Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə164/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   160   161   162   163   164   165   166   167   ...   197

www.vivo-book.com 

 

820 



lələyini kağızın üzərində gəzdirirdi. – Sərrast deyilmiĢ bircə 

kəlmə  sözlə  o  bu  hoqqabazın  iyirmi  oyununu  puç  eləyə 

bildi”.  

 –  Biz  yeni  hərbi  hücumlar  məsələsində  təkcə 

yadellilərə ümid ola bilmərik, – markiz arxayınlıqla deyirdi. 

“Qlob”a çılğın məqalələr yazan bu gənclik bizə üç-dörd min 

cavan  komandir  verə  bilər.  Bəlkə  də  onların  arasından  bu 

dəfə  daha  alicənab  olacaq  Kleberlər,  QoĢlar,  Jurdanlar, 

PiĢeqryular çıxacaq. 

 – Biz onu Ģöhrətlə təmin etmək barədə düĢünmədik, – 

iclas sədri dedi. – Onun adını əbədiləĢdirmək lazım idi. 

 –  Axır  ki,  Fransada  iki  partiya  olmalıdı,  biz  buna 

çalıĢmalıyıq – markiz de La-Moll davam elədi. – Amma bu 

partiyalar  təkcə  fərqli  adlarına  görə  deyil,  qətiyyətlərinə, 

dəqiq sərhədlərinə görə  fərqli partiyalar olmalıdır. Biz  kimi 

əzməli  olduğumuzu  müəyyən  eləməliyik.  Bir  tərəfdən 

jurnalistlər,  seçicilər,  bir  sözlə  ictimai  rəy  –  gənclik  və 

onlara  heyran  olanlar  var.  Hələ  ki,  onlar  boĢ-boĢ  sözlərlə 

özlərini  ovutsunlar,  cənablar,  üstünlük  bizim  əlimizdədir. 

Biz büdcəni idarə edirik.  




www.vivo-book.com 

 

821 



Onun sözünü yenə kəsdilər. 

 – Siz, cənab, – markiz de La-Moll onun sözünü kəsən 

adama  olduqca  təmkin,  nəzakət,  amma  təkəbbürlə  müraciət 

elədi,  –  əgər  mənim  sözlərimdən  inciyirsinizsə,  onda, 

deməli,  büdcəni  idarə  eləmirsiniz,  sadəcə,  ildə  dövlət 

büdcəsindən  qırx  min  frank  yeməklə  məĢğulsunuz.  YaxĢı 

cənab,  bir  halda  ki,  siz  məni  buna  məcbur  edirsiniz,  mən 

çəkinmədən  sizi  nümunə  göstərmə  cəsarətini  özümdə 

taparam. Sizin Müqəddəs Lüdovikin arxasınca xaç yürüĢünə 

çıxan  möhtərəm  əcdadlarınız  kimi,  siz  bu  yüz  iyirmi  min 

frankın  qarĢılığında  qarĢımıza  ən  azı  bir  alay 

çıxartmalıydınız.  YaxĢı,  heç olmasa,  bir qoĢun, heç olmasa 

yarım  qoĢun,  yaxĢı,  heç  olmasa,  hərbi  məqsədlər  uğrunda 

ölümü gözə alan əlli nəfər. Bəs hanı sizin adamlarınız? Sizin 

təkcə xidmətçiləriniz var ki, onlar da üsyan olacağı təqdirdə 

qorxudan özləri sizi öldürərlər. Taxt-tac, kilsə, zadəganlıq – 

əgər  siz  zəhmət  çəkib,  hər  departamentdə  əlli  nəfər  sadiq 

əsgərdən  ibarət  dəstə  saxlamasanız,  bunların  hamısı  sabah 

bir günün içində məhv ola bilər, cənablar. Özü də mən təkcə 

fransız  Ģücaətiylə  deyil,  həm  də  ispan  möhkəmliyilə  sadiq 




www.vivo-book.com 

 

822 



əsgərlərdən  danıĢıram.  Bu  adamlardan  yarısını  bizim 

oğullarımız,  bacılarımızın,  qardaĢlarımızın  oğulları,  bir 

sözlə, zadəgan oğulları təĢkil eləməlidi. Onlardan hər birinin 

də  yanında  min  səkkiz  yüz  on  beĢinci  il  təkrar  olunacağı 

təqdirdə  ancaq  baĢlarına  üçrəngli  kokard  qoyub,  boĢ-boĢ 

danıĢacaq  meĢĢan  gənci  deyil,  Katelino  kimi  təmizürəkli, 

sadə  bir  kəndli  balası  olmalıdı.  Bizim  zadəgan  oğullarımız 

onların hamisi olmalıdı, hətta daha yaxĢı olardı ki, onlar süd 

qardaĢı  olsunlar.  Qoy  bizlərdən  hər  birimiz  hər  bir 

departamentdə  beĢ  yüz  nəfərdən  ibarət  bir  dəstə  saxlamaq 

üçün illik gəlirinin beĢdə birini sərf eləsin. Bunu eləyəndən 

sonra  xarici  hücumlar  barədə  cəsarətlə  fikir  yürütmək  olar. 

Yadelli  əsgər  hər  departamentdə  beĢ  yüz  nəfər  silahlı 

dostunun  olduğunu  bilməsə,  o  heç  vaxt  Dijona  qədər  də 

gedə bilməz. Nə qədər ki, siz əlinə silah götürüb, Fransanın 

qapılarını  onların  qarĢısında  açmağa  hazır  olan  iyirmi  min 

zadəganın  olduğunu  əminliklə  deyə  bilmirsiniz,  əcnəbi 

krallar  sizə  qulaq  asmayacaqlar.  Deyəcəksiniz  ki,  bu  –  ağır 

öhdəlikdir.  Amma  cənablar,  nəzərə  alın  ki,  bu  bədəli 

ödəməklə biz özümüzü xilas eləyirik. Ġndi biz zadəganlarla 




www.vivo-book.com 

 

823 



azad  mətbuat  arasında  ölüm-dirim  müharibəsi  gedir.  Qərar 

verin  –  siz  ya  zavod  sahibi,  ya  kəndli  olmalı,  ya  da  əlinizə 

silah  almalısınız.  Əgər  çəkingənlik  sizi  rahatladacaqsa, 

çəkinin, amma mən sizə axmaq olmayıb, gözlərinizi açmağı 

məsləhət  görürəm.  Yakobin  mahnısında  deyilən  kimi 

“batalyonlarda  düzlənin”  –  sizə  ancaq  bunu  deyə  bilərəm. 

Belə  olanda,  monarxiya  sütunları  üçün  qaçılmaz  təhlükə 

olduğunu  hiss  eləyən  Qustav  Adolf  öz  malikanəsindən  üç 

yüz  lye  uzağa  atılıb,  Qustavın  protestant  knyazları  üçün 

elədiklərini  sizin  üçün  eləyər.  Yoxsa  əllərinizi  əllərinizin 

üstünə qoyub, boĢ-boĢ söhbət eləmək sizin xoĢunuza gəlir? 

Aradan beĢ yüz il keçəcək və Avropada ancaq respublikalar 

və  prezidentlər  olacaq,  bircə  nəfər  kral  da  qalmayacaq.  Bu 

dörd  hərflə  K-R-A-L-la  birlikdə  kilsə  xadimləri  və 

zadəganlar  da  yer  üzündən  silinəcək.  Onda  biz  çoxluğun 

qarĢısında əzilib-büzülən namizədlərə baxıb xoĢhal olacağıq. 

Bu  dəqiqə  Fransada  hamının  tanıyıbsevdiyi  məĢhur 

generalın  olmadığı,  Avstriya  və  Prussiya  alayında  barıt 

iyləyən  əlli  nəfər  unter  olduğu  halda  bizim  ordumuzun 

kralın  taxt-tacını  qorumaq  üçün  əldən-ayaqdan  getdiyi 




www.vivo-book.com 

 

824 



barədə çox çərənləmək olar. Xırda burjuaziyadan çıxmıĢ iki 

yüz min gənc müharibə arzusundadır. 

 –  Bu  qədər  acı  həqiqət  bəs  eləmədimi?  –  deyəsən, 

ruhani  zümrəsində  xüsusi  hörməti  olan  vacib  bir  Ģəxs 

təkəbbürlə  onun  sözünü  kəsdi.  Cənab  de  La-Moll 

əsəbiləĢmək  əvəzinə,  onun  üzünə  gülümsədi  və  bu  Jülyenə 

olduqca qəribə göründü. 

 –  YaxĢı,  bu  qədər  acı  həqiqət  bəsdi,  gəlin  nəticə 

çıxaraq,  cənablar.  Qanqrenli  ayağı  kəsilməli  olan  adam  öz 

cərrahına ayağının tamam sağlam olmasını iddia eləməyinin 

heç  bir  xeyri  yoxdur.  Ġfadəmə  görə  məni  bağıĢlayın, 

cənablar – alicənab hersoq da bizim cərrahımızdır.  

 –  Axır  ki,  o  mətləb  üstünə  gəldi,  –  Jülyen  düĢündü.  – 

Deməli, bu gecə mən birbaĢa ..... gedirəm?  

 

 

 



XXIII 

 

 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə