Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə129/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   125   126   127   128   129   130   131   132   ...   197

www.vivo-book.com 

 

645 



Jülyen  bayaq  həvəslə  qapıldığı  fikirlərdən  tamam 

ayılmıĢdı.  

“Gərək, oturub, bu səhər hazırladığım məktubları bir də 

gözdən  keçirim.  Allah  bilir,  fikirli  olduğumdan  nə 

yazmıĢam”.  

O,  fikirlərini  cəmləyib,  məktublardan  birini  oxumağa 

çalıĢırdı ki, yanında ipək paltarın xıĢıltısını eĢitdi. Oğlan tez 

qanrılıb  baxdı  –  madmazel  de  La-Moll  onun  iki 

addımlığında  dayanıb,  gülürdü.  Jülyen  darıxdı:  ikinci 

dəfəydi ki, qız ona mane olurdu.  

Matildaya  gəlincə,  o  açıq-aĢkar  hiss  eləyirdi  ki,  bu 

cavan  oğlanı  qətiyyən  maraqlandırmır.  Qızın  gülüĢüsə 

çaĢqınlığını gizlətmək üçün idi və o bunun öhdəsindən yaxĢı 

gəlirdi. 

–  Deyəsən,  siz  nəsə  maraqlı  bir  Ģey  barədə 

düĢünürdünüz,  cənab  Sorel?  Bəlkə  qraf  Altamiranı  bizim 

Parisə  gətirib  çıxaran  inqilabın  nəsə  maraqlı  bir  məqamını 

düĢünürdünüz? Nə olar, bunu mənə də deyin,  yoxsa maraq 

hissi məni öldürəcək. Heç kimə demərəm, sizə söz verirəm!  



www.vivo-book.com 

 

646 



Sözləri  öz  qulağına  çatanda  qız  bütün  bunları  özünün 

dediyinə təəccübləndi. Bu, necə ola bilərdi? Necə ola bilərdi 

ki,  o,  evlərində  çalıĢıb,  onlardan  maaĢ  alan  bir  adama 

yalvarsın? Onun çaĢqınlığı daha da artdı və qız zarafatyana 

ahənglə əlavə elədi: 

–  O  nə  məsələydi  ki,  sizin  kimi  soyuq  adamı  qəfildən 

Mikelancelonun  peyğəmbərləri  kimi  çılğın  bir  varlığa 

çevirdi?  

Bu qəfil və nəzakətsiz sorğu-sual Jülyeni əsəbiləĢdirirdi 

və oğlan hirsindən dəliyə döndü.  

–  Mən  düĢünürdüm  ki,  Danton  oğurluq  eləməkdə 

haqlıydımı?  –  qəfildən  onun  səsində  saniyəbəsaniyə  artan 

qəzəb hiss olunmağa baĢladı. – Pyemont, ispan inqilabçıları 

öz  xalqlarını  cinayətlərə  qərq  etməliydilərmi?  Mötəbər 

yerləri,  cürbəcür  ordenləri  bunlara  layiq  olmayan  adamlara 

paylamalıydılarmı?  Axı  bunları  alan  adamlar  kralın 

gəliĢindən  ehtiyat  etməli  olacaqdılar!  Turin  xəzinəsini 

quldurların  ixtiyarına  vermək  lazım  idimi?  Uzun  sözün 

kəsəsi, madmazel, – oğlan qəzəblə baxaraq, qıza tərəf yeridi, 

–  yer  üzündə  pisliyin  və  cinayətin  kökünü  kəsmək  istəyən 




www.vivo-book.com 

 

647 



insan  Ģəri  də  ağına-bozuna  baxmadan,  düĢünmədən  məhv 

eləməlidirmi?  Matilda  qorxdu,  bu  baxıĢlara  tab  gətirə 

bilməyib,  döyükdü.  Sonra  qız  sakitcə  Jülyenə  baxdı  və  öz 

qorxusundan  utanaraq,  yüngül  addımlarla  kitabxanadan 

çıxdı.  

 

 



 

  KRALĠÇA MARQARĠTA 



 

Sevgi! Sən bizi sevinc hissinə qovuşmağa məcbur etmək 

üçün hansı çılğınlıqlara əl atmırsan?!  

 

“Portuqaliyalı rahibənin məktubları” 

 

Jülyen yazdığı məktubları təzədən oxudu. Çalınan zəng 

evdəkiləri nahara səsləyirdi.  



www.vivo-book.com 

 

648 



“Mən bu parisli gəlinciyə necə də gülməli görünürəm! 

–  oğlan  düĢündü.  –  Niyə  qəfildən  dəlilik  eləyib,  ona 

düĢündüklərimi  danıĢdım?  Bəlkə  də  bu,  o  qədər  də  ağılsız 

hərəkət  deyildi.  Açığını  desəm,  mənə  də  elə  bu  yaraĢardı. 

Axı  onun  ağlına  hardan  gəlmiĢdi  ki,  qəfildən  bura  gəlib, 

mənə dəyərli olan Ģeyləri soruĢsun? Onun tərəfindən bu çox 

qeyri-ciddi  hərəkətdi.  Hətta  ədəbsizlikdi!  Mənim  Danton 

barədə düĢündüklərim onun atasının mənə maaĢ ödəməsiylə 

bağlı öhdəliklərə daxil deyil”.  

Yemək  otağına  girən  Jülyen  madmazel  de  La-Mollu 

matəm  içində  görəndə,  narazılığını  yaddan  çıxartdı.  Bu 

məsələ  ona  daha  da  təəccüblü  göründü  –  axı  ailənin  baĢqa 

üzvlərindən heç biri matəm paltarında deyildilər.  

Nahardan sonra oğlan gün uzunu onu bürüyən çılğınlıq 

hissindən  qurtulub,  tamam  özünə  gəldi.  XoĢbəxtlikdən,  bu 

gün  naharda  latın  dilini  bilən  həmin  akademik  də  iĢtirak 

edirdi.  

“Axır  ki,  mənə  gülməyən  bircə  adam  tapıldı,  –  Jülyen 

düĢündü,  –  əgər  madmazel  de  La-Mollun  niyə  matəm 



www.vivo-book.com 

 

649 



paltarında  olduğunu  soruĢmağım  doğrudan  da  yerinə 

düĢməsə, heç olmasa bu cənab mənə gülməz”.  

Matilda oğlana nəsə qəribə baxırdı.  

“Deməli,  buradakı  qadınlar  beləymiĢ.  Xanım  Renalın 

mənə  təsvir  elədiyi  kimi.  Bu  səhər  mən  onunla  xoĢ 

davranmadım,  mənimlə  çənə  vurmaq  istəyəndə  ona 

qoĢulmadım.  Elə  təkcə  buna  görə  onun  gözündə  böyüdüm. 

Düzdü, o bunu mənə qarĢı çevirəcək. Bu yekəxanalığı hələ 

mənə xatırladacaq, məni əzmək üçün fürsət axtaracaq. Mən 

onu  hirsləndirdim,  vəssalam!  Ġtirdiklərimlə  müqayisədə  bu 

nədir  ki?  O  necə  də  təbii  və  gözəl  idi!  Mən  onun  nə 

fikirləĢdiyini özündən əvvəl bilirdim, həmin fikirlərinin necə 

doğulduğunu  görürdüm.  Onun  qəlbində  mənim  yeganə 

rəqibim öz uĢaqlarını itirmək qorxusuydu! Mən əzab çəksəm 

də, o mənim yeganə ağıllı və təbii duyğum idi. Mən necə də 

axmaq  olmuĢam...  Paris  barədəki  arzularım  sözün  həqiqi 

mənasında  o  ilahi  qadını  dəyərləndirməyimə  mane  oldu. 

Ġlahi,  aradakı  fərqə  bax!  Burada  mən  nə  görürəm?  Ancaq 

Ģöhrətpərəstlik,  quru  təkəbbür,  özünəvurğunluğun  saysız 

növləri – vəssalam”.  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə