamirayla danıĢır!  – 

Matilda  ürəyində  az  qaldı  çığırsın.  –  Gözləri  nəsə  məkrlə 




www.vivo-book.com 

 

629 



parıldayır,  –  bu  görkəmdə  o  baĢqasının  paltarını  geyinmiĢ 

Ģahzadəyə  oxĢayır.  Hələ  onun  baxıĢlarına  bax!  Necə  də 

təkəbbürlüdü!” 

Qraf  Altamirayla  söhbətini  davam  edən  Jülyen  yavaĢ-

yavaĢ  qızın  olduğu  yerə  yaxınlaĢırdı  –  qız  gözlərini 

çəkmədən  baxır,  oğlanın  üzündə  ölüm  hökmünə  layiq 

görülmüĢ  adama  maraqlı  gələcək,  onunla  söhbətə 

həvəsləndirəcək ali cizgiləri axtarırdı. 

Jülyenlə qraf onun yanından keçdilər. 

–  Hə,  –  Jülyen  Altamiraya  deyirdi,  –  Danton  – 

möhtəĢəm adam idi! 

“Ġlahi! O, Dantondan danıĢır? Axı – Matilda düĢündü, – 

onun necə də alicənab üzü var, Dantonsa eybəcərin biriymiĢ, 

özü də deyəsən, qəssabın yekəsi olub”.  

Jülyen  hələ  də  onun  yaxınlığındaydı  və  qız  çox 

düĢünmədən  onu  səslədi:  təkəbbürlü  və  özünəarxayın 

olduğu  üçün  o,  qız  xeylağına  çox  da  uyğun  gəlməyən 

birbaĢa sualla Jülyenə müraciət elədi: 

– Cənab, məgər o Danton qəssabın biri olmayıbmı? 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə