Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə143/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   139   140   141   142   143   144   145   146   ...   197

www.vivo-book.com 

 

715 



Ġkinci  mərtəbə  elə  hündürdəydi  ki,  əlində  məktubla 

bağçada, cökə ağaclarının altında gəziĢən Jülyen pəncərədən 

madmazel  de  La-Mollu  görə  bilməzdi.  Qız  da  onu  görə 

bilməzdi  –  baĢları  məxsusi  vurulmuĢ  cökə  ağacları  onu 

gizlədirdi.  

 “Mən  neynirəm?  –  qəfildən  Jülyen  acı-acı  düĢündü.  – 

Bu  nə  ehtiyatsızlıqdır?!  Əgər  bu  sevgi  məsələsi  oyundursa, 

onda 


mənim 

burada 


əlimdə  məktub  gəziĢməyim 

düĢmənlərin oyununa getməkdi”.  

Qrafa  Norberin  otağı  bacısının  otağının  düz  üstündə 

yerləĢirdi  və  Jülyen  cökə  ağaclarının  yaĢıl  talvarı  altından 

çıxsa, qraf və dostları onu asanca müĢahidə edə bilərdilər.  

Madmazel  de  La-Moll  pəncərədə  göründü.  Oğlan 

məktubun  ucunu  qıza  göstərdi,  Matilda  baĢını  tərpətdi. 

Jülyen  əsas  pilləkənlərlə  otağına  tərəf  qaçanda  gözəl 

Matildayla üz-üzə gəldi. Qız məktubu sakitcə onun  əlindən 

alaraq, gülən gözlərlə ona baxdı.  

 “Yazıq  xanım  Renalın  gözləri  sevgi  ilə  dolu  olurdu  – 

Jülyen düĢündü.  – Hətta biz onunla yaxın olandan yarım il 

keçəndən sonra da o məktubları mənim əlimdən necə utana-



www.vivo-book.com 

 

716 



utana  alırdı.  O,  bircə  dəfə  də  mənə  baxanda  gözləri 

gülməmiĢdi”.  

Jülyen bu barədə çox düĢünmək istəmədi, deyəsən, o öz 

xatirələrindən  utanırdı.  “Amma  doğrudan  da  necə  böyük 

fərq  var  –  fikirlərsə  ondan  əl  çəkmirdi.  –  Bər-bəzəkdən 

tutmuĢ,  davranıĢa  qədər  hər  Ģeyləri  çox  fərqlidi.  Matildanı 

otuz  addımlıqdan  görən  zövqlü  adam  o  dəqiqə  qızın  hansı 

təbəqəyə  məxsus  olduğunu  baĢa  düĢər.  Doğrudan  da,  qızın 

bu keyfiyyətinə Ģübhə etmək mümkün deyil”. 

Jülyen öz fikirlərinin sonuna kimi arabir zarafatyana da 

olsa, bir Ģeyi etiraf etməkdən çəkinirdi – axı xanım Renalın 

onun  uğrunda  qurban  verə  biləcəyi  markiz  de  Kruazenası 

yox  idi.  Jülyenlə  rəqabətə  girə  biləcək  tək  insan  –  prefekt 

köməkçisi,  Mojironların  hamısı  öldüyünə  görə  özünü  de 

Mojiron adlandıran o mənhus cənab ġarko idi.  

Günorta  saat  beĢdə  Jülyen  üçüncü  məktubu  aldı. 

Məktubu  qız  ona  kitabxananın  düz  qapısı  ağzında  atıb, 

qaçaraq getdi.  

 “Bu  nə  məktublaĢma  həvəsidir?!  –  Jülyen  gülərək 

düĢündü.  –  Üz-üzə  danıĢmaq  daha  sadə  olmazdımı?  Aydın 




www.vivo-book.com 

 

717 



məsələdi  ki,  bunlara  mənim  məktublarım  lazımdır, 

vəssalam”.  

Oğlan tələsmədən məktubu açdı.  

“Yenə  də  bu  gözəl  ifadələr...  –  oğlan  düĢündü,  amma 

məktubu  oxuyanda  onun  rəngi  ağardı.  Burada  cəmi  səkkiz 

sətirlik  mətn  vardı:  “Mən  sizinlə  danıĢmalıyam.  Mütləq  bu 

axĢam danıĢmalıyam. Gecə saat bir olan kimi bağçaya çıxın. 

Bağbanın  hündür  nərdivanı  quyunun  kənarındadı,  onu 

götürün,  pəncərəyə  dayayıb,  mənim  otağıma  çıxın.  Ġndi 

aydınlıqdı, hər Ģey görünür, amma eybi yoxdu”.  

 

 

XV 



 

 DEYƏSƏN, BU OYUN DEYĠL AXI?!  

 

İlahi, cəsarətli hədəfi onun həyata keçməsindən ayıran 

zaman kəsiyi necə də əzablıdır! Nə qədər əbəs qorxular var! 

Nə qədər tərəddüd var! Oyuna həyatını, hələ üstəlik, bundan 

daha artığını – şərəfini qoymusan! 



www.vivo-book.com 

 

718 



 

Şiller 

 

 “Məsələ  ciddiləĢir,  –  Jülyen  düĢündü.  –  Nəsə,  bu 



məsələ  ikibaĢlı  iĢə  oxĢamır.  –  O,  bir  az  düĢünəndən  sonra 

öz-özünə dedi.  –  Bu  necə  ola  bilər?  Bu  gözəl qız  mənimlə 

kitabxanada danıĢmaq istəyir, özü də sərbəst Ģəkildə, çünki 

haqq-hesablarla  zəhləsini  tökməyim  deyə,  markiz  heç  vaxt 

kitabxanaya  girmir.  Bura  ancaq  xanım  de  La-Moll  və  qraf 

Norber gələ bilər, amma onlar da gün uzunu evdə olmur, evə 

gəlməklərini  də  izləmək  olduqca  asandır.  Və  arxasınca 

Ģahzadələr  sürünən  gözəl  Matilda  məni  belə  bir  dəhĢətli 

ehtiyatsızlığa  sövq  eləyir!  Aydın  məsələdi  –  məni  ya  tezcə 

məhv  eləmək,  ya  da  gülünc  hədəfinə  çevirmək  istəyirlər. 

Əvvəl  bunu  məktublar  vasitəsilə  eləmək  istədilər,  amma 

mənim  yazdıqlarım  həddən  artıq  ehtiyatlı  məktublar  oldu. 

Ġndi  bunlar  məni  geriyə  yolu  olmayan  bir  hərəkətə  sövq 

eləmək  istəyirlər.  Deyəsən,  bu  cənablar  məni  ya  tamamilə 

axmaq,  ya  da  yüngülbeyin  cavan  oğlan  hesab  eləyirlər. 

Lənətə  gələsiniz!  Ġndi  gecə  həddən  artıq  iĢıqlı  olur,  ay  hər 




www.vivo-book.com 

 

719 



yerə  iĢıq  salır,  mənsə  iyirmi  beĢ  futluq  beletaja 

dırmaĢmalıyam!  Ġlahi,  qonĢu  evlərdən  məni  dərhal  görə 

bilərlər! Hə, o pilləkənlərdə mən əla görünəcəm!  

Jülyen  fit  çala-çala  otağına  gedib,  yol  sandığını 

yığıĢdırmağa  baĢladı.  Qərara  gəlmiĢdi  ki,  Matildaya  cavab 

verməsin.  Amma  bu  müdrik  qərar  onun  qəlbini  sakitləĢdirə 

bilmədi.  

Oğlan sandığının qapağını örtəndə düĢündü: 

 “Birdən, Matilda ciddi olsa, necə? Belə olsa, mən onun 

gözündə  ən  qorxaq  adam  olacağam.  Mənim  əsil-nəcabətim 

yoxdur,  deməli,  əvəzimə  danıĢa  biləcək  əsl  keyfiyyətlərə 

sahib olmalıyam”.  

Jülyen  öz  otağında  o  baĢ-bu  baĢa  gedib-gəlməyə 

baĢladı. Aradan on beĢ dəqiqə keçmiĢdi.  

 “Burada daha düĢünməli bir Ģey yoxdu – nəhayət, o öz-

özünə dedi. – Aydın məsələdi, o məni qorxaq hesab edəcək. 

Və  mən  nəinki  hersoq  Retsin  ziyafətində  deyildiyi  kimi, 

kübar  cəmiyyətin  ən  gözəl  qızından  məhrum  olacam,  həm 

də  mənim  uğrumda  gələcək  hersoq,  əvəzolunmaz  cavan 

oğlan  markiz  de  Kruazenuanın  qurban  veriləcəyini  görmək 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə