Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə163/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   159   160   161   162   163   164   165   166   ...   197

www.vivo-book.com 

 

815 



sərf elədi. Ġclas iĢtirakçıları icazə versə, mən özümdə cəsarət 

taparaq,  bir  məyusedici  fikri  açıq  deyərdim:  deyərdim  ki, 

Ġngiltərə  baĢa  düĢmürdü  ki,  Bonapart  kimi  bir  adamla  – 

onun  qarĢısına  yaxĢı  niyyətlərdən  baĢqa  heç  nəylə 

çıxmasalar  yaxĢı  olardı  –  qəti  nəticələr  əldə  eləmək  ancaq 

xüsusi yollarla mümkün ola... 

 –  Ġlahi,  yenə  də  qətllərin  mədhinə  baĢlayırsınız!  –  ev 

sahibi həyəcanla dedi. 

 –  Bizi  öz  kövrək  moizələrinizi  dinləməyə  məcbur 

eləməyin!  – iclas sədri  əsəbi halda qıĢqırdı, bu  an onun  çöl 

donuzunun  gözlərinə  oxĢayan  gözləri  qəzəblə  parladı.  – 

Davam eləyin! – o, jiletli adama müraciət elədi.  

Ġclas sədrinin alnı və yanaqları qıpqırmızı olmuĢdu. 

 – Alicənab Ġngiltərəni əziblər – məruzəçi davam elədi. 

–  Hər  bir  ingilis  öz  çörəyinin  pulunu  verməmiĢdən  əvvəl, 

yakobinçilərlə  mübarizəyə  sərf  olunan  qırx  milyardın 

faizlərini ödəməlidi. Pitt daha Ġngiltərədə yoxdu.  

 –  Amma  Ġngiltərədə  hersoq  Vellinqton  var!  –  olduqca 

nüfuzlu görünüĢü olan, hərbi mundirli adam dedi.  

 – Cənablar, yalvarıram, sakit olun! 




www.vivo-book.com 

 

816 



 – Ġclas sədri qıĢqırdı. – Əgər burada yenə mübahisələr 

baĢlayacaqsa,  onda  biz  cənab  Soreli  bura  niyə  dəvət 

eləmiĢik?  

 –  Sizin  böyük  ideyaların  marağında  olduğunuz 

məlumdur,  cənab  –  hersoq  hərbi  mundirli  adama,  keçmiĢ 

napoleonçu generala baxaraq iynəli-iynəli dedi. 

Jülyen  baĢa  düĢdü  ki,  bu  sözlərdə  nəsə  Ģəxsi,  olduqca 

təhqiramiz  bir  Ģey  var.  Hamı  gülümsədi,  keçmiĢ  generalsa 

qəzəbindən az qala partlayırdı.  

 –  Pitt  daha  yoxdur,  cənablar,  –  məruzəçi  öz 

dinləyicilərinin öhdəsindən gələ bilməyən məyus natiq sifəti 

alaraq  dedi.  –  Hətta  indi  Ġngiltərədə  yeni  Pitt  olsaydı  belə, 

bütöv bir xalqı iki dəfə eyni üsula aldatmaq mümkün deyil.  

 –  Bax,  buna  görə  də  fateh  generalı,  Ġkinci  Bonapartı 

indi  Fransada  təsəvvür  eləmək  mümkün  deyil!  –  hərbiçi 

yenə onun sözünü kəsərək qıĢqırdı.  

Bu  dəfə  nə  məruzəçi,  nə  də  hersoq  əsəbiləĢdi,  amma 

Jülyen  onların  gözlərinə  baxanda  ikisinin  də  özünü  güclə 

saxladığını  gördü.  Hər  ikisi  baĢlını  aĢağı  saldı  və  hersoq 

nümayiĢkaranə Ģəkildə köksünü ötürdü.  




www.vivo-book.com 

 

817 



Amma məruzəçi bu dəfə incimədi.  

 –  Mənə  danıĢmağa  imkan  vermirlər,  –  o,  Jülyenə  əsl 

xasiyyətləri  kimi  görünən  nəzakət  və  gülümsərliyi  qəfildən 

bir  kənara  buraxaraq,  çılğınlıqla  dedi.  –  Mənə  danıĢmağa 

imkan vermirlər, heç kim mənim nə qədər uzun olursaolsun, 

heç kimin qulağını çəkməməyə çalıĢmağımı dəyərləndirmir. 

Odur ki, cənablar, mən qısa danıĢacağam. Sizə sadəcə bunu 

deyirəm:  xeyirli  bir  iĢə  kömək  etmək  üçün  bu  dəqiqə 

Ġngiltərənin  bir  qəpiyi  də  yoxdu.  Bütün  dahiyanə 

keyfiyyətlərinə baxmayaraq, Pittin özü də bu dəqiqə qayıdıb 

gəlsə,  xırda  ingilis  sahibkarlarının  saqqızını  oğurlaya 

bilməz. Çünki bilirlər ki, təkcə o qısa Vaterloo kampaniyası 

onlara milyard franka baĢa gəldi. Bir halda ki, məndən açıq 

danıĢmaq  tələb  olunur,  –  məruzəçi  get-gedə  Ģövqə  gələrək 

davam elədi, – onda mən sizə açıq deyirəm: özünüz özünüzə 

kömək  eləyin,  çünki  Ġngiltərənin  sizə  kömək  eləmək  üçün 

bir  qəpiyi  də  yoxdur.  Xərci  Ġngiltərə  ödəyə  bilməyəndəsə, 

cəsurluqları baĢlarından aĢsa da, ciblərində siçanlar oynaĢan 

Avstriya, Rusiya və Prussiya Fransaya qarĢı ikicə döyüĢə də 

davam  gətirə  bilməz.  Ümid  eləmək  olar  ki,  yakobinçilərin 




www.vivo-book.com 

 

818 



topladığı  gənc  əsgərlər  birinci  döyüĢdə  məğlub  olacaqlar, 

ola  bilər  lap  ikincidə  də  məğlub  olsunlar,  amma  sizin 

gözünüzdə  inqilabçı  kimi  görünəcəyimdən  qorxmayaraq 

deyirəm ki, üçüncü döyüĢdə bu adamlar daha min yeddi yüz 

doxsan  ikinci  ildəki  kəndli  balaları  deyil,  min  yeddi  yüz 

doxsan dördüncü ilin döyüĢçüləri olacaqlar. 

Bu yerdə üç-dörd adam birdən onun sözünü kəsdi.  

 – Cənab, – iclas sədri Jülyenə dedi, – o biri otağa keçin 

və qaraladığınız mətni təzədən səliqəylə köçürün.  

Jülyen  təəssüflə  otağı  tərk  elədi.  Elə  indicə  məruzəçi 

onun həmiĢə düĢündüyü Ģeylər barədə söz açmıĢdı.  

“Onların  halına  güləcəyimdən  qorxurlar”  –  oğlan 

düĢündü. 

Oğlanı təzədən otağa çağıranda, cənab de La-Moll onu 

yaxĢı  tanıyan  Jülyenə  olduqca qəribə  gələn təntənəli tərzdə 

çıxıĢ eləyirdi.  

 –  …Bəli,  cənablar,  məhz  bu  bədbəxt  xalq  haqqında 

belə  demək  olar:  “O  kütbeyin,  yoxsa  Allah  olmalıdır?”  “O 

Allah  olmalıdır!”  –  nağılçı  belə  deyir.  Amma  biz  bu 

möhtəĢəm  sözləri  sizin  dilinizdən  eĢitməliyik,  cənablar! 




www.vivo-book.com 

 

819 



Özünüz  baĢlayın  və  özünüz  hərəkət  eləyin.  Qoy  əzəmətli 

Fransa  əcdadlarımızın  bizə  qoyub  getdiyi  kimi,  XVI 

Lüdovikin  süqutu  vaxtında  onu  gördüyümüz  kimi  olsun. 

Ġngiltərə, ən azı onun alicənab lordları, mənfur yakobinçilərə 

bizim  kimi  nifrət  eləyir.  Ġngilislərin  qızılı  olmadan  nə 

Rusiya,  nə  Avstriya,  nə  də  Prussiya  iki-üç  döyüĢə  də 

dayanmaq  qüdrətində  deyil.  Amma  məgər  bu,  min  səkkiz 

yüz on yeddinci ildə cənab de RiĢelyenin axmaqcasına əldən 

verdiyi  uğurlu  hücumu  eləməyə  yetərmi?  Mən  belə 

fikirləĢmirəm. 

Bu  yerdə  kimsə  markizin  sözünü  kəsməyə  çalıĢdı, 

amma bir neçə yerdən qalxan etirazlar bunun qarĢısını aldı. 

Onun  sözünü  kəsməyə  çalıĢan  adam  yenə  də  bayaqkı 

hərbiçi,  imperator  ordusunun  keçmiĢ  generalıydı.  O,  mavi 

lent və gizli təĢkilatda nüfuzlu mövqe tutmaq arzusundaydı.  

 –  Yox,  mən  belə  fikirləĢmirəm,  –  ara  sakitləĢəndən 

sonra  cənab  de  La-Moll  davam  elədi  və  “mən”  sözünü  elə 

əzəmətlə dedi ki, Jülyen heyran oldu.  

 “Bax,  buna  deyərəm,  düzgün  yanaĢma!  –  oğlan 

özlüyündə  düĢünərək,  markizin  nitqindən  geri  qalmayaraq, 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə