Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə141/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   137   138   139   140   141   142   143   144   ...   197

www.vivo-book.com 

 

705 



Jülyen özünü Tanrı kimi hiss eləyirdi.  

 

 



 

XIV 


 

 GƏNC QIZIN DÜÇÜNCƏLƏRĠ 

 

Qərarsızlıq necə də dəhşətlidir! 

Neçə-neçə gecələr yuxusuz keçir! 

Ulu Tanrı! Yəni doğrudanmı mən bu qədər alçalacam?!  

O özü mənə həqarətlə baxacaq. 

 Amma o gedir axı, özü də uzaqlara gedir.  

Alfred de Müsse 

 

O  məktubu  yazana  qədər  Matilda  özüylə  uzun-uzadı 



mübarizə  aparmalı  olmuĢdu.  Qızın  Jülyenə  olan  meylinin 

yaranma  səbəbi  nə  olursa  olsun,  bu  hiss  tezliklə  onun  ağlı 

kəsəndən bəri qəlbində hakim hiss olan qüruruna qalib gəldi. 

Bu soyuq və təkəbbürlü ürək ilk dəfəydi ki, belə odlu-alovlu 




www.vivo-book.com 

 

706 



bir  Ģey  hiss  eləyirdi.  Amma  bu  hiss  onun  qüruruna  qalib 

gəlsə  də,  qız  təkəbbürlü  vərdiĢlərinin  hamısını  saxlamıĢdı. 

Davamlı  mübarizədə  keçən  iki  ay,  heç  vaxt  yaĢamadığı 

duyğular bütün ruhi vəziyyətini sarsıtmıĢdı.  

Matildaya elə gəlirdi ki, qarĢısında bir xoĢbəxtlik zolağı 

açılır.  Məğrur,  üstəlik  də  sağlam  ağılla  idarə  olunan  ruhun 

üzərində əvəzsiz hakimiyyətə sahib olan bu hiss qızın Ģəxsi 

ləyaqəti  və  məcburi  qaydalarla  xeyli  mübarizə  aparmalı 

oldu.  Bir  dəfə,  saat  yeddidə  qız  anasının  yanına  gəlib, 

yalvardı ki, ona Vilkyeyə getməyə icazə versin.  

Markiza  özünü  əziyyətə  salıb,  heç  qızına  cavab  da 

vermədi,  cavab  əvəzinə  ona  yatağına  uzanıb,  doyunca 

yatmağı  məsləhət  gördü.  Bu,  sonuncu  məiĢət  məsləhəti  və 

qəbul olunmuĢ qaydalara qarĢı hörmətə son çağırıĢ idi.  

Nəsə ağılsız addım atmaq və ya Kelyusların, Lyuzların, 

Kruazenuaların  evində  müqəddəs  hesab  olunan  qaydalara 

zidd  getmək  qorxusu  Matildanı  elə  də  sıxmırdı.  FikirləĢirdi 

ki,  bu  adamlar  onu  baĢa  düĢmək  iqtidarında  deyillər.  Qız 

onlarla ancaq yeni fayton və ya torpaq sahəsi almaq barədə 



www.vivo-book.com 

 

707 



məsləhətləĢə bilərdi. Qızın qorxduğu tək Ģey – Jülyenin onu 

qınaya bilməsi ehtimalıydı. 

Birdən  bu  oğlanın  qeyri-adi  insan  olması  fikri  yanlıĢ 

oldu – bəs onda?  

Qızın  zəif  adamlardan  zəhləsi  gedirdi  –  yumĢaq 

xasiyyətsə  onun  ətrafında  fırlanan  sevimli  cavan  oğlanların 

hamısına  xas  idi.  Onun  xoĢuna  gəlmək  üçün  bu  oğlanlar 

daha dildən pərgar olmağa çalıĢır, bununla da özlərini qızın 

gözündən bir az da salırdılar.  

 “Onların cəsurluqlarından baĢqa heç nələri yoxdu – qız 

düĢünürdü.  –  Nədir  bu  cəsurluq?  Duelə  çıxmaq?  Ġndi  duel 

nədir  ki?  Gülməli  ayindən  baĢqa  heç  nə  deyil.  Hamı 

əvvəlcədən  bilir  ki,  yerə  yıxılanda  nə  deməlidir.  Otların 

üstünə  yıxılanda  əlini  sinənə  qoyaraq  alicənablıq  göstərib, 

qatilini  bağıĢlamaq,  üstəlik,  bəlkə  də  ancaq  təxəyyülündə 

mövcud  olan,  ya  da  elə  siz  dueldə  öldürülən  gün  onun 

barəsində  dedi-qodu 

çıxmağından  qorxaraq  ziyafətə 

yollanan sevgili barədə də bir neçə kəlmə demək lazımdır.  

Onlar  eskadronun  qabağında,  əllərində  par-par  yanan 

qılıncla təhlükənin düz üstünə Ģığıyacaqlar – amma hansısa 



www.vivo-book.com 

 

708 



qeyri-adi, 

gözlənilməz, 

həqiqətən 

pis 


təhlükəylə 

üzləĢəcəklərmi?”  

“Eh,  hardan?!  –  Matilda  öz-özünə  deyirdi.  –  Belə  ali 

ruha və əsil-nəcabətə sahib dahi insanlar ancaq III Henrixin 

sarayında  olub.  Ah,  əgər  Jülyen  Jarnak,  ya  da  Monkontur 

yaxınlığında  vuruĢsaydı,  onda  mən  ondan  tam  arxayın 

olardım.  Bax,  o  dövrlər  Ģücaət  və  güc  dövrüydü,  o  vaxt 

fransızlar  oyun-oyuncaq deyildilər.  DöyüĢ  günü onlar üçün 

düĢünməyin  gərək  olmadığı  gün  idi.  Onların  həyatı  Misir 

mumiyaları  kimi  eyni,  dəyiĢməz  döyüĢ  sarğısına 

bürünmüĢdü.  Hə,  o  vaxt  kiĢilərdən  daha  çox  mərdlik  tələb 

olunurdu  ki,  saat  on  birdə  Suasson  sarayından,  Yekaterina 

Mediçinin  yaĢadığı  saraydan  çıxıb,  Əlcəzairə  tələssinlər.  O 

vaxt  insan  həyatı  təsadüflərin  durmadan  bir-birini  əvəz 

eləməsiydi. Ġndisə sivilizasiya və prefektlər belə təsadüflərə 

imkan  vermir,  indi  gözlənilməz  heç  nə  yoxdur.  Bir  adam 

nəsə  gözlənilməz  bir  Ģey  ağlına  gətirən  kimi,  hamı  ona 

hücum  eləyir,  hansısa  hadisədə  nəsə  təsadüf  əlaməti 

görünürsə,  adamlar  qorxudan  dünyadakı  bütün  alçaqlıqlara 

hazır  olurlar.  Qorxu  məsələsində  görün  biz  hara  gəlib 




www.vivo-book.com 

 

709 



çıxmıĢıq  ki,  indi  bütün  qorxular  qabaqcadan  bəraət  alır. 

Ġdbar,  darıxdırıcı  əsr!  Bonifas  de  La-Moll  kəsilmiĢ  baĢını 

tabutdan çıxarıb, öz nəslindən olan on yeddi kiĢinin könüllü 

olaraq  ələ  keçib,  iki  gündən  sonra  gilyotin  altına  getdiyini 

görsəydi,  nə  deyərdi?!  Onlar  ölümə  getdiklərini  bilirdilər, 

amma  müdafiə  olunmaq,  heç  olmasa  bir-iki  yakobinçi 

öldürmək ədəbsizlik hesab olunurmuĢ. Ah, o vaxt, Fransanın 

qəhrəman  çağlarında,  Bonifas  de  La-Mollun  vaxtlarında 

Jülyen  eskadron  komandiri  ola  bilərdi,  qardaĢımsa  bəkarət 

andı  içmiĢ,  dodaqlarında  daima  ilahi  təbəssüm  gəzdirən 

rahib olacaqdı”. 

Bir neçə ay əvvəl Matilda hər gün gördüyü adamlardan 

seçiləcək kimisə görəcəyinə ümid eləmirdi. O özünə əyləncə 

tapmıĢdı 

– 

kübar 


cəmiyyətdə 

tanınan 


gənclərlə 

məktublaĢırdı.  Belə  təhlükəli  sərbəstlik,  cavan  qızın  bu 

dərəcədə  məqsədyönlü  olması  onu  cənab  de  Kruazenuanın, 

atasının,  hersoq  de  ġonun,  bütün  ailənin  gözündən  sala 

bilərdi.  Matilda  kiməsə  məktub  yazacağı  gecələrdə  yata 

bilmirdi.  Amma  o  vaxtlar  qızın  yazdıqları  sadəcə  cavab 

məktublarıydı. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə