www.vivo-book.com
695
Qızın bədəninin biçimi ağlasığmaz dərəcədə gözəl idi.
Onun ayaqları kimi gözəl ayaqlar təsəvvür etmək çətin idi,
özü də elə əzəmətlə qaçırdı ki, Jülyen əməlli-baĢlı
sehrlənmiĢdi. Qız gözdən itən kimi onun nə düĢündüyünü
oxucu təsəvvür edə bilərmi?
Qızın “çalıĢın, sabah getməyin” sözünü elə amiranə
tərzdə deməyi oğlanı özündən çıxarmıĢdı. Hətta ölüm
yatağında olan XV Lüdovikə həkim “bunu eləmək lazım
deyil” deyəndə belə, kral çox da təkəbbürlü adam olmasına
baxmayaraq, bu cür qəzəblənməmiĢdi.
Bir saatdan sonra xidmətçi Jülyenə məktub gətirdi. Bu
– əməlli-baĢlı sevgi məktubuydu.
Sevincini gizlətməyə çalıĢan oğlan düĢündü:
“Elə də riyakarlıqla dolu məktuba oxĢamır”.
Əslində bu ədəbi qeydlərlə o özünün yerə-göyə
sığmayan sevincini gizlətməyə çalıĢırdı, amma dodaqlarında
özündən asılı olmayaraq, geniĢ bir təbəssüm əmələ gəlmiĢdi.
“Beləliklə, – hissləri həddən artıq güclü olan oğlan
daha özünü saxlaya bilmədi – mən, kasıb kəndli oğlu,
zadəgan xanımdan sevgi məktubu almıĢam!”
www.vivo-book.com
696
“Hə, elə mən özüm də pis deyildim. – O var gücüylə
sevincini büruzə verməməyə çalıĢaraq, öz-özünə deyirdi. –
Hə, mən onun gözündə öz qürurumu saxlaya bilmiĢəm. Mən
heç vaxt ona “səni sevirəm” demədim”. Oğlan bütün
məktubu, bütün sətirləri, sözləri gözdən keçirməyə baĢladı.
Madmazel de La-Mollun qəĢəng, zövqlü, xırdaca xətti vardı.
Oğlan baĢını gicəlləndirən sevinci birtəhər ört-basdır eləmək
üçün baĢını nəyləsə qatmalıydı.
“Sizin gediĢiniz məni məcbur edir ki, bəzi Ģeyləri açıb
deyim...Sizi uzun müddət görə bilməmək mənə çox
çətindi...”
Qəfildən nəsə yadına düĢmüĢ Jülyen Matildanın
məktubunu gözdən keçirməyi buraxıb, təzə sevinc dalğasına
qərq oldu.
“Deməli, mən markiz de Kruazenuaya qalib gəlmiĢəm!
Amma mən bu qızla ancaq ciddi Ģeylər barədə söhbət
eləmiĢəm. Axı o markiz özü çox gözəl oğlandır! O nə
bığlardı elə?! Mundiri göz qamaĢdırır, necə danıĢmaq lazım
olduğunu bilir! Özü də necə yerli-yerində, necə nəzakətlə!”
www.vivo-book.com
697
Jülyen bənzərsiz dəqiqələr yaĢayırdı, özünü bağın
dərinliklərinə verərək, özünü unutmuĢ halda cığırlarda
gəziĢirdi.
Bir müddətdən sonra dəftərxanaya qalxaraq xahiĢ elədi
ki, markiz de La-Molla onun gəliĢini bildirsinlər.
XoĢbəxtlikdən markiz evdəydi. Oğlan Normandiyadan gələn
bir neçə vacib məktubu ona göstərərək, dedi ki, bu
məsələlərlə bağlı bəzi çox qayğılar var ki, bu iĢlər onun
Lanqendoka səfərini təxirə salmağa məcbur edir.
– Mən çox sevinirəm ki, siz gedəsi olmadınız. Sizi
burada görmək daha xoĢdur – iĢgüzar söhbətlər qurtarandan
sonra markiz oğlana dedi.
Jülyen o dəqiqə çıxıb getdi. Markizin sözü onu
təsirləndirmiĢdi.
“Mənsə onun qızını ələ almağa çalıĢıram! Bəlkə də o
qızın markiz de Kruazenuayla evliliyinə mane olacağam.
Markizsə bu evliliyə çoxlu ümidlər bəsləyir, düĢünür ki, özü
hersoq ola bilməsə də, heç olmasa qızı hersoginya ola bilər”.
www.vivo-book.com
698
Jülyen bir anlıq hər Ģeyi buraxıb, Langedoka getməyi
düĢündü. Amma bu fikir onun ağlına gələn kimi də,
fikrindən daĢındı.
“Bu nə xeyirxahlıqdır? – oğlan öz-özünə dedi. – Bu
zadəgan, varlı ailəyə rəhm eləmək mənə qalıb? Bunların
dostu hersoq ġon mənə kəndçi balası deyir. Markizsə heç
nəyi eyninə almadan ancaq öz var-dövlətini artırmaq barədə
düĢünür. Sarayda sabah nəsə hakimiyyətdaxili gərginlik
oyunun oynanılacağını eĢidən kimi, birjada min hoqqadan
çıxır. Həyatın ən axırıncı təbəqəyə atdığı, alicənab ürək əta
elədiyi, üstəlik, ildə allahın min franklıq gəlir, yəni bir parça
çörək vermədiyi insansa üzünə gülən xoĢbəxtlikdən imtina
eləməlidir? Belə zəhmət hesabına irəlilədiyim yolda qarĢına
çıxan sərin bulaqdan imtina eləmək? Yox, mən o qədər də
sadəlövh deyiləm, həyat adlanan bu eqoizm səhrasında hərə
öz baĢının qeydinə qalmalıdır”.
Oğlanın yadına xanım de la-Mollun, xüsusilə də onun
zadəgan rəfiqələrinin ona necə Ģübhəylə baxmaqları düĢdü.
Markizom de Kruazenuaya qalib gəlmək məmnunluğu
içindəki xeyirxahlığın səsini tezcə batırdı.
www.vivo-book.com
699
Jülyen düĢünürdü:
“Onun özündən çıxmağına nə ləzzətlə baxardım? Bu
dəqiqə ona qılıncı necə böyük zövqlə tuĢlayardım! Ġndiyə
qədər onun gözündə mən həddini aĢmıĢ kəndçinin biriydim.
Bu məktubdan sonra biz bərabər hüquqlu adamlarıq!”
Oğlan özlüyündə hər sözü həzlə vurğulayırdı:
“Hə, markizlə mənim ləyaqətim, keyfiyyətlərimiz
müqayisə olundu və nəticədə mən, əyalətdən gəlmiĢ dülgər
oğlu qalib gəldim”.
Sonra qəfildən qıĢqırdı:“Hə, mən elə-belə də imza
ataram: yəni ki, madmazel de La-Moll elə bilməyin ki, mən
kim olduğumu unuduram. Mən sizə yaxĢıca baĢa salaram ki,
siz məhz bu dülgər oğluna görə adlı-sanlı, Müqəddəs
Lüdoviklə xaç yürüĢünə gedən de Kruazenuaların
soyadından imtina eləmisiniz”.
Jülyen daha öz sevincini gizlətmək iqtidarında deyildi.
O tez bağçaya çıxmaq istəyirdi. O öz otağında boğulurdu,
burda havası çatmırdı.
“Mən, əyalətdən gəlmiĢ dülgər oğluyam – oğlan
durmadan təkrarlayırdı. – Mən ömrüm boyu bu zəhlətökən,
Dostları ilə paylaş: |