Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.

səhifə13/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   197

www.vivo-book.com 

 

62 



çalıĢırdı. Bayaqdan özünə güc gəlməyə çalıĢan Jülyenin üzü 

təzədən avazıdı və o özünə yad səslə dedi: 

–  Xanım,  Tanrıya  and  olsun  ki,  mən  heç  vaxt  sizin 

uĢaqlarınızı vurmayacam. 

Bu sözləri deyərək o, birdən cəsarətə gəldi və xanım 

Renalın əlindən tutub, dodaqlarına yaxınlaĢdırdı. 

Oğlanın  bu  hərəkəti  qadını  çox  təəccübləndirdi,  bir 

müddətdən sonra qadın bu barədə fikirləĢəndə əsəbiləĢdi də. 

Hava çox istiydi və Jülyen onun əlini öpəndə qadının təkcə 

nazik Ģalla örtdüyü qolu çiyinlərinə qədər açıq idi. Bir neçə 

saniyədən  sonra  xanım  Renal  oğlanın  hərəkətinə  gec 

əsəbiləĢdiyi üçün özünü qınayırdı. 

Qonaq otağından gələn səsləri eĢidən cənab Renal iĢ 

otağından çıxıb, meriya binasında nikah kəsəndə göstərdiyi 

əzəmətli və atasayağı tövrüylə Jülyenə baxdı: 

–  UĢaqlar  sizi  görməzdən  əvvəl  biz  bir  az 

danıĢmalıyıq. 

O,  Jülyeni  otağına  apardı  və  onları  tək  buraxmaq 

istəyən arvadını da otağa çağırdı. Qapını bağlayandan sonra 

cənab Renal vacib bir sifət alaraq kürsüyə oturdu. 




www.vivo-book.com 

 

63 



– Cənab küre sizin əxlaqlı bir gənc olduğunuzu mənə 

deyib.  Bu  evdə  hamı  sizə  hörmət  edəcək.  Əgər  mən 

iĢinizdən razı qalsam, gələcəkdə sizi yaxĢı bir iĢə düzəldərik. 

YaxĢı  olardı  ki,  bundan  sonra  siz  nə  dostlarınız,  nə  də 

qohumlarınızla  görüĢməyəsiniz,  çünki  onların  davranıĢı 

mənim  uĢaqlarımın  tərbiyəsinə  uyğun  gəlmir.  Budur,  bu 

sizin otuz altı frankınız. Amma mənə söz verin ki, bu puldan 

atanıza bir su da verməyəcəksiniz. 

Cənab  Renal  qocanın  bu  məsələdə  ona  kələk 

gəlməyini bağıĢlaya bilmirdi. 

–  Ġndisə,  cənab  –  mən  hamıya  tapĢırmıĢam  ki,  sizə 

“cənab” deyə müraciət etsinlər. Gələcəkdə siz əsil-nəcabətli 

evə düĢməyin necə böyük xoĢbəxtlik olduğunu görəcəksiniz. 

Deməli,  cənab,  uĢaqların  sizi  gödəkcədə  görməyi  yaxĢı 

olmazdı. Qulluqçulardan kimsə onu görüb? 

Sonuncu sual arvadına ünvanlanmıĢdı. 

Arvadı fikirli-fikirli: 

– Yox, dostum, – dedi. 




www.vivo-book.com 

 

64 



– Lap yaxĢı. Hələ ki, bunu geyinin, – deyə, o özünün 

pencəyini  oğlana  uzatdı.  Ġndisə  biz  dərzi  cənab  Düranın 

yanına gedək. 

Saat  yarımdan  sonra  cənab  Renal  təpədəndırnağa 

qədər  qara  geyinmiĢ  mürəbbiylə  geri  qayıdanda  arvadının 

hələ  də  bayaqkı  yerdə  oturduğunu  gördü.  Qadın  Jülyeni 

görəndə  ürəyi  yerinə  gəldi  –  oğlana  baxanda  o,  qorxusunu 

unudurdu.  Jülyensə  onun  barəsində  heç  fikirləĢmirdi  də. 

Oğlanın qəlbində kök salmıĢ dünyadakı hər Ģeyə və hamıya 

bəslədiyi  inamsızlığa  baxmayaraq,  indi  o,  uĢaq  kimi 

sevinirdi.  Ona  elə  gəlirdi  ki,  cəmi  üç  saat  əvvəl  kilsədə 

titrəyə-titrəyə oturmağının üstündən artıq uzun illər keçib. 

Qəfildən  o  xanım  Renalın  soyuq  baxıĢlarıyla 

toqquĢdu və baĢa düĢdü ki, bayaq onun əlini öpməyə cəsarət 

eləməyi  xanımı  hirsləndirib.  Amma  əynindəki  təzə  və  ona 

tamamilə yad olan paltarın verdiyi qürur hissi oğlanın ağlını 

baĢından  elə  almıĢdı,  eyni  zamanda  sevincini  gizlətmək 

istəyi elə çox idi ki, onun hərəkətlərində qəribə, xəstəhal bir 

Ģey vardı. Xanım Renal heyrətlə ona baxırdı. 



www.vivo-book.com 

 

65 



–  Əgər  siz  uĢaqlarımın  və  qulluqçuların  hörmətini 

qazanmaq  istəyirsinizsə,  cənab,  –  cənab  Renal  dedi  – 

özünüzü daha da tox tutmalısınız. 

–  Cənab,  –  Jülyen  dedi,  –  mən  bu  təzə  paltara 

öyrəĢməmiĢəm.  Mən  kasıb  kəndli  balasıyam,  ömrümdə  də 

gödəkcədən  baĢqa  heç  nə  geyinməmiĢəm.  Ġcazənizlə,  mən 

bir müddət tək qalmaq üçün öz otağıma gedərdim. 

Oğlan  otağına  gedəndən  sonra  cənab  Renal 

arvadından soruĢdu: 

– Hə, mənim təzə tapıntım barədə nə deyə bilərsən? 

Özünün də bilmədiyi hansısa gizli qanuna tabe olaraq 

xanım Renal ərinə yalan dedi: 

–  Bu  kəndli  oğlan  mənim  çox  da  xoĢuma  gəlmədi. 

Qorxuram  sizin lütfkarlığınız onu tez  qudurtsun.  Belə  olsa, 

bir aydan sonra onu qovmalı olacaqsınız. 

–  Neynək,  qovarıq.  Bu  mənə  cəmi-cümlətanı  yüz 

franka  baĢa  gələr.  O  vaxta  qədər  də  Veryerdə  hamı  cənab 

Renalın  uĢaqlarının  mürəbbisi  olduğuna  alıĢar.  Oğlan 

gödəkcədə  gəzdiyi  müddətdə  biz  buna  nail  ola  bilməzdik. 



www.vivo-book.com 

 

66 



Əgər  qovsam,  indi  dərzidən  aldığım  bu  dəst  özümüzə 

qalacaq, ona isə iĢ otağından tapdığım o köhnə dəsti verərik. 

Jülyen  düz  bir  saat  otağında  qaldı.  Amma  xanım 

Renal  üçün  o  bir  saat  bir  an  kimi  gəlib  keçdi.  UĢaqlara 

onların  mürəbbiləri  olacağı  xəbərini  verər-verməz,  oğlanlar 

analarına min cür sual yağdırdılar. Axır ki, Jülyen otağından 

çıxdı. 

Bu artıq tamam baĢqa adam idi. O, nəinki özünü tox 



tutmuĢdu,  hətta  demək  olar  ki,  Jülyen  kübarlığın  özüydü. 

Onu uĢaqlara təqdim elədilər və oğlan onlara elə ahəngli bir 

səslə müraciət elədi ki, hətta cənab Renal da heyran qaldı. 

–  Cənablar,  mən  bura  ona  görə  gəlmiĢəm  ki,  –  o, 

nitqinin  sonunda  dedi  –  sizə  latın  dilini  öyrədim.  Siz  dərsə 

cavab  verməyin  nə  olduğunu  bilirsiniz.  Budur,  qarĢınızda 

müqəddəs kitab var. – O, bunu deyib, qara üzlü balaca cildi 

onlara göstərdi. – Burada bizim tanrımız Ġsa Məsihin həyatı 

yazılıb, adı da Əhdi-Cədiddir. Mən tez-tez sizə bu kitabdan 

suallar verəcəm. Ġndisə, siz məndən nə istəyirsiniz, soruĢun. 

SoruĢun ki, mən də öz dərsimi danıĢım. 

UĢaqlardan ən böyüyü, Adolf kitabı əlinə aldı. 






Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə