Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə153/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   149   150   151   152   153   154   155   156   ...   197

www.vivo-book.com 

 

765 



 “Əgər adam özünə bir zəiflik göstərməyi rəva görürsə, 

onda  mənim  kimi  qız  da həqiqətən ləyaqətli insana görə öz 

təmiz  adından  keçə  bilər.  Heç  kim  mənim  barəmdə  deyə 

bilməz  ki,  mən  kiminsə  qəĢəng  bığlarına,  ya  da  at  belində 

Ģux  otura  bilmək  bacarığına  uymuĢam.  Yox,  məni  onun 

Fransanın  gələcəyilə  bağlı  dərin  mülahizələri,  min  altı  yüz 

səksən  səkkizinci  ildəki  Ġngiltərə  inqilabına  bənzər 

hadisələrin  baĢvermə  ehtimalı  barədə  fikirləri  heyran  elədi. 

Bəli, mən ona heyran olmuĢam – qız vicdan əzabı çəkə-çəkə 

düĢünürdü.  –  Hə,  mən  zəif  qadınam,  amma  mən  beyinsiz 

kuklalar  kimi  boĢ-boĢ  Ģeylərə,  gözəl  qaĢ-gözə  görə  ağlımı 

itirməmiĢəm! Onun mənəviyyatının alicənablığı üzünə çıxıb, 

bu  da  mənim  ağlımı  baĢımdan  aldı.  Əgər  inqilab  olsa,  niyə 

də  bu  inqilabda  Jülyen  Sorelin  rolu  Rolanın  rolu  qədər 

olmasın? Mən də niyə xanım Rolan olmayım? Bu rol, xanım 

Stal  rolundan  daha  çox  xoĢuma  gəlir.  Bizim  dövrümüzdə 

yüngül  əxlaq  tərzi  böyük  maneədir.  Amma  məni  heç  kim 

zəifliyimə  görə  qınamayacaq  –  yoxsa  mən  utandığımdan 

ölərdim”.  



www.vivo-book.com 

 

766 



Etiraf  eləmək  lazımdır  ki,  Matildanın  düĢüncələri  heç 

də  həmiĢə  indiki  kimi  ciddi  olmurdu.  O  hərdən  gizlicə 

Jülyenə  baxır  və  onun  hərəkətlərində  nəsə  gözəl  bir  Ģey 

tapırdı.  

 “Ġndi  daha  Ģübhə  yeri  yoxdu  –  qız  düĢünürdü.  –  Mən 

istədiyimə çatdım. Mənim üstümdə nəsə haqqı olduğu onun 

heç  ağlına  da  gəlmir.  Bir  həftə  əvvəl  mənə  sevgisini  etiraf 

eləyəndə  yazıq  oğlan  necə  də  bədbəxt  görünürdü!  Bəyəm 

bu,  sübut  deyil?  Bu  qədər  hörmət,  bu  qədər  zərif  hisslərlə 

dolu sözlərə görə ona qəzəblənmək, mənim tərəfimdən nəsə 

qəribə  hərəkətdir.  Məgər  mən  onun  arvadı  deyiləm?  Onun 

bunu deməyi çox təbii deyilmi? Özü də etiraf eləyim ki, o bu 

sözləri deyəndə çox qəĢəng görünürdü. Mən o ali təbəqəyə 

mənsub  olan,  Jülyenin  məni  qısqandığı  cavanlarla  qısa  eĢq 

macəralarım  barədə  qəddarca  açıq-aĢkar  danıĢandan  sonra 

belə,  məni  sevməyə  davam  eləyirdi.  Axı  mən  bunu 

darıxdığıma  görə  eləyirdim  –  mən  bu  darıxmaq  hissiylə 

yaĢamağa  məcburam.  Ah,  Jülyen  həmin  zadəgan 

oğlanlarının  onun  üçün  nə  qədər  təhlükəsiz  olduğunu 

bilsəydi! Onunla müqayisədə bu cavanlar mənə necə solğun, 




www.vivo-book.com 

 

767 



darıxdırıcı,  bir-birindən  kopyalanmıĢ  kimi  necə  eyni 

görünürlər?!”  

Bu  xəyallara  qapılan  qız,  ona  Ģübhəylə  baxan  anasıyla 

söhbətə  baĢlamamaq  üçün  özünü  məĢğul  kimi  göstərir  və 

karandaĢla kağızda Ģəkillər cızırdı. Çəkdiyi profillərdən biri 

qəfildən qızı heyrətə gətirdi – bu, Jülyenə oxĢayırdı!  

 “Bu  bir  iĢarədir!  Bu  əsl  sevgi  möcüzəsidir!  –  qız 

düĢündü.  –  Mən  özüm  də  bilmədən  onun  portretini 

çəkmiĢəm”.  

Qız  tez  otağına  qaçaraq,  qapını  arxadan  bağladı  və 

həvəslə  Jülyenin  portretini  çəkməyə  baĢladı.  Amma  onun 

bayaq  təsadüfən,  özü  də  bilmədən  çəkdiyi  Ģəkil  indi 

alınmırdı.  Bayaqkı  Ģəklin  Jülyenlə  oxĢarlığı  onu  heyrətə 

gətirmiĢdi.  Matilda  təəccüblənmiĢdi:  o  bu  məsələdə  böyük 

ehtirasın mübahisəyə gəlməz təsdiqini görürdü.  

AxĢama  yaxın,  qız  Ģəkil  çəkməyi  buraxıb,  albomdan 

baĢını  qaldırdı.  Bu  vaxt  anası  gəlib  birlikdə  Ġtalyan 

operasına getməyi təklif elədi. Matilda ancaq bir Ģey barədə 

düĢünürdü:  Jülyeni  görmək  lazımdır.  Onu  evdə  təsadüfən 



www.vivo-book.com 

 

768 



görsələr,  sözgəliĢi  anasına  deyə  bilər  ki,  oğlana  da  onlarla 

birlikdə operaya getməyi təklif eləsin.  

Amma  Jülyen  gözə  dəymədi  və  bizim  xanımların 

lojasında  həmin  axĢam  ən  darıxdırıcı  adamlar  oturdu. 

Operanın  birinci  hissəsində  Matilda  öz  sevgilisini  ehtirasla 

xatırlayır və onu bir an da unuda bilmirdi. Ġkinci hissədəsə 

Çimarozaya layiq sevgi ariyası onu ürəyindən yaraladı.  

Operanın qadın qəhrəmanı oxuyurdu: 

 “Belə çox sevdiyimə görə onu cəzalandırmalıyam: mən 

onu həddən artıq sevirəm!” 

Bu  gözəl  ariyanı  eĢitdiyi  andan  dünya  Matildanın 

baĢına  fırlandı.  Kimsə  ondan  nəsə  soruĢanda  qız  cavab 

vermirdi,  anası  onu  danlayırdı,  amma  qız  anasına  baxmaq 

üçün  özündə  zorla  güc  tapırdı.  Qız  bir  növ  ekstaz 

vəziyyətindəydi,  onun  hissləri  o  dərəcədə  oyanmıĢdı  ki,  bu 

duyğuları  ancaq  son  günlərdə  Jülyenin  yaĢadığı  ehtiras 

tutmalarıyla müqayisə etmək olardı. 

Ġlahi  əzəmətlə dolu  melodiya,  qızın  yaĢadıqlarıyla  üst-

üstə  düĢən  sözlər  onu  elə  təsirləndirmiĢdi  ki,  qız  Jülyeni 

düĢünmədiyi anlarda belə, büsbütün ona aid idi. 




www.vivo-book.com 

 

769 



Sevdiyi  musiqinin  təsirilə  qız  həmin  axĢam  Jülyen 

barədə düĢünən xanım Renala oxĢadı.  

Kamil  sevgi  əlbəttə,  həqiqi  sevgidən  daha  məntiqlidi, 

amma  bu  sevginin  də  bəzən  özünü  unutduğu,  ya  da  özünü 

həddən  artıq  yaxĢı  anladığı,  özündən  çox  yaxĢı  baĢ 

çıxartdığı, xəyallara azadlıq verdiyi vaxtlar olur – bu sevgi, 

düĢünməyin köməyilə yaranır.  

Evə  qayıdandan  sonra  Matilda  anasının  təkidlərinə 

məhəl  qoymayaraq,  nasaz  olduğunu  deyib,  otağında 

oturaraq, gecə saatlarına qədər royalda həmin melodiyanı ifa 

elədi.  Qız  onu  heyran  edən  məĢhur  kantileni  durmadan 

oxuyurdu: 

 Devo punirmi, devo punirmi, 

 Se troppo amdi, etc 

Onu  həmin  gecə  bürüyən  çılğınlıq,  nəhayət,  Matildanı 

əmin elədi ki, o özü axır ki, öz sevgisinə qalib gəlib.  

Bu səhifə hamıdan daha çox müəllifin özünə zərər vura 

bilər.  Onu  yüngül  əxlaqda  ittiham  edəcək  soyuq  ürəklər 

tapılacaq. Amma o qətiyyən Paris salonlarında alıĢıb-yanan 

gözəl və gənc xanımların xətrinə dəymək fikrində deyil. Və 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə