Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə165/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   161   162   163   164   165   166   167   168   ...   197

www.vivo-book.com 

 

825 



RUHANĠLĠK, MEġƏLƏR, AZADLIQ 

 

 



Mövcud  olan  hər  şey  üçün  əsas  qanun  –  sağ  qalmaq, 

yaşamaqdır.  Siz  alaq  otu  əkib,  buğda  yetişəcəyinə  ümid 

eləyirsiniz.  

 

Makiavelli 

 

Vacib adam öz nitqinə davam elədi – hiss olunurdu ki, 



bu olduqca məlumatlı adamdır. Onun öz böyük həqiqətlərini 

ifadə  elədiyi  yumĢaq,  təmkinli  əminliyi  Jülyenin  xoĢuna 

gəldi.  

 –  Birincisi,  Ġngiltərənin  bizə  ayırmağa  bir  quruĢu  da 

yoxdur, bu dəqiqə orada qənaət və Yum dəbdədir. Orada heç 

kim,  hətta  ingilislərin  müqəddəsləri  belə  bizə  pul  verməz, 

cənab  Brumsa  bizi  lağa  qoyar.  Ġkincisi,  Avropalı 

tacgəzdirənlər  ingilislərin  qızılları  olmadan  iki  döyüĢdən 

artığına  getməzlər  –  xırda  burjuaziyanı  əzmək  üçünsə  iki 

döyüĢ  azdır.  Üçüncüsü,  Fransada  silahlı  partiya  yaratmaq 




www.vivo-book.com 

 

826 



vacibdir,  bu  olmasa  Avropanın  monarxiya  elementləri  heç 

həmin  iki  döyüĢə  də  cəsarət  eləməzlər.  Dördüncü  bəndisə 

mən  sizə  qeyd-Ģərtsiz  bir  həqiqət  kimi  təqdim  etməyə 

cəsarət  tapıram:  Fransada  ruhanilərin  köməyi  olmadan 

silahlı partiya yaratmaq olmaz. Mən bunu sizə açıq deyirəm, 

cənablar,  indi  fikrimi  sizə  sübut  eləyəcəm.  Hər  Ģeyi 

ruhanilərə  həvalə  eləmək  lazımdır.  Onlar  gecə-gündüz  öz 

öhdəliklərini  yerinə  yetirirlər,  onları  olduqca  ləyaqətli 

insanlar  idarə  eləyirlər,  onlar  bütün  çaxnaĢmalardan 

uzaqdılar, çünki sığınacaqları bizim sərhədlərdən üç yüz lye 

uzaqdadı... 

 – A-a! Roma, Roma! – ev sahibi çığırdı. 

 – Bəli, cənab, Roma! – kardinal qürurla təkrar elədi. – 

Sizin gəncliyinizdə, hazırcavablığın dəbdə olduğu vaxtlarda 

onlar  nə  qədər  lağa  qoyulsalar  da,  mən  hamınıza  açıq 

deyirəm, min səkkiz yüz otuzuncu ildə təkcə Romanın idarə 

elədiyi ruhanilər sadə xalqın qəlbinə yol tapa bilər. Əlli min 

rahib  hakimlərin  müəyyən  elədiyi  gündə  eyni  Ģeyi  təkrar 

eləyir və əvvəl-axır sizə əsgər verən xalq rəhbərlərin əmrinə 

deyil, öz pastorlarının moizəsinə qulaq asır. 




www.vivo-book.com 

 

827 



Bu ifadə iclasdakıların vurnuxmasına səbəb oldu.  

Kardinal səsini qaldırdı: 

 –  Ruhani  zümrəsinin  gücü  sizinkindən  üstündür,  sizin 

əsas  məqsədiniz  –  Fransada  silahlı  partiya  yaratmaq 

istiqamətində  atdığınız  bütün  addımlar,  bizim  köməyimiz 

hesabına baĢa gəlib. 

Kardinal  faktları  sadalamağa  baĢladı.  “Vandeyada 

səkkiz min silahı kim tapdı?” və s. və i.a. 

 – Ruhani zümrəsi öz meĢələrini geri almayınca heç nə 

eləmək  iqtidarında  deyil.  Müharibə  baĢlar-baĢlamaz, 

maliyyə  naziri  imkansızlıqdan  agentlərə  əmr  eləyəcək  ki, 

kilsə  rahiblərinin  maaĢlarını  onlar  versin.  Axı  mahiyyətcə 

Fransa  inanclı  ölkə  deyil  və  o,  döyüĢməyi  xoĢlayır.  Ona 

müharibə təqdim eləyən Ģəxs ikiqat hörmət qazanmıĢ olur – 

çünki  döyüĢmək  onlar  üçün,  kobud  dildə  desək,  yezuitləri 

acından  gəbərtmək,  qürurlu  fransızları  gəlmələrin  hücumu 

təhlükəsindən qorumaq deməkdir.  

Hamı ehtiramla kardinala qulaq asırdı. 

O davam elədi: 



www.vivo-book.com 

 

828 



 –  Bir  də  yaxĢı  olardı  ki,  cənab  de  Nerval  nazirlikdən 

getsin, çünki onun adı gələndə hamı qıcıqlanır. 

Bu  yerdə  hamı  yerindən  qalxıb,  bir-birinə  aman 

vermədən danıĢmağa baĢladı. 

 –  Ġndi  məni  yenə  otaqdan  çıxaracaqlar,  –  Jülyen 

düĢündü.  Amma  hətta  aralarında  ən  ehtiyatlı  adam  kimi 

görünən  iclas  sədri  belə  onun  burada  olduğunu  yaddan 

çıxartmıĢdı.  

Hamının  nəzərləri  Jülyenin  o  dəqiqə  tanıdığı  adama 

dikildi.  Bu,  baĢ  nazir  cənab  de  Nerval  idi  –  Jülyen  onu 

hersoq Retsin ziyafət məclisində görmüĢdü.  

Qəzetlərin  parlament  iclaslarından  yazanda  bol-bol 

istifadə  elədikləri  ifadəylə  desək,  çaxnaĢma  öz  apogeyinə 

çatmıĢdı. Sakitlik təzədən bərpa olunana qədər aradan ən azı 

on beĢ dəqiqə keçdi. 

Bu vaxt cənab de Nerval ayağa qalxaraq, apostolsayağı 

moizə oxumağa baĢladı: 

 – Mən nədəsə təkid etməkdən çox uzağam, – o, qeyri-

adi  bir  səslə  sözə  baĢladı.  –  Tutduğum  nazir  mərtəbəsinin 

mənim  üçün  əhəmiyyətsiz  olduğunu  da  deməyəcəyəm. 




www.vivo-book.com 

 

829 



Cənablar,  mənə  deyirlər  ki,  guya  mənim  adım  bir  çox  dinc 

insanı  bizə  qarĢı  ayağa  qaldıraraq,  yakobinçilərin  gücünün 

artmasına  xidmət  edir.  Mən  məmnuniyyətlə  bu  vəzifədən 

gedərdim, amma tanrının düz yolunu bilmək hər kəsə nəsib 

olmur.  Mənim  borcumsa,  –  o,  diqqətlə  kardinala  baxaraq, 

əlavə  elədi  –  boynuma  düĢən  iĢin  öhdəsindən  gəlməkdir. 

Göylər mənə deyir ki, sən ya baĢını eĢafota qoymalı, ya da 

Fransada  monarxiyanı  bərqərar  edərək,  Palatanı  XV 

Lüdovikin  vaxtındakı  parlament  səviyyəsinə  qaldırmalısan. 

Mən bunu eləyəcəyəm, cənablar. 

O susub, yerinə oturdu – araya ölü sükut çökdü.  

 – YaxĢı aktyordu! – Jülyen düĢündü.  

O  həmiĢəki  kimi  yanılırdı  –  oğlan  həmiĢə  adamları 

onların  əslində  olduqlarından  daha  ağıllı  hesab  edirdi.  Bu 

axĢamkı  qızğın  mübahisələrdən,  xüsusilə  də  çıxıĢ  eləyən 

natiqlərin açıq danıĢıqlarından ilhama gələn cənab de Nerval 

bu  dəqiqə  öz  həyati  missiyasına  ürəkdən  inanırdı.  Böyük 

cəsarətə sahib olan bu adamın ağıl sarıdan bəxti o qədər də 

gətirməmiĢdi.  



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə