Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə167/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   163   164   165   166   167   168   169   170   ...   197

www.vivo-book.com 

 

835 



təəccüblü  göründülər  –  ona  elə  gəldi  ki,  bu  adamlar  ruhani 

zümrəsinə mənsubdurlar.  

Ona uydurma bir adamın adına olan yol sənədi verdilər, 

amma  bu  sənəddə  oğlanın  gedəcəyi  yerin  adı  var  idi  –  axır 

ki, o hara gedəcəyini öyrənə bildi.  

Jülyen faytona oturdu – o tək idi.  

Markizin Jülyenin yaddaĢı sarıdan heç bir qorxusu yox 

idi.  Oğlan  gizli  notanın  tam  mətnini  artıq  bir  neçə  dəfə 

markizə  əzbərdən  demiĢdi.  Amma  markiz  Jülyenin  yolda 

oğurlanacağından  qorxurdu.  O,  Jülyeni  qonaq  otağının 

qapısına qədər yola salanda, ona dostyana məsləhətlər verdi:  

 –  Yadda  saxlayın,  siz  darıxdığından,  baĢqa  iĢi-gücü 

olmadığından səyahət eləyən əhli-kef kimi davranmalısınız. 

Ola  bilər  ki,  dünənki  iclasımızda  nəinki  bir,  hətta  bir  neçə 

satqın olub. 

Yolda vaxt sürətlə keçsə də, Jülyen darıxırdı. Markizin 

gözlərindən uzaqlaĢar-uzaqlaĢmaz o, gizli göndəriĢi də, hara 

nə  üçün  getdiyini  də  yaddan  çıxartdı.  Oğlanın  bütün  fikri-

zikri onu rədd eləmiĢ Matildanın yanındaydı.  



www.vivo-book.com 

 

836 



O,  Metsdən  bir  neçə  lye  aralıda,  kəndlərdən  birində 

dayananda, poçt həyətinin iĢçisi oğlana dedi ki, atlar yoxdur. 

AxĢam  saat  on  idi.  Bərk  dilxor  olan  Jülyen  Ģam  eləmək 

istədi.  O,  darvazaların  yanında  gəziĢərək,  heç  kimə 

sezdirmədən at tövləsinə baxdı. Doğrudan da at yox idi.  

 –  Yox,  o  adam  nəsə  özünü  qəribə  aparırdı  –  oğlan 

düĢündü. – O, üzümə elə sırtıq-sırtıq baxırdı ki... Göründüyü 

kimi, oğlan daha eĢitdiklərinə inanmamağa baĢlamıĢdı. ġam 

yeməyini  sifariĢ  verəndən  sonra  həm  daldalanmaq,  həm  də 

bu  yerlər  barədə  nəsə  öyrənmək  üçün  ocağın  yanına, 

mətbəxə  keçdi.  MəĢhur  müğənni,  senyor  Ceronimonu 

görəndə onun sevincinin həddi-hüdudu yox idi! 

O,  ocağın  düz  yanına  qoyduğu  kətilə  yayxanaraq, 

həndəvərinə  toplaĢıb,  ağızlarını  ayıraraq  ona  qulaq  asan 

iyirmi  alman  kəndlisinin  hamısından  daha  çox  hay-küy 

salaraq danıĢır və bərkdən köksünü ötürürdü. 

 –  Bu  adamlar  məni  müflis  eləyəcəklər!  –  o,  Jülyenə 

dedi.  –  Axı  mən  sabah  Maynsda  oxumalıyam!  Yeddi 

nüfuzlu  knyaz  sabah  ora  mənə  qulaq  asmağa  gələcəklər. 



www.vivo-book.com 

 

837 



Nəsə,  gəl  həyətə  çıxıb  təmiz  hava  alaq  –  Ceronimo  bunu 

Jülyenə nəsə çoxmənalı tərzdə dedi. 

Onlar yolla yüz addım  yeridilər. Burada daha heç kim 

onları eĢidə bilməzdi. 

 –  Bilirsiniz,  burda  məsələ  nə  yerdədi?  –  o,  Jülyenə 

dedi.  –  Buranın  müdiri  fırıldaqçının  yekəsidi.  Mən  bayaq 

gəziĢəndə burada iĢləyən oğlana iyirmi su verib, iĢin kökünü 

öyrənmiĢəm. Burada on iki baĢdan çox at var, amma həmin 

atlar  kəndin  o  biri  baĢındadı.  Bunlar  buradan  keçməli  olan 

bir nəfər qasidi tutmaq istəyirlər.  

 – Nə danıĢırsınız?! – Jülyen sadəlövhcəsinə soruĢdu. 

Amma iĢin əslini öyrənmək hələ az idi, aradan çıxmaq 

da  lazım  idi  ki,  bunu  da  nə  Jülyen,  nə  də  Ceronimo  edə 

bilməzdi.  

 –  Sabaha  qədər  gözləyək,  –  bir  az  düĢünəndən  sonra, 

nəhayət,  Ceronimo  təklif  elədi.  –  Görünür,  onlar  bizdən 

Ģübhələnirlər.  Ya  sizdən,  ya  da  məndən.  Səhər  ertədən 

oyanıb,  bol  səhər  yeməyi  sifariĢ  eləyərik,  onlar  yeməyi 

hazırlayana qədər biz gəziĢmək adıyla buradan uzaqlaĢar və 

yoldan birovuz at götürüb, aradan çıxarıq. 




www.vivo-book.com 

 

838 



Jülyen onu  ələ keçirmək istəyən adamın elə Ceronimo 

olduğundan Ģübhələnərək, soruĢdu: 

 – Bəs sizin əĢyalarınız? 

Artıq  Ģam  eləmək  və  yatmaq  vaxtıydı.  Jülyen  təzəcə 

yuxuya  getmiĢdi  ki,  səsə  oyandı  –  onun  otağında  iki  nəfər 

arxayınca danıĢırdı. 

Adamlardan  biri  poçtxananın  iĢçisiydi  –  onun  əlində 

xüsusi  fənər  vardı.  Fənərin  iĢığı  düz  Jülyenin  sandığının 

üstünə  düĢmüĢdü  –  oğlan  bayaq  göstəriĢ  vermiĢdi  ki, 

sandığını poçt arabasından götürüb, onun otağına gətirsinlər. 

Poçt iĢçisinin yanındakı adam ağzı açılmıĢ sandığı arxayın-

arxayın  ələk-vələk  eləyirdi.  Jülyen  ancaq  onun  paltarının 

qolçaqlarını  görürdü:  qapqara  qolçaqlar  adamın  qollarına 

tarım çəkilmiĢdi. 

 “O,  cübbə  geyinib!”  –  oğlan  öz-özünə  dedi  və  sakitcə 

yastığının altındakı tapançanı götürdü.  

Poçt iĢçisi cübbəli adama dedi: 

 – Zati-müqəddəsləri, narahat olmayın, o oyanmayacaq, 

biz ona sizin hazırladığınız Ģərabdan içirtmiĢik.  



www.vivo-book.com 

 

839 



 –  Burada  kağız-zad  yoxdu,  –  rahib  dedi.  –  Pal-paltar, 

ətir,  pomada,  boĢ-boĢ  Ģeylər.  Bu  indiki  baĢıboĢ 

gənclərdəndi,  yəqin  özünə  nəsə  əyləncə  axtarır.  Yəqin 

onların  qasidi  o  biri  adamdı,  özü  də  qəsdən  italyan 

ləhcəsiylə danıĢır. 

Onlar ikisi də Jülyenin yol paltarının ciblərini axtarmaq 

üçün ona yaxınlaĢdılar. Oğlanın ürəyindən keçdi ki, onlarla 

oğru  kimi  davranıb,  güllələsin.  Bunun  heç  bir  pis  nəticəsi 

ola bilməzdi. Oğlan bu istəyini güclə boğdu.  

 “Axmaqlıq  eləməyim,  –  o  düĢündü.  –  Hər  Ģeyi 

korlayaram”. 

Adamlar onun yol paltarının ciblərini yoxladılar.  

 – Yox, bu adam diplomat-zad deyil – rahib dedi.  

Sonra oğlandan aralandı. Jülyen düĢündü: 

 –  YaxĢı  eləyib,  uzaqlaĢdı,  mənə  toxunsaydı,  canını 

salamat  qurtarmayacaqdı.  O  məni  xəncərlə  yorta  da  bilər, 

amma mən buna imkan verməyəcəm.  

Rahibin üzü ona tərəf idi. Jülyen gözlərini azca açdı və 

heyrətə gəldi: qarĢısındakı abbat Kastaned idi! 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə