Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə156/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   152   153   154   155   156   157   158   159   ...   197

www.vivo-book.com 

 

780 



çıxartsın.  Tələsdiyindən,  hər  Ģeyi,  o  cümlədən  də  otağının 

açarını  sürtukunun  cibində  unutmuĢ,  sürtukusa  Matildanın 

otağında qoymuĢdu. 

 “KaĢ,  onu  gizlətmək  qızın  ağlına  gələydi”  –  oğlan 

düĢündü. 

Nəhayət,  yorğunluq  onun  çılğın  xoĢbəxtliyinə  qalib 

gəldi, günəĢ çıxanda Jülyen dərin yuxuya getdi. 

Səhər  yeməyinə  çağıran  zəng  onu  birtəhər  yuxudan 

oyatdı  –  oğlan  geyinib,  yemək  otağına  düĢdü.  Tezliklə 

Matilda  da  gəldi. QarĢısında  hamının baĢ  əydiyi  bu  gözəlin 

sevgiylə parlayan gözlərini görəndə Jülyenin ürəyinə elə bil 

xoĢbəxtlik  məlhəmi  çəkirdilər.  Amma  tezliklə  onun  ağlı 

həyəcan təbilini çaldı. 

Qız saçlarını daramağa vaxt tapmadığını bəhanə edərək, 

sonları təpəsində toparladı, Jülyen bir anın içində əmin oldu 

ki,  Matilda  bu  gecə  onun  üçün  saçlarından  bir  tutam 

kəsməklə necə böyük qurban verib. Bu gözəl sifəti korlamaq 

çox  çətin  olardı,  amma  Matilda  bunu  bacarmıĢdı.  Onun 

gözəl  saçlarının  sağ  tərəfindən  bir  tutam  saç  barmaq 

uzunluğunda, necə gəldi kəsilmiĢdi. 




www.vivo-book.com 

 

781 



Səhər  yeməyi  ərəfəsində  Matildanın  davranıĢı  dünənki 

halına  çox  uyğun  idi:  adama  elə  gəlirdi  ki,  o,  Jülyeni  necə 

ehtirasla sevdiyini hamıya bildirmək istəyir. XoĢbəxtlikdən, 

bu gün xanım və cənab de La-Mollar mavi lent paylamaq və 

hersoq  ġonu  bu  hadisədən  uzaqlaĢdıra  bilmək  məsələsiylə 

bərk  məĢğul  idilər.  Səhər  yeməyi  baĢa  çatanda,  Jülyenlə 

söhbət  edən  Matilda  ona  “mənim  sahibim”  deyə  müraciət 

elədi. Jülyen saçlarının dibinə qədər qızardı. 

Bu  sırf  təsadüfən  baĢ  verirdi,  yoxsa  xanım  de  La-

Mollun  xidmətiydimi,  məlum  deyil,  amma  gün  ərzində 

Matilda  demək  olar  ki,  bir  dəqiqə  də  tək  qalmadı.  AxĢam 

qonaq otağından çıxanda, qız birtəhər imkan tapıb, Jülyenin 

qulağına pıçıldadı: 

 –  Mənim  bütün  planlarım  boĢa  çıxıb.  Ġnanın,  bu 

vəziyyətin  səbəbkarı  mən  deyiləm.  Anam  göstəriĢ  verib  ki, 

qulluqçulardan  biri  həmiĢə  mənim  otağımda  olsun  və  gecə 

mənimlə yatsın.  

Həmin  gün  ildırım  sürətilə  gəlib  keçdi.  Jülyen 

xoĢbəxtlikdən  özünü  unutmuĢdu.  Səhəri  gün  saat  yeddidə 



www.vivo-book.com 

 

782 



kitabxanaya  girəndə  bir  azdan  madmazel  de  La-Mollun  da 

ora gələcəyinə ümid edirdi. O, qıza uzun bir məktub yazdı.  

Amma Jülyen qızı ancaq bir neçə saatdan sonra, səhər 

yeməyində görə bildi. Bu dəfə o, saçlarını olduqca səliqəylə 

daramıĢdı,  saçlarının  kəsik  yeri  məharətlə  örtülmüĢdü.  O, 

Jülyenə tərəf bir neçə dəfə, nəzakətli və qayğısız baxıĢlarla 

baxdı – bu baxıĢları görən adamın ağlına da gəlməzdi ki, qız 

Jülyenə “mənim sahibim” deyə müraciət eləyə bilər. 

Jülyen  heyrətdən  özünü  itirmiĢdi.  Matilda  oğlanın 

uğrunda elədiklərinə görə az qala peĢman idi.  

YaxĢıca  düĢünəndən  sonra,  qız  bu  qərara  gəlmiĢdi  ki, 

Jülyen  elə  də  maraqsız  adam  deyil.  Amma  onun  uğrunda 

dəlilik  eləyəcək, qurbanlar verəcək  qədər  dahi də deyil. Bir 

sözlə,  o  daha  sevgi  barədə  düĢünmürdü,  bu  gün  onun 

sevməyə həvəsi yox idi. 

Jülyenə gəlincə, o, bütün bunların hamısını yeniyetmə, 

on  altı  yaĢlı  oğlan  uĢağı  kimi  qəbul  edib,  əzab  çəkirdi. 

DəhĢətli Ģübhələr, heyrət, məyusluq səhər yeməyi boyu onu 

haldan-hala salırdı və oğlana elə gəlirdi ki, bu əzabların sonu 

olmayacaq. 




www.vivo-book.com 

 

783 



Oğlan imkan düĢən kimi, ədəb qaydalarını pozmamağa 

çalıĢaraq masadan qalxdı. Tez özünü at tövləsinə ataraq, öz 

atını yəhərləyib, belinə atıldı, hara gəldi çapmağa baĢladı. O 

qorxurdu  ki,  özünü  saxlaya  bilməyib,  zəifliyini  büruzə 

verərək, biabır olacaq.  

 “Qoy  ürəyim  ölümcül  yorğunluqdan  keyisin  –  oğlan 

Medon meĢəsinə yaxınlaĢa-yaxınlaĢa düĢündü. – Axı bu cür 

münasibətə  layiq  olmaq  üçün  mən  nə  eləmiĢəm,  nə 

demiĢəm? Yox, bu gün mən gərək heç nə deməyim, heç nə 

eləməyim”.  –  O  artıq  evə  tərəf  qayıdırdı.  –  “Ürəyimi  necə 

ölü hiss eləyirəmsə, fiziki cəhətdən də elə olmalıyam. Jülyen 

daha yoxdur, tərpənən ancaq onun cəsədidir”.  

 

 

XX 



 

 YAPON GÜLDANI  

 

 



www.vivo-book.com 

 

784 



Əvvəl-əvvəl onun ürəyi hələ öz bədbəxtliyinin fərqində 

deyil  –  o  bədbəxt  olmaqdan  daha  çox  həyəcanlıdır.  Amma 

tədricən, düşünmə  qabiliyyəti beyinə  qayıtdıqca, ürək də  öz 

ağrısının  dərinliyini  hiss  eləyir.  O  yaşamaq  sevincini 

unudur,  o  daha  adamın  sinəsini  neştər  kimi  deşən  zəhərli 

məyusluqdan  başqa  heç  nə  hiss  eləmir.  Fiziki  ağrılar  nədir 

ki?  Bədənin  hiss  elədiyi  hansı  ağrı  bu  əzabla  müqayisə 

oluna bilər axı? 

 

Can Pol 

 

Zəng  səsi  hamını  nahara  çağırırdı.  Jülyen  əynini 



dəyiĢməyə  güclə  macal  tapdı.  Matilda  qonaq  otağındaydı  – 

qız qardaĢını və cənab de Kruazenuanı dilə tuturdu ki, onlar 

bu  axĢam  Sürenə,  marĢal  arvadı  de  Fervakın  yanına 

getməsinlər. 

Qız  onlarla  olduqca  iĢvə  və  nəzakətlə  danıĢırdı. 

Nahardan  sonra  cənab  de  Lyuz,  de  Kelyus  və  dostlardan 

daha  biri  də  peyda  oldu.  Deyəsən,  madmazel  de  La-Moll 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə