Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə145/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   141   142   143   144   145   146   147   148   ...   197

www.vivo-book.com 

 

725 



gələn  gecənin  dəhĢətlərini  düĢünsün.  O  artıq  ələ  keçdiyini, 

əl-qolunun  bağlandığını,  ağzının  sarındığını  və  zirzəmiyə 

dartıldığını təsəvvür edirdi. Orada oğlanı hansısa gicbəsərin 

ümidinə qoyub gedəcəkdilər, həmin adam bütün günü ondan 

gözünü ayırmayacaqdı. Əgər adlı-sanlı ailənin Ģərəfi faciəvi 

sonluq  tələb  edirsə,  onda  heç  bir  iz  buraxmayan  zəhər 

tapmaq  da  çətin  olmayacaq  –  sonra  onun  qəfildən  hansısa 

xəstəlikdən öldüyünü deyəcək və otağına aparacaqdılar.  

Öz  yaradıcılığından  həyəcanlanan,  dram  quraĢdıran 

müəllif  kimi,  Jülyen  yemək  otağına  girəndə  doğrudan  da 

qorxudan  diksinirdi.  Oğlan  təmtəraqlı  livreylər  geyinmiĢ 

xidmətçilərə  Ģübhəylə  baxırdı.  Onların  üzünü  öyrənməyə 

çalıĢırdı.  

“Görəsən,  bugünkü  həngamə  üçün  bu  xidmətçilərin 

hansını seçiblər? – oğlan düĢünürdü. Bu ailədə III Henrixin 

dövründəki  hoqqalar  hələ  elə  gerçəkçidi  ki,  bunlar  özlərini 

təhqir  olunmuĢ  hesab  edəndə,  baĢqalarından  min  qat  artıq 

qətiyyətli addımlara hazırdırlar”.  

Oğlan  madmazel  de  La-Mollun  gözlərinə  baxaraq, 

onlarda nəsə məkrli məqsədlər axtardı. Qızın rəngi ağappaq 




www.vivo-book.com 

 

726 



idi,  üzü  orta  əsrlərdə  çəkilmiĢ  portretlərə  oxĢayırdı.  Oğlan 

bu  üzdə  hələ  heç  vaxt  bu  qədər  yüksək  alicənablıq 

görməmiĢdi  –  qız  doğrudan  da  gözəl  və  möhtəĢəm  idi. 

Oğlan  az  qala  qıza  vurulduğunu  hiss  elədi.  “Pallida  morte 

futura”

59

, – oğlan özlüyündə düĢündü.  



Yeməkdən  sonra  o  əbəs  yerə  bağçada  gəziĢirdi: 

madmazel de La-Moll görünmədi. Ġndi qızla danıĢa bilsəydi, 

çiyinlərindən sanki dağ götürülmüĢ olardı!  

Niyə də düzünü deməyək – o qorxurdu.  

Qəti qərara gəldiyi üçün, indi də utanmadan qəti qərarın 

qorxusunu yaĢayırdı.  

 “Ġlahi,  kaĢ  ən  vacib  anda  geri  çəkilməyim!  Ġndisə 

özümə əzab verməyimin nə fərqi var ki?!”  

Oğlan  əvvəlcədən  gedib,  nərdivanın  harada  olduğuna 

baxdı,  nərdivanı  sanballayıb,  onun  ağır  olub-olmadığını 

yoxladı. 

                                                 

59

onun rənginin avazımağı fikirlərinin aliliyindən xəbər verir 



(lat.) 

 



www.vivo-book.com 

 

727 



 “Görünür, bu nərdivan məsələsi mənim alnıma yazılıb. 

– o öz-özünə güldü. Əvvəl Veryerdə, indi burda. Amma nə 

fərqi var ki? Yox, orada, uğrunda özümü təhlükəyə atdığım 

qadından  ehtiyat  eləmək  lazım  gəlmirdi.  Heç  oradakı 

təhlükə də bu təhlükədən deyildi.  

O  vaxt  məni  cənab  Renalın  bağında  gülləylə 

vursaydılar,  bu  mənim  üçün  rüsvayçılıq  olmazdı.  Mənim 

ölümümü  düĢünmədən  bədbəxt  təsadüf  kimi  qələmə 

verərdilər. Amma burada mənim barəmdə hersoq de ġonun, 

Kelyusların,  Retslərin  salonlarında  necə  dəhĢətli  Ģeylər 

danıĢacaqlar?!  Mənim  adımı  əbədilik  dəhĢətli  rüsvayçılıqla 

anacaqlar. 

 Ġki,  ya  da  üç  il,  vəssalam  –  oğlanın  özünə  gülməyi 

tutdu. – Mənim adımı necə təmizə çıxarmaq olar ki? Deyək 

ki, Fuke ölümümdən əvvəl yazdığım məktubu açıb, hamıya 

göstərdi  –  axı  bu  mənim  adımı  daha  da  ləkələyəcək.  Ġlahi, 

bunu  düĢünmək  belə  dəhĢətdir!  Ġnsanlar  ürəklərinin 

geniĢliyindən  mənə  öz  evlərində  sığınacaq  verirlər,  mənsə 

bütün  bu  alicənablığın  əvəzini  ölümqabağı  yazdığım 

rüsvayçı  bir  məktubla  çıxıram!  Onların  qızlarının  adını 




www.vivo-book.com 

 

728 



ləkələyirəm!  Yox,  axmaq  vəziyyətə  düĢmək  bundan  min 

dəfə yaxĢıdır!”  

Bu, çox dəhĢətli bir axĢam idi.  

 

 



 

XVI 


 

 GECƏ 


 

Bir  neçə  il  əvvəl  zövqlə  salınmış  bu  bağça  olduqca 

böyük  idi.  Amma  buradakı  ağaclar  hələ  III  Henrixin 

zamanında  ad-san  qazanmış  alimənsəb  Preo-Klerin 

vaxtında  əkilmişdi.  Bu  ağacların  yaşı  yüzü  keçmişdi. 

Ağaclardan nəsə vəhşi bir azadlıq havası gəlirdi.  

Messinjer 

 

Saat  on  biri  vuranda,  Jülyen  ilk  tapĢırığını  həyata 



keçirməməsi  üçün  dostu  Fukeyə  məktub  yazırdı.  Qapını 

bərk-bərk  örtüb,  açarı  bir  neçə  dəfə  burdu  –  elə  bil,  bütün 




www.vivo-book.com 

 

729 



gecəni  özünü  kimdənsə  gizlətməyə  çalıĢırdı.  Sonra  gizlincə 

otağından çıxıb, evdə, xüsusilə qulluqçuların qaldığı beĢinci 

mərtəbədə  nə  baĢ  verdiyilə  maraqlandı.  Heç  yerdə  nəsə 

diqqət çəkəcək bir Ģey gözə dəymirdi. Xanım de La-Mollun 

qulluqçularından  biri  məclis  düzəltmiĢdi,  qulluqçular  Ģad-

Ģalayın halda punĢ içirdilər.  

“Orada  qaqqıldaĢanlar  bu  axĢamkı  həngamədə  iĢtirak 

edə  bilməzlər.  Belə  məsələyə  hazırlaĢan  adam  gərək  özünü 

bir az ciddi aparsın” – oğlan düĢündü. 

Nəhayət, o, bağçanın ən qaranlıq küncünə keçdi. 

“Əgər onlar qulluqçuları məsələyə qatmaq istəmirlərsə, 

onda  məni  tutub  saxlamaq  üçün  ələ  aldıqları  adamlar  bu 

saatlarda hasardan aĢıb, həyətə girməlidilər.  

Əgər cənab de Kruazenua bu məsələni soyuqqanlılıqla 

düĢünübsə,  onda  o  bilməlidir  ki,  evlənməyə  hazırlaĢdığı 

xanımın  təmiz  adı naminə  məni  onun otağına girməmiĢdən 

əvvəl yaxalamaq lazımdır.  

Oğlan əməlli-baĢlı ssenari qurmuĢdu.  

“Axı  ortada  mənim  Ģərəf  məsələm  var  –  o  düĢünürdü. 

Mən  nəyisə  hesablamasam,  qəfildən  ələ  keçsəm  sonra  öz-




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə