Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə160/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   156   157   158   159   160   161   162   163   ...   197

www.vivo-book.com 

 

800 



Zati-aliləri  üzünüzə  baxan  kimi,  siz  cibinizdən  mənim 

saatlarımı çıxaracaqsınız  – alın, səfər boyu bu saatlar sizdə 

olacaq.  Götürün,  onlar  sizdə  qalsın,  özünüzünkünüsə  mənə 

verin. 


Hersoq  sizin  indi  əzbərləyəcəyiniz,  sonra  ona  diktə 

eləyəcəyiniz dördsəhifəlik mətni özü qeyd edəcək. 

Bunları eləyəndən sonra – nəzərə alın ki, mütləq bunlar 

baĢ verəndən sonra –zati-aliləri sizdən iĢtirak elədiyiniz iclas 

barədə  nəsə  soruĢsa,  ona  ətraflı  cavab  verərsiniz. 

DüĢünürəm  ki,  yolboyu  darıxmayacaqsınız,  çünki  Parislə 

nazirin  iqamətgahı  arasında  siz  abbat  Soreli  güllələmək 

istəyən bir neçə adamla qarĢılaĢacaqsınız. Əgər bu baĢ tutsa, 

düĢünürəm  ki,  bizim  iĢimiz  əməlli-baĢlı  uzanacaq,  axı  biz 

sizin ölümünüzdən necə xəbər tutacağıq? Nə qədər fədakar 

olsanız da, bu xəbəri özünüz mənə verə bilməyəcəksiniz. 

Təcili  gedib,  özünüzə  kostyum  alın  –  markizin  səsi 

yenə  ciddiləĢdi.  –  Köhnə,  məsələn,  iki  il  əvvəlin  dəbiylə 

geyinin. Bu axĢam siz öz geyim-keciminizə fikir verməyən 

adam 

təsiri 


bağıĢlamalısınız.  Yoldasa  siz  həmiĢə 

göründüyünüz kimi görünməlisiniz. Bu sizi təəccübləndirir? 




www.vivo-book.com 

 

801 



Mən  sizin  artıq  nədənsə  Ģübhələndiyinizi  görürəm.  Bəli, 

dostum,  bir  azdan  nitqinə  qulaq  asacağınız  hörmətli 

adamlardan biri sizin barənizdə lazım olan yerlərə məlumat 

verməyə  qadirdir  –  bundan  sonra  sizi  Ģam  eləmək  üçün 

dayandığınız qonaqpərvər bir karvansarayda zəhərləmək bir 

anın iĢidir. 

 –  Bəlkə  otuz  lye  verib,  dolayı  yolla  gedim,  –  Jülyen 

dedi. – Yanılmıramsa, söhbət Romadan gedir.  

Markiz elə özündən razı və təkəbbürlü bir sifət aldı ki, 

Jülyen Breleo hadisəsindən sonra beləsini görməmiĢdi.  

 –  Cənab,  bunu  siz  mən  lazım  biləndə  öyrənəcəksiniz. 

Mənim suallardan xoĢum gəlmir. 

 –  Bu  sual  deyildi,  –  Jülyen  çılğınlıqla  etiraz  elədi.  –

Sizə  and  içirəm  ki,  cənab,  mən  özüm  üçün  daha  təhlükəsiz 

bir yol axtarırdım. 

 –  Hə,  deyəsən,  sizin  fikirləriniz  haralardasa  uzaqlarda 

dolaĢır.  Yaddan  çıxartmayın  ki,  sizin  yaĢınızda  olan  bir 

qasid kiminsə tam inandığı adam təsiri bağıĢlamamalıdı.  

Jülyen  bərk  pərt  oldu  –  o  doğrudan  da  axmaqlıq 

eləmiĢdi. Onun qüruru özünə bəraət axtarır və tapa bilmirdi. 




www.vivo-book.com 

 

802 



–  Bunu  da  nəzərə  alın  ki,  –  markiz  de  La-Moll  əlavə 

elədi  –  insan  nəsə  axmaqlıq  eləyən  kimi,  o  dəqiqə  bunu 

yaxĢı  məqsədlə  elədiyini  deyərək,  özünə  bəraət 

qazandırmağa çalıĢır.  

Bir  saatdan  sonra  Jülyen  artıq  olduqca  miskin 

vəziyyətdə  markizin  qarĢısında  dayanmıĢdı:  onun  əynində 

köhnə dəblə tikilmiĢ kostyum, qəribə bəyazlığı olan qalstuk 

vardı  və  oğlan  bu  paltarda  yorğun  kənd  müəlliminə 

oxĢayırdı.  

Onu  bu  halda  görən  markiz  qəhqəhə  çəkib  güldü  və 

Jülyenin bu hoqqasını ürəkdən təqdir elədi. 

 “Bu  cavan  oğlan  da  mənə  xəyanət  eləsə,  onda  daha 

kimə  inanmaq  olar?  –  markiz  düĢündü.  –  ĠĢ  görəndəsə 

mütləq  kiməsə  etibar  eləməli  olursan.  Mənim  oğlum  və 

onun  dostları  da  bu  cavan  oğlan  kimidilər,  onların  da 

cəsurluğu və sədaqəti ölçüyə gəlməz. Əgər vuruĢmaq lazım 

gəlsə, onlar kral taxtının yanına çatana, orada yıxılana qədər 

canlarını  və  qanlarını  əsirgəmədən  vuruĢmağa  hazırdılar. 

Amma bu oğlanın indi elədiyinə hazır ola bilməzdilər. Lənət 

Ģeytana,  məgər  onların  arasında  dördsəhifəlik  mətni 




www.vivo-book.com 

 

803 



əzbərləmək  və  min  bir  fəndlə  yüzlərlə  lye  qət  edib,  baĢqa 

ölkəyə  getməyə  qadir  olan  adam  tapmaq  mümkündürmü? 

Norber  öz  ulu  babaları  kimi  düĢünmədən  ölümə  gedər, 

amma nə olsun, istənilən əsgər də buna hazırdı”.  

Markiz bərk fikrə getdi:  

 “Bu  Sorel  elə  ölümə  də  onun  kimi,  düĢünmədən 

gedərdi”.  

Sonra  sanki  beynindəki  xoĢagəlməz  fikirləri  qovmağa 

çalıĢaraq, dedi: 

 – Hə, vaxtdı, gedək.  

 –  Cənab,  –  Jülyen  dedi,  –  bu  kostyum  tikilən  ərəfədə 

mən “Kotidyen”in bugünkü nömrəsini əzbərləmiĢəm.  

Markiz  qəzeti  əlinə  götürdü  və  Jülyen  bir  sözdə  də 

iliĢmədən qəzetdəki mətni əzbərdən dedi.  

 –  Əla  –  bu  axĢam  özünü  əsl  diplomat  kimi  aparan 

markiz  öz-özünə  dedi.  –  Ən  azı,  bu  oğlan  indi  getdiyimiz 

küçələrə fikir vermir. 

Onlar böyük, olduqca boz havası olan bir qonaq otağına 

girdilər. Salonun bəzi hissələri taxta dirəklərlə, bəzi hissələri 

yaĢıl  məxmərlə  iĢlənmiĢdi.  Qonaq  otağının  ortasında 




www.vivo-book.com 

 

804 



qaĢqabaqlı xidmətçi oğlan ziyafət masasını qaydaya salırdı. 

Bir  azdan  oğlanın  bacarıqlı  əlləri  hansısa  nazirliyin  köhnə-

küləsi  olan,  üstü  mürəkkəb  ləkəli  yaĢıl  mahud  örtüyün 

köməyilə ziyafət masasını böyük yazı masasına çevirdi.  

Ev  sahibi  ucaboylu,  qeyri-adi  dərəcədə  yorğun  adam 

idi.  Söhbət  əsnasında  onun  adı  bircə  dəfə  də  çəkilmədi. 

Jülyenin  müĢahidəsinə  görə  belə  bədəni  və  danıĢığı  olan 

adamın  fikri-zikri  ancaq  özünün  həzm  sisteminin  yanında 

ola bilərdi.  

Jülyen  markizin  iĢarəsini  anlayaraq,  masanın  lap 

ucunda  özünə  yer  elədi.  Uyğun  görünüĢü  almaq  üçün  o 

özünü  karandaĢların  ucunu  yonurmuĢ  kimi  göstərməyə 

çalıĢdı. Oğrun-oğrun baxanda, masa arxasında yeddi adamın 

oturduğunu  gördü  –  amma  oğlan  bu  adamların  ancaq 

kürəyini görürdü. Onlardan ikisi özlərini cənab de La-Molla 

bərabərhüquqlu  adamlar  kimi  tuturdular,  qalanlarısa  ona  ya 

daha çox, ya da daha az ehtiramla yanaĢırdılar. 

Otağa  daha  bir  cənab  daxil  oldu  –  xidmətçi  onun 

gəliĢini elan eləmədi.  



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə