Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.

səhifə166/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
1   ...   162   163   164   165   166   167   168   169   ...   197

www.vivo-book.com 

 

830 



“Mən  bunu  eləyəcəm!”  kimi  təsirli  bəyanatdan  sonra 

ortaya çökən sükutu saatın səsi pozdu – gecəyarısı olmuĢdu. 

Jülyen  bu  səsdə  nəsə  əzəmətli  və  Ģərə  xidmət  edən  bir  Ģey 

hiss elədi. O həyəcanlıydı. 

Bir  azdan  mübahisə  ikiqat  qızğınlıqla,  ən  əsasısa  daha 

açıqlığıyla davam elədi.  

 –  Axırda  bu  adamlar  məni  zəhərləyəcəklər,  –  Jülyen 

düĢündü.  –  Onlar  adi  kəndli  oğlunun  yanında  belə  Ģeyləri 

necə açıq danıĢa bilirlər? 

Saat artıq iki olmuĢdu, onlarsa hey danıĢır, danıĢırdılar. 

Ev  sahibi  çoxdan  xoruldayırdı,  cənab  de  La-Moll 

xidmətçilərin təzə Ģam gətirmələri üçün zəngi bir neçə dəfə 

vurmuĢdu, nazir cənab de Nerval ikiyə on beĢ dəqiqə qalmıĢ 

çıxıb getmiĢdi. O getməmiĢdən əvvəl Jülyenin onun kətilinin 

yanındakı  divar  güzgüsünə  düĢən  əksinə  diqqətlə  baxmağı 

da yaddan çıxartmamıĢdı.  

Nazir çıxıb gedən kimi hamı özünü rahat hiss elədi.  

Xidmətçilər  təzə  Ģamları  yandırdıqları  ərəfədə  çoxlu 

jilet geyinmiĢ adam yanında oturana dedi: 



www.vivo-book.com 

 

831 



 –  Allah  bilir,  bu  gedib  krala  nələr  deyəcək?  O  bizi 

axmaq  vəziyyətdə  qoya  və  hər  Ģeyi  korlaya  bilər.  Açıq 

demək  lazımdır:  onun  burada  peyda  olması  hədsiz 

özündənrazılığının  və  hətta  nəzakətsizliyinin  göstəricisidir. 

O,  nazir  təyin  olunmamıĢdan  əvvəl  də  burada  olmuĢdu, 

amma  necə  olurolsun,  vəzifə  hər  Ģeyi  dəyiĢir,  insan 

vəzifəsinə  görə  hər  Ģeyini  qurban  verir  və  o  bunu  baĢa 

düĢməlidir. 

Nazir 

gedər-getməz 



bonapartçı  general  özünün 

səhhətindən, yaralarından danıĢıb, saata baxaraq çıxıb getdi. 

Jiletli adam dedi: 

 –  Mərc  gələ  bilərəm  ki,  general  indi  nazirə  yetiĢməyə 

tələsir.  O  burada  olduğuna  bəraət  qazandıracaq,  özü  də 

deyəcək ki, hamımız onun nəzarəti altındayıq. 

Oyaq  qalan  xidmətçilər  axır  ki,  təzə  Ģamların  hamısını 

yandırıb, qurtarandan sonra iclas sədri təzədən sözə baĢladı: 

 –  Cənablar,  biz  qərara  gəlməliyik.  Gəlin,  bir-birimizi 

fikrindən  daĢındırmağa  çalıĢmayaq.  YaxĢısı  budur  qırx 

səkkiz  saatdan  sonra 

əcnəbi  dostlarımıza  ötürməli 

olduğumuz notanın mətni barədə düĢünək. Bayaq siz burada 



www.vivo-book.com 

 

832 



nazirlərdən  danıĢdınız.  Ġndi,  cənab  de  Nerval  bizi  tərk 

edəndən  sonra  deyə  bilərik  ki,  nazirlərdən  bizə  nə  var? 

Onları məcbur edə bilərik ki, bizə sərf eləyəni istəsinlər.  

Kardinal yumĢaqca gülümsəyərək, razılığını bildirdi. 

Cavan  Aqda  yepiskopun  zorla  gizlətməyə  çalıĢdığı  ən 

qatı fanat çılğınlığıyla dedi: 

 – Məncə, bizim baxıĢlarımızı ifadə eləməkdən asan heç 

nə yoxdu. 

Bu  vaxta  qədər  o  susub  oturmuĢdu,  onu  diqqətlə 

müĢahidə  eləyən  Jülyen  təvazökar  və  yumĢaq  baxıĢlı 

yepiskopun  gözlərinin  mübahisə  zamanı  necə  parladığını 

görmüĢdü. Onun içində püskürən alov indi Vezuviya lavası 

kimi püskürməyə baĢlamıĢdı. 

Cavan yepiskop deyirdi: 

 –  Min  səkkiz  yüz  altıncı  ildən  min  səkkiz  yüz  on 

dördüncü  ilə  qədər  Ġngiltərəni  ancaq  bir  Ģeydə 

günahlandırmaq  olar:  o,  Napoleonun  əleyhinə  heç  bir  qəti 

addım  atmamıĢdı.  Bu  adam  hersoq  və  kamerqer  olandan, 

taxt-tacı  bərpa  eləyəndən  sonra  Tanrının  onun  boyuna 

biçdiyi  öhdəlik  bitmiĢdi  –  qalmıĢdı  təkcə  onu  məğlub 




www.vivo-book.com 

 

833 



eləmək.  Müqədəs  kitabda  tiranlarla  necə  rəftar  eləmək 

barədə  heç  bir  bənd  yoxdur  (o,  latınca  çoxsaylı  sitatlar 

gətirməyə  baĢladı).  Ġndisə  cənablar,  təkcə  bir  adamı  deyil, 

bütün  Parisi  məğlub  eləməyə  ehtiyac  var.  Bütün  Fransa 

örnəyi  təkcə  Parisdən  götürür.  Sizin  hər  departamentdə 

saxlayacağınız  beĢ  yüz  silahlı  adamın  nə  əhəmiyyəti  ola 

bilər?  Bu,  təhlükəli  addımdır,  axırı  da  yaxĢı  görünmür. 

Təkcə  Parisə  aid  olan  bir  iĢə  bütün  Fransanı  qatmağın  nə 

mənası  var?  Bu  Ģəri  Paris  salonları,  Paris  qəzetləri  törədib, 

deməli,  qoy  təkcə  bu  yeni  Babil  məhv  olsun.  Kübar 

maraqları  nəzərə  alsaq,  bu  qəzanın  hətta  taxt-taca  xeyri  də 

olacaq.  Paris  niyə  Bonapartın  vaxtında  cınqırını  da  çıxara 

bilmirdi? Siz bunu Müqəddəs Roka kilsəsinin yanında duran 

toplardan soruĢun... 

             *** 

Jülyen cənab de La-Molla birlikdə ordan çıxanda səhər 

saat  üç  idi.  Markiz  yorulmuĢdu  və  özünü  pis  hiss  eləyirdi. 

Jülyenə  müraciət  eləyəndə,  ilk  dəfəydi  ki,  onun  səsində 

xahiĢ  tonu  vardı.  O,  Jülyendən  xahiĢ  elədi  ki,  bu  axĢam 



www.vivo-book.com 

 

834 



təsadüfən  Ģahidi  olduğu  ifrat  canfəĢanlıq  barədə  (o  məhz 

beləcə də dedi) heç vaxt heç kimə danıĢmasın. 

 –  Ancaq  bizim  əcnəbi  dostumuz  bərk  təkid  eləsə  və 

doğrudan  da  bizim  cavan  ağılsızların  nə  düĢündüyünü 

bilmək  həvəsində  olduğunu  göstərsə,  bunu  ona  deyə 

bilərsiniz.  Hökumətin  darmadağın  olmağından  onlara  nə 

var? Onlar kardinal olub, öz Romalarına sığınacaqlar, bizisə 

kəndlilərimiz öz qəsrlərimizdə doğrayacaqlar. 

Saat  beĢə  on  beĢ  dəqiqə  qalmıĢ  markizin  Jülyenin 

iyirmi altı səhifəlik protokolundan hazırladığı gizli göndəriĢ 

artıq hazır idi.  

 –  Yorğunluqdan  ölürəm,  –  markiz  dedi.  –  Məktubun 

axırına baxanda da bu hiss olunur – hər Ģeyi dəqiq ifadə edə 

bilməmiĢəm.  Mən  hələ  heç  bir  iĢimdən  bu  qədər  narazı 

olmamıĢdım.  Bura  baxın,  dostum,  gedin,  bir-iki  saat 

dincəlin.  Sizi  oğurlamasınlar  deyə,  mən  sizin  otağınızın 

qapısını arxadan açarla bağlayacam. 

Səhəri  gün  markiz  Jülyeni  Parisdən  çox  uzaq  olan  bir 

yerdə  yerləĢən  qəsrə  apardı.  Qəsrin  sahibləri  Jülyenə  nəsə 





Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə