Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə151/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   147   148   149   150   151   152   153   154   ...   197

www.vivo-book.com 

 

755 



izahagəlməz həzz alır və bu səhər az qala onu qətlə yetirəcək 

qılıncdan yapıĢan əllərə heyranlıqla baxırdı.  

Amma onların arasında baĢ verən mübahisələrdən sonra 

təbii  ki,  əvvəlki  sevgi  izahlarından  söhbət  gedə  bilməzdi. 

YavaĢ-yavaĢ  Matilda  ona  dostyana  bir  tərzdə  öz  könül 

macəralarından  danıĢmağa  baĢladı.  Bu  söhbət  qıza  nəsə 

anlaĢılmaz  bir  həzz  verirdi,  Matilda  özünü  söhbətə  elə 

qapdırmıĢdı ki, hətta özünün cənab de Kruazenua, cənab de 

Kelyusla olan qısa macəralarından da danıĢdı. 

 –  Necə?!  Cənab  de  Kelyusla  da  macəranız  olub?  – 

Jülyen heyrətdən az qala çığırdı. Onun səsində tərk edilmiĢ 

məĢuqun qısqanclıq tutmaları hiss olunurdu.  

Matilda bunu baĢa düĢdü və incimədi. 

Qız  özünün  əvvəlki  hisslərini  təfərrüatlarına  qədər 

danıĢaraq  –  özü  də  bu  söhbət  onda  olduqca  rahat  və  təbii 

alınırdı  –  Jülyenə  əzab  verməkdə  davam  edirdi.  Oğlan 

görürdü  ki,  qız  danıĢdıqca  həqiqətən  gözlərinin  qabağında 

canlanan xatirələrini təsvir eləyirdi. Jülyen əzabla sezirdi ki, 

qız  bu  hissləri  bölüĢdükcə  əslində,  özü  də  öz  qəlbində 

gözlənilməz kəĢflər edirmiĢ.  




www.vivo-book.com 

 

756 



Jülyen ən dəhĢətli qısqanclıq əzabları yaĢayırdı.  

Sevdiyiniz  qadının  rəqibinizi  nə  vaxtsa  sevdiyindən 

Ģübhələnməyin özü belə gözlənilməzdir, amma bu sevginin 

izahını  həmin  qadının  öz  dilindən  eĢitmək  əzabdan  da  o 

yanadı. 

Ġlahi,  bu  günlərdə,  Matildanın  sevgi  məktublarını 

alanda  özünün  cənab  de  Kruazenualardan,  Kelyuslardan 

üstün  olduğunu  düĢünüb  qürrələndiyinə  görə  ondan  indi 

necə  dəhĢətli  qisas  alırdılar?!  Həmin  gənclərin  bu  günlərdə 

ona heç nə kimi gələn keyfiyyətləri indi ona necə möhtəĢəm 

görünürdü!  Oğlan  bu  dəqiqə  özünə  necə  də  ürəkdən  nifrət 

eləyirdi?! 

Matilda  onun  gözünə  elə  əvəzolunmaz  görünürdü  ki, 

oğlanın  heyranlığını  ifadə  etmək  üçün  söz  tapılmazdı.  O 

yavaĢca  qızın  yanıyla  addımlayır  və  onun  əllərinə, 

çiyinlərinə,  kraliçalara  yaraĢan  gərdəninə  oğrun-oğrun 

baxırdı.  Jülyen  bu  dəqiqə  özünü  onun  ayaqlarına  ataraq, 

sevgi və ağrı dolu səslə: 

“Mənə rəhm elə!” – deyə bağırmağa hazır idi.  



www.vivo-book.com 

 

757 



“Hamının baĢ tacı bildiyi bu gözəl qız, məni bircə dəfə 

sevdi,  indisə,  Ģübhəsiz  ki,  cənab  Kelyusa  vurulmağa 

hazırdı”.  

Jülyen madmazel de La-Mollun səmimiliyinə Ģübhə edə 

bilməzdi – onun danıĢdıqlarının hamısı son dərəcə inandırıcı 

və  həqiqətəuyğun  idi.  Matildasa  elə  bil  qəsdən,  oğlanın 

əzablarını  artırmaq  məqsədilə  bir  vaxtlar  yaĢadığı  hissləri 

yazıçısayağı təsvir eləyir, bu hisslərdən elə danıĢırdı ki, elə 

bil  təzədən  həmin  duyğuları  yaĢayır,  gözləri  təzədən 

sevgiylə dolurdu. Jülyen bunu elə açıq hiss eləyirdi ki! 

Əgər  bu  dəqiqə  Jülyenin  sinəsinə  ərimiĢ  qurğuĢun 

töksəydilər,  yəqin  ki,  bu  qədər  ağrımazdı.  Yazıq  oğlan 

hardan bilə bilərdi ki, Matilda cənab de Kruazenua və cənab 

de  Kelyusla  olan  qısa  macəralarını  məhz  elə  ona  əzab 

verməkdən  ötrü  belə  həvəs  və  məmnunluqla  xatırlayır, 

onunla bölüĢürdü.  

Jülyenin  əzablarını  təsvir  eləmək  mənasız  iĢ  olardı. 

Oğlan cəmi iki həftə əvvəl onun otağına qalxacağı dəqiqələri 

gözləyəndə  dayandığı  cökə  ağaclarının  altında  indi  qızın 



www.vivo-book.com 

 

758 



baĢqalarıyla olan sevgiləri barədə səmimi etiraflarını əzabla 

dinləyirdi. 

Ġnsan əzabının da bir həddi var – o bu həddə çatmıĢdı.  

Bu  qəddar  etiraflar  bir  həftə  davam  elədi.  Matilda  gah 

hansısa  təsadüfü bəhanə  eləyib, özü  bu söhbətlərə baĢlayır, 

gah  da  hər  ikisi  izahagəlməz  bir  acgözlüklə  bu  mövzuya 

qayıdırdılar  və  qız  mütləq  baĢqalarına  bəslədiyi  hisslərdən 

danıĢırdı.  

Matilda  oğlana  həmin  adamlara  yazdığı  məktublardan 

danıĢır,  onları  sözbəsöz  təkrar  eləyir,  xüsusi  cümlələri 

vurğulayırdı.  Son  günlərdə  o  nəsə  Jülyenə  məkrli  bir 

sevinclə  baxırdı.  Matilda  oğlanın  əzablarından  həzz  alırdı. 

O, Jülyendə öz tiranının əzablarını görür və bununla da onu 

sevmək üçün bəhanə tapırdı.  

Oxucu bilir ki, Jülyenin heç bir həyat təcrübəsi yox idi. 

O  hətta  sevgi  romanları  da  oxumamıĢdı.  Oğlan  bir  azca 

təcrübəli adam olsaydı, ona belə səmimi etiraflar eləyən qıza 

soyuqqanlılıqla deyərdi: 

 – Etiraf edin ki, mən o cənablardan əskik olsam da, hər 

halda, siz məni sevirsiniz... 




www.vivo-book.com 

 

759 



Bunu  desə,  bəlkə  də  qız  onun  fəndindən  xəbər 

tutduğuna  sevinərdi.  Heç  olmasa,  zamanı  düzgün  tutub, 

sözünü  daha  sərrast  dediyi  təqdirdə,  həmin  hərəkəti  uğurlu 

alına  bilərdi.  Ən  azı,  bu  vəziyyətdən  məğlub  çıxsa  da, 

Matildaya özünü boz adam kimi göstərmiĢ də olmazdı.  

 –  Siz  daha  məni  sevmirsiniz?  Mənsə  sizin  üçün  dua 

eləməyə  hazıram!  –  bir  dəfə  belə  gəzintilərdən  sonra  sevgi 

və ağrıdan baĢını itirən Jülyen dedi.  

Bu,  onun  tərəfindən  atılmıĢ,  olduqca  axmaq  bir  addım 

idi.  


Bu sözlər, ona könül macəralarını danıĢan Matilda üçün 

vəziyyətin bütün romantikasını öldürdü. Qız təəccübləndi ki, 

necə  olur,  aralarında  baĢ  verənlərdən  sonra  oğlan  onun 

danıĢdıqlarını  qısqanıb  hiddətlənmək  əvəzinə,  axmaqcasına 

ona  sevgi  elan  eləyir.  Qız  oğlanın  onu  heç  sevmədiyindən 

Ģübhələndi. 

 – Yəqin, qüruru bu sevgini üstələdi – Matilda düĢündü. 

–  O  elə  adam  deyil  ki,  hansısa  de  Kelyus,  de  Lyuz,  de 

Kruazenua  kimi  məzlumların  ondan  üstün  tutulduğunu 

rahatca  həzm  eləsin.  Hətta  özü  bu  adamlardan  aĢağı 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə