Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə146/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   142   143   144   145   146   147   148   149   ...   197

www.vivo-book.com 

 

730 



özümə:  Ah,  bəs  mən  burasını  niyə  fikirləĢmədim?  – 

deməyimin nə mənası olacaq?”  

Hava görünməmiĢ dərəcədə yaxĢıydı. Oğlana çıxıĢ yolu 

qalmamıĢdı.  Saat  on  birdə  ay  çıxmıĢdı,  indi,  saat  birin 

yarısındasa  evin  bağçaya  baxan  tərəfinə  günəĢ  kimi  iĢıq 

salırdı. “Yox, bu qız dəli olub!” – Jülyen düĢündü.  

Saat bir oldu, amma qraf Norberin pəncərəsində hələ də 

iĢıq  yanmırdı.  Jülyen  indiyədək  heç  vaxt  öz  həyatına  görə 

belə  qorxuya  düĢməmiĢdi.  Bu  məsələdə  hər  Ģey  onun 

gözünə  təhlükəli  görünürdü  və  heç  bir  sevgi  həyəcanı 

yaĢamırdı. 

O  gedib  yekə  nərdivanı  gətirdi,  beĢ  dəqiqə  gözlədi  – 

düĢündü ki, birdən qız son anda fikrindən daĢınar – və düz 

saat  ikiyə  beĢ  dəqiqə  iĢləmiĢ  nərdivanı  Matildanın 

pəncərəsinə  dirədi.  Tapançanı  əlində  saxlayaraq,  bu  vaxta 

qədər  heç  kimin  onu  yaxalamadığına  heyrətlənərək,  sakitcə 

yuxarı  qalxdı.  Oğlan  yuxarı  çatan  kimi,  pəncərə  səssizcə 

açıldı.  

 –  Axır  ki!  –  həyəcanı  açıq-aĢkar  hiss  olunan  Matilda 

dedi. – Düz bir saatdı sizin hərəkətlərinizi izləyirəm.  




www.vivo-book.com 

 

731 



Jülyen  əməlli-baĢlı  özünü  itirmiĢdi  –  o  özünü  necə 

aparacağını  bilmir  və  heç  bir  sevgi-zad  hiss  eləmirdi. 

DüĢündü  ki,  həyəcanını  boğmaq  üçün  özünü  tox  tutmalıdır 

və  özünü  belə  göstərmək  üçün  Matildanı  qucaqlamağa 

çalıĢdı.  

 – Eləməyin, – deyərək, qız onu itələdi. 

Qızın  onu  itələməyindən  məmnun  qalan  Jülyen  ətrafa 

tələsik  göz  gəzdirdi.  Ay  otağa  elə  yaxĢı  iĢıq  salırdı  ki, 

Matildanın otağındakı kölgələr qapqara görünürdü.  

Oğlan düĢündü: 

 “Yəqin  adamlar  otaqda  elə  yerdə  gizləniblər  ki,  mən 

onları görə bilmirəm”.  

 –  Yan  cibinizdəki  nədir?  –  söhbət  eləməyə  mövzu 

tapdığına sevinən Matilda dilləndi.  

Qız  olduqca  pis  vəziyyətdəydi  –  alimənsəb  nəsildən 

olan  qıza  xas  olan  bütün  keyfiyyətlər  –  utancaqlıq, 

çəkingənlik – hamısı indi baĢ qaldırmıĢdı və bu əməlli-baĢlı 

əzab idi.  




www.vivo-book.com 

 

732 



 –  Cibimdə  müxtəlif  silahlar  var,  o  cümlədən  də 

tapançalar  –  Jülyen  də  cavab  verməyə  söz  tapdığına 

sevinərək dedi.  

 – Nərdivanı aĢağı salmaq lazımdır – Matilda dedi.  

 –  O  çox  iridi,  birdən  aĢağıdakı  qonaq  otağının,  ya  da 

antresolun pəncərəsini sındırar.  

 –  Yox,  pəncərələri  sındırmaq  lazım  deyil,  –  Matilda 

rahat  danıĢmağa  cəhd  edərək  dedi.  –  Məncə  nərdivanın 

ucunu iplə bağlasanız, onu iplə aĢağı sala bilərsiniz. Otaqda 

çoxlu kəndir var.  

 “Mənə vurulan qadına bax! – Jülyen düĢündü. – Bu qız 

hələ  bir  mənə  vurulduğunu  da  deyir!  Bu  soyuqqanlılıq,  bu 

düĢünülmüĢ planlar ancaq onu sübut eləyir ki, mənim cənab 

Kruazenuanın  üzərində  heç  bir  qələbəm-filanım  yoxdur, 

mən sadəcə onun davamçısıyam. Bir də ki, mənə nə var axı! 

Axı  mən  ona  vurulub-eləməmiĢəm!  Mənim  markiz 

üzərindəki  qələbəm  ancaq  ondan  ibarətdir  ki,  onun  bu 

otaqda baĢqasının – özü də o baĢqası mənəmsə – olduğunu 

bilməyi  heç  də  yaxĢı  olmazdı.  O  gün  Tartoni  kafesində  o 

mənə  necə  təkəbbürlə  baxdı,  guya  məni  tanımadı.  Saxtalıq 




www.vivo-book.com 

 

733 



eləməyin yeri olmadığını baĢa düĢəndəsə mənə necə qəzəblə 

salam verdi”.  

Jülyen  kəndiri  nərdivanın  ucuna  bağlayıb,  aĢağıdakı 

pəncərələrə toxunmasın deyə, yavaĢ-yavaĢ aĢağı saldı.  

“Hə,  əgər  Matildanın  otağında  kimsə  gizlənibsə,  indi 

mənim  axırıma  çıxmaq  üçün  əla  Ģərait  var”,  –  oğlan 

düĢündü. 

Otaqdasa lal sükut vardı. 

Nərdivan yerə çatdı, Jülyen onu aĢağıda, hasarın dibiylə 

uzanan ekzotik çiçək ləklərinin arasında gizlədə bildi.  

 –  Anam  bu  gözəl  çiçəklərini  belə  eybəcər  halda 

görəndə nə deyəcək? – Matilda dedi. Sonra soyuqqanlılıqla 

əlavə  elədi:  –  Kəndiri  də  atmaq  lazımdı.  Görsələr  ki, 

nərdivan kəndirlə mənim pəncərəmdən asılıdır, bunu heç cür 

izah eləmək mümkün olmayacaq.  

 –  Bəs,  mən  sonra  buradan  necə  çıxacağam  –  Jülyen 

kreol  ləhcəsində  (evdəki  qulluqçu  qadınlardan  biri  əslən 

San-Domnqodan idi) zarafatla soruĢdu.  

 –  Siz  qapıdan  çıxacaqsınız  –  Jülyenin  zarafatından 

xoĢlanan Matilda dedi.  




www.vivo-book.com 

 

734 



“Bu  adam  mənim  məhəbbətimə  layiqdir”  –  qız 

düĢündü.  

Jülyen  kəndiri  bağçaya  atdı,  Matilda  onun  əlindən 

yapıĢdı.  Oğlan  əlindən  tutan  adamın  düĢmən  olduğunu 

düĢünərək,  tez  xəncərinə  əl  atdı.  Qıza  elə  gəldi  ki, 

otaqlardan hansınınsa pəncərəsi açıldı.  

Onlar bir neçə saniyə nəfəslərini çıxarmadan, hərəkətsiz 

dayandılar.  Ay  onların  üstünə  iĢıq  salırdı.  Səs  bir  də 

təkrarlanmadı – qorxacaq heç nə yox idi. 

Ġndi  ikisi  də  çaĢqınlıq  içindəydilər.  Ġkisi  də  eyni 

dərəcədə  həyəcanlıydı.  Jülyen  otağın  qapılarının  bərk-bərk 

bağlı  olduğuna  əmin  oldu.  O,  yatağın  altına  da  baxmaq 

istəyirdi, amma buna cəsarət eləmədi. DüĢündü ki, orada bir 

ya  iki  xidmətçi  asanca  gizlənə  bilər.  Nəhayət,  sonradan  öz 

ehtiyatsızlığına heyifsilənməmək üçün əyilib, ora da baxdı.  

Matilda yenə öz əməlindən peĢmanlıq çəkərək, utandı.  

 –  Mənim  məktublarımı  neylədiniz?  –  axır  ki,  qız 

dilləndi.  

 –  Birinci  məktubu  Bibliyanın  cildində  gizləmiĢdim, 

həmin kitab bu axĢamkı poçtla uzaqlara getdi.  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə