Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə137/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   133   134   135   136   137   138   139   140   ...   197

www.vivo-book.com 

 

685 



dərinliyində nəsə pis, soyuq və qəddar bir Ģey görürəm. Belə 

sevgi ola bilərmi? Fərqə bax. Məgər xanım Renal mənə belə 

baxardımı?”  

Bir  dəfə  necə  oldusa,  nahardan  sonra  Jülyen  cənab  de 

La-Mollu  kabinetə  ötürüb,  tələsik  bağa  tərəf  getdi.  O, 

Matildanın  baĢına  yığıĢan  dəstəyə  yaxınlaĢanda  qulağına 

bir-iki  söz  çatdı.  Matilda  nəsə  qardaĢını  acıqlandırırdı. 

Jülyen iki dəfə öz adını eĢitdi. O, cavanlara yaxınlaĢan kimi, 

hamı  birdən  susdu.  Madmazel  de  La-Moll  və  qardaĢı  daha 

danıĢmaq  iqtidarında  deyildilər.  De  Kelyus,  de  Kruazenua, 

de  Lyuz  və  baĢqa  bir  nəfər  gənc  Jülyeni  olduqca  soyuq 

qarĢıladılar. Oğlan çıxıb getdi.  

 

 



www.vivo-book.com 

 

686 



XIII 

 

 TƏLƏ 



 

Söhbətlərdən  qulağına  çatan  bəzi  sözlər,  təsadüfi 

görüşlər  qəlbində  azacıq  qığılcım  olan  həssas  insan  üçün 

inkarolunmaz faktlara çevrilir. 

Şiller 

 

Səhəri  gün  Jülyen  yenə  qraf  Norberi  bacısıyla  onun 



barəsində nəsə danıĢan  yerdə gördü. Bacı-qardaĢ onu görən 

kimi  kiridilər.  Oğlanın  daha  Ģübhəsi  qalmadı.  Deməli,  bu 

gənc zadəganlar onu ələ salmağa çalıĢırlar?  

Oğlan düĢünürdü: 

“Açığı,  madmazel  de  La-Mollun  mənim  kimi  bir fağır 

mirzəyə 


vurulma  ehtimalındansa,  bu  məsələ  daha 

ağlabatandı.  Məgər  bu  adamlar  belə  romantik  ehtiraslar 

yaĢamağa  qadir  ola  bilərlər?  Onların  əlindən  ancaq  kiməsə 

tələ qurmaq gəlir. Bu adamların mənim yeganə istedadıma – 

ağıllı-ağıllı  danıĢa  bilmək  bacarığıma  paxıllıqları  tutur. 



www.vivo-book.com 

 

687 



Paxıllıq  –  onların  yaralı  yeridir.  Deməli,  məsələ  aydındı. 

Madmazel  de  La-Moll  zadəgan  dostlarını  əyləndirmək, 

onları  mənə  güldürmək  üçün  bu  oyunu  qurub  –  guya 

məndən xoĢu gəlir.  

Bu  dəhĢətli  Ģübhə  Jülyenin  ruhi  vəziyyətini  xeyli 

dəyiĢdi.  Oğlanın  qəlbində  oyanmağa  baĢlayan  sevgi 

qığılcımları  o  dəqiqə  söndü.  Axı  bu  sevgini  oyadan  tək 

qüvvə  –  Matildanın  ələdüĢməz  gözəlliyi,  daha  doğrusu, 

onun  Ģahanə  duruĢu,  dəbdəbəli  pal-paltarlarıydı.  Jülyensə 

belə  məsələlərdə  sadəlövhün  biriydi.  BoĢ  yerə  deməyiblər 

ki, öz ağlı sayəsində ali cəmiyyətə yol tapan sadə kiĢiyə ən 

çox təsir edən Ģey – gözəl zadəgan qadındır. Axı bu günlər 

ərzində  Jülyeni  arzulara  qərq  olmağa  məcbur  edən, 

Matildanın  mənəvi  keyfiyyətləri  deyildi.  Oğlanın  ağlı 

baĢındaydı və yaxĢı bilirdi ki, qızın mənəvi tərəfləri barədə 

heç  bir  təsəvvürü  yoxdur.  Onun  müĢahidə  eləyə  bildiyi 

Ģeylər, qızın ancaq görünən tərəfləri ola bilərdi.  

Məsələn,  Matilda  heç  vaxt  kilsədəki  bazar  moizəsini 

buraxmazdı.  O  hər  bazar  mütləq  anasına  qoĢulub,  kilsəyə 

gedirdi.  Əgər  de  La-Molların  qonaq  otağında  hansısa 




www.vivo-book.com 

 

688 



ehtiyatsız  qonaq  harada  olduğunu  yadından  çıxararaq,  taxt-

tacın və kilsənin maraqlarına xələl gətirə biləcək bircə kəlmə 

iĢlətsə,  ya  zarafat  eləsəydi,  Matilda  o  dəqiqə  həmin  adama 

qarĢı  soyuqluq  nümayiĢ  etdirərdi.  Həmin  anlarda  qızın 

baxıĢları  köhnə  ailə  portretlərindəki  kimi,  bütün  hisslərdən 

uzaq təkəbbürlə dolu olardı.  

Amma  Jülyen  dəqiq  bilirdi  ki,  qızın  otağında  Volterin 

iki-üç cild fəlsəfi kitabları olurdu. Oğlan özü də arabir gözəl 

cildlənmiĢ  bu  kitabları  gizlicə  otağına  aparıb,  oxuyurdu.  O, 

rəflərdən  kitab  götürəndə,  qalan  cildlərin  yerini  dəyiĢir  və 

bununla  da  hansı  kitabları  götürdüyünü  gizlədə  bilirdi. 

Amma tezliklə Jülyen fərqinə vardı ki, Volteri oxuyan təkcə 

o deyil.  

Oğlan  seminariyada  öyrəndiyi  bicliyə  əl  atdı  –  qızı 

maraqlandıra  biləcək  kitabların  üstünə  tük  qoydu.  Həmin 

cildlər bir neçə həftə yoxa çıxdı. 

Cənab de La-Moll kitab alverçisinin ona boĢ-boĢ Ģeylər 

məsləhət  görməyindən  təngə  gələrək,  yeni  nəĢrləri  seçməyi 

Jülyenin  öhdəsinə  buraxdı.  Amma  zərərli  ədəbiyyat  evdə 



www.vivo-book.com 

 

689 



yayılmasın  deyə,  markiz  katibinə  əmr  eləmiĢdi  ki,  bu 

kitabları onun öz otağında gizlətsin.  

Tezliklə  Jülyen  əmin  oldu  ki,  təzə  kitabların  arasında 

taxt-tacın  və  kilsənin  əleyhinə  mətn  peyda  olan  kimi,  bu 

kitablar tezcə yoxa çıxır.  

Aydın  məsələydi  ki,  həmin  kitabları  oxuyan  qraf 

Norber deyildi. 

Jülyen bu kəĢfini həddən artıq yüksək qiymətləndirmiĢ 

və  qızda  az  qala  makiavellisayağı  ikiĢəxsiyyətliliyin 

olduğunu  düĢünmüĢdü.  Ehtimal  olunan  bu  məkrlilik  qızı 

Jülyenin  gözündə  daha  cazibədar  eləmiĢdi.  Deyəsən,  qızın 

oğlanı  heyran  edən  tək  mənəvi  keyfiyyəti  də  elə  bu  idi. 

Riyakarlıq  və  ölümcül  yorucu  ruhi-mənəvi  söhbətlər  – 

oğlanı son həddə gətirənlər bunlardı.  

Jülyenin hiss etdiyi Ģey – sevgidən çox, öz təxəyyülünə 

azadlıq  verməsiydi.  Xəyala  qapılanda,  oğlan  Matildanın 

gözəl  bədənini,  onun  qəĢəng  paltarlarını,  ağappaq  əlini, 

məftunedici  çiyinlərini,  hərəkətlərindəki  sərbəstliyi  düĢünür 

və özünü qıza vurulmuĢ kimi hiss eləyirdi. Belə vaxtlarda o 

bu  hissi  gücləndirmək  üçün  qızı  Yekaterina  Mediçiylə 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə