Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə133/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   129   130   131   132   133   134   135   136   ...   197

www.vivo-book.com 

 

665 



 

Mən  onun  gözəlliyinə  pərəstiş  edir,  amma  ağlından 

qorxuram... 

 

Merite 

 

Əgər Jülyen Matildanın gözəlliyini dağ baĢına qaldırıb, 



ulu  babalarından  əxz  elədiyi  və  ona  tez-tez  göstərdiyi 

yekəxanalığa  qəzəblənmək  əvəzinə,  qonaq  otağında  baĢ 

verənlərə  diqqət  yetirsəydi,  qızın  ətrafdakıların  üzərində 

olan  hakimiyyətinin  səbəbini  baĢa  düĢərdi.  Əgər  kimsə 

madmazel  de  La-Mollun  qəzəbinə  tuĢ  gələ  biləcək  bir 

hərəkət eləsəydi, qız nəzakət qaydalarını pozmadan o adamı 

elə  incə  və  dəqiq  bir  zarafatla  cəzalandırardı,  elə  bərk 

yaralayardı  ki,  ağrısı  gündən-günə  daha  da  artar  və  yara 

almıĢ adam bunu unuda bilməzdi. Bu yara tədricən insanın 

izzəti-nəfsi  üçün  dözülməz  bir  Ģeyə  çevrilərdi.  Ailədə  çox 

adamın  can  atdığı  Ģeylər  ona  maraqlı  deyildi,  qız  həmiĢə 

inanılmaz  dərəcədə  soyuqqanlı  olmağı  bacarırdı.  Aristokrat 

salonlarında yaxĢı bir Ģey varsa, bu da ordan çıxandan sonra 



www.vivo-book.com 

 

666 



məclis  barədə  kiminsə  yanında  bir-iki  kəlmə  demək 

imkanıdır,  vəssalam.  Fikirdən  söhbət  gedə  bilməz,  ifadələr 

boĢ  və  maraqsız,  o  qədər  banal  olur  ki,  riyakarlıq  həddini 

belə  keçmiĢ  olur  –  bütün  bunlar  adamın  ürəyini  bulandırır. 

Nəzakət, ancaq nəzakət burda ləyaqətli bir Ģey hesab olunur, 

amma  bu  da  yalnız  ilk  vaxtlar  belədir.  Jülyen  bunu  bir 

müddət yaĢadığı heyranlıqdan sonra baĢa düĢdü. “Nəzakət, – 

oğlan  öz-özünə  deyirdi  –  ədəbsiz  hərəkətlərlə  qarĢılaĢanda 

yaranan  qıcıqlanmanı  içində  dəf  etməkdən  baĢqa  bir  Ģey 

deyil”.  Matilda  tez-tez  darıxırdı;  bəlkə  də  o,  tamam  baĢqa 

yerdə  də  beləcə  darıxardı.  Belə  vaxtlarda  kimisə 

zəhərləyəcək söz tapmaq ona əsl həzz və əyləncə yaĢadırdı.  

Hörmətli  ata-anasından,  akademik  və  onun  qarĢısında 

dili dolaĢan baĢqa beĢ-altı ahıl adamdan daha əyləncəli olan 

adamlarla daha qəddar zarafatlar eləyə bilsin deyə o, markiz 

de  Kruazenuaya,  qraf  de  Kelyusa  və  daha  iki-üç  nəfər 

yüksək səviyyədə ləyaqətli gəncə ümid verirdi. Bu adamlar 

ancaq onun kinayələrinə hədəf olmağa yarayırdılar.  

Təəssüflə qeyd etməliyik ki, – axı biz Matildanı sevirik, 

–  qız  bu  gənclərdən  birindən  məktub  alır  və  hərdən  bu 




www.vivo-book.com 

 

667 



məktublara  cavab  yazırdı.  Bunu  da  tezcə  deyək  ki,  bu  qız 

müasir cəmiyyətin əxlaq qaydalarında bir istisnaydı. “Ġsanın 

Ürəyi”  kimi  aristokrat  monastırın tələbələrini  nədə  olsa da, 

əxlaqlarının kəm-kəsirli olmasında ittiham eləmək olmaz.  

Bir  dəfə  markiz  de  Kruazenua  Matildaya  qızın  bu 

yaxınlarda ona yazdığı ehtiyatsız bir məktubu qaytardı: belə 

müdrikcəsinə  ehtiyatlı  hərəkət  eləməklə,  o,  münasibətlərdə 

bir  az  irəliləmək  istəyirdi.  Amma  bu  yazıĢmada  Matildanı 

həvəsləndirən  tək  Ģey  elə  çılğınlıq  idi.  Risk  eləmək  onun 

xoĢuna gəlirdi. Bu hadisədən sonra qız düz ay yarım onunla 

danıĢmadı.  

Bu gənclərin yazdıqları məktublar qızın xoĢuna gəlirdi, 

amma  həmin  məktubların  hamısının  bir-birinə  oxĢadığını 

deyirdi. Eyni dərin, eyni dərəcədə ovuna bilməyən sevginin 

eyni cür izharı.  

– Onların hamısı eyni adamlardı, qorxu və  hədənin nə 

olduğunu bilməyən, elə bu saat Fələstinə getməyə hazır olan 

cəngavərlərdi  –  o,  xalası  qızına  deyirdi.  –  Bundan  daha 

dözülməz  nə  ola  bilər?  Deməli,  mən  ömrüm  boyu  belə 

məktublar  alacağam?  Axı  bu  cür  məktubların  üslubu iyirmi 




www.vivo-book.com 

 

668 



ildən bir dəbə düĢən məĢğuliyyətlərə görə dəyiĢir. Doğrudur, 

Ġmperiya  vaxtlarında  məktublar  indiki  qədər  maraqsız 

deyildi. O vaxt kübar cəmiyyətin gəncləri həqiqətən hansısa 

böyük bir  iĢi  ya  müĢahidə  eləyir,  ya  da  həyata  keçirirdilər. 

Mənim  əmim  hersoq  N.  Vaqram  yaxınlığındakı  döyüĢdə 

iĢtirak edib.  

Matildanın xalası qızı, madmazel Sent-Eridite dedi: 

–  Qılıncla  adamları  doğramaq  üçün  ağıl  nəyə  lazımdı 

ki? – Əlinə qılınc alan, elə bu barədə danıĢır.  

– Burda nə var? Bu söhbətlər mənim xoĢuma gəlir. Əsl 

savaĢda,  on  min  əsgərin  yollandığı  Napoleon  savaĢında 

iĢtirak  etmək  əsl  cəsurluq  göstəricisidir.  Təhlükənin  üzünə 

dik  baxmaq  mənəviyyatı  ucaldır,  adamı  mənim  bədbəxt 

pərəstiĢkarlarımın  yoluxduğu  darıxmaq  bəlasından  xilas 

edir.  Darıxmaqsa  elə  yoluxucudur  ki!  Nəsə  qeyri-adi  bir  iĢ 

görmək  onlardan  hansının  ağlına  gələ  bilər  ki?  Onlar 

mənimlə  evlənmək  istəyirlər  –  bəh-bəh,  necə  də  böyük 

Ģücaətdir!  Mən  varlıyam,  atam  onların  kübar  cəmiyyətdəki 

yerlərini  möhkəmləndirəcək!  Ah,  kaĢ  ki,  atam  mənə  daha 

maraqlı bir adam tapaydı! 




www.vivo-book.com 

 

669 



Gördüyünüz  kimi,  Matildanın  yeni,  aydın,  maraqlı 

düĢüncə  tərzi  danıĢıq  tərzinə  də  təsir  eləyirdi.  Tez-tez  elə 

olurdu  ki,  onun  dediyi  bir  söz  ədəb-ərkanlı  dostlarını  Ģillə 

kimi  tuturdu.  Əgər  Matilda  Parisin  birinci  gözəli  kimi  ad 

çıxarmasaydı,  əgər  onların  hamısı  Matildayla  evlənmək 

istəməsəydilər, ona qadın incəliyinə çox da yaraĢmayan bəzi 

kəlmələrdən istifadə etdiyini irad tutardılar. 

Qızsa  öz  növbəsində  Bulon  meĢəsində  qaynaĢan  bu 

nəzakətli  kavalerlərlə  çox  qəddarca  davranırdı.  O,  gələcəyə 

dəhĢət hissiylə deyil – bu, ifrat dərəcədə güclü hiss olardı – 

bu yaĢda az rast gəlinən iyrənmə hissiylə baxırdı.  

O  nə  istəyə  bilərdi?  Qızın  hər  Ģeyi  vardı:  var-dövlət, 

əsil-nəcabət,  ağıl,  gözəllik  –  bunu  hamı  durmadan  ona 

təkrarlayırdı  və  elə  özü  də  bilirdi  ki,  tale  ondan  heç  nə 

əsirgəməyib.  

Sen-Jermendəki ən görkəmli varis qız bu fikirlərə dalan 

vaxtı qəfildən hiss elədi ki, Jülyenlə gəzintilər onun xoĢuna 

gəlir.  Qüruru  ona  əzab  verirdi:  qız  bu  sadə  kəndçi  oğlanın 

ağlının çevikliyindən heyrətə gəlirdi.  



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə