Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə142/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   138   139   140   141   142   143   144   145   ...   197

www.vivo-book.com 

 

710 



Bu  dəfəsə  o  özü  sevgi  məktubu  yazmağa  cəsarət 

eləmiĢdi. O özü, ilk olaraq (necə də dəhĢətli sözdü), özü də 

cəmiyyətdə  ən  axırıncı  yeri  tutan  bir  adama  məktub 

yazmağa cəsarət eləmiĢdi.  

Onun  bu  hərəkəti  üzə  çıxsaydı,  Ģübhəsiz  ki,  qızın  adı 

əbədi  biabır  olardı.  Matildanın  anasıyla  rəfiqəlik  edən 

qadınlardan  heç  biri  onun  tərəfini  saxlamağa  cəsarət 

etməzdi!  Axı  onu  müdafiə  etmək  üçün  nə  düĢünmək,  nə 

tapmaq  olardı  ki,  qızın  ziyafət  salonlarında  dəhĢətlə  anılan 

adını bir az təmizə çıxarmaq mümkün olsun?!  

Axı  bu  cür  bir  etirafı  dilə  gətirmək  belə  dəhĢətliydi. 

Hələ yazmaq?! 

 “Bəzi  Ģeylər  barədə  yazmaq  olmaz!”  –  Napoleon 

Baylen razılaĢmasını eĢidəndə bu sözləri demiĢdi. Özü də bu 

günlərdə  Jülyen  də  sanki  qızı  xəbərdar  edirmiĢ  kimi  məhz 

Napoleonun həmin sözləri barədə danıĢmıĢdı.  

Amma bunlar hamısı hələ boĢ Ģeylər idi: Matildaya ən 

çox əzab verən Ģübhələrin mənĢəyi baĢqaydı. Kruazenua, de 

Lyuz, de Kelyuzlara deyil, tamam baĢqa mərtəbədən olan bir 



www.vivo-book.com 

 

711 



adama  məktub  yazmaqla  qız  öz  cəmiyyətini  nə  qədər 

alçaltdığını deyil, özünü düĢünürdü.  

Jülyenin  xasiyyətinin  dərinliyi,  onun  əlçatmazlığı 

oğlanla ən sıradan münasibətlərdə belə onu qorxuda bilərdi. 

Qızsa  onu  öz  sevgilisi,  az  qala  öz  sahibi  elan  etməyə 

hazırlaĢırdı.  

“Kim  bilir,  mən  ona  tabe  olandan  sonra  oğlanın  hansı 

meyilləri üzə çıxacaq? Neynək, belə olsa, mən Medeya kimi 

gərək öz-özümə deyim:  yaĢamadığım daha nə təhlükə qaldı 

ki – mən, təkcə mən özüm! Jülyenin zadəgan qanından olan 

adamlara heç bir xüsusi hörməti yoxdur. Ən pisi də budur ki, 

bəlkə o heç mənə vurulmayıb”.  

Bu  əzablı  dəqiqələrdə  düĢündükləri  azmıĢ  kimi,  bir 

tərəfdən də qadınlıq qüruru onu ağrıdırdı.  

“Mənim kimi qızın taleyi tamam baĢqa cür olmalıdır!” 

– bir dəfə qəzəblənmiĢ Matilda  demiĢdi. BeĢikdən bu  yana 

onun özündə bəslədiyi qüruru indi əxlaqla üz-üzə qalmıĢdı.  

Həmin vaxt Jülyenin səfər məsələsi iĢi sürətləndirmiĢdi 

(XoĢbəxtlikdən belə adamlar o qədər də çox deyil.). 



www.vivo-book.com 

 

712 



AxĢam,  artıq  əməlli-baĢlı  qaranlıq  düĢəndə  Jülyenin 

ağlına  bir  biclik  gəldi.  GöstəriĢ  verdi  ki,  köhnə  sandığını 

xidmətçilərin otağına aparsınlar və bu tapĢırığı madmazel de 

La-Mollun qulluqçusuna tapĢırdı.  

Oğlan düĢünürdü: 

 “Bəlkə də bu hiylənin heç bir xeyri olmayacaq. Amma 

bəxtim gətirsə, Matilda elə biləcək ki, mən çıxıb getmiĢəm”.  

Və oğlan öz hiyləsindən razı halda yuxuya getdi. 

Matilda həmin gecə yata bilmədi. 

Səhər evdə hələ heç kim oyanmamıĢ Jülyen çıxıb getdi 

və saat səkkizdə evə qayıtdı.  

O,  kitabxanaya  girən  kimi,  madmazel  de  La-Moll 

qapıda  göründü.  Oğlan  cavab  məktubunu  qıza  uzatdı. 

DüĢündü ki, məktubu verəndə qıza nəsə demək yaxĢı olardı 

–  bunu  üçün  daha  yaxĢı  vaxt  olmayacaqdı  –  amma  qız 

məktubu  alan kimi  qaçıb  getdi. Jülyen  sevindi  –  çünki qıza 

nə deyəcəyini bilmirdi.  

 “Əgər  bu  onun  qardaĢı  Norberlə  birlikdə  qurduğu  bir 

oyun  deyilsə,  onda  bu  alimənsəb  qızın  izhar  elədiyi  çılğın 

sevgini  alovlandıran  mənim  soyuq  gözlərim  olub.  Mən  bu 




www.vivo-book.com 

 

713 



bəzəkli gəlinciklə ciddi-ciddi maraqlansaydım, doğrudan da 

axmaq  vəziyyətə  düĢərdim”.  Bu  nəticədən  sonra  oğlan 

özünü  ömründə  heç  vaxt  olmadığı  kimi  soyuq  və  haqq-

hesabını bilən adam kimi hiss elədi.  

 “Bu  müharibədə  –  oğlan  düĢünürdü  –  qızın  zadəgan 

qüruru  aramızda  dayanan  hərbiçi  qalxanı  kimi  bir  Ģey 

olacaq.  Bax,  zərbəni  bu  qalxana  vurmaq  lazımdı.  Mən 

Parisdə  qalmaqla  özümü  axmaq  vəziyyətə  saldım,  bu  mənə 

sərf  eləməyən  vəziyyətdir. Əgər, təbii  ki, bu  sevgi  məsələsi 

oyundan  baĢqa  bir  Ģey  deyilsə...  Mən  getsəydim,  məsələ 

necə olardı? Belə çıxacaqdı ki, əgər onlar məni ələ salırlarsa, 

deməli,  mən  də  onları  ələ  salıram.  Əgər  qız  doğrudan  da 

mənimlə  maraqlanırsa,  çıxıb  gedəcəyim  təqdirdə,  bu,  onun 

mənə olan marağını birə yüz artırmıĢ olardı”.  

Madmazel  de  La-Mollun  məktubu  Jüyenin  izzəti-

nəfsini  o  qədər  oxĢayırdı  ki,  oğlan  baĢ  verənlərə  inanmağa 

cəsarət  etməyərək,  kinayəylə  gülürdü,  amma  ağlına  da 

gəlmirdi  ki,  indi  çıxıb  getməyinin  necə  ağıllı  hərəkət 

olacağını düĢünsün.  



www.vivo-book.com 

 

714 



Jülyen  öz  səhvlərinə  qarĢı  ifrat  dərəcədə  həssas  idi  – 

onun xasiyyətinin ən pis cəhəti bu idi. Bu dəfə o elə məyus 

olmuĢdu  ki,  saat  doqquzda  madmazel  de  La-Moll 

kitabxananın qapısı ağzında görünərək, məktubu atıb, qaçıb 

gedənə qədər öz səhvinə səbəb olmuĢ qələbənin mahiyyətini 

az qala unutmuĢdu... 

“Deyəsən,  bu  məktublaĢma  sevgisi  olacaq  –  oğlan 

məktubu qaldırarkən öz-özünə dedi. – DüĢmən fənd iĢlədir, 

mən də soyuqluğu və alicənablığı iĢə salaram!” 

Qız ondan məktuba cavabı elə təkəbbürlə tələb eləyirdi 

ki,  bu,  Jülyeni  hətta  əyləndirdi  də.  Oğlan  həzz  ala-ala, 

onunla  əylənən  adamları  özlüyündə  lağa  qoya-qoya 

ikisəhifəlik  məktub  yazdı  və  sonda  sabah  səhər  gedəcəyini 

bildirdi.  

Məktubu yazıb qurtarandan sonra dərhal fikirləĢdi: 

 – Bunu ona bağçada verərəm.  

O,  bağçaya  çıxaraq,  madmazel  de  La-Mollun  otağının 

pəncərəsinə baxmağa baĢladı.  

Qızın  otağı  ikinci  mərtəbədə,  anasının  apartamentiylə 

yanaĢıydı, otaqların üstündə iri antresollar quraĢdırılmıĢdı.  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə