Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə14/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   10   11   12   13   14   15   16   17   ...   197

www.vivo-book.com 

 

67 



–  Kitabı  bəxtəbəxt  açın  –  Jülyen  dedi.  –  Sonra  da 

istənilən  Ģeirin  birinci  kəlməsini  deyin.  Mən  hər  kəsin 

həyatında  özü  üçün  nümunə  götürəcəyi  bu  kitabı  sizə 

əzbərdən  deyəcəm.  Siz  məni  dayandırana  qədər 

susmayacam. 

Adolf  kitabı  açıb,  birinci  sözü  oxudu.  Jülyen  bircə 

kəlmə  də  çaĢmadan  bütün  səhifəni  əzbər  dedi.  O,  elə  səlis 

danıĢırdı ki, elə bil bu Ģeirləri latınca deyil, öz doğma dilində 

söyləyirdi. 

Cənab Renal qürurla arvadına baxdı. Valideynlərinin 

təəccüblərini  görən  uĢaqlar  ağızlarını  ayırıb,  heyrətlə 

Jülyenə  baxırdılar.  Xidmətçi  qonaq  otağının  qapısının 

ağzına  gəldi:  Jülyen  hələ  də  latınca  danıĢırdı.  Xidmətçi 

əvvəlcə  heyrətdən  donub  qaldı,  sonra  harasa  yox  oldu.  Bir 

dəqiqədən  sonra  qulluqçu  və  aĢpaz  qızlar  da  qapıda 

göründülər. 

Adolf  artıq  kitabı  səkkiz  yerdən  açmıĢdı  və  Jülyen 

kitabı hələ də bayaqkı rahatlıqla əzbərdən deyirdi. 




www.vivo-book.com 

 

68 



– Ġlahi! Rahib nə qəĢəngdi?! Özü də çox cavandı! – 

mehriban  və  imanlı  bir  qız  olan  aĢpaz  özündən  asılı 

olmayaraq qıĢqırdı. 

Cənab  Renal  nə  qədər  heyrətə  gəlsə  də,  bir  az 

həyəcanlanmıĢdı:  o,  təzə  mürəbbini  imtahan  etmək  istədi, 

yaddaĢında  iliĢib  qalan,  bir  vaxtlar  bildiyi  bütün  latın 

kəlmələrini  yadına  salmaq  istədi.  Axır  ki,  Horatsinin

13

 



Ģeirlərindən  bir  neçə  kəlmə  yada  sala  bildi.  Amma  Jülyen 

Bibliyada yazılanlardan baĢqa latınca heç nə bilmirdi. Buna 

görə də o, qaĢlarını çatıb dedi: 

– Mənim hazırlaĢdığım dini mərtəbə elə  natəmiz bir 

Ģairin yazdıqlarını oxumağı qadağan edir. 

Cənab  Renal  guya  ki,  Horatsinin  yazdığı  daha  bir 

neçə  Ģeirdən  bir-iki  parça  dedi.  UĢaqlarına  bu  Horatsinin 

kim  olduğunu  izah  etməyə  çalıĢsa  da,  onlar  ağızlarını  açıb 

heyrətlə  Jülyenə  baxır  və  atalarının  izahlarına  qulaq 

asmırdılar. 

                                                 

13

Horatsi – eramızdan əvvəl 1-ci əsrdə yaşamış Roma şairi 



 


www.vivo-book.com 

 

69 



Qulluqçuların qapı ağzında dayanıb, baxdığını görən 

Jülyen düĢündü ki, imtahanı bir az da uzatmağa dəyər. 

–  Ġndisə,  –  o  uĢaqlardan  ən  balacasına  dedi  –  qoy 

Stanislav-Ksavye  də  mənə  bu  müqəddəs  kitabdan  nəsə 

desin. 

Stanislav  elə  qürurlandı  ki,  üzünə  iĢıq  gəldi.  O, 



Ģeirlərdən birinin ilk kəlməsini yarım-yarımçıq tələffüz edər-

etməz, Jülyen  bütün səhifəni  əzbərdən dedi.  Elə bil  qəsdən, 

cənab Renal öz iftixar hissini doyunca yaĢasın deyə, Jülyen 

həmin  səhifəni  əzbər  dediyi  vaxt  əla  normand  atlarının 

sahibi  cənab  Valno,  onun  ardıncasa  bələdiyyə  rəisinin 

köməkçisi cənab ġarko de Mojiron içəri girdilər. 

Bu  səhnə  Jülyenin  “cənab”  titulunu  bir  daha 

təsdiqləmiĢ  oldu  və  bundan  sonra  hətta  qulluqçular  belə  bu 

müraciətə ciddi yanaĢdılar. 

AxĢam  bu  möcüzəyə  baxmaq  istəyən  bütün  Veryer 

əhli  merin  evinə  yığıĢdı.  Jülyen  həmsöhbətləriylə  aralarına 

məsafə qoyan tutqun bir sifət almıĢdı. Onun Ģöhrəti cəmi bir 

neçə  gün  ərzində  həndəvərə  elə  yayıldı  ki,  cənab  Renal 



www.vivo-book.com 

 

70 



kiminsə  oğlanı  onun  əlindən  alacağından  qorxaraq  Jülyenə 

ikiillik müqavilə bağlamağı təklif elədi. 

– Yox, cənab, – Jülyen soyuq-soyuq dedi. – Deməli, 

siz  istədiyiniz  vaxt  məni  qovacaqsınız.  Ancaq  mənim  əl 

qolumu  bağlayan,  sizinsə  boynunuza  heç  bir  öhdəçilik 

qoymayan sənəd ədalətli ola bilməz. Mən imtina edirəm. 

Jülyen  özünü  elə  yaxĢı  aparırdı  ki,  heç  bir  ay  da 

keçməmiĢ  hətta  cənab  Renal  da  ona  ehtiramla  yanaĢmağa 

baĢladı.  Küre  nə  cənab  Renalla,  nə  də  cənab  Valnoyla  heç 

bir  əlaqə  saxlamadığı  üçün  Jülyenin  Napoleona  olan 

çoxdankı heyranlığını heç kim onlara deyə bilməzdi. Jülyen 

özüsə Napoleon barədə az qala ikrahla danıĢırdı. 

 

 

VII 



 

   SEÇKĠ VASĠTƏSĠ 

 

Onlar ürəyi ağrıtmadan kövrəldə bilməzlər... 

 



www.vivo-book.com 

 

71 



Müasir müəllif 

 

UĢaqlar  ona  pərəstiĢ  eləyirdilər.  Jülyeninsə  bu 



uĢaqlara  qarĢı  heç  bir  sevgisi-filanı  yox  idi.  Onlar  gənc 

oğlana  ögey  idilər.  UĢaqlar  nə  eləyir  eləsin,  Jülyen 

hövsələdən çıxmazdı. Soyuq, ədalətli, tərəfsiz, amma bütün 

hallarda  olduqca  sevimliydi.  O  peyda  olan  kimi  evdəki 

darıxdırıcı hava yoxa çıxırdı. O, yaxĢı tərbiyəçiydi. 

Özüsə  bu  yüksək  cəmiyyətə  –  ancaq  bir  küncündə 

özünə  yer  eləyə  bildiyi  (bəlkə  də  səbəb  elə  bu  idi)  yüksək 

cəmiyyətə  nifrət  eləyir  və  ikrahla  baxırdı.  Arada  elə  olurdu 

ki,  ziyafətin  ortasında  o  ətrafındakılara  olan  nifrətini  güclə 

boğa  bilirdi.  Bir  dəfə  necə  oldusa,  müqəddəs  Lüdovik 

bayramı  zamanı  süfrə  arxasında  cənab  Valnonun  çılğın 

nitqini  dinləyən  Jülyen  az  qala  özünü  ələ  vermiĢdi.  O, 

uĢaqlara  baxmaq  bəhanəsiylə  qəfildən  qalxıb,  otağı  tərk 

elədi. 


“Ġlahi, bu adam necə də özündən razıdı! – o öz-özünə 

düĢünürdü. – Adama elə gəlir ki, dünyada xeyir əməl sahibi 

təkcə  budu.  Amma  gör  yoxsulların  varidatını  idarə  eləyə-



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə