Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə147/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   143   144   145   146   147   148   149   150   ...   197

www.vivo-book.com 

 

735 



 – Oğlan bunu qəsdən bərkdən və aydın dedi ki, iĢdi, iri 

dolablarda  gizlənən  adamlar-filan  varsa,  onlar  da  eĢidə 

bilsin.  –  O  biriləri  də  artıq  poçta  verilib  və  eyni  yolu 

gedəcək.  

 –  Ġlahi!  Bu  tədbirlər  nəyə  lazım  idi?  –  heyrətə  gəlmiĢ 

Matilda soruĢdu.  

 “Axı  yalan  danıĢmaq  nəyə  lazımdı?”  –  deyə  düĢünən 

Jülyen öz Ģübhələrini qızla bölüĢdü.  

 –  Deməli,  sənin  mənə  soyuq  cavablar  yazmağının 

səbəbi  bu  imiĢ!  –  Matildanın  səsində  sevgidən  daha  çox 

əminlik vardı.  

Jülyen bu incəliyə fikir vermədi, qızın ona  “sən” deyə 

müraciət eləməsi beynini dumanlandırdı, sonra bir an içində 

oğlanı  öz  gözündə  böyütdü.  Jülyen  ona  belə  ehtiram 

göstərən bu gözəl qızı qucaqlamağa çalıĢdı. Qız onu itələsə 

də, bu dəfə elə də qətiyyətli deyildi. 

Oğlan yenə öz yaddaĢına müraciət eləyərək, bir vaxtlar 

Bezansonda gözəl Amanda Bineyə oxuduğu kimi, Matildaya 

da “Eloiza”dan bir neçə gözəl ifadə söylədi.  

Oğlanın sözlərinə əhəmiyyət verməyən Matilda dedi: 




www.vivo-book.com 

 

736 



 – Sənin çox cəsur ürəyin var. Etiraf eləyirəm ki, sənin 

cəsarətini  yoxlamaq  istəyirdim.  Sənin  Ģübhələrin  və 

qətiyyətin sübut elədi ki, mənim düĢündüyümdən daha cəsur 

imiĢsən. 

Oğlana  “sən”  deyə  müraciət  eləmək  üçün,  Matilda 

əməlli-baĢlı özüylə mübarizə aparırdı və diqqətinin çoxu bu 

mübarizəyə gedirdi. 

Bir müddət sonra bütün zərif duyğulardan məhrum olan 

bu  “sən”  müraciəti  Jülyenə  daha  heç  bir  zövq  vermirdi.  O, 

heç bir xoĢbəxtlik hiss eləmirdi və bu hissi özündə yaratmaq 

üçün çox cəhd eləyirdi. Axı o belə təkəbbürlü, tərif deməyə 

belə  xəsis  olan,  kimisə  tərifləyəndə  də  mütləq  iynələməyi 

yaddan  çıxarmayan  bir  qızın  qəlbini  ələ  almıĢdı.  Bunu 

düĢünəndə oğlanın izzəti-nəfsi cuĢa gəldi. 

Düzdü,  bu  hiss,  onun  xanım  Renalın  yanında  hiss 

elədiyi əvəzolunmaz duyğuya qətiyyən oxĢamırdı. Ġlahi! Bu 

qadınlar necə fərqlidilər! Bu hiss Ģöhrətpərəstliklə mübarizə 

aparırdı,  amma  Jülyenin  Ģöhrətpərəstlik  hissi  bütün 

hisslərindən güclüydü.  



www.vivo-book.com 

 

737 



Oğlan  yenə  qıza  öz  Ģübhələrindən,  hansı  ehtiyat 

tədbirləri gördüyündən danıĢdı. 

Matilda  hələ  də  özünü  çox  naqolay  hiss  eləyirdi, 

baĢladığı bu hoqqanın qorxusu onu əzirdi və qız indi söhbət 

üçün  mövzu  tapıldığına  sevinirdi.  Onlar  gələcəkdə  necə 

görüĢəcəklərini  müzakirə  eləməyə  baĢladılar.  Jülyen  bu 

söhbətdə  də  iti  ağıl  və  cəsarət  nümayiĢ  etdirdi.  O  dedi  ki, 

evdə olduqca gözüaçıq adamlar var. O gənc Tambosa yəqin 

ki,  əsl  casusdu.  Amma  Matilda  da  hiyləgərlikdə  ondan  geri 

qalmırdı. 

 –  Kitabxanada  görüĢməkdən  asan  nə  var  ki?  Hər  Ģeyi 

orada danıĢıb, razılaĢarıq.  

 –  Mən  də  sizin  evdə  Ģübhə  doğurmadan  hər  yerdə 

peyda  ola  bilərəm,  hətta  xanım  de  La-Mollun  qonaq 

otağında belə. 

Xanım  de  La-Mollun  otağından  qızının  otağına  yol 

vardı. Amma əgər Matilda onun məhz pəncərədən gəlməyini 

istəyirsə, o bu təhlükəyə də məmnuniyyətlə razıdı.  

Matilda  ona  qulaq  asa-asa  bu  qalib  ədadan  heyrətə 

gəlirdi.  




www.vivo-book.com 

 

738 



“Bu  adam  artıq  özünü  mənim  sahibim  kimi  aparır”,  – 

qız öz-özünə deyirdi.  

ġübhələr  qızı  didib-dağıdırdı.  Onun  ağlı  özünün  baĢ 

qoĢduğu  belə  görünməmiĢ  axmaqlığa  qarĢı  çıxırdı.  Əgər 

bacarsaydı  qız  indi  özünü  də,  Jülyeni  də  öldürərdi.  Ġradəsi 

hesabına vicdanının səsini boğanda da, utancaqlıq və əxlaq 

qaydaları ona olmazın əzab verirdi. Bu iĢin ona belə dəhĢətli 

dərəcədə əzab verəcəyi qızın ağlına da gəlməzdi.  

 “Amma nə olursaolsun, mən özümü onunla danıĢmağa 

məcbur  eləməliyəm  –  qız  öz-özünə  dedi.  –  Axı  qızlar  öz 

sevgililəri ilə danıĢmalıdırlar”. 

Bu  öhdəlik  hissinə  qapılan  qız  səsində  deyil,  nitqində 

hiss  olunan  həyəcanla  oğlana  son  günlərdə  onunla  bağlı 

gəldiyi  qərarlardan,  vaz  keçmələrindən,  tərəddüdlərindən 

danıĢdı.  

Nəhayət,  qız  qərara  gəldi:  əgər  oğlanın  hər  gecə 

bağçadakı  nərdivanla  onun  otağına  qalxmağa  cəsarəti 

çatarsa, o, Jülyenin sevgilisi ola bilər. 

Yəqin  ki,  dünyada  hələ  heç  vaxt  sevgi  sözləri  belə 

soyuq və təkəbbürlü səslə deyilməmiĢdi. 




www.vivo-book.com 

 

739 



Bu saata qədər görüĢ çox soyuq keçmiĢdi. Doğrudan da 

belə  sevgi  adamda  ancaq  ikrah  hissi  doğura  bilərdi.  Gənc, 

məqsədyönlü  qız  üçün  bu  əməlli-baĢlı  həyat  dərsiydi:  bu 

dəqiqələr üçün öz gələcəyindən imtina etməyə dəyərdimi? 

Hadisələrə  kənardan  baxan  adama  açıq-aydın  nifrət 

ifadəsi  kimi  görünə  biləcək  uzun  tərəddüdlərdən  –  Matilda 

kimi  möhkəm  xasiyyətli qız  belə  ən  adi qadın hissləri  olan 

utancaqlıq  və  qüruruna  çətinliklə  qalib  gələ  bilirdi  –  sonra 

axır ki, qız özünü Jülyenin məĢuqəsi olmağa məcbur elədi. 

Amma  açığını  desək,  bu  sevgi  tutmaları  bir  qədər  də 

düĢünülmüĢ  idi.  Bu  qız  üçün  ehtiraslı  sevgi  öz-özünə 

yaranan  bir  Ģey  deyil,  nəsə  tabe  olmalı,  özünü  oxĢatmalı 

olduğu nümunəydi. 

Madmazel  de  La-Moll  bununla  özünə  və  sevgilisinə 

qarĢı olan borcundan çıxdığını düĢünürdü.  

“Yazıq oğlan doğrudan da əsl cəsurluq nümayiĢ etdirib 

–  o  fikirləĢirdi.  –  Ġndi  mənə  yaraĢan  hərəkət  bu  cəsarəti 

qarĢılığında onu xoĢbəxt eləməkdi.”  

Amma qız borc bildiyi bu öhdəlikdən canını qurtarmaq 

üçün  özünü  əbədi  əzablara  məhkum  eləməyə  hazır  idi. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə