Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə128/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   124   125   126   127   128   129   130   131   ...   197

www.vivo-book.com 

 

640 



gətirdiyin kalambur səviyyəsində deyə bilərsən. Fikir ancaq 

bu halda necəsə mükafatlandırıla bilər. Amma əgər insan öz 

zarafatlarında nəsə güc və yeniliyin olduğunu düĢünürsə, siz 

o  adamı  yekəxanalıqda  ittiham  edirsiniz.  Axı  sizin 

hakimlərdən  hansısa  Kuryeyə  belə  demiĢdi,  elə  deyilmi? 

Onu  da  Beranje  kimi  həbsxanaya  atdırdınız.  Sizdə  ağıllı 

fikirləriylə  seçilən  istənilən  adamı  islahçı  polisin  əlinə 

verirlər  –  “ədəbli  adamlar”  adlandırdığınız  insanlarsa  bunu 

alqıĢlayırlar. Çünki sizin bu çürümüĢ cəmiyyətiniz üçün  ən 

vacib  Ģey  “ədəb-ərkan  gözləmək”dir...Siz  heç  vaxt  hərbi 

Ģücaətdən o yana gedə bilməzsiniz: sizdə həmiĢə Myuratlar 

olacaq,  amma  heç  vaxt  VaĢinqtonlarınız  olmayacaq.  Mən 

Fransada  boĢ  Ģöhrətpərəstlikdən  savayı  heç  nə  görmürəm. 

Söhbətdə bir az fərqlənən insan nəsə ehtiyatsız bir söz iĢlədə 

bilər.  Elə  həmin  an  ev  sahibi  özünü  təhqir  olunmuĢ  hesab 

eləyəcək. 

Qrafın  faytonu  de  La-Molların  qəsrinin  qarĢısında 

dayandı.  Jülyen  bu  adama  heyran  olmuĢdu.  Altamira  ona 

deyəsən, çox səmimi, gözəl bir kompliment dedi: 



www.vivo-book.com 

 

641 



–  Sizdə  fransızlara  xas  olan  yüngülfikirlilik  yoxdur  və 

siz nəyin xeyirli olduğunu bilirsiniz.  

Ġki  gün  əvvəl  Jülyen  Kazemir  Delavinyanın  “Marino 

Falyero” faciəsinə baxmıĢdı. 

“Məgər  məlum  deyil  ki,  bu  sadə  dülgər  Ġsrail 

Bertuççonun  xarakteri  bütün  venesiyalı  kübarların 

xarakterindən  möhkəmdir?  –  hiddətlənmiĢ  qəhrəmanımız 

öz-özünə  dedi.  –  Axı  həmin  adamlar  o  qədər  adlı-sanlı 

ailələrdən idilər ki, nəsilləri yeddi yüzüncü ilə, Böyük Karlın 

hakimiyyətindən  yüz  il  əvvələ  gedib  çıxırdı.  Bu  gün  cənab 

de  Retsin  ziyafətindəki  aristokratiyanın  köküsə  vur-tut  on 

üçüncü əsrə çatır. Budur, o vaxt elə ali təbəqələrdən olsalar 

da,  boz  və  maraqsız  venesiyalılardan  təkcə  Ġsrail 

Bertuççonun adı qalıb. Ġnqilab bu və digər ictimai quruluĢun 

Ģıltaqlıqları  nəticəsində  yaradılmıĢ  bütün  titulları  məhv 

eləyir.  Hətta  bu  zaman  insan  ölümün  üzünə  dik  baxmaq 

bacarığına görə  layiq  olduğu  yeri  tutur.  Bu  vaxt  ağıl da  öz 

qüdrətini itirir... 

Valnoların, Renalların  əsrində Danton kim ola bilərdi? 

Hansısa prokurorun köməkçisi – özü də çox çətinliklə. Ġlahi, 




www.vivo-book.com 

 

642 



mən nə danıĢıram? O yəqin ki, yezuitlərə satılıb nazir olardı, 

axı  böyük  Dantonun  özü  də  oğruydu.  Mirabo  da  satılardı. 

Napoleon  Ġtaliyada milyonları  mənimsədi, həmin  milyonlar 

olmasaydı,  o  PiĢeqryu  kimi,  səfalətdən  addımını  da  ata 

bilməzdi.  Təkcə  Lafayet  heç  vaxt  oğurluq  eləmədi.  Onda 

neyləməli? Oğurluq eləmək, satılmaq lazımdı?”  

Bu  sual  Jülyeni  çaĢdırdı.  Gecənin  qalanını  o,  baĢını 

kitabdan ayırmadan inqilab tarixini oxudu.  

Səhəri  günü,  kitabxanada  oturub,  yazı  iĢləriylə  məĢğul 

olanda,  tez-tez  fikrən  qraf  Altamirayla  söhbətlərinə 

qayıdırdı. 

“Həqiqətən  də,  belə  çıxır  ki,  –  o  uzun-uzadı 

düĢünəndən sonra öz-özünə dedi. – Əgər bu ispan liberalları 

xalqı  cinayətlərə  sövq  eləsəydilər,  onlardan  belə  asanlıqla 

qurtarmaq mümkün olmazdı. Axı onlar uĢaq idilər, özlərini 

vacib  adamlar  kimi  aparır,  mənim  kimi  ağızlarına  gələni 

danıĢırdılar  –  bunları  düĢünəndə  Jülyen  sanki  yuxudan 

oyanmıĢ kimi qəfil qıĢqırdı. 

Mən  nə  eləmiĢəm  ki,  o  hərəkət  mənə  ömürlərində  bir 

dəfə  nəsə  eləməyə  qərar  verən  həmin  adamları  mühakimə 




www.vivo-book.com 

 

643 



etməyə  haqq  versin?  Mən  masa  arxasından  qalxanda:  – 

sabah  nahar  eləməyəcəm,  amma  səhər  də  bugünkü  kimi 

güclü və gümrah olacağam! – deyən adama oxĢayıram. Kim 

bilir,  böyük  iĢlərə  baĢlayan  insanlar  yarıyolda  nə  hiss 

edirlər? Axı bu, tapançadan atəĢ açmaq deyil! 

Madmazel  de  La-Mollun  kitabxanaya  qəfil  gəliĢi  onun 

bu ali tərəddüdlərini yarımçıq kəsdi. Oğlan öz fikirlərinə elə 

qərq  olmuĢ,  baĢqalarına  özlərini  məğlub  etmə  imkanı 

verməmiĢ  bütün  bu  Dantonlar,  Mirabolar,  Karnoların 

Ģücaətlərinə  elə  uymuĢdu  ki,  gözlərini  qaldıranda  baxıĢları 

onun haqqında düĢünmədən, ona təzim etmədən, demək olar 

ki,  onu  görmədən  madmazel  de  La-Mollun  üzündə  iliĢib 

qaldı.  Bu  iri,  geniĢ  açılmıĢ  gözlər  qızın  gəliĢinin  fərqinə 

varan kimi, onun baxıĢlarındakı parıltı söndü. Madmazel de 

La-Moll nə qədər acı olsa da, bunun fərqinə vardı. 

Jülyendən  Velinin  kitab  dolabının  ən  yuxarı  rəfində 

duran “Fransa tarixi”ni istəmək hoqqası da əbəs idi – oğlan 

gedib, nərdivan gətirdi, kitabı tapıb, Matildaya uzatdı, amma 

o  bu  qız  barədə  düĢünməyə  qadir  deyildi.  Nərdivanı  geri 

aparanda, Jülyen qəfil geri qanrıldı, kitab dolabının ĢüĢəsinə 




www.vivo-book.com 

 

644 



toxundu,  ĢüĢə  çiliklənib,  parket  döĢəməyə  töküldü.  Bu  səs 

axır ki, Jülyeni fikirlərindən ayırdı.  

Tez  madmazel  de  La-Molldan  üzr  istədi.  O  mümkün 

qədər  nəzakətli  olmağa  çalıĢırdı  və  nəzakətli  ola  bildi  də  – 

amma  elə  bu  qədər,  bundan  artıq  heç  nə  eləmədi.  Matilda 

ona  mane  olduğunu  açıq-aydın  hiss  eləyirdi  və  görürdü  ki, 

öz  fikirlərinə  qapılmaq  oğlana  onunla  danıĢmaqdan  daha 

xoĢdur.  

Qız  uzun-uzadı  oğlana  baxdı  və  axır  ki,  yavaĢca  çıxıb 

getdi.  Jülyen  qızın  arxasınca  baxdı.  Qəfil  gözünə  dəyən 

ziddiyət  ona  maraqlı  gəlmiĢdi  –  qızın  dünənki  ziyafətdə 

geyindiyi  nadir  bahalı  libaslarla  bugünkü  sadə  paltarı  elə 

fərqlənirdi  ki...  Qızın  elə  bugünkü  üzü  də  dünən  ziyafətdə 

iĢtirak edən Matildanın üzündən çox fərqliydi. Dünən hersoq 

Retsin  ziyafətində  təkəbbürlə  dayanan  qız  bu  gün  az  qala 

yalvarıcı nəzərlərlə baxırdı.  

“Bu  qara  paltar,  –  Jülyen  düĢündü,  –  onun  bədəninin 

gözəlliyini daha aydın nəzərə çarpdırır. Amma o niyə matəm 

paltarı geyinib? Bunu kimdənsə soruĢmaq da yaxĢı deyil”. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə