Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə155/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   151   152   153   154   155   156   157   158   ...   197

www.vivo-book.com 

 

775 



“Axı  bundan  daha  pis  heç  nə  ola  bilməz?!”  –  deyə 

nəhayət, öz-özünə ürək-dirək verdi.  

Oğlan  nərdivan  olan  yerə  tərəf  tələsdi.  Ġndi  bağban 

nərdivanı  kilidli  yerdə  saxlayırdı.  Jülyen  tapançasının 

köməyilə  nərdivanın  vurulduğu  zəncirin  bir  halqasını  aça 

bildi.  Bir  neçə  dəqiqədən  sonra  nərdivan  artıq  onun 

qoltuğundaydı və oğlan onu gətirib Matildanın pəncərəsinin 

altına qoydu.  

 “O  mənə  qəzəblənəcək,  mənə  nifrət  eləyəcək,  qoy 

olsun!  Mən  onu  öpəcəm,  sonuncu  dəfə  öpəcəm,  sonra  da 

otağıma  qalxıb,  özümü  güllələyəcəm...  Amma  ölməmiĢdən 

əvvəl dodaqlarım onun gözəl boynuna dəyəcək!” 

O,  nərdivanı  birnəfəsə  çıxdı.  Budur,  artıq  pəncərə 

qapaqlarını  döyəcləyir.  Bir  neçə  dəqiqədən  sonra  taqqıltını 

eĢidən  Matilda,  pəncərəni  açmağa  çalıĢır.  Nərdivan  buna 

mane  olur.  Jülyen  pəncərə  qapağını  saxlayan  dəmir  ilgəyi 

tutur  və  nəhayət,  pəncərə  açılanda  bir  anın  içində  aĢağı 

uçmaq  təhlükəsiylə  üz-üzə qalaraq,  nərdivanı bir  az kənara 

sürüĢdürməyə çalıĢır. Ġndi Matilda pəncərəni aça bilər. 

Oğlan yarıölü-yarıdiri halda özünü onun otağına salır. 




www.vivo-book.com 

 

776 



 –  Bu  sənsən!  –  qız  bunu  deyib,  özünü  onun  qollarına 

atır. 


       *** 

Bu an Jülyenin yaĢadığı xoĢbəxtliyi kim izah edə bilər 

ki? Amma deyəsən, Matilda da elə onun qədər xoĢbəxt idi.  

Qız özünə lənət oxuyur, özünü günahlandırırdı. 

 –  Məni  cəzalandır,  bu  axmaq  qüruruma  görə  mənə 

cəza  ver!  –  qız  onu  elə  bərk  qucaqladı  ki,  elə  bil  oğlanı 

ağuĢunda  boğmağa  çalıĢırdı.  Sən  mənim  sahibimsən,  mən 

sənin 


kənizinəm, 

sənə 


elədiklərimə 

görə  dizlərinə 

qapanmağa hazıram.  

Qız qollarını aralayıb, Jülyenin ayaqlarına qapandı: 

 –  Hə,  sən  mənim  sahibimsən!  –  qız  xoĢbəxtlik  və 

sevgidən ağlını itirmiĢdi. – Mənə əmr elə, öz kənizinə rəhm 

eləmədən cəzalandır, məni həddimi aĢmağa qoyma!  

Bir  neçə  dəqiqədən  sonra  qız  onun  qucağından  çıxıb, 

Ģamı  yandırdı.  Sonra  oğlan  üçün  saçlarından  bir  tutam 

kəsmək  üçün  az  qala  saçlarının  yarısını  kəsməyə  çalıĢanda, 

Jülyen onu güclə saxlaya bildi. 



www.vivo-book.com 

 

777 



 –  Mən  sənin  kölən  olduğumu  yaddan  çıxartmaq 

istəmirəm. Əgər o murdar qürur mənim gözlərimi kor eləsə, 

bu saçları mənə göstər və de: – Məsələ sevgidə, ya da indi 

sənin  nə  hiss  eləməyində  deyil,  sən  mənə  tabe  olmağa  and 

içmisən, indi də sözünün üstündə durmalısan! 

Məncə  bu  çılğınlıq  dolu  həzzi  təsvir  eləmək  fikrindən 

daĢınmalıyam. 

Ġndi Jülyenin dözümü onun xoĢbəxtliyi qədər çox idi. 

Sabah Ģəfəqləri bağçanın o tərəfində, uzaqlardakı tüstü 

borularının üzərindən görünəndə oğlan Matildaya dedi: 

 –  Mən  gərək  pəncərədən  çıxım. Verdiyim  qurban  sizə 

layiqdir.  Mən  özümü  insan  qəlbinin  nə  vaxtsa  gördüyü  bir 

neçə saatlıq çılğın xoĢbəxtlikdən məhrum eləyirəm. Mən bu 

qurbanı sizin təmiz adınız uğrunda verirəm. Əgər siz mənim 

qəlbimi  oxuya  bilsəydiniz,  özümə  necə  məğlub  olduğumu 

görərdiniz.  Siz  mənim  üçün  həmiĢə  belə,  bugünkü  kimi 

qalacaqsınızmı?  Bilmirəm.  Amma  mən  Ģərəfimin  səsinə 

qulaq  asmalıyam  –  ən  vacibi  budur.  Bilin  ki,  bizim  birinci 

görüĢümüzdən  sonra  təkcə  oğrulardan  Ģübhələnmirlər. 

Cənab  de  La-Moll  əmr  verib  ki,  bağçaya  qarovulçular 




www.vivo-book.com 

 

778 



qoysunlar. Cənab de Kruazenuanın da böyrü-baĢı casuslarla 

doludu. Markiz onun gecələr atdığı hər addımı izləyir.  

 – Yazıq! – Matilda bərkdən güldü.  

Matildanın  anası  və  qulluqçulardan  biri  artıq 

oyanmıĢdı,  qəfildən  qonĢu  otaqdan  qızı  çağırdılar.  Jülyen 

Matildaya baxdı – qızın rəngi ağarmıĢdı. Qız tez qulluqçuya 

nəsə dedi, anasına cavab verməyəsə cəsarəti çatmadı.  

 –  Axı  onlar  pəncərəni  açsalar, nərdivanı  görəcəklər!  – 

Jülyen dedi. 

O qızı bir daha qucaqladı, sonra nərdivana tərəf atıldı. 

O,  nərdivanla  enmədi,  az  qala  nərdivan  uzunu  sürüĢdü. 

Aradan bir dəqiqə keçməmiĢdi ki, oğlan artıq aĢağıdaydı. 

Bir  neçə  saniyə  keçəndən  sonrasa  nərdivan  artıq 

cökələrin  altına  qoyulmuĢ  və  Matildanın  təmiz  adı  xilas 

olmuĢdu. Jülyen özünə gələndə qaĢının qan içində, özününsə 

az qala çılpaq olduğunu gördü. Oğlan nərdivanla sürüĢəndə 

dərisini tamam sıyırmıĢdı. 

Onu  bürüyən  xoĢbəxtlik  hissi  bütün  qətiyyətini  və 

gücünü  özünə  qaytarmıĢdı.  Ġndi  onun  üstünə  iyirmi  nəfər 

atılsaydı,  düĢünmədən  onlara  hücum  eləyər,  hətta  bundan 




www.vivo-book.com 

 

779 



zövq alardı. XoĢbəxtlikdən bu dəfə onun döyüĢçü Ģücaətinə 

ehtiyac  qalmadı.  Oğlan  nərdivanı  yerinə  qaytardı,  onu 

saxlayan  zənciri  bərkitdi. Jülyen  hətta  Matildanın  pəncərəsi 

altındakı  ekzotik  çiçək  ləklərindəki  izləri  səliqəyə  salmağı 

da yaddan çıxartmadı. 

Oğlan qaranlıqda əliylə torpaqda qalan nərdivan izlərini 

səliqəyə salanda yuxarıdan əllərinin üstünə nəsə bir yumĢaq 

Ģey  düĢdü  –  bu  kəsilmiĢ  bir  tutam  saç  idi:  Matilda  axır  ki, 

saçlarından kəsib, pəncərədən Jülyenə atmıĢdı.  

Qız pəncərənin yanında dayanmıĢdı. 

 – Bu sənin kənizindən hədiyyədir – qız bərkdən dedi. – 

Bununla  mən  sənə  əbədi  itaətkarlığımı  elan  eləyirəm.  Mən 

öz Ģüurumdan imtina eləyirəm, sən mənim sahibim ol. 

Jülyen  özünü  elə  itirdi  ki,  az  qaldı  təzədən  nərdivanın 

arxasınca qaçıb, özünü Matildanın otağına atsın. Amma ağlı 

ürəyinə qalib gəldi. 

Bağça  tərəfdən  qəsrə  keçmək  elə  də  asan  deyildi.  O, 

zirzəminin  qapılarından  birini  qıra  bildi.  Evə  girəndə  öz 

otağının  qapısını  sındırmalı  oldu  və  bu  zaman  çalıĢdı  ki, 

olduqca  ehtiyatla  davranaraq,  mümkün  qədər  az  səs 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə