Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə159/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   155   156   157   158   159   160   161   162   ...   197

www.vivo-book.com 

 

795 



 – Bu güldan çilikləndi. Birdəfəlik məhv olub getdi. Bu 

dəqiqə  mənim  ürəyim  də  bu  güldanın  halındadı.  Ürəyimin 

məni məcbur elədiyi çılğınlıqlara görə məni bağıĢlayın.  

Bunu deyib, Jülyen otaqdan çıxdı. 

Xanım de La-Moll təəccüblə dedi: 

 – O, otaqdan elə çıxdı ki, elə bil bu qürurlu cənab Sorel 

çıxartdığı hoqqaya görə fəxr eləyir. 

Bu sözlər Matildanı ürəyindən yaraladı. 

 “Anam düz deyir. O, doğrudan, da fəxr eləyir”.  

Və bu an qızın dünənki səhnədən sonra yaĢadığı sevinci 

birdən-birə yox oldu.  

 “Beləliklə, hər Ģey qurtardı, – qız süni arxayınlıqla öz-

özünə dedi. – Bu mənə ciddi dərs olar. Mən dəhĢətli, özüm 

üçün  çox  alçaldıcı  bir  səhv  eləmiĢəm,  eybi  yox,  bu  dərs 

mənə ömürlük bəs eləyər”. 

 “Ġlahi,  mənim  dediklərim  gerçək  olsaydı!  –  Jülyen 

düĢünürdü. – Axı niyə bu baĢdanxarab qızın içimdə oyatdığı 

sevgi hələ də mənə əzab verir?!” 

Sevgisə  nəinki  onun  ümid  elədiyi  kimi,  sönüb  gedir, 

əksinə, gündən-günə daha da alovlanırdı.  




www.vivo-book.com 

 

796 



Oğlan düĢünürdü: 

 “Hə,  onun  baĢı  xarabdı,  bu  heç.  Amma  bəyəm  bu, 

onun  gözəlliyini  azaldırmı?  Dünyada  ondan  gözəl  qadın 

varmı?  Dünyada  nə  qədər  gözəl,  zərif,  adamı  məftun  edə 

biləcək,  gözləri  sehrləyəcək  nə  varsa,  bunların  hamısı 

madmazel de La-Molldadır!” 

Ötüb  keçmiĢ  xoĢbəxtlik  barədəki  xatirələr  Jülyenin 

qəlbini  elə  ələ  aldı  ki,  onun  ağlının  birtəhər  bərpa  eləməyə 

çalıĢdığı hər Ģey təzədən məhv oldu. 

Ağıl  həmiĢə  belə  xatirələrlə  mübarizə  aparmağa  cəhd 

eləyir – onun əzablı mübarizəsisə ancaq bu xatirələrin daha 

Ģirin, daha əziz olmasına xidmət eləyir. 

Jülyenin  güldanı  sındırmağından  bir  gün  keçəndən 

sonra ĢiĢirtmədən  demək  olardı  ki,  dünyada  ondan bədbəxt 

adam yoxdur.  

 

 



XXI 

 

 GĠZLĠ MƏKTUB 




www.vivo-book.com 

 

797 



 

Çünki  danışdıqlarımın  hamısını  mən  öz  gözümlə 

görmüşəm.  Əgər  baxanda  nəyisə  səhv  görmüşəmsə,  onda 

deməli, bunları sizə danışarkən mən sizi aldatmıram.  

 

Müəllifə məktub 

 

 

Markiz  Jülyeni  yanına  çağırdı.  Cənab  de  La-Moll 



deyəsən cavanlaĢmıĢdı – onun gözləri parıldayırdı.  

 –  Gəlin  bir  az  da  sizin  yaddaĢınızdan  danıĢaq,  –  o, 

Jülyenə dedi. – Deyilənə görə sizin  əla yaddaĢınız var! Siz 

dörd  səhifəni  əzbərləyib,  sonra  Londona  gedərək, 

əzbərlədiyinizi  orada  təkrar  edə  bilərsinizmi?  Dəqiq, 

sözbəsöz? 

Bu  sözləri  deyərkən  markiz  əsəbi  halda  “Kotidyen”in 

əlində  tutduğu  təzə  nömrəsini  əzir  və  özünün  qeyri-adi 

dərəcədə  ciddiliyini  gizlətməyə  çalıĢırdı.  Jülyen  onu  hələ 

heç  vaxt,  hətta  abbat  Frilerlə  məhkəmə  iĢləri  məsələsində 

belə bu qədər ciddi görməmiĢdi.  



www.vivo-book.com 

 

798 



Jülyen artıq kifayət qədər təcrübəliydi və baĢa düĢürdü 

ki,  markizin  onunla  zarafatyana  tərzdə  danıĢdığına 

baxmayaraq, eĢitdiklərini olduqca ciddi qəbul eləməlidir. 

 –  Ġnanmıram  ki,  “Kotidyen”nin  bu  nömrəsi  bu 

dərəcədə  maraqlı  olsun,  amma  cənab  markiz  lazım  bilsə, 

mən onu əzbərləyib, sabah səhər bütün nəĢri əzbərdən deyə 

bilərəm.  

 – Necə? Hətta elanları da? 

 – Bəli. Özü də bircə kəlmə də buraxmadan. 

 – Söz verirsiniz? – Markiz qəfil bir ciddiliklə soruĢdu.  

 –  Bəli,  cənab,  yalnız  vədimi  yerinə  yetirə  bilməmək 

qorxusu mənim yaddaĢımı korlaya bilər. 

 – Bilirsinizmi, dünən axĢam bunu soruĢmaq yadımdan 

çıxdı.  Mən  sizin  indi  eĢitdiklərinizi  heç  kimə 

deməyəcəyinizə and içməyinizi istəmirəm. Belə bir Ģübhəylə 

sizi  təhqir  etməyəcək  qədər  sizə  yaxĢı  bələdəm.  Mən  sizin 

yerinizə  söz  vermiĢəm. Siz  mənimlə  bir  evə gedəcəksiniz – 

orada  on  iki  nəfər  olacaq.  Siz  o  adamların  dediyi  hər  sözü 

qeyd edəcəksiniz. 



www.vivo-book.com 

 

799 



Narahat  olmayın,  bu,  ümumi,  qarmaqarıĢıq  söhbət 

olmayacaq,  hamı  növbəylə  danıĢacaq.  Düzdü,  bu  o  demək 

deyil  ki,  orada  sərt  qayda-qanunlar  olacaq  –  markiz  yenə 

özünə xas olan yüngül, zarafatcıl ahənglə davam elədi. – Biz 

söhbət  elədiyimiz  ərəfədə,  siz  iyirmi  səhifə  qeyd 

eləyəcəksiniz,  sonra  evə  qayıdacağıq  və  o  iyirmi  səhifədən 

dördünü  seçəcəyik.  Və  bu  dörd  səhifəni  siz  “Kotidyen”in 

əvəzinə əzbərləyəcəksiniz.  

Sonra  siz  tez  də  çıxıb  gedəcəksiniz.  Poçt  faytonuyla 

səfərə  çıxacaq  və  özünüzü  əhli-kefliyindən  səyahət  eləyən 

gənc  adam  kimi  qələmə  verəcəksiniz. Sizə  verilmiĢ  tapĢırıq 

bundan  ibarət  olacaq:  bircə  nəfər  belə  sizin  varlığınızdan 

Ģübhələnməməlidir.  Siz  çox  məsul  bir  adamın  yanına 

gedəcəksiniz.  Orada  artıq  siz  fərasət  nümayiĢ  elətdirməli 

olacaqsınız. ĠĢ burasındadır ki, siz o adamın həndəvərindəki 

hər  kəsi  aldatmalı  olacaqsınız  –  çünki  onun  köməkçiləri 

arasında  düĢmənlərimizə  satılmıĢ  adamlar  var.  Onlar  bizim 

göndərdiyimiz  qasidləri  güdür  və  onları  ələ  keçirməyə 

çalıĢır. Biz sizə zəmanət məktubu verəcəyik, amma əslində o 

məktubun heç bir əhəmiyyəti olmayacaq. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə