Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə161/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   157   158   159   160   161   162   163   164   ...   197

www.vivo-book.com 

 

805 



 –  Qəribədir!  –  Jülyen  düĢündü.  –  Burada  heç  içəri 

girən adamların gəliĢini də elan eləmirlər. Yoxsa bu, bir növ 

təhlükəsizlik qaydalarından biridir?  

Hamı  ayağa  qalxıb,  içəri  girən  adamı  salamladı.  Bu 

adamın  da  yaxasında  otaqda  oturan  üç  adamın  döĢündə 

olduğu kimi, olduqca nüfuzlu niĢanlar var idi. Həmsöhbətlər 

olduqca  astadan  danıĢırdılar.  Jülyen  sonradan  içəri  girən 

adam  barədə  ancaq  onun  sifətini  və  bədən  quruluĢunu 

müĢahidə  edərək  mülahizə  yürüdə  bilirdi.  O  adam  boyca 

alçaq, enlikürək, qırmızıyanaq idi. Parıltılı gözlərindəsə çöl 

donuzunun qəzəbindən baĢqa heç bir ifadə oxumaq mümkün 

deyildi. 

Tezliklə  peyda  olan  növbəti,  olduqca  qəribə  adam 

Jülyenin diqqətini o dəqiqə yayındırdı. Bu olduqca hündür, 

qeyri-adi  dərəcədə  arıq  adam  idi  –  əynində  iki,  ya  üç  jilet 

vardı. Onun baxıĢları mehriban, davranıĢısa xoĢ idi. 

 –  Bu  lap  Bezanson  yepiskopuna  oxĢayır,  –  Jülyen 

düĢündü. 




www.vivo-book.com 

 

806 



Təzə gələn adamın nəsə dini rütbəsi vardı. Ona əlli-əlli 

beĢ  yaĢ  vermək  olardı,  görünüĢündən  də  əsl  müqəddəslərə 

oxĢayırdı.  

Sonra  cavan  Aqda  yepiskopu  peyda  oldu,  baxıĢlarıyla 

otaqda oturanları süzdüyü yerdə nəzərləri Jülyenə dikiləndə 

onun üzündə olduqca heyrətli bir ifadə əmələ gəldi. 

Breleoya dini yürüĢ zamanı yepiskop onunla bir kəlmə 

də  kəsməmiĢdi.  Onun  təəccüblü  baxıĢları  Jülyenə  həm 

qəribə gəldi, həm də qəzəbləndirdi.  

 “Ġlahi, bu nədir? – oğlan öz-özünə dedi. – Doğrudanmı 

bu adamı tanımağım həmiĢə mənim lənətim olacaq? Ömrüm 

boyu  görmədiyim  bu  vacib  adamları  görəndə  mən  qətiyyən 

narahat  olmuram,  bu  cavan  oğlanın  baxıĢlarısa  məni 

dondurub, buza döndərir”. 

Sonra otağa tünd-qara saçları olan, səsli-küylü bir adam 

girdi.  O,  qapıda  görünən  kimi  hay-küy  saldı,  adamın  üzü 

sapsarıydı,  özü  də  bir  az  dəliyə  oxĢayırdı.  Dözülməz 

dərəcədə  zəvzək  olan  bu  adam  otaqda  peyda  olan  kimi, 

qonaqlar ikibir-üçbir dağılıĢmağa baĢladılar – yəqin ki, hamı 

canını onun söhbətlərindən qurtarmaq istəyirdi. 




www.vivo-book.com 

 

807 



Buxarıdan  uzaqlaĢan  dəstələr  yavaĢ-yavaĢ  masanın 

axırında,  Jülyenin  oturduğu  yerə  yaxınlaĢırdılar.  Oğlanın 

vəziyyəti  get-gedə  çətinləĢirdi,  belə  ki,  nə  qədər  cəhd  eləsə 

də qulağının dibində gedən söhbətləri eĢitməyə bilmirdi. O, 

təcrübəsinin  az  olduğuna  baxmayaraq,  bu  söhbətlərin  nə 

qədər  vacib  olduğunu  baĢa  düĢür  və  bunu  da  dərk  eləyirdi 

ki,  bu  məsul  adamlar  indi  danıĢdıqlarının  sirr  qalmasına 

çalıĢacaqlar! 

Jülyen  nə  qədər  ləng  tərpənməyə  çalıĢsa  da,  artıq 

iyirmidən  çox  qələm  yonmuĢdu.  Bu  iĢin  köməyilə 

çaĢqınlığını  gizlətmək  daha  mümkün  deyildi.  O,  diqqətlə 

markizin  üzünə  baxaraq,  özünə  ünvanlanan  bir  göstəriĢ 

axtarırdı,  amma  markiz  onun  burda  olduğunu  yaddan 

çıxartmıĢdı.  

 “Mən  çox  naqolay  vəziyyətdəyəm,  –  Jülyen  qələm 

yona-yona  düĢünürdü,  –  amma  əmrləri  kimdənsə  aldıqları 

hiss  olunan  bu  boz  adamlar  elə  iĢlərdən  danıĢırlar  ki, 

ehtiyatlı  olmağa  məcburdular.  Yəqin  bu  dəqiqə  mənim 

lənətə  gəlmiĢ  gözlərimdə  çaĢqınlıq  və  hörmətsizlik  hiss 

olunur,  təbii  ki,  bu  hal  onları  qıcıqlandırır.  Amma  mən 




www.vivo-book.com 

 

808 



baĢımı aĢağı salıb, heç kimə baxmadan otursam, onlara elə 

gələcək ki, hər sözlərinə fikir verirəm. 

O  dəhĢətli  dərəcədə  çaĢqınlıq  içindəydi  –  Jülyen 

olduqca qəribə nitqlər eĢidirdi.  

 

 

 



XXII 

 

 



 MÜBAHĠSƏ 

 

 



Respublika!  İndi  bəşəriyyətin  xilası  üçün  hər  şeyini 

qurban  verməyə  hazır  olan  bir  adam  şəxsi  rahatlığından 

başqa  heç  nəylə  maraqlanmayan  on  minlərlə,  milyonlarla 

adamla  üz-üzə  gəlir.  Parisdə  insana  məziyyətlərinə  görə 

deyil, karetasına görə qiymət verirlər.  

 

Napoleon. “Müqəddəs Yelena memorialı” 


www.vivo-book.com 

 

809 



 

Qətiyyətlə içəri girən xidmətçi elan elədi: 

“Cənab Hersoq ***”. 

 –  Səsini  kəs,  əzizim,  sən  axmağın  birisən  –  onun 

arxasınca içəri girən hersoq dedi. 

O bu sözləri elə qəĢəng, elə əzəmətlə tələffüz elədi ki, 

Jülyen  bu  möhtərəm  adamın  əsl  istedadının  xidmətçiləri 

acılamaq olduğunu düĢündü. Jülyen gözlərini qaldırıb, sonra 

tez  də  nəzərlərini  aĢağı  saldı.  Təzə  gələn  adam  barədəki 

qənaəti  elə  doğruydu  ki,  oğlan  gözlərinin  onu  ələ 

verəcəyindən qorxdu.  

Hersoqa  əlli  yaĢ  vermək  olardı.  O  əsl  ədabaz  kimi 

geyinmiĢdi,  özü  də  qurulu  gəlincik  kimi  danıĢırdı.  Onun 

ensiz  baĢı,  iri  burnu,  qəti  cizgiləri  olan  və  irəli  çıxmıĢ 

hərəkətsiz  üzü  vardı.  Eyni  zamanda  bu  qədər  aristokrat  və 

əhəmiyyətsiz  sifəti  təsəvvür  etmək  mümkün  deyildi.  O 

peyda olan kimi iclas açıq elan olundu. 

Markiz  de  La-Mollun  səsi  gələndə  Jülyen  adamların 

sifətlərinə fikir verməkdən əl çəkdi. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə