Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə138/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   134   135   136   137   138   139   140   141   ...   197

www.vivo-book.com 

 

690 



eyniləĢdirirdi.  Özlüyündə  qıza  elə  möhkəm  xarakter 

yaraĢdırırdı  ki,  o,  istənilən  qəddarlığa,  məkrə  hazır  olurdu. 

Bu,  oğlanın  gəncliyində  uyduğu  Malonların,  Frilerlərin, 

Kastanedlərin  ideallarıydı.  Bir  sözlə,  qız  onun  üçün  Parisin 

idealıydı.  

Əlçatmaz  dərinlik  və  qəddarlıq  –  parisli  xislətini  bu 

sözlərdən daha yaxĢı nə izah edə bilər?  

“Deyəsən,  bu  üçlük  məni  ələ  salmağa  çalıĢır”  –  oğlan 

düĢünürdü.  

Jülyenin xasiyyətindən az-çox xəbər tutan hər kəs, onun 

Matildanın  baxıĢlarına  necə  soyuq  nəzərlərlə  cavab 

verdiyinin  Ģahidi  ola  bilərdi.  Matildanın  iki  dəfə  ona 

müraciət  eləyib,  təklif  etdiyi  dostyana  münasibətləri  də 

oğlan zəhərli kinayəylə rədd eləmiĢdi.  

Bu  gözlənilməz  qəribəlik  gənc  qızın  hisslərini 

yaralamıĢ və onun adətən soyuq, darıxan və ancaq ağla itaət 

edən ürəyini qadir olduğu qədər ehtirasla doldurmuĢdu.  

Amma  Matildanın  xasiyyətində  həddən  artıq  təkəbbür 

vardı – odur ki, indi xoĢbəxtliyinin baĢqa bir adamın əlində 

olmağı fikri onu məhv eləmiĢdi.  




www.vivo-book.com 

 

691 



Jülyen Parisə gələndən bəri bir çox Ģeyləri öyrənmiĢdi 

və  artıq  baĢa  düĢürdü  ki,  qızın  dərdi  təkcə  darıxmaq  deyil. 

Əvvəlki kimi, darıxmağının xilasını əyləncədə, ziyafətlərdə, 

teatrda  axtarmaq  əvəzinə, Matilda indi  bunların hamısından 

qaçırdı.  

Madmazel  de  La-Mollun  fransız  musiqisindən  zəhləsi 

gedirdi.  Amma  Jülyen  özünün  Operada  olduğu  vaxtlarda 

qızın  da  bura  gəlməyə  cəhd  elədiyini  görürdü.  Oğlana  elə 

gəlirdi  ki,  qız  əvvəllər  özünün  əsas  keyfiyyətlərindən  biri 

olan Ģux və qayğısız  dayana bilmək  bacarığını  əldən verib. 

Ġndi Matilda dostlarının zarafatlarına əməlli-baĢlı təhqiredici 

zarafatlarla cavab verir, özünü onları iynələməkdən saxlaya 

bilmirdi.  Jülyen  hiss  eləyirdi  ki,  Matilda  markiz  de 

Kruazenuaya qarĢı da ifrat laqeydlik nümayiĢ etdirir. 

 “Deyəsən,  bu  gənc  zadəgan  oğlan  həddən  artıq  pul 

düĢkünüdür,  –  Jülyen  düĢünürdü.  –  Onun  yerinə  kim 

olsaydı,  qızın  bu  qədər  varlı  olmasına  əhəmiyyət 

verməyərək, onu baĢından rədd eləyərdi”.  

Qızın  lağlağılarından,  kiĢi  ləyaqətini  təhqir  edən 

hərəkətlərindən  heyrətə  gələn  Jülyen  onunla  soyuq 




www.vivo-book.com 

 

692 



davranmağa  davam  edirdi.  Hətta  hərdən  elə  olurdu  ki,  ona 

nəzakətsiz cavablar da verirdi.  

Amma Jülyen Matildanın ona göstərdiyi heç bir diqqət 

qarĢılığında  özünü  aldatmağa  yol  verməyəcəyinə  nə  qədər 

əminliklə  inansa  da,  indi  bu  diqqət  elə  açıq-aĢkar  idi  ki, 

qızın ovsunlayıcı gözəlliyinə laqeyd qala bilməyərək hərdən 

özünü itirirdi.  

 “Bu  iĢlərin  axırı  yaxĢı  qurtarmayacaq  –  oğlan 

düĢünürdü.  –  Bu  zadəgan  gənclərinin  fəndgirliyi  və 

inadkarlığı mənim kimi təcrübəsiz adamı sındıracaq. Gərək, 

harasa gedim və bu məsələyə son qoyum”.  

Markiz təzəlikcə AĢağı Langedokdakı yeni xırda torpaq 

sahələrini  idarə  etməyi  ona  tapĢırmıĢdı.  Ora  mütləq  getmək 

lazım  idi.  Markiz  oğlanı  çox  könülsüz  buraxdı  –  çünki 

yüksək  siyasət  məsələlərindən  baĢqa  bütün  iĢlərdə  Jülyen 

onun ikinci “mən”i olmuĢdu.  

Oğlan səfərə hazırlaĢa-hazırlaĢa düĢünürdü: 

 “Hə,  deməli,  bunların  məni  tələyə  salmaq  cəhdi 

alınmadı. O ki qaldı, madmazel de La-Mollun kavalerləriylə 

soyuq davranmağına,  o bunu  məni  inandırmaq  üçün  eləyir, 




www.vivo-book.com 

 

693 



ya  yox,  bundan  mənə  nə  var?  Hər  nə  olursaolsun,  onun  bu 

hoqqaları məni əyləndirdi. Əgər onların fağır dülgər oğluna 

qurduqları  bir  tələ-zad  yoxdursa,  onda  madmazel  de  La-

Mollun  davranıĢı  ağlasığmazdı,  özü  də  təkcə  mənə  qarĢı 

yox, həm  də  markiz de  Kruazenuaya  qarĢı. Məsələn, dünən 

qız əməlli-baĢlı hirslənmiĢdi, özü də mənə görə. Acığını da 

varlı,  adlı-sanlı  bir  zadəgan  oğlundan  çıxdı.  O  adamın 

yanında  mən  kiməm  ki?  Kasıb,  fağır  adamam.  Qızın  bu 

davranıĢı  saxta  deyilsə,  onda,  mən  əməlli-baĢlı  qalib 

gəlmiĢəm ki! Langendok vadilərində bunları düĢünmək necə 

də xoĢ olacaq!”  

 

Oğlan  öz  səfəri  barədə  heç  kimə  heç  nə  deməmiĢdi, 



amma  Matilda  Jülyenin  sabah  Parisi  uzun  müddətə  tərk 

edəcəyini  artıq  bilirdi.  Qız  otaqdakı  havanın  azlığından, 

bunun  baĢağrısına  pis  təsir  eləməyindən  Ģikayətlənərək, 

bağçaya  çıxdı.  Matilda  öz  zəhərli  sözləriylə  Norberin, 

markiz  de  Kruazenuanın,  de  Kelyusun,  de  Lyuzun  və 

markizin  evində  bu  gün  nahar  edən  digər  cavan  oğlanların 

qanını elə qaraltdı ki, gənclərin hamısı dağılıĢdı.  



www.vivo-book.com 

 

694 



Qız özüsə qəribə baxıĢlarla Jülyenə baxırdı. 

Jülyen düĢünürdü: 

 “Düzdü,  böyük  ehtimalla,  bu  baxıĢlar  sadəcə 

riyakarlıqdı.  Amma  tez-tez  gedib-gələn  nəfəs,  həyəcanlı 

üz...  Nə  isə,  belə  Ģeylər  barədə  düĢünmək  mənə  qalmayıb! 

Axı  bu  qız  zəriflik  və  zövq  mücəssəməsidi.  Məgər  Parisdə 

belə  qadın  tapmaq  çox  asandı?  Bunun  gərilən  nəfəsinə 

baxın,  az  qalır  məni  təsirləndirsin,  bu  qız,  deyəsən,  belə 

nəfəs almağı heyranı olduğu Leontina Fedən öyrənib”.  

Onların yanında baĢqa heç kim yox idi.  

 “Yox,  Jülyen  mənə  qarĢı  heç  nə  hiss  eləmir!”  –  yazıq 

Matilda acı-acı düĢünürdü.  

Oğlan Matildayla sağollaĢanda qız onun biləyini tutub, 

bərk-bərk sıxdı. 

 – Bu gün sizə məndən bir məktub gələcək. – Qızın səsi 

elə dəyiĢmiĢdi ki, bunun öz səsi olduğuna inanmaq olmurdu.  

Bunu hiss eləyən kimi Jülyen təsirləndi.  

 – 


Atam 

sizin 


ona 

göstərdiyiniz 

xidmətləri 

dəyərləndirir. – Qız sözünə davam elədi: – Sabah getməyin, 

çalıĢın, bir bəhanə tapasınız – o bunu deyib, qaçdı.  



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə