Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə152/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   148   149   150   151   152   153   154   155   ...   197

www.vivo-book.com 

 

760 



olduğunu  desə  belə.  Yox,  o  heç  vaxt  mənim  ayaqlarıma 

qapanmayacaq! 

Son  günlərdə  Jülyen  yaĢadığı  səmimi  könül  ağrılarına 

uyub,  bu  cavan  oğlanların  keyfiyyətlərini  mədh  edirdi. 

Oğlan  hətta  onlar  barəsində  danıĢanda,  bu  adamları  layiq 

olduqlarından daha çox tərifləyirdi. Bu da madmazel de La-

Mollun gözündən qaçmadı – qız buna təəccübləndi. Jülyenin 

əzabdan özünü itirmiĢ ruhu, öz rəqibini göylərə qaldırarkən, 

onun xoĢbəxtliyini də bölüĢməyə can atırdı.  

Amma  belə  səmimi  və  düĢünülməmiĢ  sözlər  hər  Ģeyi 

qəfil  dəyiĢdi.  Matilda,  oğlanın  onu  sevdiyinə  əmin  olandan 

sonra ona nifrət eləməyə baĢladı.  

Onlar  bağçada  gəziĢirdilər,  oğlan  həmin  lənətə  gəlmiĢ 

sözləri deyən kimi, qız ona nifrətlə baxaraq, çıxıb getdi. 

AxĢam nahar vaxtı qız bir dəfə də olsun, baĢını qaldırıb 

ona baxmadı. Səhəri gün onun ürəyində nifrətdən baĢqa heç 

nə yox idi – indi onda oğlana qarĢı nə maraq, nə də bu həftə 

ərzində onu cəlb elədiyi söhbətlərdən aldığı həzz vardı. Ġndi 

o daha Jülyenin üzünə də baxmaq istəmirdi – bu, onun üçün 

bu qədər xoĢagəlməz idi.  




www.vivo-book.com 

 

761 



ĠĢ  o  yerə  çatdı  ki,  qız  Jülyenə  baxanda  ikrah  hissi 

duyurdu  –  oğlan  onun  gözünə  dəyəndə  Matildanın  necə 

ikrah hissi keçirdiyini təsvir eləmək mümkün deyil.  

Jülyen  Matildanın  qəlbində  baĢ  verənlərdən  heç  nə 

anlamasa  da,  onun  həssas  izzəti-nəfsi  qızın  nifrətini  hiss 

elədi.  Oğlan  ağlını  baĢına  yığaraq,  özü  qızın  gözünə  az-az 

görünməyə baĢladı və daha Matilda tərəfə baxmadı.  

Amma  bu  onun  üçün  ölümcül  əzab  idi  –  qızdan 

büsbütün  ayrı  qalmaq  dözülməz  idi.  O  hiss  eləyirdi  ki,  bu 

dəhĢətli ağrıya dözə bilmir.  

“Axı,  insan  dözümünün  də  hansısa  həddi  var!  –  oğlan 

öz-özünə deyirdi. – Belə ağrıya dözmək mümkün deyil”.  

O,  günlərini  talvarda  keçirirdi.  Barmaqlıqlı  balaca 

pəncərədən  bağçaya  baxırdı.  Burdan  heç  olmasa  bağçaya 

çıxan madmazel de La-Mollu görmək olurdu. 

Qız  bağçaya  cənab  de  Lyuz,  de  Kelyus,  ya  da  sevgi 

macərası yaĢadığını Jülyenə etiraf elədiyi cavan oğlanlardan 

biriylə çıxanda yazıq oğlan nələr çəkirdi?! 

Jülyen  insanın  bu  qədər  ümidsizləĢə  biləcəyini  ağlına 

da gətirməzdi. O bağırmağa hazır idi – onun dözümlü qəlbi 




www.vivo-book.com 

 

762 



əzablardan bu həddə gəlib çatmıĢdı. Onun ruhunda salamat 

yer yox idi. 

Madmazel  de  La-Molla  bağlı  olmayan  bütün  fikirlər 

onda  ikrah  doğururdu,  o  indi  ən  sadə  bir  məktubu  da  yaza 

bilmirdi. 

 – Siz dəli olmusunuz! – bir səhər markiz ona dedi. 

Jülyen  vəziyyətinin  səbəbinin  üzə  çıxmasından 

qorxaraq,  xəstələndiyini  dedi  və  markiz  ona  inandı. 

XoĢbəxtlikdən,  nahar  vaxtı  markiz  oğlanın  səfəri  barədə 

zarafatlar  eləməyə  baĢladı.  Matilda  baĢa  düĢdü  ki,  bu  səfər 

uzun  çəkə  bilər.  Jülyen  neçə  gün  idi  ki,  ondan  qaçırdı,  bu 

tutqun, rəngi  avazımıĢ, bir  vaxtlar  sevdiyi  adamda  olmayan 

hər  Ģeyə  sahib  olan  zadəgan  gənclərsə  qızı  darıxmaqdan 

qurtara bilməzdi. 

 “Adi  qızlar  öz  gələcək  ərini  bu  adamların,  ziyafət 

salonlarında  parlayan  gənclərin  arasından  seçərdi.  Amma 

alicənab  qəlbə  malik  insan  məhz  bununla  seçilir  ki,  onun 

fikri  tapdanmıĢ  cığırların  məhdudiyyətindən  o  yana  çıxır. 

Əgər mən Jülyen kimi yalnız var-dövləti çatıĢmayan – onsuz 

da mənim var-dövlətim var – bir adamın dostu olsam həmiĢə 




www.vivo-book.com 

 

763 



hamının  diqqətində  olacağam,  həyatım  boz  keçməyəcək. 

Mən  nəinki  qara  camaatın  qarĢısında  əsim-əsim  əsdiklərinə 

görə  arabanı  pis  sürən  faytonçuya  qıĢqırmağa  cəsarəti 

çatmayan 

əmim 

qızları 


kimi 

daim 


inqilabdan 

çəkinməyəcəm, əksinə, bu məsələlərdə öz rolum olacaq, axı 

mən  belə  qeyri-adi  xarakteri  və  iradəsi  olan  adamın  arvadı 

olacağam.  Axı  onun  nəyi  kəmdi?  Dostları,  pulu?  Bunların 

hamısını mən ona verərəm” – Matilda öz-özünə deyirdi. 

Amma  Jülyen  barədə  bütün  bu  düĢüncələrdə  o  oğlana 

nəsə məzlum, özü istədiyi zaman xoĢbəxt edə biləcəyi varlıq 

kimi baxırdı və təbii ki, bu düĢüncələrdə sevgiyə yer yox idi.  

 

 

 



XIX 

 

 KOMĠK OPERA 



 

O, how this spring of love ressembleth 

 The uncertain glory of an April day, 


www.vivo-book.com 

 

764 



 Which now shows all the beauty of the sun, 

 And by, and by a cloud takes all away! 

 Shakespeare

61

 

 

Gələcək  və  ya  özünə  biçdiyi  bu  və  ya  digər  rollar 



barədə  xəyallara  qapılanda,  Matilda  Jülyenlə  arasında  olan 

quru,  metafizik  söhbətləri  təəssüflə  xatırlayırdı.  Hərdən  də 

bu  ali  düĢüncələrdən  yorulanda,  qız  onun  yanında  yaĢadığı 

xoĢbəxt dəqiqələrdən ötrü darıxırdı. Amma bu xatirələr onda 

qəribə bir təəssüf hissi doğurur, bu da ona əzab verirdi. 

                                                 

61

Sevgi baharı da aprel günü kimidir 



Ovqatı tez dəyiĢən, vəfasız, etibarsız 

Gah isidir adamı parlaq günəĢ iĢığı 

Gah qəzəbli buludlar qara qaĢ tək çatılır. 

  ġekspir,  “Ġki  veronalı”,  birinci  hissə,  ikinci  səhnə 

(ing.) 

 

 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə