Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə158/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   154   155   156   157   158   159   160   161   ...   197

www.vivo-book.com 

 

790 



gəlmirsənsə,  sənə  daha  heç  nə  bəraət  qazandıra  bilməz. 

Amma  onun  hərəkətləri  daha  ağlıyla  idarə  olunmurdu.  Kor 

instinkt  onu  özü  üçün  dəhĢətli  olan  bu  hökmün  icrasını 

ləngitməyə  çağırırdı.  Jülyenə  elə  gəlirdi  ki,  nə  qədər  ki,  o 

danıĢır, hələ hər Ģey itirilməyib.  

Matildasa  daha  ona  qulaq  asmırdı,  onun  səsi  qızı 

qıcıqlandırır  və  hətta  düĢünürdü  ki  necə  olur,  Jülyen  onun 

sözünü kəsməyə cəsarət eləyir? 

Əxlaq  qanunlarını  pozduğu  üçün  çəkdiyi  əzab, 

yaralanmıĢ  qüruru  onu  üzüb  əldən  salmıĢdı.  Bu  dəqiqə  qız 

özünü  Jülyendən  heç  də  az  bədbəxt  hiss  eləmirdi.  Bu 

rahibciyəzə,  bu  kəndli  dülgər  oğluna  təslim  olmaq  gerçəyi 

ona  dözülməz  əzab  verirdi.  Bir  tərəfdən  də  qız  özü  bu 

bədbəxtliyi faciəyə çevirərək, iĢgəncəylə düĢünürdü: 

 – Ġlahi, bu xidmətçi oğlana vurulmaq kimi bir Ģeydi! 

Belə qürurlu və dikbaĢ qadınların qəribə bir xüsusiyyəti 

var: onlar bir dəqiqənin içində özlərinə qəzəblənir, sonra bu 

qəzəbin  acığını  ətrafdakılardan  çıxaraq  bundan  əməlli-baĢlı 

həzz alırlar. 



www.vivo-book.com 

 

791 



Heç  bir  dəqiqə  də  keçməmiĢ  madmazel  de  La-Moll 

artıq özünün bütün yandırıb-yaxan nifrətiylə Jülyenə hücum 

eləmiĢdi.  O  çox  ağıllı  və  baĢqasının  qüruruna  qəddarcasına 

silinməz yaralar vurmaq bacarığına malik qadın idi.  

Jülyen öz gücünü idarə olunmayacaq dərəcədə çox olan 

nifrətdən  alan  bu  ağlın  hədəfi  olmuĢdu.  Özünü  birtəhər 

müdafiə eləmək nəinki oğlanın ağlına gəlmədi, əksinə, qızın 

təsirinə düĢərək özünə nifrət eləməyə baĢladı.  

Jülyen  bu  qəddar,  nifrət  dolu,  zərgər  dəqiqliyilə  onun 

özünə  hörmət  hissini  məhv  etməyə  hesablanmıĢ  həmin 

ittihamları  dinləyərək,  düĢünürdü  ki,  Matilda  nəinki  tam 

haqlıdır, hətta ona qarĢı bir az ədalətlidir də. 

Qızsa  bir  neçə  gün  əvvəl  oğlana  qarĢı  hiss  elədiyi 

heyranlıq  hissinə  görə  indi  ondan  və  özündən  qisas  alaraq, 

qüruruna vurulmuĢ yaranı sağaltmağa çalıĢırdı. 

Ġndi  onun  məmnuniyyətlə  oğlanın  üzünə  dediyi  bu 

zəhərli  sözləri  tapmağa  elə  bir  ehtiyacı  yox  idi.  O  neçə 

gündür  ki,  ürəyində  bu  sevginin  əleyhinə  olan  bütün 

səbəbləri  müdafiə  edən  səsin  ona  təkrarladığı  sözləri  indi 

ucadan təkrar eləyirdi.  




www.vivo-book.com 

 

792 



Onun  hər  sözü  Jülyenin  əzablarını  birə  yüz  artırırdı.  O 

qaçmaq istəyirdi, amma madmazel de La-Moll hökmlə onun 

qolundan yapıĢaraq, saxladı. 

Jülyen dedi: 

 –  Lütf  edib,  fikir  versəniz,  həddən  artıq  ucadan 

danıĢdığınızın  fərqinə  vararsınız.  O  biri  otaqlarda  kimsə 

səsinizi eĢidə bilər.  

Qız qürurla onun üzünə qabardı: 

 – Neynək? Kimin nə həddi var ki, eĢitdiklərini mənim 

üzümə  vursun?!  Ġstəyirəm  ki,  birdəfəlik  mənə  olan  bütün 

ümidlərinizdən əl çəkəsiniz.  

Nəhayət, Jülyen kitabxanadan çıxdı – oğlan elə heyrətə 

gəlmiĢdi  ki,  öz  əzabını  da  daha  əvvəlki  kimi  dərindən  hiss 

eləmirdi.  

 “Deməli, o daha məni sevmir – sanki öz səsini eĢitmək 

üçün oğlan bərkdən dedi. – Deməli, o məni cəmi səkkiz-on 

gün  sevdi.  Mənsə  onu  bütün  ömrüm  boyu  sevməli 

olacağam!  Belə  bir  Ģey  mümkündürmü?  Axı  bir  neçə  gün 

əvvəl o mənim üçün heç nə idi. Heç nə!” 



www.vivo-book.com 

 

793 



 Matildanın  çiçəyi  çırtlayırdı  –  axır  ki,  o  bu  oyuna 

birdəfəlik son verdi! O ifadəyə gəlməz dərəcədə xoĢbəxt idi 

–  axı  ağına-bozuna  baxmadan  təslim  olduğu  zəifliyə  qalib 

gələ bilmiĢdi.  

 “Ġndi bu oğlancığaz baĢa düĢər ki, mənim üstümdə heç 

bir haqqı yoxdur və olmayacaq da!”  

Bu  dəqiqə  o  elə  xoĢbəxt  idi  ki,  doğrudan  da  heç  bir 

sevgi-filan hiss eləmirdi.  

Belə  dəhĢətli  dərəcədə  qəddar  və  alçaldıcı  səhnədən 

sonra nəinki Jülyen kimi çılğın, hətta ən sadə adam üçün də 

sevgi artıq ağlasığmaz bir Ģey idi. 

Bir  dəqiqə  də  olsun  özünü  itirmədən  və  öz  ləyaqətinə 

xələl  gətirmədən,  madmazel  de  La-Moll  ona  bu  cür  qəddar 

sözlər deyə bilmiĢ, hətta sonralar, soyuq baĢla düĢünəndə də 

ürəyini yaralayacaq ifadələr iĢlətmiĢdi.  

Bu  heyrətamiz  səhnədən  sonra  Jülyenin  gəldiyi  nəticə 

bu  oldu:  Matilda  –  islaholunmaz  dərəcədə  dikbaĢ  qızdır.  O 

qəti  əmin  idi  ki,  aralarında  hər  Ģey  qurtardı.  Amma  sabah, 

səhər  yeməyi  ərəfəsində  oğlan  yenə  qızarıb-bozarırdı.  Bu 

vaxta  qədər  onu  zəiflikdə  günahlandırmaq  olmazdı.  Xırda, 




www.vivo-book.com 

 

794 



ya  vacib,  fərqi  yoxdur,  o  həmiĢə  harada  necə  davranmalı 

olduğunu bilir və buna uyğun hərəkət edirdi.  

Həmin gün, səhər yeməyindən sonra xanım de La-Moll 

oğlandan xahiĢ elədi ki, bu səhər müqəddəs atanın gətirdiyi 

nadir  etirazçı  broĢürü  ona  gətirsin.  Jülyen  broĢürü  ona 

uzadanda  təsadüfən  qədim,  mavi,  olduqca  zövqsüz  çini 

güldana toxundu – güldan yerə düĢüb çilikləndi.  

Xanım de La-Moll heyrətlə çığıraraq, yerindən atıldı və 

sevimli güldanının qırıqlarına yaxınlaĢdı. 

 –  Bu  qədim  yapon  çinisiydi  –  qadın  dedi.  –  O  mənə 

nənəmin  ġeldə  abbatlıq  eləmiĢ  xalasından  qalmıĢdı. 

Hollandlar  bu  güldanı  Orlean  hersoquna  hədiyyə 

gətiribmiĢlər, o da sonra güldanı qızına cehiz verib. 

Matilda anasına yaxınlaĢdı  – qız, deyəsən bərk zəhləsi 

getdiyi  bu  güldanın  qırılmağından  olduqca  məmnun  idi. 

Jülyen  sakitcə  dayanmıĢdı,  onun  necə  çaĢqınlıq  içində 

olduğu  elə  də  hiss  edilmirdi.  Gözlərini  qaldıranda  oğlan 

Matildanın onların yanında dayandığını gördü. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə