Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə154/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   150   151   152   153   154   155   156   157   ...   197

www.vivo-book.com 

 

770 



qətiyyən  belə  düĢünmür  ki, həmin  xanımlardan  hansısa  biri 

Matilda  obrazına  xas  olan  çılğınlıqlara  qadirdi.  Mənim 

romanımın qadın qəhrəmanı sırf təxəyyül məhsuludur, hətta 

deyə  bilərəm  ki,  Matilda  əsr  sivilizasiyasının  əvvəlki 

yüzilliklər  arasında  çox  mühüm  yer  tutmasına  imkan 

verəcək  hər  cür  sosial  təməllərindən  kənar  fantaziyalardan 

yaranmıĢdı.  Bu  ilin  qıĢında  salonlara  bəzək  verən  gənc 

qızlarısa  nədə  olsa  da,  çılğınlıqda  ittiham  eləmək  mümkün 

deyil.  DüĢünmürəm  ki,  onları  var-dövlətə  ifrat  meylə, 

səfərlərə, gözəl mülklərə, bir sözlə, kübar cəmiyyətdə yaxĢı 

qəbul  olunmuĢ  vərdiĢlərə  görə  də  qınamaq  olar.  Bütün  bu 

üstünlüklər  onları  darıxdırıb  eləmir,  əksinə,  sadalananlar 

onların  tək  və  daimi  ehtiras  obyektidi  və  əgər  qəlblərində 

sevgi  oyana  bilərsə,  bu  sevginin  ünvanı  da  elə  bu 

sadalananlardı.  

Jülyen  kimi  qeyri-adi  istedada  sahib  gənclərin  uğur 

ilahəsi,  onları  müvəffəqiyyətə  aparan  yolsa  heç  də  sevgi 

olmur. Onun kimi adamlar ehtiyatsız bir acgözlüklə hansısa 

çevrədən  yapıĢırlar  və  əgər  bu  çevrənin  bəxti  gətirsə, 

cəmiyyətin xeyir-duası onların üstündən əskik olmur.  




www.vivo-book.com 

 

771 



Vay o ziyalının halına ki, heç bir çevrəyə mənsub deyil 

–  belə  olanda,  onun  sıradan,  hətta  ən  ölgün  uğuru  belə 

hamının  üstünə  ayaq  açmasına  səbəb  olur.  Eh,  cənablar! 

Roman  –  böyük  yolda  özünlə  apardığın  güzgü  kimidir.  O 

gah  göy  üzünün  aydınlığını,  gah  da  çirkli  gölməçələri  əks 

elətdirir.  Yolla  gedən  adam  bu  güzgünü  belində  daĢıyır, 

sizsə  onu  əxlaqsızlıqda  ittiham  edirsiniz!  Onun  güzgüsü 

çirki göstərəndə siz günahı güzgüdə görürsünüz! 

YaxĢısı  budur ki,  siz  çirkli gölməçələrlə dolu  yolu,  ya 

da  yolda  belə  çirkli  gölməçələrin  olmasına  göz  yuman  yol 

nəzarətçisini ittiham edəsiniz.  

Ġndi,  bizim  ədəb-ərkanlı  və  əxlaqlı  əsrimizdə  gerçək 

görünməyən  Matildanın  xasiyyətinin  ağlasığmaz  olduğunu 

biləndən sonra, bu gözəl qızın bundan sonrakı çılğınlıqlarını 

təsvir  edərkən,  oxucunun  mənə  qəzəblənməyəcəyinə  ümid 

edirəm. 


Səhəri  gün  Matilda  öz  çılğın  ehtirasına  qalib  gəldiyini 

ona  sübut  edəcək  bir  təsadüf  axtarırdı.  Ən  əsası  buydu  ki, 

hər  Ģeyi  Jülyenin  əleyhinə  eləsin  –  buna  görə  də,  qız  onun 

bütün  hərəkətlərini  izləyirdi.  Jülyen  bu  mürəkkəb  sevgi 




www.vivo-book.com 

 

772 



oyunundan  baĢ  çıxaracaq  halda  deyildi  –  o,  həddən  artıq 

bədbəxt  idi,  ən  əsasısa,  ifrat  dərəcədə  sarsılmıĢdı.  Bu 

vəziyyətdə  özünə  sərf  eləyəcək  nəsə  tapmaq  barədəsə  heç 

danıĢmağa  da  dəyməzdi:  yazıq  oğlan  sadəcə  qurbanlıq 

quzuydu,  vəssalam.  O  hələ  heç  vaxt  özünü  belə  fağır  hiss 

eləməmiĢdi. Ġndi onun davranıĢı ağlının diktə elədiyinin tam 

əksini eləyirdi. Ġndi keĢməkeĢli həyatın müdrikləĢdirdiyi bir 

filosof  ona  desəydi  ki:  “Sizin  üçün  qənaətbəxĢ  olan 

vəziyyətlərdən  tez  yararlanmağa  çalıĢın,  çünki  Parisdə 

qarĢılaĢdığımız məntiqi sevgilərin ovqatı hər iki gündən bir 

dəyiĢir” – oğlan heç nə baĢa düĢməzdi. 

Amma o nə qədər sarsılsa da, Ģərəf borcuna xəyanət edə 

bilməzdi.  ġərəfi  onu  susmağa  məcbur  edirdi  –  oğlan  bunu 

yaxĢı  baĢa  düĢürdü.  Səhrada  yolunu  azmıĢ  bədbəxt  yolçu 

üçün göydən düĢən bir damcı su necə böyük xoĢbəxtlikdisə, 

indi  təsadüfən  rastına  çıxan  ən  yad  adama  dərdini  danıĢıb, 

ondan  məsləhət  almaq  da  Jülyen  üçün  əvəzolunmaz  səadət 

idi.  O  bu  təhlükən  baĢa  düĢürdü,  o  qorxurdu,  bilirdi  ki, 

kimsə  təsadüfən  ondan  dərdinin  nə  olduğunu  soruĢsa,  göz 



www.vivo-book.com 

 

773 



yaĢlarından  boğula-boğula hər  Ģeyi  açıb-danıĢmağa  hazırdı. 

Buna görə də oğlan özünü otağında həbs eləmiĢdi.  

O,  Matildanın  uzun-uzadı  bağçada  gəziĢdiyin  görürdü, 

nəhayət, qız bağçadan çıxıb gedəndən sonra özü Matildanın 

indicə gül qırdığı kola yaxınlaĢırdı.  

Olduqca  qaranlıq  axĢam  idi  və  Jülyen  kiminsə  onu 

görəcəyindən  ehtiyat  etməyərək,  öz  dərdiylə  baĢ-baĢa  qala 

bilərdi.  Məsələ  aydın  idi  –  madmazel  de  La-Moll  həvəslə 

laqqırtı vurduğu bu cavan zabitlərdən birini sevirdi... 

O  Jülyeni  də  sevmiĢdi,  amma  sonra  oğlanın  heçlik 

olduğunu baĢa düĢmüĢdü.  

 “Doğrudan  da,  o  məni  hansı  keyfiyyətlərimə  görə 

sevməlidir  ki?  –  Jülyen  əminliklə  öz-özünə  təkrarlayırdı.  – 

Mən  heç  bir  əhəmiyyəti  olmayan,  boz,  ətrafdakılar  üçün 

olduqca  darıxdırıcı,  hətta  özümün  belə  xoĢuna  gəlməyən 

adamam”. 

Bir  vaxtlar  onu  həvəsə  gətirən,  əyləndirən  yaxĢı 

xüsusiyyətlərinin  hamısından  indi  Jülyenin  zəhləsi  gedirdi. 

Bax  indi,  həyəcanlardan  ruhunun  az  qala  tərs  üzünə 

çevrildiyi bu halda oğlan öz həyatının keĢməkeĢlərindən baĢ 




www.vivo-book.com 

 

774 



çıxartmaq istəyirdi. Ancaq naĢı adamlar belə vəziyyətə düĢə 

bilərlər. 

Birinci dəfə deyildi ki, o, intihar barədə düĢünürdü. Bu 

xəyal  onun  üçün  həzlə  dolu  istirahət,  səhrada  susuzluqdan 

əzab çəkən adam üçün bir cam sərin su kimi bir Ģey idi.  

 –  Ölüm?  Axı  belə  eləsəm,  o  mənə  daha  çox  nifrət 

eləyəcək!  Gör,  mən  özümdən  sonra  necə  axmaq  xatirələr 

saxlayacağam?! 

BəĢər  övladı  ümidsizliyin  bu  dərəcədə  dibinə 

yuvarlananda,  onun  öz  xarakterindən  baĢqa  sığınacağı 

olmur.  Jülyen  özünə  deyə  bilmədi  ki:  “Risk  eləmək 

lazımdır!” 

Amma axĢam, Matildanın pəncərələrinə baxıb, pəncərə 

qapaqları  arasından  qızın  Ģamı  söndürdüyünü  görəndə,  bu 

yaxınlarda, bircə dəfə gördüyü gözəl otağı təsəvvür elədi. O 

daha baĢqa heç nə təsəvvür edə bilmədi. Saat bir oldu. Saat 

əqrəblərinin səsini eĢidəndə öz-özünə dedi: 

“Nərdivanla yuxarı qalxacağam!”  

Elə bil ona göylərdən vəhy gəlmiĢdi, amma elə bu vaxt 

min cür ağıllı səbəblər onu bu hərəkətdən çəkindirdi.  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə