Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə132/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   128   129   130   131   132   133   134   135   ...   197

www.vivo-book.com 

 

660 



hesab  eləyirdi.  Hər  gün  nəsə  bir  isti,  dostyana  söhbətə 

baĢlamamıĢ  onlar  sanki  özlərindən  soruĢurdular:  “Hə,  biz 

dostuq yoxsa düĢmən?”  

Onların  söhbətlərinin  ilk  cümlələri  heç  bir  əhəmiyyət 

kəsb  etmirdi.  Bir-birinə  müraciətdə  olduqca  ehtiyatlı 

davranırdılar.  Jülyen  yaxĢı  baĢa  düĢürdü  ki,  bu  təkəbbürlü 

qıza  bircə  dəfə  özünü  incitməyə  imkan  yaratsa  və  bunun 

cavabını verməsə, hər Ģey birdəfəlik məhv olacaq.  

“Əgər mübahisəmiz düĢsə, onda gərək lap əvvəldən, elə 

birinci  həmlədən  öz  qürurumu  qoruyum.  Yoxsa  qürurumu 

azacıq  zədələyəcək  nəyəsə  az  da  olsa  güzəĢtə  gedəndə, 

sonradan özümə nifrət hissindən qurtula bilmirəm”.  

Matilda  qanının  qara  vaxtı  dəfələrlə  oğlanla 

davranıĢında  özünü  kübar  cəmiyyət  qadını  kimi  aparmaq 

istəmiĢdi  –  özü  də  bu  cəhdləri  necə  də  ustalıqla  eləmiĢdi! 

Amma  Jülyen  hər  dəfə  onun  bu  cəhdlərinin  qarĢısını 

almıĢdı.   

Bir dəfə o sərt Ģəkildə qızın sözünü kəsdi: 

–  Əgər  madmazel  de  La-Moll  atasının  katibinə  nəsə 

əmr  eləyirsə,  o,  əlbəttə  ki,  bu  əmrə  tabe  olmalı  və  bunu 




www.vivo-book.com 

 

661 



böyük ehtiramla eləməlidi, amma bundan artıq nəsə eləmək 

onun  öhdəliklərinə  daxil  deyil.  Ona  maaĢı  düĢündüklərini 

qıza söyləsin deyə vermirlər.  

Bu  münasibətlər  və  Jülyenin  qəribə  Ģübhələri  onu  ilk 

aylarda  dəbdəbəli,  amma  zarafatların  qadağan  olunduğu  bu 

evdə üstünə çökən dəhĢətli darıxmaq hissindən xilas elədi.  

“O  mənə  vurulsaydı,  nə  maraqlı  olardı?!  Amma  məni 

sevməsə  də,  belə  ağıllı,  evdə  hamını  idarə  eləyən  və 

qarĢısında  markiz  de  Kruazenuanı  titrədən  bir  qızla 

dostluğum var. Özü də o gəncin hər Ģeyi var: əsli-nəcabəti, 

sərvəti!  Bunlardan  biri  mənim  olsaydı,  necə  də  xoĢbəxt 

olardım!  O  bu  qızdan  ötrü  ölür,  o  necə  olursaolsun, 

Matildanın  əri  olmaq  istəyir.  Markiz  de  La-Moll  məni  bu 

müqaviləni  hazırlamalı  olan  hər  iki  notariusa  nə  qədər 

məktub  yazmağa  məcbur  elədi!  Və  bax,  mən,  səhər 

tezdəndən  əlinə  lələk  alıb,  yazı  yazan  sadə  iĢçi,  aradan  bir-

iki  saat  keçəndən  sonra  o  xoĢagəlimli  cavan  oğlanın  eləyə 

bilmədiklərini  edirəm,  çünki  nəticə  etibarilə  məni  ondan 

üstün  bilirlər.  Ola  bilər  ki,  qız  ona  məhz  elə  gələcək  əri 



www.vivo-book.com 

 

662 



olacağına  görə  nifrət  eləyir  –  o  bunu  edəcək  qədər 

yekəxanadır.  

Belə  olan  halda,  deməli,  mənə  göstərilən  iltifatlar 

dostyana  münasibətdə  olduğu  xidmətçiyə  göstərilən 

etibardır.  Yox,  ya  mən  dəli  olmuĢam,  ya  da  o  mənə  qarĢı 

laqeyd  deyil.  Onunla  nə  qədər  soyuq  davransam, 

dostluğumu  qazanmağa  o  qədər  çox  çalıĢar.  Onun  bunları 

hansısa məqsədlə elədiyini, riyakarlıqla oyun oynadığını da 

düĢünmək  olardı,  amma  mən  içəri  girəndə  qızın  gözlərinin 

necə  parladığını  görürəm  axı.  Yəni  parisli  qızlar  bu  qədər 

riyakar ola bilər? Bir də ki, nə fərqi var axı? Bu görüntüdən 

həzz  almağa  çalıĢarıq.  Ġlahi,  o  necə  də  gözəldir?!  Onun  iri, 

mavi  gözləri  tez-tez  düz  yanımda,  düz  gözümün  içinə 

baxanda  necə  də  xoĢuma  gəlir?!  Nə  fərqi  var  axı  –  bu  yaz, 

elə  ötən  ilin  yazında  da  mən  o  murdar,  saxta,  qəddar 

adamların  yanında  özümü  bədbəxt  hiss  eləyir  və  ancaq 

iradəmin möhkəmliyi sayəsində orada qalmırdımmı? O vaxt 

elə özüm də onlar qədər qəddar idim”.  

Belə  Ģübhəli  düĢüncələrə  dalanda,  Jülyen  öz-özünə 

deyirdi: 




www.vivo-book.com 

 

663 



“Bu qız mənimlə məzələnir. O öz qardaĢıyla əlbir olub, 

məni  lağa  qoyurlar.  Amma  deyəsən,  qız  zəif  iradəli 

olduğuna görə qardaĢına nifrət eləyir axı. O cəsurdur, amma 

keyfiyyətləri  elə  bununla  da  bitir  –  bunu  qız  özü  mənə 

demiĢdi.  Özü  də  onun  cəsurluğu  da  təkcə  o  vaxt  ispan 

qılınclarından  qorxmamağındadır;  Parisdəsə  o  hər  Ģeydən 

çəkinir.  HəmiĢə  gülməli  vəziyyətə  düĢəcəyindən  qorxur, 

belə  olmayacağına  əmin  olmamıĢ  addımını  da  atmır.  Onun 

ümumi fikirlərdən seçiləcək bircə dənə də fikri yoxdu. Hətta 

mən  belə  hərdən  onu  müdafiə  etməli  oluram.  Axı  bu  qızın 

da  cəmi  on  doqquz  yaĢı  var.  Bu  yaĢda  belə  uzun  müddət 

riyakarlıq eləmək olarmı? 

Amma bu da var ki, madmazel de La-Moll öz iri, mavi 

gözlərini  xüsusi  ifadəylə  mənə  dikən  kimi,  qrafNorber  tez 

çıxıb  gedir.  Burda  nəsə  Ģübhəli  bir  Ģey  var.  Bəlkə  də  o, 

bacısının  sadə  ev  qulluqçusuna  belə  məxsusi  yanaĢmasını 

həzm eləyə bilmir. Axı hersoq de ġon mənim barəmdə məhz 

belə demiĢdi. 

Bunu  yada  salanda,  qəzəb  Jülyenin  bütün  baĢqa 

hisslərini kölgələdi.  




www.vivo-book.com 

 

664 



“Bu  manyak  hersoq  deyəsən  qədim  kobudluqlara 

meyillidi”, – oğlan düĢündü.  

“Hə  o  gözəldi,  –  Jülyenin  gözləri  bəbir  gözləri  kimi 

parladı.  –  Mən  ona  sahib  olub,  sonra  da  çıxıb  gedəcəyəm. 

Vay o adamın halına ki, məni dayandırmağa çalıĢsın!”  

Bu 


xəyallara 

qapılmaq  indi  Jülyenin  yeganə 

əyləncəsiydi:  indi  baĢqa  heç  nə  haqda  fikirləĢə  bilmirdi. 

Günlər sürətlə ötüb-keçirdi. Onun əlinə ciddi bir iĢlə məĢğul 

olmaq fürsəti düĢən kimi, fikirləri oğlanı baĢqa yerə aparırdı. 

On  beĢ  dəqiqə  keçirdi  və  o,  ürəyinin  qəti,  ehtiraslı  bir 

niyyətlə  çırpındığını,  beyninin  dumanlandığını  və  ağlında 

bircə sualın dolaĢdığını hiss eləyirdi: 

– O məni sevirmi?  

 

 



 

XI 


 

 GƏNC QIZIN HÖKMRANLIĞI  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə