Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə140/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   136   137   138   139   140   141   142   143   ...   197

www.vivo-book.com 

 

700 



qara  paltarda  gəzməyə  məcburam.  Ah,  iyirmicə  il  əvvəl 

olsaydı,  mən  də  onlar  kimi  mundirdə  gəzə  bilərdim.  O 

zamanlar  mənim  kimi  adam  otuz  yaĢına  qədər  ya 

qəhrəmancasına  həlak  olur,  ya  da  otuz  altı  yaĢında  general 

olurdu”.  

Əlində sıxdığı məktub ona olmazın həzz verirdi. Oğlan 

özünü  qəhrəman  kimi  hiss  eləyirdi.  Ġndi,  əynindəki  qara 

kostyum  qırx  yaĢına  qədər  ona  illik  yüz  min  franklıq  gəlir, 

mavi lent də bəxĢ edə bilərdi. 

 “Neynək,  –  o,  mefistofelsayağı  təbəssümlə  qımıĢdı.  – 

Deməli, mən onlardan ağıllıyam. Mən bu əsrin dəbinə uyğun 

mundir seçmiĢəm”.  

Oğlanın xudpəsəndliyi qəfildən özünü elə göstərdi ki, o 

hətta öz qara cübbəsini sevdiyini də hiss elədi.  

 “Məndən  daha  fağır  olan  nə  qədər  kardinallar  ad-san 

və  hakimiyyət  uğrunda  mübarizə  aparıb!  Elə  mənim 

həmkarım Qranveli götürək”. 

Jülyenin  çılğınlığı  yavaĢ-yavaĢ  soyudu.  Ġndi  təmkinli 

olmaq lazım idi. O, Tartüfün sözlərini təkrar elədi – bu rolu 

əzbər bilirdi: 




www.vivo-book.com 

 

701 



 

 Mən hər Ģeyi məsum zarafat bilərəm 

Amma Ģirin vədlərə aldanmaram 

Həsrətində olduğum mehriban sözləri 

Mən dəfələrlə eĢitmək istəyirəm... 

 

“Tartüfü  də  qadın  məhv  elədi,  axı  o  heç  də 



baĢqalarından  pis  deyildi...Mənim  məktubumu  kiməsə 

göstərə  bilərlər,  amma  bunun  da  çarəsini  bilirik.  Ona 

yazacağım cavabda bu gözəl qızın mənə yazdığı odlu-alovlu 

sözləri  təkrarlayacağam.  Budur,  cənab  de  Kruazenuanın 

dörd xidmətçisi üstümə atılıb, məktubu əlimdən alır. Amma 

mən  silahlıyam  və  onlar  bilirlər  ki,  mən  xidmətçilərə  atəĢ 

aça  bilərəm.  Belə!  Amma  onlardan  biri  həddən  artıq  cəsur 

çıxa  bilər,  özü  də  bilmək  olmaz,  bəlkə  ona  yüz  franklıq 

mükafat da söz veriblər. Mən onu ya öldürəcəm, ya da ağır 

yaralayacam, onlara da elə bu lazımdır. Buranın qanunlarına 

görə  məni  həbsxanaya  atırlar,  mən  polsin  əlinə  düĢürəm, 

ədalət  zəfər  çalır  və  təmiz  vicdanlı  cənab  hakimlər  məni 

Puassiyə,  cənab  Fontan  və  Maqalonun  taleyini  bölüĢməyə 



www.vivo-book.com 

 

702 



göndərirlər.  Orada  mən  dörd  yüz  səfilin  arasında  itib-

batıram. Və mən hələ bu adamlara rəhm eləmək istəyirdim!” 

Oğlan qətiyyətlə yerindən atılıb, qıĢqırdı: 

“Bəs  onlar  əllərinə  düĢən  üçüncüdərəcəli  adamlara 

rəhm eləyirlər?”  

Amma bu son sözlər həm də oğlanın cənab de La-Molla 

minnətdarlığının  ifadəsiylə  müĢayiət  olundu  –  bu  hiss  hələ 

də ona əzab verirdi.  

 “Məni  tələsdirməyin,  cənab  zadəganlar,  mən  sizin  bu 

Makiavellisayağı  bicliklərinizi  əla  baĢa  düĢürəm.  Abbat 

Malon,  ya  da  seminariyadakı  cənab  Kastaned  belə  Ģeyləri 

sizdən yaxĢı eləyə bilməzdi. Siz bu yalançı məktubu mənim 

əlimdən  alacaqsınız  və  mən  Kolmardakı  ikinci  polkovnik 

Karon  olacağam.  Bir  dəqiqə  cənablar.  Mən  bu  mənhus 

məktubu  möhürlənmiĢ  bir  zərfdə  cənab  Pirara  göndərəcəm 

ki,  saxlasın.  O  tanıdığım  ən  namuslu  adamdı,  yansençidir, 

onu heç bir məbləğlə ələ almaq olmaz. Amma bir məsələ var 

ki,  onun  mənə  gələn  məktubları  açıboxumaq  vərdiĢi  var. 

Yox,  mən  bu  məktubu  Fukeyə  gönədərəcəm,  qoy,  o 

saxlasın”.  




www.vivo-book.com 

 

703 



Etiraf  etmək  lazımdır  ki,  bu  anlarda  Jülyenin  üzü 

olduqca  idbar  görünürdü,  bu  sifət  açıq-aĢkar  cinayətlə 

doluydu. Onun üzü – bütün cəmiyyətlə mübarizəyə baĢlamıĢ 

bədbəxtin üzü kimi görünürdü.  

“Silah!” – oğlan düĢündü. 

Və bircə sıçrayıĢla qəsrin darvazalarına atıldı.  

Qəfil küçə mirzəsinin köĢkünə girərək, onu qorxutdu. 

 –  Bu  məktubun üzünü  köçürün!  – oğlan madmazel  de 

La-Mollun məktubunu ona uzadaraq qıĢqırdı.  

Mirzə  məktubun  üzünü  çox  ləng  köçürdüyü  üçün,  bu 

müddət  ərzində  oğlan  özü  Fukeyə  məktub  yazmağa  macal 

tapdı.  Bu  məktubda  o  dostundan  ona  göndərdiyi  qiymətli 

zərfi qoruyub saxlamasını xahiĢ eləyirdi. 

Qəfildən öz-özünə dedi: 

 “Mən  neynirəm?  Poçtda  gizli  xidmət  mənim  məktubu 

açıb, onlara təhvil verəcək. Yox, cənablar!”  

O,  mirzənin  yanından  çıxıb,  protestant  olan  kitab 

alverçisinin yanına getdi. Jülyen ondan çox iri bir Ġncil alıb, 

Matildanın  məktubunu  onun  cildi  arasında  gizlətdi.  Sonra 



www.vivo-book.com 

 

704 



kitabı bükdürüb, bağlamanı Fukenin iĢçilərinin birinin adına 

göndərdi – o iĢçinin adını parisdə heç kim bilə bilməzdi.  

Bu iĢlərin hamısını bitirəndən sonra Jülyen əla ovqatla 

markiz de la-Mollun qəsrinə qayıtdı. 

 “Hə, indi iĢə baĢlamaq olar!” – öz otağına keçib, qapını 

arxadan bağladı, sürtukunu kətilin baĢına ataraq dedi.  

O, Matildaya bunları yazdı: 

 “Madmazel, kimin ağlına gələ bilərdi ki, markiz de La-

Mollun  qızı  atasının  sadiq  xidmətçisi  Arsen  vasitəsilə 

əyalətdən  gəlmiĢ  sadə  bir  dülgər  oğluna  belə  çılğın  bir 

məktub  göndərsin.  Siz  mənim  sadəlövhlüyümü  ələmi 

salırsınız? Bu sözlər...” 

Jülyen  qızın  ona  yazdığı  ən  isti  sözləri  məktubda 

təkrarlamağa baĢladı.  

Bu  məktubdakı  diplomatik  gediĢlərə  hətta  Ģevalye  de 

Bovuazinin də paxıllığı tutardı. Saat hələ təzəcə on olmuĢdu, 

Jülyen ürəyində kasıb adamlara tanıĢ olmayan xoĢbəxtlik və 

hakimiyyət  hissiylə  Ġtalyan  operasına  getdi.  Bu  gün  onun 

dostu  Ceronimo  oxuyurdu.  Hələ  heç  vaxt  musiqi  onu  belə 

həyacanlandırmamıĢdı.  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə