Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə169/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   165   166   167   168   169   170   171   172   ...   197

www.vivo-book.com 

 

845 



gələcəyi  barədə  düĢünəndə  o  mütləq  Matilda  barədəki 

fikirlərinə qayıtmalı olurdu. 

Matildasız  bir  gələcəyə  hardan  baxırsabaxsın,  Jülyenə 

fərəhsiz  görünürdü.  Veryerdə  o  qədər  qürurlu,  o  qədər 

özündənrazı gördüyümüz o qəribə oğlan, indi tamam baĢqa, 

naqolaylıq dərəcəsində təvazökar adam idi. 

Üç  gün  əvvəl  o  məmnuniyyətlə  abbat  Kastanedi 

güllələyərdi,  amma  indi,  Strasburqda  bir  uĢaq  onunla 

höcətləĢsə,  oğlan  özünün  deyil,  uĢağın  haqlı  olduğunu 

düĢünərdi.  Ġndi  o  ömrü  boyu  rast  gəldiyi  bütün  düĢmən  və 

rəqiblərini  bir-bir  xatırlayaraq,  düĢünürdü  ki,  həmiĢə  onlar 

deyil,  özü  günahkar  olub.  Çünki  bu  dəfə  onun  amansız 

düĢməni  özünün  güclü  təxəyyülüydü:  bir  vaxtlar 

yorulmadan  onun  üçün  parlaq  qələbələrlə  dolu  gələcəyin 

mənzərəsini çəkən təxəyyülü. 

Səyyahın  özündən  asılı  olmadan  məhkum  olduğu 

tənhalıq  onun  hüznlə  dolu  xəyallara  daha  çox  qapılmasına 

səbəb olurdu. Ġndi onun üçün bir dost əsl sərvət olardı!  

 –  Hə!  –  Jülyen  düĢünürdü.  –  Amma  indi  bu  dünyada 

mənim  üçün  döyünən  bir  ürək  varmı?  Lap  dostum  olsaydı 




www.vivo-book.com 

 

846 



belə,  mənə  susmağı  əmr  eləyən  Ģərəf  borcunu  unudub,  ona 

dərdimi deyərdimmi?  

O,  at  belində,  kədərli-kədərli  Kel  həndəvərində 

gəziĢirdi. Reyn yaxınlığındakı bu Ģəhərcik Deze və Quvyen 

Sen-Sirin  sayəsində  tarixdə  qalmıĢdı.  Alman  kəndli  ona 

balaca çayları, kənd yollarını, Reyndə bu yerlərin adlı-sanlı 

sərkərdələrinin  Ģücaəti  sayəsində  hörmət  qazanmıĢ  balaca 

adacıqları göstərirdi.  

Jülyen sol əliylə yüyəni, sağ əliylə də marĢal Sen-Sirin 

memuarlarını bəzəyən gözəl xəritəni tutmuĢdu. 

Qəfildən qulağına dəyən Ģən qıĢqırıq onu baĢını yuxarı 

qaldırmağa məcbur elədi.  

Bu, onun Londonlu dostu, bir neçə ay əvvəl ona Ģəhərli 

gənclərin ilkin həyat qaydalarını öyrədən knyaz Korazov idi. 

Ona  öyrətdiyi  sənətə  sadiq  qalan  Korazov  Strasburqa  bu 

yaxınlarda,  Keləsə  bir  neçə  saat  əvvəl  gəlmiĢdi.  1796-cı 

ildəki  hücum  barədə  ömrü  boyu  bircə  sətir  də  oxumamıĢ 

Korazov  Jülyenə  bu  döyüĢün  xırdalıqlarını  təsvir  eləməyə 

baĢladı. Alman kəndli heyrətdən ağzıaçıq halda ona baxırdı 

– axı o, fransızca bilirdi və knyazın necə sarsaqladığını baĢa 




www.vivo-book.com 

 

847 



düĢürdü. Amma Jülyen kəndliyə fikir vermirdi – o bu cavan 

knyazın  cüssəsinə,  onun  at  belində  necə  məharətlə 

oturmağına heyranlıqla baxırdı. 

 “Dünyanın xoĢbəxtinə bax! – oğlan düĢünürdü. – Gör, 

nə  gözəl  darbalağı  var!  Saçları  necə  qəĢəng  vurulub!  Ġlahi, 

mən də belə olsaydım, Matilda məni sevəndən üç gün sonra 

nifrət eləməzdi.” 

Nəhayət,  knyaz  Kel  hücumu  söhbətini  bitirib,  Jülyenə 

tərəf döndü. 

 –  Ġlahi,  siz  susmaq  andı  içmiĢ  rahibə  oxĢayırsınız! 

Deyəsən, o vaxt Londonda sizə öyrətdiyim qaydaları həddən 

artıq  ciddi  qəbul  eləmisiniz.  Kədərli  görünüĢ  heç  də  Ģıq 

qaydalara  aid  deyil,  siz  kədərli  deyil,  darıxırmıĢ  kimi 

görünməlisiniz.  Əgər  kədərlisinizsə,  bu  o  deməkdir  ki, 

nəyinizsə çatmır, siz nəyəsə məğlub olmusunuz. Bu – özünü 

ələ  verməkdir.  Amma  siz  darıxırmıĢ  kimi  görünürsünüzsə, 

baĢqası, sizin xoĢunuza gəlməyə çalıĢan adam pis vəziyyətə 

düĢür. Əzizim, necə səhv elədiyinizi baĢa düĢürsünüzmü?  

Jülyen  ağzını  açıb,  onlara  qulaq  asan  kəndliyə  bir  ekü 

uzatdı. 



www.vivo-book.com 

 

848 



 –  Əla, – knyaz  dedi.  –  Sizin  hərəkətinizdə  gözəllik və 

alicənab bir çaĢqınlıq var. Gözəl, çox gözəl! 

Sonra  o  atını  dəhmərlədi.  Axmaqcasına  heyranlığa 

qapılmıĢ Jülyen də atını onun arxasınca sürdü.  

 “Ġlahi,  mən  də  onun  kimi  olsaydım,  Matilda  məni  o 

Kruazenuaya dəyiĢməzdi!”  

O, knyazın naqolay hoqqalarından təsirləndikcə, özünə 

nifrət  eləyir,  onun  kimi  ola  bilmədiyinə  görə  dərd  çəkirdi. 

Ġnsanın özünə ikrah hissi bundan artıq ola bilməz. 

Knyaz Jülyenin doğrudan da nəyinsə dərdini çəkdiyinə 

əmin oldu. 

 – Bura baxın, əzizim, – onlar Strasburqa girəndə knyaz 

Jülyenə  dedi.  –  Bax,  bu  artıq  bütün  abırlı  qaydaları 

pozmaqdır.  Nədi,  siz  müflis  olmusunuz,  bütün  varidatınızı 

itirmisiniz, yoxsa aktrisaya vurulmusunuz? Ruslar əlli il geri 

qalmaq  Ģərtilə  cidd-cəhdlə  fransızların  xasiyyətlərini  təqlid 

edirlər.  Bu  dəqiqə  onlar  XV  Lüdovikin  əsrini  təqlid 

eləyirlər. 

 Sevgiylə  bağlı  zarafatı  eĢidəndə  Jülyenin  gözləri 

yaĢardı.  




www.vivo-book.com 

 

849 



 “Bəlkə bu mehriban gənclə məsləhətləĢim?” – qəfildən 

o düĢündü. 

 –  Hə,  dostum,  elədi,  –  o,  knyaza  dedi.  –  Siz  düz 

tapmısınız,  mən  nəinki  vurulmuĢam,  hətt  atılmıĢam.  Bu 

yaxınlıqda, bir Ģəhərcikdə yaĢayan gözəl bir qadın məni üç 

gün ehtirasla sevəndən sonra qəfildən qovub. Bu dərd məni 

öldürür. 

O  qıza,  rəqiblərinə  baĢqa  adlar  uyduraraq,  Matildayla 

olan məsələni, onun davranıĢını knyaza nağıl elədi.  – Bəsdi, 

qalanını  danıĢmaya  bilərsiniz  –  Korazov  dedi.  –  Mənə 

inanmağınız üçün  əhvalatınızı  mən  davam  edə  bilərəm.  Bu 

gənc xanımın əri olduqca varlı adamdır, özüsə çox adlı-sanlı 

ailədəndir,  buna  heç  Ģübhəm  yoxdur.  Bir  sözlə,  onun 

qürrələnməyə haqqı var.  

Jülyen  dinməzcə  baĢını  tərpətdi  –  onun  nəsə  deməyə 

halı yox idi.  

 –  Əla!  –  knyaz  dedi.  –  Bu  da  sizə  üç  acı  dərman  – 

gecikmədən  bunları  qəbul  eləyin.  Birincisi,  o  xanımla  hər 

gün görüĢün ... onun adı nə idi? 

 – Xanım Dübua. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə